kəsb edir.Ona görə informatikada verilənlərin həcmi və kompyuterin yaddaşı onluq
çox fərqli olmadığını əsas götürərək 1024 baytın 1Kbayt olması qəbul
edilmişdir.Analoji olaraq
1Mbayt=1024Kbayt=2
20
bayt
1Hbayt=1024Mbayt=2
30
bayt
1Tbayt=1024Hbayt=2
40
bayt
Kompyuterin operativ yaddaşı baytlar ardıcıllığıdır.Bu baytlar ardıcıllığının
uzunluğu müasir kompyuterlərdə 10 və 100 meqabaytlara çatır.
Ədədləri kompyuterin yaddaşında saxlamaq üçün yaddaşdan bir neçə bayt(1-dən
10-a qədər)ayrılır.Yaddaşda ədədin iki təsvir formasını fərqləndirirlər.Birinci təsvir
formasında oyuğun mərtəbələri 0-dan başlayaraq soldan sağa doğru nömrələnir və
neçə mərtəbənin ədədin tam hissəsi,neçə mərtəbənin ədədin kəsr hissəsi üçün
nəzərdə tutulması əvvəlcədən məlum olur,yəni vergülün yeri qeyd olunmuş
olur.Bu cür oyuqlarda 0-cı mərtəbə ədədin işarəsi üçün nəzərdə tutulmuş
olur.Məsələn,24 mərtəbəli oyqda 1-10 -cu mərtəbələr tam hissə,11-23-cü
mərtəbələr kəsr hissə üçün nəzərdə tutula bilər.Bu cür yazılış forması ədədlərin
sabit vergüllü təsvir forması adlanır.Ədəddəki rəqəmlərin sayı və vergülün konkret
yeri ədədin konkret formatı ilə müəyyən olunur.Qeyd edək ki,belə oyuqda yazıla
bilən mütləq qiymətcə ən böyük ədəd 1111111111.1111111111111
Dostları ilə paylaş: