Təbiət və sadə insan əməyinin təsviri İlyas Tapdığın şeirlə-
rinin əsas xüsusiyyətlərini təşkil edir. Bu onun Vətənə, vətən
torpağına geniş və rəngarəng mənzərələrinə, qurub yaradan insan-
larına vurğunluğundan irəli gəlir.
İlyas Tapdıq təbiət gözəlliyi ilə insannın ənəvi gözəlliyini
vəhdətdə təsvir etməyi bacarır.
Şəmşad Rza şair, publisist
İlyas Tapdıq sanki öz oxucularının əlindən tutub onları
“niyələrinin” cavabını axtarmağa aparır. Sadə, anlaşıqlı bir dildə
Áèáëèîãðàôèéà
23
onlarla söhbətə başlayır. Şair uşaqla uşaq kimi danışmır. Belə
olsaydı böyüklər uşaq gözündə öz marağını itirərdi. Babaların
nağılları ona görə əfsunludur ki, qocalar özünəməxsus hikmətlə,
müdrikliklə danışıblar. İlyas Tapdığın şeirlərində bu mənada da
bir özünəməxsusluq vardır.