Fekal (qara) sular
Tərkibində insanların formalaşdırdığı fekal
maddələr və sidik olan çirkab suyu.
Fitoplankton
Dəniz və ya göl suları səthində üzən və ya
dreyf edən mikroskopik fotosintetik
orqanizmlər, məsələn: diatomlar,
dinoflaqellatlar.
Flora/fauna
Müəyyənləşdirilmiş coğrafi ərazidə rast
gəlinən bitkilər/canlılar.
Flüvial
Çaylara yaxud su axınlarına aid olan və ya
çayların yaxud su axınlarının yaratdığı.
Formasiya
Eyni mənşəli və görünüşlü süxur
çöküntüləri və ya struktur.
Fövqəladə / Nəzərdə Tutulmamış hallar
Planlaşdırılmamış fəaliyyət – məsələn:
operatorun xətası və ya layihələndirmə
xətası səbəbindən avadanlığın nasazlığı,
tutumların (lokallaşdırma vasitələrinin)
sıradan çıxması.
Dostları ilə paylaş: |