Qamış-bataqlıq ərazi
Yağıntılardan sonra səth sularının
müvəqqəti toplanması ilə əlaqəli olan bitki
toplumu, bu toplumda Tamarix meyeri
kolları üstünlük təşkil edir və buna, adətən,
çökəkliklərdə və drenaj xətləri boyunca
rast gəlinir.
Qamışlıq
Dayaz sulu yerlərdə və ya həmişə rütubətli
və yumşaq olan torpaqda iri dəstələrlə
bitən hündür bitkilər.
Qarınayaqlılar
İlbizlər kimi qarınayaqlılar sinfinə mənsub
olan müxtəlif molyusklardan hər hansı biri.
Qazılmış şlamlar
Qazma nəticəsində süxurlardan ayrılmış
və dövr etdirilən qazma məhlulu axını
vasitəsilə səthə çıxarılmış kiçik süxur
hissəcikləri.
Qazma baltası
Süxurları deşmək üçün istifadə olunan
qazma aləti.
Dostları ilə paylaş: |