Bazel Konvensiyası Təhlükəli tullantıların transsərhəd
daşımaları və digər təhlükəli tullantıların
idarə olunması ilə bağlı məsələləri ehtiva
edən beynəlxalq hüquqi saziş.
Bənd Zədələnmə və ya material dağılması baş
verdiyi təqdirdə mayelərin yığılması üçün
saxlama çəninin
ətrafına çəkilən
lokallaşdırıcı sədd.
Beynəlxalq Maliyyə Korporasiyası Dünya Bankının üzvü olan təşkilatdır və
inkişaf etməkdə olan ölkələrdə özəl
sektorun davamlı inkişafını təşviq edir.
Biokütlə Nəzərdə tutulan miqdar daxilindəki canlı
cisimlərin ümumi kütləsi.
Bioloji cəhətdən parçalanan Torpaqdakı, sudakı və atmosferdəki
mikroorqanizmlər tərəfindən sadə
birləşmələrə parçalanmağa həssas olan.
Bioloji parçalanma əksər hallarda toksik
üzvi birləşmələri qeyri-toksik, yaxud daha
az toksikliyə malik üzvi birləşmələrə
çevirir.
Bioloji müxtəliflik Hər hansı ərazidə bitki və heyvan
növlərinin sayı.
Biosidlər Bakteriyaların və digər orqanizmlərin
artımının (seçim əsasında) qarşısını
almaq, yaxud məhdudlaşdırmaq
məqsədilə flüidlərə əlavə edilən kimyəvi
reagent.
Boru kəmərinin sahilə çıxdığı yer Dənizdə çəkilmiş boru kəmərinin sahilə
çıxdığı ərazi.
Boru stellajı Qazma buruğunda qazma borularının
istifadəyə hazır dəstəsinin şaquli şəkildə
yığıldığı yer.
Borudüzmə barjı Boru kəmərlərini bir-birinə qaynaq etmək
və onları dəniz dibinə yerləşdirmək üçün
dizayn edilmiş gəmi.
Boruların arasındakı fəza Quyu lüləsi və qoruyucu kəmər və ya
qoruyucu kəmər və nasos-kompressor
borusu kimi iki konsentrik obyekt
arasındakı boşluq.
Borunu yağlamaq üçün qatı sürtkü yağı Yivin yeyilərək aşınmasının qarşısını
almaq üçün boru birləşmələrinə çəkilən
sürtkü yağı.