Microsoft Word informatika cavab az docx



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə72/75
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#46286
1   ...   67   68   69   70   71   72   73   74   75
informatika cavab01az

Obyektyönlü  model  iki  modeli  özündə  birləşdirir  (relyasiya  və  şəbəkə 

modellərini)  və  mürəkkəb  strukturlu  böyük  VB-lərin  qurulması  üçün  istifadə 

olunur. 

 

50. Relyasion verilənlər modeli . 

Verilənlərin  struktur  modelləşdirilməsində  aşağıdakı  tip  modellərdən  istifadə 

olunur: iyerarxik, şəbəkə, relyasiya və obyektyönlü. 

         Relyasiya   modelinin   və   ümumiyyətlə   relyasiya    modelli    VBIS-in 

yaranması  IBM  firmasının  əməkdaşı  Edqar  Koddun  adı  ilə  bağlıdır.  Relyasiya 

modelinin əsasını "nisbət" (ingiliscə "relation") riyazi anlayışı təşkil edir və bu tip 

modelin adı həmin terminlə bağlıdır. Müəyyən şərtlərə əməl etdikdə, nisbəti insan 

üçün  adi  olan  ikiölçülü  cədvəl  kimi  təsvir  etmək  olar.  Fərdi  kompüterlər  üçün 

mövcud olan VBIS-in böyük əksəriyyətində relyasiya modelindən istifadə olunur. 

Relyasiya  modelinin  əsas  üstün  cəhətləri  aşağıdakılardır:  sadəliyi,  proqram 

reallaşdırılmasının  asanlığı,  verilənlər  üzərində  müxtəlif  riyazi  və  məntiqi 

ə

məliyyatların aparılmasının mümkünlüyü, istənilən tip sorğuya cavabı təmin edən 



çevik VB sxeminin qurulmasının mümkünlüyü. 

Relyasiya modelindən əsasən orta ölçülü VB-lər üçün istifadə olunur. Cədvəllərin 

sayı  artdıqca  VB  ilə  işləmə  sürəti  aşağı  düşür.  Mürəkkəb  strukturlu  verilənlərin 

emalı  sistemlərinin  (məsələn,  layihələndirmənin  avtomatlaşdırılması  sistemləri) 

yaradılmasında  relyasiya  modelindən  istifadə  olunması  müəyyən  çətinliklər 

yaradır. Relyasiya modeli haqqında daha ətraflı məlumat sonrakı paraqrafda verilir. 




 Relyasiya  modeli (RM) mövzu sahəsini əhatə edən nisbətləri və onlar arasındakı 

ə

laqələri  əks  etdirir.  Relyasiya  modelində  VB-in  məntiqi  sxemi  nisbətlər  sxemi 



şə

klində  tasvir  olunur.  Həmin  sxemdə  ayrı-ayrı  nisbətlər  və  oxlu  xətlərlə  onlar 

arasındakı  əlaqələr  göstərilir.  Relyasiya  modelinin  elementləri  və  onların  təsvir 

forması cədvəl 1-də göstərilmişdir. 

RM elementlərindən ən mühümü nisbətdir. 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin