Microsoft Word ilyas met doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə241/253
tarix30.12.2021
ölçüsü1,06 Mb.
#22153
1   ...   237   238   239   240   241   242   243   244   ...   253
Gədəbəydədir 
Hörmətli şairimiz İlyas Tapdığın  
“Gədəbəydədir” şeirini oxuyarkən 
 
Dağlar qucağında ulduzlar təki, 
Sayrışan tər güllər Gədəbəydədir. 
Uca zirvələrin qaya köksündən. 
Asılan dağ tüllər Gədəbəydədir. 
 
Yamaca, yaylağa yaxşı nəzər sal, 
Şığıyıb qıy vurur səmada qartal. 
Uçub qanadlanır göylərə xəyal, 
Sazımın zilləri Gədəbəydədir. 
 
Baxdım heyran-heyran gur şəlaləyə, 
Körpə bənövşəyə, zərif laləyə, 
Əzəldən məftunam bu gözəlliyə, 
Süsənlər-sünbüllər Gədəbəydədir. 
 
Şimşəklər oynadı, işıq çiləndi, 
Dərə uğuldadı, dağ silkələndi. 
Bir göz qırpımında yağış ələndi, 
Atlanan gur sellər Gədəbəydədir. 


Èëéàñ Òàïäûã 
 
186 
Təbiət çağırır, Səyyad, gəl deyir, 
Bu doğma yerlərdə bir dincəl deyir. 
Nabələd yolçuya qonaq qal deyir, 
“Can” deyən xoş dillər Gədəbəydədir. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin