Microsoft Word informatika cavab az docx



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə10/75
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#46286
1   ...   6   7   8   9   10   11   12   13   ...   75
informatika cavab01az

 

4. Verilənlər, informasiya və bilik.  

Verilən  –  hadisə  barədə  qeyd  edilmiş  məlumatdır  və  heç  bir  dəyişikliyə 

uğramadan  ixtiyari  müddətə  saxlana  bilər.  İnformasiya  isə  qərar  qəbulu  üçün 

yararlı formada təqdim edilən işlənmiş verilənlərdir. Bilik – bəlli qaydada işlənmiş 

və istifadə edilmiş informasiyadır. 

İ

nformasiya  (latınca  informatio)  öyrənilən  obyektlər  və  hadisələr  haqqında 

ə

ldə  edilən  bilikləri  göstərir.  Həmin  biliklər  müəyyən  faktlar  və  onlar  arasındakı 



asılılıqlar  şəklində  ifadə  olunur.  İnformasiya  nəzəriyyəsində  informasiyanın 

kəmiyyət (miqdar) baxımından təyinində də bu yanaşma əsas götürülmüşdür. 

Ə

gər  obyekt  və  ya  hadisə  haqqında  alınan  bilik  təkrarlanırsa,  o,  informasiya 



hesab  olunmur,  yəni  o,  informasiya  daşımır.  "Fakt"  sözü  "məlumat"  və  "xəbər" 

sözləri ilə eyni mənalıdır. Beləliklə, fakt (məlumat, xəbər) hər hansı obyekt və ya 

hadisənin  xassələrini  təyin  edir.  Deyilənlərdən  belə  nəticə  çıxarıla  bilər  ki,  bütün 

hallarda informasiya faktdır, fakt isə informasiya olmaya bilər (əgər o təkrarlanırsa 

və ya tədqiqatçı üçün əhəmiyyət kəsb etmirsə). 

İ

nformatikada  fakt,  məlumat,  xəbər  terminləri  çox  vaxt  "verilənlər"  sözü  ilə 



ifadə  olunur.  "Verilənlər"  (ingiliscə  data)  texniki  vasitələrlə  (məsələn, 

kompüterlə)  saxlanması,  emal  edilməsi  və  ötürülməsi  üçün  formal  şəkildə  təsvir 

olunan  (kodlaşdırılan)  məlumatdır.  "Verilən"  termini  latınca  "datum"  (fakt) 

sözündən yaranmışdır. Lakin verilən bəzən konkret və ya real fakta uyğun gəlməyə 

bilər.  Verilənlər  bəzən  qeyri-dəqiq,  həqiqətdə  mövcud  olmayan  anlayışları  ifadə 

edə  bilər.  Odur  ki,  verilənlər  dedikdə  öyrənilən  obyektin,  hadisənin  və  ya  fikrin 

təsviri başa düşülür. 

Verilənlər  ümumi  halda  ad,  qiymət,  tip  və  struktur  xarakteristikaları  ilə  təyin 

olunurlar. 

Verilənin  adı  onun  mənasını  (semantikasını)  ifadə  edir,  məsələn,  çəki,  ölçü, 

rəng  və  s.  Verilənin  qiyməti  isə  əslində  verilənin  özünü  xarakterizə  edir,  çünki 

faktları  bir-birindən  ayırmaq  üçün  onları  qiymətləndirmək  lazımdır.  Təbii  dilin 

zənginliyi  verilənlərin  adları  ilə  qiymətlərinin  birlikdə  təsvirinə  imkan  verir. 

Məsələn,  "temperatur+30  dərəcədir"  ifadəsində  "+30"  verilənin  qiyməti, 

"temperatur dərəcə ilə" verilənin adıdır. 



        Verilənlərin        tip        xarakteristikasından        əsasən        proqramlaşdırmada 

istifadə olunur. Tipinə görə verilənləri 4 qrupa ayırırlar: hesabi (və ya rəqəm tipli), 

mətn (və ya simvol tipli), məntiqi və göstəriçi tipli verilənlər. Hesabi verilənlərdə 

qiymət rəqəmlərlə ifadə olunur (məsələn, "boyu 174 sm"). Mətn tipli verilənlərdə 

qiymət  sözlə  (simvollarla)  ifadə  olunur  (məsələn,  "qırmızı  rəngli").  Məntiqi 

verilənlərdə qiymət məntiqi kəmiyyətlə («yalan», «doğru») ifadə olunur (məsələn, 

"ikinin  tək  ədəd  olması  yalandır").  Göstərici  tipli  verilənlərdən  isə 

proqramlaşdırmada  yaddaş ünvanları ilə işləmək üçün istifadə olunur. Qeyd edək 

ki,  proqramlaşdırmada  verilənlər  həmçinin  say  sisteminə,  təsvir  formasına, 

uzunluğuna görə də xarakterizə edilir. 




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin