Microsoft Word Info-5 mv az (11-07-20). docx



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə71/76
tarix18.09.2023
ölçüsü1,08 Mb.
#145157
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   76
quot-informatika-quot-fanni-uzra-5-ci-sinif-ucun-metodik-vasait-1595494309-392

I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə 
Kompüter şəbəkəsi 
haqqında ümumi 
məlumatları şərh 
etməkdə çətinlik 
çəkir.
Kompüter şəbəkəsi 
haqqında ümumi 
məlumatları müəlli-
min köməyi ilə şərh 
edir.
Kompüter şəbəkəsi 
haqqında ümumi 
məlumatları şərh edərək 
kiçik səhvlərə yol verir.
Kompüter şəbəkəsi 
haqqında ümumi 
məlumatları düzgün 
şərh edir.
İnternetlə bağlı sadə 
anlayışları izah et-
məkdə çətinlik çəkir.
İnternetlə bağlı sadə 
anlayışları qismən 
izah edir.
İnternetlə bağlı sadə 
anlayışları əsasən izah 
edir.
İnternetlə bağlı sadə 
anlayışları düzgün 
izah edir.
Dərs 32 / Mövzu 25:
 DÜNYA HÖRÜMÇƏK TORU 
Dərsi müəllimin kompüter sinfində keçməsi məqsədəuyğundur. Əsas məqsəd 
şagirdləri İnternetin xidmətlərindən biri olan WWW – Dünya hörümçək toru ilə tanış 
etməkdir. Şagirdlərə izah olunmalıdır ki, informasiyanın İnternetdə olması o 
deməkdir ki, bu informasiya hər hansı bir veb-səhifədə saxlanılır. Yaxşı olar ki, 
şagirdlər veb-brauzerin pəncərəsi ilə tanış olsunlar, ünvan sətrində hər hansı bir 
saytın ünvanını yazsınlar və açılmış saytla tanış olsunlar. Dərsin İnternet bağlantısı 
olan kompüter sinfində keçilməsi nəzərdə tutulmuşdur.
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıqda məqsəd şagirdlərin ilkin 
olaraq İnternet saytlarını açmaq bacarıqlarının formalaşdırılmasıdır. Bunun üçün 
müəllim proyektor vasitəsilə tapşırıqda yazılmış alqoritmi şagirdlərlə paralel icra edə 
bilər. Bu zaman şagirdlər müəllimin yerinə yetirdiyi əməliyyatları öz kompüter-
lərində təkrarlamaqla bu bacarıqlara daha asanlıqla yiyələnə bilərlər. Dərslikdə ve-
rilmiş saytlar ətraf mühitə qayğıkeş münasibətin, təbii sərvətlərdən səmərəli istifadə, 
ictimai və milli-mənəvi dəyərlərin təbliği baxımından çox əhəmiyyətlidir.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin