Èëéàñ Òàïäûã
180
* * *
2005-ci ilin iyul ayının 28-də xalqımızın ziyalı oğlu, Gədəbəy
Rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzayev şair İlyas
Tapdığııı 71 illiyi münasibətilə Gədəbəydə böyiik bir şeiir məclisi
təşkil etmişdi.
İki min beşinci il ortası yayın,
Dağların döşündə gül yığın-yığın,
Böyük el şairi İlyas Tapdığın,
Yetmiş bir yaşında dayandı zaman,
Bir şeir məclisi qurmuşdu Kamran.
Qocadağ Şahdağa sarı baxırdı,
Sanki baxışından şimşək çaxırdı,
Mahnı süzülürdü, şeir axırdı
Gözəl Gədəbəyin bulaqlarından,
Bir şeir məclisi qurmuşdu Kamran.
Hər qəlbdə neçə min arzu yanırdı,
Hamı bir-birini qardaş sanırdı,
Dağlar bu birlikdən vüqarlanırdı,
İnsanlar can deyib eşidirdi can,
Bir şeir məclisi qurmuşdu Kamran.
Güllər bir-birinə eyləyirdi naz,
Elə bil təzəcə açılmışdı yaz.
Aşıq İsfəndiyar sinəsində saz,
Meydan sulayırdı, eləyirdi qan,
Bir şeir məclisi qurmuşdu Kamran.
Vətən torpağının xoş təbiəti,
Məftun eyləmişdi Cavad Heyəti.
Dindikcə dilində el məhəbbəti,
Sevinclə gülürdü Təbriz, Savalan,
Bir şeir məclisi qurmuşdu Kamran.
Áèáëèîãðàôèéà
181
Şairlər yurdunun qoca, cavanı,
Hörmətlə dinlədi Oqtay Rzanı,
Andıqca qürbətə dönən Şuşanı,
Şuşa dağlarından qalxırdı duman,
Bir şeir məclisi qurmuşdu Kamran.
Musa Ələkbərli dağ vüqarıyla,
Dosta sədaqəti, etibarıyla,
Açmışdı qəlbini min bir barıyla.
Sanki püskürürdü oyanmış vulkan,
Bir şeir məclisi qurmuşdu Kamran.
Dəmir Gədəbəyli dağlar övladı,
Qaynar bulaqlar tək coşdu, çağladı,
Yamaclar, cığırlar, izlər ağladı,
İlyas qağamız da kövrəldi yaman,
Bir şeir məclisi qurmuşdu Kamran.
Dinlədikcə Nahid Hacızadəni,
Dağlar öz başından dağıtdı çəni,
Oğuz mərdlərinin şanlı vətəni,
Sənətkar sözünə olmuşdu heyran,
Bir şeir məclisi qurmuşdu Kamran.
Tanrı töhfəsiydi o məclis, o tam,
Bir əlində sazı, bir əlində cam.
Mənim alim dostum tarixçi İlham,
Nəğməkar bülbülə dönmüşdü inan,
Bir şeir məclisi qurmuşdu Kamran.
Fəsillər dolanıb keçsə də illər,
Açılsa da güllər, axsa da sellər.
Gəlsə də dünyaya neçə nəsillər,
Məzahir o günü unutmaz bir an,
Bir şeir məclisi qurmuşdu Kamran.
Dostları ilə paylaş: