Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Xüsusi terminlər lüğəti
Hasilat
Karbohidrogen ehtiyatlarının kollektordan
çıxardılması.
Hasilatın Pay Bölgüsü Haqqında Saziş
(HPBS)
Hökumət və hasilatçı şirkət (yaxud
şirkətlər qrupu) arasında imzalanmış
müqavilə növü.
Həlqəvi qurdlar
Uzunsov, silindrik və buğumlu gövdəsi ilə
fərqlənən həlqəvi qurdlar tipindən olan
müxtəlif qurdlar və ya qurdabənzər
orqanizmlər.
Hidrat
Bunlara təbii qaz molekulları, adətən, buz
molekullarında tutulan metan qazı
molekulları aid edilir. Hidratlar aşağı
temperatur və yüksək təzyiq şərtləri
altında boru kəmərlərində və qazın
texnoloji emal edildiyi qurğularda əmələ
gələ bilir. Hidratlar boru kəmərlərini
tıxaclaya və hasilat əməliyyatlarına
əhəmiyyətli dərəcədə təsir göstərə bilir.
Hidrologiya
Su dövranını, paylanmasını
və
xüsusiyyətlərini öyrənən elm.
Hidrosınaq
Tutumun (məsələn: çən və ya boru) təzyiq
altında su ilə doldurulması və hər hansı
təzyiq itkisinin yoxlanılması vasitəsilə
hermetikliyin sınaqdan keçirilməsi
Hissəciklər
Qazda, yaxud mayedə asılı vəziyyətdə
olan çox kiçik bərk, yaxud maye
hissəciklər.
Xam neft
Müxtəlif sıxlıqlara və xüsusiyyətlərə malik
təbii formada olan karbohidrogenlərin emal
olunmamış qarışığı.
İçməli su
İnsan tərəfindən istehlak edilmək üçün
yararlı su.
Dostları ilə paylaş: