Èëéàñ Òàïäûã
4
İlyas Tapdıq poeziyasının ruhu
Görkəmli şair, mədəniyyət xadimi İlyas Tapdığın yaradıcılı-
ğına həsr olunan bu biblioqrafiya Firidun bəy Köçərli adına
Respublika Uşaq Kitabxanasının yaradıcı ziyalılara
diqqət və
qayğısının yeni ifadəsi kimi təqdirəlayiqdir. Bu biblioqrafiyaya
ön söz yazarkən xeyli düşündüm: Axı İlyas Tapdıq təkcə uşaqlar
üçün yazmayıb. Məgər “Gözlər”, “Əksim və qəlbim”, “Arxalı
dağlar”, “Bir ömrün şimşəyi”, “Məhəbbət yolları” və s.
kimi şeir
kitabları lirik poeziyamızın layiqli nümunələrindən deyilmi? İlyas
Tapdığın təkcə “Bənövşə xatirinə kol dibinə iz düşür” misrası
onun lirik şair olduğuna sübut deyilmi?
Üzərində ağ buludlar yarılar,
Yel vuranda gülün-gülə sarılar,
Çiçəyinə nəğmə deyər arılar
Şirə çəkir çəmənlərin tər çağı,
Sinən üstə səpələnir Ər dağı!
Əgər İlyas Tapdıq yalnız bu tipli lirik şeirlər yazsaydı, yenə
də ədəbiyyatımızın tarixində qala bilərdi. Lakin bu gün İlyas
Tapdıq haqqında düşünəndə, uşaq ədəbiyyatımızın görkəmli bir
nümayəndəsinin siması qeyri-ixtiyari olaraq göz önündə canlanır.
İlyas Tapdığın bioqrafiyası çox sadədir: 1934-cü
ilin bir pa-
yız səhərində - noyabrın 30-da, Gədəbəyin Əli İsmayıllı kəndin-
də, Oruc kişinin ailəsində bir oğlan uşağı dünyaya gəldi. Uşağın
adını İlyas qoydular. Soyadları Tapdıqov olan bu ailənin üzv-
lərindən kimsə dedi:
- Tapdıq! İlyası tapdıq.
Bəlkə də elə o vaxtdan, hələ yazı-pozu bilməyən uşağın İlyas
Tapdıq adı dildən dilə düşdü. Balaca İlyas qohum-əqrəbanın ona
verdiyi adı doğrultmaq üçün gecə-gündüz oxudu, saza, aşıq sənə-
tinə xüsusi rəğbət bəslədi. Özü də ara-sıra qoşma janrında şeirlər
Áèáëèîãðàôèéà
5
yazmağa başladı. Hələ Gədəbəyin
Qara Murad kəndində orta
məktəbdə oxuyarkən yazdığı şeirləri mərkəzi mətbuata yol tap-
mağa başladı. 19 yaşlı İlyasın “Bakının gecələri” adlı şeiri res-
publikanın ən böyük ədəbi mətbuatlarından biri olan “Azərbay-
can” jurnalında çap olundu. İlk uğur onu həyəcanlandırdı, amma
çaşdırmadı. Bunun ardınca “Kəndimizin çobanı” adlı şeirlər kita-
bı 1955-ci ildə nəşr olundu. Bu kitab sanki İlyas Tapdığı relsin
üzərinə çıxartdı. 1957-ci ildə onu Uşaqgəncnəşr adlanan böyük
bir nəşriyyata redaktor vəzifəsinə qoydular. 1958-ci ildə Yazıçılar
Birliyinin üzvlüyünə qəbul olundu. İlyas Tapdıq qatarı bütün
gücü ilə hərəkətə gəldi.
İlyas Tapdıq bütün ömrünü nəşriyyatda keçirdi. 1957-ci
ildən
1990-cı illərə qədər uşaqlar üçün kitab çap edən nəşriyyatlarda
çalışdı. Kitab nəşri bu gün də onun həyatının mənasını təşkil edir.
Onun indiyə qədər redaktə etdiyi kitabların sayı 900-ə yaxındır.
Bu günün tanınmış yazıçılarının əksəriyyətinin kitablarına redak-
torluq edib. Bu gün müstəqil nəşriyyatlar
da onun təcrübəsindən
maksimum yararlanmaq istəyir. Belə bir fəaliyyətlə məşğul olan
bir adamın nəticədə gözəl uşaq şairi olması son dərəcə təbiidir.
Görkəmli rus yazıçısı M.Prilejayeva “Detskaya literatura”
jurnalında “Salam, İlyas Tapdıq” adlı məqaləsində qeyd edir ki,
Azərbaycan uşaqları ona görə xöşbəxtdir ki, onların İlyas Tapdıq
kimi gözəl şairləri var.
Bu gözəllik nədədir? İlyas Tapdıq
hər şeydən əvvəl güclü
müşahidə qabiliyyətinə malik olan bir sənətkardır. Hamının gör-
düyü bir lövhəni İlyas Tapdıq heç kəsin görə bilməyəcəyi bir
mənzərəyə çevirməyi bacarır.
Nənənin evində gəbə var,
Gəbənin üstündə dəvə var,
Dostları ilə paylaş: