12. İnformasiyanın praqmatik ölçüsü.
Praqmatik ölçü informasiyanın qiymətliliyini təyin etmək üçün istifadə edilir.
Bir ünvan üçün heç bir əhəmiyyət daşımayan fakt, məlumat başqa məqsədli
ünvanın böyük marağına səbəb ola bilir. Buradan aydın olur ki, obyekt ünvandan
asılı olmayaraq obyektiv surətdə mövcud olub, ətrafa müəyyən miqdarda
informasiya yaydığı halda, bu informasiyanın yalnız müəyyən hissəsi ayrı-ayrı
ünvanlar üçün bu və ya digər dərəcədə qiymətli olur. Ünvanın informasiyaya
reaksiyası 0-la 1 arasında dəyişən qiymətlərlə xarakterizə oluna biləndir. Məsələn,
ə
gər ünvan konkret miqdarda informasiyaya heç bir reaksiya vermirsə, bu o
deməkdir ki, həmin informasiyanın qiymətliliyi onun üçün sıfırdır.
Informasiyanın praqmatik ölçüsü-dedikdə, artıq qeyd edildiyi kimi həmin
informasiyanın idarəetmə üçün faydalılığı, qiymətliliyi başa düşülür. Bu ölçü də
şə
rtidir və informasiyanın bu və ya digər sistemdə istifadəsi xüsusiyyətlərindən
asılıdır. Informasiyanın qiymətliliyi-sistemin idarə edilməsi üzrə məqsəd
funksiyasının ölçüldüyü vahidlərlə və ya ona yaxın vahidlərlə ölçmək məqsədə
müvafiqdir.
|