Microsoft Word ilyas met doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə242/253
tarix30.12.2021
ölçüsü1,06 Mb.
#22153
1   ...   238   239   240   241   242   243   244   245   ...   253
Səyyad Məmmədli 
 
 
Borçalıdadı 
 
Elimdə bayramdı, - Odlar yurdunun,  
Bir qələm ustası Borçalıdadı. 
Birinci gəlişi olsa da onun
Çoxdankı sədası Borçalıdadı. 
 
Hər anı gözəldir belə bir çağın;  
Könlümdə çağlayır söz yığın-yığın, 
Ellər sevimlisi İlyas T apdığın 
Şeiriyyət dünyası Borçalıdadı. 
 
Ellər sevimlisi İlyasTapdığın  
Şair, unudulmaz qədri bır anın,  
Bizləri həmişə axtarıb, anın.  
Ömrümün mənası Azərbaycanın,  
Qəlbinin parçası Borçalıdadı. 
 
Şirin xəyalında xoş gələcəyin, 
Qayəsi saf olan arzu, diləyin. 
Yarıya bölünmüş bütöv ürəyin,  
Təbrizin nəvası Borçalıdadı. 
 
Sazla gülümsəyən, sazla ağlayan
 Ömrünü tellərə düzüb bağlayan,  
Hüseynin, Əmrahın ürək dağlayan,  
Yadigar havası Borçalıdadı. 
 
Áèáëèîãðàôèéà 
 
187 
Sizi kövrəltməsin mənim sözlərim,  
Qələmim cavandı, deyildir dərin.  
Sayı çox olaydı belə günlərin, 
Bir ümid şüası Borçalıdadı. 
 
Müqəddəs yol qoyub bizə babalar
Namus, qeyrət candan əziz tutular. 
Dostluğa sədaqət, dosta etibar. 
Saflığın mayası Borçalıdadı. 
 
Siz, ey gözəl insan, bəxtiyar ata
Çox xoş gəlmisiniz bizim elata. 
Nənə-babaların bu toy-büsata, 
Min xeyir-duası Borçalıdadı. 
 
Belə qohumluğa afərin, əhsən, 
Səadət diləyir ellər ürəkdən. 
Sümüyü Gədəbəy, südü Balakən
Bakılı balası Borçalıdadı. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin