Koliform bakteriyaları
Adətən, insanların və digər onurğalıların
bağırsaqlarında (xüsusilə, yoğun
bağırsaqda) məskunlaşan bakteriyalar və
ya bu bakteriyalara aid olanlar.
Kompensasiya sistemi
Platformada yanacaq qazı olmadığı
zaman qaz ixracı xəttindən qazın
istifadəsinə imkan yaradan sistem.
Kompressiya
Maddənin daxilində təzyiqin artırılması.
Kondensasiya temperaturu
Su buxarının kondensasiya olunaraq suya
çevrilməsi üçün müəyyən hava həcminin
soyudulmalı olduğu (sabit təzyiqdə)
temperatur.
Kondensat (Qaz kondensatı)
Səthdəki hasilat avadanlığı ilə bağlı olan
normal temperaturlarda və təzyiqlərdə
mayeyə kondensasiya olan, təbii qazla
birlikdə hasil olunmuş yüngül
karbohidrogen fraksiyaları.
Konsorsium
Bir qayda olaraq, ümumi bir məqsədlə
yaradılan müəssisələrin, işgüzar dairələrin
və ya maliyyə təşkilatlarının assosiasiyası
və ya qruplaşması
Dostları ilə paylaş: |