Microsoft Word ilyas met doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə239/253
tarix30.12.2021
ölçüsü1,06 Mb.
#22153
1   ...   235   236   237   238   239   240   241   242   ...   253
İlyas Tapdığın 
 
Gəlişi bizləri nura bürüdü, 
Xalqı üçün yananların biridi. 
Şeirinin mənalı sətirləridi 
Hər söhbəti-sözü İlyas Tapdığm. 
 
Dilsizə dil verib gətirib dilə, 
Şirin avazını tanıdıb elə. 
Böyük bir şərəflə qovuşub ilə, 
Gecəsi, gündüzü İlyas Tapdığın. 
 
Söz-sənət yolunda yanan çıraqdı, 
Qohuma arxadı, dosta dayaqdı. 
Qüdrətdən od alan bir gur ocaqdı, 
Tükənməzdir közü İlyas Tapdığın. 
 
Səyyad, qul olasan bir təmiz ada, 
Gözəl sənətkara, kamil ustada. 
İstər atlı olsun, istər piyada, 
Silinməzdir izi İlyas Tapdığın. 
 


Èëéàñ Òàïäûã 
 
184 
Ay ustad 
 
Zaman məni elə hala salıb ki, 
Əyriyə də düz deyirəm, ay ustad. 
Bir alçağa bilə-bilə baş əyib, 
Astara da üz deyirəm, ay ustad. 
 
Hər gün çevirirəm haqqa üzümü, 
Tanrı da rüşvətsiz demir sözünü. 
Elə itirmişəm özüm-özümü, 
Əlliyə də yüz deyirəm, ay ustad. 
 
Sazı ələ salıb, qırdılar simi, 
Bütöv varlığımın laxladı himi. 
Ağlını itirmiş sərxoşlar kimi  
Çaşıb qaşa göz deyirəm, ay ustad. 
 
Qalmayıb başımda nə ağıl, nə huş, 
Baharı bəd gəlmiş ilimdən soruş. 
Bütün yeri-göyü bürüyüb bayquş, 
Səyyad yanır, döz deyirəm, ay ustad 
 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin