Dayaq bloku
Polad dayaqlar üzərində quraşdırılmış
dəniz platformasının üst tikililəri saxlayan
konstruksiyası
Dehidrasiya (qurutma)
Qaz axınından suyun xaric edilməsi.
Dənizə yola salma
Avadanlığın gəmi vasitəsilə sahildən yola
salınması və dənizdəki yerinə gətirilməsi
prosesi.
Deqazator
Geri qayıdan qazma məhlulu axınındakı
tutulmuş qazı xaric edən separator
Həmçinin neft axınından müxtəlif növ
qazları xaric edən hər hansı proses.
Desibel (dB)
Səs intensivliyi ilə bağlı iki güc
səviyyəsinin müqayisəsi üçün istifadə
olunan ölçü vahidi (“bel”in onda bir
hissəsi).
Dispersant
Az toksikliyə malik həlledicilərdə həll
edilmiş təmizləyici vasitələrə bənzər səthi
aktiv maddələrdən ibarət xüsusi neft
dağılması
əleyhinə
məhsullar.
Dispersantlar faktiki olaraq nefti sudan
xaric etmir, lakin bunun əvəzində neft
təbəqəsini kiçik hissəciklərə parçalayır ki,
bu da sonra suda dispersiya olunur və
daha sonra təbii proseslər nəticəsində
parçalanır.
Dostları ilə paylaş: |