93
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıqda məqsəd şagirdləri İnternetin
axtarış imkanları ilə tanış etməkdir. Bunun üçün müəllimə tapşırıqda yazılmış
alqoritmin icrasını proyektor vasitəsilə nümayiş etdirmək tövsiyə olunur. Şagirdlər
müəllimin yerinə yetirdiyi əməliyyatları öz kompüterlərində təkrarlamaqla bu
bacarıqlara daha asanlıqla yiyələnmək imkanı əldə edirlər.
Onlar müəllimin
məsləhəti ilə müxtəlif mövzular üzrə axtarış apara bilərlər.
Şagirdlərin diqqətini
saytların təhlükəsizliyinə yönəltmək olar. Axtarış zamanı müəyyən sayta keçərkən
belə bir məlumat çıxa bilər: “Bu sayt təhlükəlidir. O, virus hücumuna məruz qalıb”.
Bu halda belə saytı açmaq məqsədəuyğun deyil.
İşin müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər. Şagirdlərin bir
neçəsinin işinin müzakirə edilməsi alqoritmi başa düşmək üçün faydalı olardı. Şa-
girdlərin çətinlik çəkdikləri bacarıqlar təhlil edilə bilər. Şagirdlər, adətən, axtarış sis-
temində axtarılan mövzuların adlarını yazmaqda, açılan siyahdan özlərinə lazım olan
məlumatların seçilməsində çətinlik çəkirlər. Müəllim bir neçə mövzu üzrə axtarış
nümunəsini göstərə bilər. Bu zaman müxtəlif axtarış sistemlərini nümayiş etdirmək
məqsədəuyğun olardı:
www.google.az, www.arama.com, www.google.com,
www.yandex.ru
və s.
Dərsliyin “Araşdıraq-öyrənək” hissəsindəki tapşırığı yerinə yetirərkən şagirdlər
müəllimin məsləhəti ilə müxtəlif mövzular üzrə də araşdırma apara bilərlər. Bu za-
man onlar, sadəcə, yeni məlumatları şifahi olaraq təqdim edə bilərlər.
Müəllim şagirdlərə müxtəlif milli və xarici saytların ünvanlarını da verə bilər:
http://www.edu.az, http://bebe.az, http://www.gulzarnene.com, http://www.baladili.ws
və digər saytları nümunə göstərə bilər.
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini
qiymətləndirmək üçün
aşağıdakı meyarlar üzrə rubriklər hazırlaya bilər:
Qiym
ə
tl
ə
ndirm
ə
meyarları
:
fərqləndirmə, İnternetdə
işləmə
Dostları ilə paylaş: