Katod mühafizəsi
Suya dalmış polad konstruksiyanı
korroziyaya uğradan statik elektrik
yüklərinin neytrallaşdırılması üsulu.
Keçiricilik qabiliyyəti
Maddənin, bir vasitə ilə, həmin vasitənin
özünün nəzərə çarpan hərəkəti olmadan
istiliyi, elektriki və ya səsi ötürmə
qabiliyyətinin ölçüsü.
Kesson
Qazma qurğusundan və ya platformadan
uzanaraq tamamilə suya dalmış və dəniz
suyunun götürülməsi, yaxud axıntı suların
atqısı üçün istifadə oluna bilən silindrşəkilli
polad kamera.
Kəşfiyyat quyusu
Kəşf olunmamış layların axtarışı zamanı
və yaxud məlum layların hüdudlarını
əhəmiyyətli dərəcədə genişləndirmək üçün
qazılan quyu.
Koaqulyator
Materialı kimyəvi reaksiya vasitəsilə maye
halından qatı hala çevirmək üçün istifadə
olunan qurğu.
Kol
Alt hissəsində bir neçə budağı olan
nisbətən alçaq ağacşəkilli bitki.
Dostları ilə paylaş: |