5. Verilənlərin, informasiyanın və biliyin xassələri.
Verlənlərin xassələri: Prezentativlik (təqdimatlılıq), Dəqiqlik, Gerçəklik.
İ
nformasiyanın xassələri: Aktuallıq, Məqamlılıq.
Biliyin xassələri. Bilik predmet və ya konkret, konseptual və ya ümumiləşdiurici
və metabilik şəklində ola bləndir. Konkret bilik konkret oblasta aid
informasiyadan yaranır. Konseptual bilik metodoloji xarakterli olur. Metabilik
bilik haqqında bilikdir. Məsələn, Mendeleyev cədvəli.
Qısa izahatdan göründüyü kimi, "informasiya", "fakt" ("məlumat", "xəbər") və
"verilənlər" anlayışları bir-birinə çox oxşar olsa da, onlar arasında müəyyən fərqlər
var. Buna baxmayaraq, informatikada bu anlayışlar eyni məna kəsb edirlər, yəni bu
terminlər sinonim kimi qəbul olunur. Bunun əsas səbəbi ondan ibarətdir ki,
kompüterdə saxlanan, emal olunan və istifadəçiyə çatdırılan verilənlərin (faktların)
informasiya daşıyıb-daşımaması məsələsi istifadəçiyə aiddir. Beləliklə,
informatikada ən çox işlədilən "informasiya" və "verilənlər" sözləri qarşılıqlı əvəz
olunan anlayışlardır.
Dostları ilə paylaş: |