Şəkil 20. Duzlu göllərin fototəsvirinin xarakteri:
a – Ölü dəniz; b - Zaqros dağlarında (Cənub-qərbi İran (“Cemini”)) Teşt və
Neyriz duzlu gölləri; c - Qaraboğazgöl körfəzi (“Soyuz-9”).
Bitki- Bitkilərin mühitlə sıx əlaqəsi, onun məskunlaşma şəraitinə fəal
reaksiyası və bitkilərin qida maddələrinə seçici münasibəti ondan mühitin gös-
təricisi kimi istifadə etməyə imkan verir. Bu, ana süxurlar, torpaq və bitki
örtüyü arasındakı müəyyən qarşılıqlı əlaqənin mövcudluğuna əsaslanır. İndika-
siya obyektindən asılı olaraq, torpaq, iqlim, ana süxurlar, nəmlik və s. İndika-
torların bitki qrupları ayrılır. Bundan asılı olaraq, bitki müxtəlif tip çöküntülərin
(kövrək və s.) göstəricisi ola bilər. Qırılma pozulmalarını və çatlılığı, iri struk-
turları, nəmliyi və hidrogeoloji xüsusiyyətləri nəzərə çarpdıra bilər. B.V.Vinaq-
radov bitki örtüyünün ətraf mühitlə sıx əlaqəsinin olduğu və buna görə də deşif-
rələmə əlamətləri hesab edilən: 1) həyat formaları; 2) ekoloji tiplər; 3) sistema-
tik növlər; 4) növlərin quruluş və bioloji xarakter əlamətləri; 5) bitki xüsusiy-
yətləri və bitki örtüyünün digər taksonomik vahidləri; 6) kompleks və birliklə-
rin uyğunluğu kimi əsas xüsusiyyətləri ayırmışdır.
Lakin bitki örtüyünün heç də bütün elementləri KFŞ-ın de-şifrələnməsin-
də onların məhdud həlletmə xüsusiyyətləri və generalizasiyanın kifayət səviy-
yəsi səbəbindən istifadə edilə bilməz. Bununla əlaqədar olaraq, yuxarıda nəzər-
dən keçirilən bitki örtüyünün xarakteristikalarından həyat forması, ekoloji tip-
60
lər, sistematik növlər və onların quruluşunun xüsusiyyətləri tamamilə qüvvədən
düşür.
Bitki aləmi müəyyən strukturla (bitkilərin horizontal və ya şaquli yayıl-
ması xüsusiyyətləri), onların yayılmasını məhdudlaşdıran relyef formalarına
uyğun olan konturla xarakterizə olunur. Bütün bu əlamətlərin hesabına bitki
aləmi şəkillərdə konturların forması, çaları və strukturu ilə əks olunur. Kontur-
ların forması, yayılma sahəsi, çalar ekologiya, struktur qrupların quruluşu (belə
ki, fototəsvirlərin şəkli qrupların ahəngi kimi təyin olunur) ilə təyin olunur.
Bitki aləmi üstünlük təşkil edən həyat formalarına görə: ağaclıq, kolluq, otluq,
mamır və s. fərqlənir. Müxtəlif həyat formaları fototəsvirlərdə müxtəlif struk-
tura malik olması: iri nöqtəli, xırda nöqtəli, dənəvarı və s. ilə xarakterizə
olunur.
Torpaq - Torpağın indikator kimi istifadə olunmasının əsasını onun ana
süxurlarla sıx qarşılıqlı əlaqəsi təşkil edir ki, onun da təsiri torpağın rəngində,
mexaniki tərkibində, torpaq skeletinin xarakterində, qalınlığında, nəmliyində
və kimyəvi tərkibində öznü büruzə verir. Sadalanan keyfiyyətlər onların spekt-
ral parlaqlığını və eyni zamanda şəkillərdə təsvir xarakterini təyin edir. Torpa-
ğın indikasion rolu arid, daha çox bitki örtüyü olmayan müddətdə isə humid
zonalarda özünü büruzə verir.
Torpağın spektral parlaqlığına humus layının qalınlığı və torpaq horizon-
tunda humus maddələrinin miqdarı təsir edir. Bununla əlaqədar olaraq, tərki-
bində yüksək miqdarda humus olan torpaqlar (qara torpaq, çəmən torpaq və s.)
tərkibində daha az humus olan torpaqlardan (kültorpaq (məhsul verməyən
bozumtul ağ rəngli torpaq), boz meşə, qonur səhra - düzən və s.) təsvirin tünd
çaları ilə fərqlənir. Torpağın parlaqlığı onun nəmliyindən asılı olaraq daha çox
dəyişir. Nəmliyin artması parlaqlığın zəifləməsinə gətirib çıxarır ki, bununla da
əlaqədar olaraq, nəm və ya çox rütubətli torpaqların fotoçaları quru torpaqlara
nisbətən 2-3 dəfə tünd olur.
Torpaqların mineraloji tərkibi də spektral parlaqlığa təsir göstərir. Açıq
rəngli minerallar (kvars, kaolin və s.) torpağın parlaqlığını artırır, tünd çalarlı
minerallar (biotit, limonit və s.) əksinə azaldır. Torpağın parlaqlığını kifayət
qədər azaldan dəmir oksididir. Məsələn, səhra, günəş şüası ilə qaralmış kimi və
ya lateritlər - Afrikanın bəzi rayonlarında KFŞ-də tünd boz və ya hətta qara
fotoçalarla səciyyələnir.
Yüksək əksetdirmə qabiliyyətinə malik zəif həll olan duzların (karbo-
natlar və sulfatlar) olması torpağın parlaqlığını artırır. Arid zonalarda torpağın
parlaqlığına daha çox asan həll olan duzlar təsir göstərir. Yayda onlar yer səthi-
nə çıxaraq (torpağın tərkibindəki suyun buxarlanmanın təsiri ilə yer səthinə
yaxınlaşması və buxarlanması nəticəsində) “duz qabıqları” əmələ gətirir və tor-
paq
konturlarının
parlaqlığını
kəskin artıraraq, şəkillərdə ağ çalarla təsvir olunur.
61
Misal olaraq, İranda Zaqros dağlarında Teşt və Neyriz göllərinin sahillə-
rində duz qabıqlarını göstərmək olar ki, onlar da KFŞ-də bir sıra açıq rəngli
zolaqlar kimi müşahidə olunur (şəkil 20).
Müxtəlif mexaniki tərkibli torpaqlar spektral parlaqlığına görə fərqlənir.
Humid zonalarda qumlu torpaqlar şəkillərdə adətən gilli və gilli-qumlu torpaq-
lara nisbətən daha açıq çalara malik olur. Arid zonalarda kövrək, qumlu və gilli-
qumlu torpaqlar deflyasiyaya daha çox məruz qalır ki, bunun nəticəsində də
onlar humusla zəngin olan xirda dənəli fraksiyaları itirir, rəngsizləşir və açıq
çalarla əks olunur.
Deşifrələmə zamanı çılpaq torpaqların əsas əlamətləri fototəsvirin çaları
və şəkli hesab olunur. Düzən ərazilərdə inkişaf edən, aydın görünən makrorel-
yefsiz və eynicinsli dördüncü dövr çöküntülərinin qalın qatı ilə mürəkkəbləşən
torpaq örtüyü fototəsvirin eyni çaları və hər hansı bir rəsmin olmaması ilə
xarakterizə olunur. Torpaq örtüyünün istənilən qeyri-bircinsliliyi torpaq əmələ-
gətirən süxurların maddi tərkibinin xarakteri ilə müəyyən olunaraq, şəkillərdə
müxtəlif rəsmlərlə ötürülür (şəkil 21).
Şəkil 21. KŞ-n deşifrələmə materiallarına görə torpaq xəritəsinin dəqiqləşdiril-
məsinin nəticələri (V.İ.Kravsovaya görə):
A - KFŞ; B – torpaq xəritəsinin bir hissəsi; C – KŞ-n deşifrələnməsinin nəticələri: 1 – kültorpaq zəif
səməniləşmiş; 2– tünd şabalıdı; 3– tünd şabalıdı (gilli qumlu); 4 – şabalıdı; 5 – şabalıdı şoran; 6– çəmən-
şabalıdı şoran; 7– şoranliqlar; 8– çəmən şoranlıqlar; 9– dərin və orta şoranlaşmış çəmən-səhra şoran-
ları; 10 – çəmən-bataqlıq şorakətvarı; 11- çəmən-bataqlıq şoranları.
62
İnsanın mühəndisi fəaliyyəti. Landşaftın antropogen komponentlərini
yaradan insanın mühəndisi fəaliyyəti KFŞ-dən alınan geoloji informasiyaların
həcmini azaldır. Lakin geoloji deşifrələmədə insanın mühəndisi fəaliyyətinin
nəticələrinin şəkillərdə əksini mütləq nəzərə almaq lazımdır. Bu, onunla əlaqə-
dardır ki, fototəsvirlərdə düzxətli elementlərin (yolların, şumlanmış torpaqların
və s.) indikasion əhəmiyyətinin qiymətləndirilməsində ciddi çətinliklər mey-
dana çıxa bilər. Deşifrələmə zamanı səhvlərə yol verməmək üçün antropogen
elementləri tapıb eyniləşdirmək və onların yayılma sahələrini müəyyən etmək
lazımdır.
Antropogen təsirin formasından və istifadə olunan indikatorların tərkibin-
dən asılı olaraq, antropogen landşaftın üç kateqoriya elementi ayrılır:
1.Planalma ilə eyni zamanda inkişaf edən və mövcud olan antropogen
elementlər - birbaşa əlamətlərlə oxunur və onlara yanğın, tüstü məşəlləri,
dənizin səthində neft ləkələri, şumlanmış torpaqlar (şəkil 22, 23) aiddir.
Şəkil 22. KŞ-də (“Cemini”) landşaftın antropogen elementləri: Nil çayının
yuxarı axarında (Sudan) suvarılan torpaqlar və drenaj sistemləri.
Şəkil 23. KŞ-də (“Cemini”) landşaftın antropogen elementləri: Asuan
bəndinin tikilməsindən sonra Nil çayının aşağı axarında su anbarı.
63
2. Yaxın keçmişəaid mənşəli antropogen landşaftlar - əsas etibarilə, dola-
yı indikatorlarla oxunur. Onlara torpağın su və külək eroziyasının izlərinin,
təkrar şoranlaşmış torpaqların təsvirləri aiddir.
3. Uzun zaman ərzində yaranmış, əsas etibarilə, məntiqi indikatorlarla
tanınan qədim antropogen landşaftlar.
Kosmik üsullar antropogen landşaftın müxtəlif elementlərinin öyrənilmə-
sində istifadə edilə bilər: 1) sənaye və şəhər qurğuları; 2) kənd təsərrüfatı sahələri
və şumlanmış sahələr; 3) meşə təsərrüfatı sahələri, tala; 4) suvarılan və köhnə
suvarılan torpaqlar, su təsərrüfatı qurğuları (bax şəkil 22,23);
5) su eroziyası
formaları; 6) külək eroziyası formaları; 7) meşə və ot yanğınları; 8) uyun
çirklənməsi; 9) havanın çirklənməsi.
Geoloji deifrələmədə bu elementlərin nəzərə alınması vacibdir. Landşaf-
tın antropogen elementlərinin dəqiq öyrənilməsi hidrogeoloji və mühəndisi-
geoloji tədqiqatlarda da zəruridir.
Təbii ərazi kompleksləri. Örtülü rayonlarda geoloji qurğuların təyini
landşaftın fototəsvirləri vasitəsilə mümkündür. Landşaftin elementləri hesab
olunan təbii ərazi kompleksləri fototəsvirin özünəməxsus rəsmi (şəkli) ilə xa-
rakterizə olunur. Onların sərhədləri şəkillər üzrə relyefin stereoskopik öyrənil-
məsi və landşaftın digər komponentlərinin fototəsvirlərinin analizi nəticəsində
dəqiqləşdirilir.
Landşaftın daha kiçik hissəsi - fasiya hesab olunur. Bu elə təbii ərazi
kompleksidir ki, onun bütün uzunluğu boyu səth süxurlarının eyni litologiyası,
relyefin və nəmliyin eyni xarakteri, vahid mikroiqlim, vahid torpaq növü və
vahid biosenoz qorunub saxlanılır.
Fasiya adətən mikroforma və ya 0,05 km
2
ölçülü mezorelyef elementin-
dən ibarət olur. Genetik, dinamik və ərazi cəhətdən əlaqəli fasiyalardan ibarət
qanunauyğun qurulmuş sistem kimi özünü büruzə verən təbii ərazi kompleks-
ləri ətraf mühitdən fərqlənən sahə (məsələn, çöllükdə meşə, bataqlıq və s.)
adlanır. Adətən ətraf mühitdən fərqlənən sahələr relyefin hər hansı bir mezofor-
ması əsasında formalaşır. Qarşılıqlı əlaqəli, ətraf mühitdən fərqlənən sahələrin
qanunauyğun birliyi - yeri (rayonu), yerlərin (rayonların) birliyi isə, müəyyən
tipləri morfologiyasına, genezisinə və onu təşkil edən süxurların tərkibinə görə
eynicinsli olan relyefin hüdudlarında formalaşan landşaftı əmələ gətirir. Land-
şaftın daha kiçik elementlərinin fasiya və ətraf mühitdən fərqlənən sahələrin
ayrılması zamanı istifadə olunan əsas əlamətlər mikro- və mezorelyefin forma-
ları hesab olunur ki, onlar da fasiya və ətraf mühitdən fərqlənən sahələrin ilkin
təsnifatı üçün əsas hesab olunur. Bu əlamətə görə onların ayrılması üçün
xarakter mikrorelyef, xırda eroziya şəbəkəsinin şəkli (rəsmi), bitki aləminin
qanunauyğun növbələşməsi, şumlanmış sahələrin sərhədlərinin quruluşu və
digər əlamətlər istifadə olunur ki, bu da özünəməxsus və təkrarolunmaz fototəs-
virlər yaradır. Onların eynicinsliliyi landşaftın bu növlərinin eyni tipə aid oldu-
ğunu göstərir. Düzən relyef şəraitində təbii ərazi komplekslərinin sərhədləri
64
eyni iqlim şəraitində geoloji əmələgəlmələrin sərhədləri ilə nəzarət olunur ki,
bu da onları şəkillərə görə xəritələməyə imkan verir. Yerlərdə (rayonlarda)
şəkillər olmadan bu təmasları təyin etmək qeyrimümkündür.
Düzən rayonlardan fərqli olaraq, dağlıq rayonlarda iqlim qeyri-müəyyən-
liyi və landşaftın quruluşunda yamacların ekspozisiyasının kifayət qədər rolu-
nun nəticəsi olaraq, sonuncuların morfoloji strukturu ilə geoloji quruluşu ara-
sındakı əlaqə mürəkkəb xarakter daşıyır. Dağlıq rayonlar üçün nəzərə almaq
lazımdır ki, müxtəlif ekspozisiyalı yamaclarda eyni süxurların inkişafı hüdud-
larında müxtəlif yüksəkliklərdə olduğu kimi, müxtəlif tip təbii ərazi kompleks-
ləri formalaşır.
Tektonik qalxım və enmələr də həmçinin landşaftın bütün komponent-
lərinin yenidən qurulması və həmin hərəkətlərlə əhatə olunmuş sahə hüdudla-
rında onun morfoloji strukturunun dəyişməsi ilə müşayiət olunur və həmin
əlamətə görə şəkillərdə tanına bilər.
Aydındır ki, deşifrələmə əlamətlərini birbaşa və dolayı kimi tiplərə ayır-
maq şərtidir və bu deşifrələnmənin məqsədindən, kosmik təsvirlərin forma-
laşmış modellərinin tiplərindən asılıdır. Məsələn, geomorfoloji deşifrələmə
zamanı relyefin xətti pilləsinin birbaşa əlağməti geoloji struktur deşifrələmədə
qırılmanın dolayı əlamətidir; halqavarı strukturların çalar-həndəsi (birbaşa)
əlaməti maqmatik massivlərin və ya dağılmış vulkan aparatlarının dolayı
əlamətidir və s.
Deşifrələmə əlamətlərinin şərti olaraq, birbaşa və dolayı kimi tiplərə bö-
lünməsi bir sıra alimlərin belə bölgüdən imtina etməsinə və ya onu yeniləş-
dirməsinə səbəb oldu.
E.Barret və L.Kurtisin fikrincə, təsvirin səciyyəsindən və məlumatından
asılı olmayaraq, deşifrələmə üçün obyektin doqquz əlaməti böyük əhəmiyyət
kəsb edir:
l. Forma. Ətraf mühitin əksər komponetlərini onların forması və görü-
nüşü ilə çox dəqiq seçmək olur. Bu həm təbii, həm də antğropogen (texnogen)
əmələgəlmələrə aiddir.
2. Ölçülər. Görünən obyektin uzunluğunu, enini, sahəsini və ya həcmini
nəzərə almaq çox vacibdir. Adətən şəkildəki obyektlərin təxmini miqyası haq-
qında, onları yerdəki tanış elementlərlə (məsələn yollarla) müqayisə edib, fikir
yürüdürlər.
3. Rəng–çalar. Müxtəlif obyektlər fərqli uzunluğa və enerjiyə malik
elektromaqnit dalğaları şüalandırır və ya əks etdirir. Bu müxtəliflik şəkillərdə
rəng-çalar və ya görünüş sıxlığının dəyişməsi ilə özünü büruzə verir ki, bu da
onların deşifrələnməsində açar rolunu oynayır.
4. Kölgə. Obyektin səciyyəsini kölgə siluetinə görə təyin etmək olar.
Kölgələrin öyrənilməsi əsasən geomorfoloji tədqiqatlarda tətbiq edilir. Mürək-
kəb oroqrafiyaya malik rayonlarda tünd kölgələr əhəğmiyyətli məlumatları
gizlədə bilər. Məsələn, dağlıq, çox parçalanmış rayonlar bütöv qara ləkə kimi
65
görünür. Fotoçaların sıxlığının artmasının relyefin parçalanma səciyyəsi daşıdı-
ğını nəzərə alsaq, onda bu əlaməti də əhəmiyyətli hesab etmək olar.
5. Görünüş. Çox vaxt şəkillərdə oxşar görünüşlü təbii və süni kompleks-
lər qeydə alınır ki, bu da xüsusilə mürəkkəb əmələgəlmələrin təhlili və planının
alınmasında deşifrələməni asanlaşdırır.
6. Tekstura. Fotoşəkillərin bu zəruri keyfiyyəti rəngçalar ilə çox sıx
əlaqədar olub, mikrorəngçalar fərqlərinə görə şəkillərin eyni görünüşlü sahələ-
rini ayırmağa imkan yaradır. Daha çox yayılmış teksturalara hamar, dalğavarı,
ləkəli, xətti və qeyri-sabit şəkilli teksturaları aid etmək olar. Teksturaların təhlili
subyektivdir. Deşifrələmə prosesində tekstura, nadir hallarda qavramada və
səciyyələrin korrelyasiyasında yeganə amil olur. Bu əlamət, əksər hallarda,
daha dəqiqliklə aşkar edilmiş əmələgəlmələrin ayrılmasına ilkin əsas kimi cəlb
edilir. Məsələn, müxtəlif süxurların şəkilləri eyni rəngçalara, lakin müxtəlif
teksturaya malik ola bilər.
7. Yerləşmə. Bəzi obyektlərin intrepretasiyasını və təsnifatını, onların
digər, daha aydın obyektlərə nisbətən yerləşməsinə görə deşifrələmənin son
mərhələsində dəqiqləşdirmək mümkündür. Məsələn, əgər təbiəti naməlum olan
qırışıq iki antiklinal arasında yerləşmişdirsə, deməli, o, sinklinaldır; zəncirvarı
yerləşmiş üstəgəlmələri birləşdirən qırılma adətən sürüşmə yerdəyişməsi olur
və s.
8. Yerində həlletmə. Şəkillərin həlletmə qabiliyyəti distansion ölçü
cihazlarının xüsüsiyyətlərindən, mühitin müşahidə zamanındakı vəziyyətindən
və həmçinin alınmış ilkin məlumatın son işlənməsindən asılıdır. Şəkillərin
həlletmə qabiliyyəti həmişə ölçünü limitləndirir, yəni çox zaman təyin ediləcək
obyektin səciyyə və ölçüsündən asılıdır. Bəzi obyektlər çox kiçik olduğundan
şəkildə görünmür, bəzən də o qədər böyük ölçüyə malik olurlar ki, sərhədləri
aydın təyin olunmur.
9. Stereoeffekt. Kosmik təsvirin stereokosmik modellərinin verdiyi
məlumatı ayrı-ayrı şəkillərdən (adətən skaner şəkillərindən) almaq mümkün
olmur. Bütün seriyalı fotoqrafik kosmik şəkillər horizontal (üfüqi) və şaquli
istiqamətdə bir-birini örtməklə alınır ki, bu da təsvirin stereomodelini almağa
imkan yaradır.
Göstərilən təsnifatın müəllifləri belə bir nəticəyə gəlirlər ki, fotoşəkillərin
deşifrələnməsi öz mahiyyətinə görə deduktiv prosesdir və burada hər hansı bir
əsas obyektin ayrılması başqa bir obyektin dərk edilməsinə kömək edir.
Y.Q.Kats və M.L. Koppın təklif etdiyi təsnifatda deşifrələmə əlamətləri
iki əsas qrupa bölünür. Onlardan bircinslifotoqrafiya vasitəsilə aşkar edilən
obyektlərin xassələridir (yəni optik və həndəsi xassələr). Bü əlamətlər digərləri
tətbiq edilmədən, diaqnostika üçün tam ola bilməz. Buna baxmayaraq, onlar
deşifrələnmənin bütün növlərində zəruri olan əsas kimi istifadə edilir. Bunu
nəzərə alaraq, deşifrələmə əlamətlərinin bu qrupunu “ümumi” və ya “fotoqra-
fik” adlandırmaq daha məqsədəuyğundur. İkinci qrup əlamətlər “xüsusi”
66
obyektin konkret geolojilandşaft xüsusiyyətlərini əks etdirir və ona görə də,
geologiyanın və coğrafiyanın uyğun kateqoriyaları ilə təsvir edilir.
Analizin üsulundan asılı olaraq, xüsusi əlamətlər induktiv və deduktiv ola
bilər. Bunlardan birincisi obyektin təyinatından və geoloji məzmunundan irəli
gələn xüsusiyyətdir. Məsələn, çökmə və vulkanogen-çökmə süxurların induktiv
əlaməti - şəkillərdə görünən laylanma; antiklinalın induktiv əlaməti - onun
mərkəzində daha qədim çöküntülərin və əyilmələrin qabarıq formada olması;
qırılmaların – geoloji kütlələrin və ya relyef formalarının deşifrələnən yerdəyiş-
məsidir. Özünəməxsus üsullarla öyrənilən obyektlərin siniflərdə toplanmasını
nəzərə alaraq, induktiv əlamətləri bir neçə əsas qrupda birləşdirmək olar:
stratiqrafik, struktur-geoloji, geomorfoloji və s.
İnduktiv əlamətlər geoloji obyektlərin birdəfəlik diaqnostikası üçün zəruri
və əsasdır. Lakin onların tətbiq sahəsi məhduddur. Buna səbəb geoloji
əmələgəlmələrin bütün xüsusiyyətlərinin fotoqrafiya üsulu ilə verilməsinin
qeyri-mümkünlüyüdür. Belə halda, yəni müxtəlif dərəcəli və tipli obyektlərdə
genetik və paragenetik qarşılıqlı münasibət yarandıqda, deduktiv əlamətləri
tətbiq etmək lazım gəlir. Məsələn, karbonatsulfatlı layların relyefinin karst
formaları ilə müşayiəti mütləq deyildir, lakin karstların mövcudluğu həmin
layları aşkar etmək üçün, sadəcə olaraq, etibarlı əlamətdir.
Deduktiv deşifrələmə əlamətlərinə elə xüsusiyyətləri aid etmək lazımdır
ki, onlar geoloji obyektlərin öz aralarındakı qarşılıqlı münasibətində, yerləşmə
xüsusiyyətlərində, müəyyən strukturlara aid olmasında özünü büruzə verir.
Məsələn, kinematik tipli qırılmaları, onların qırışıqlıq sisteminin ümumi
istiqamətə yönəlməsi və bununla əlaqədar olaraq, digər struktur formaların
səciyyəsi ilə tanımaq olur; intruziyaların və vulkanların xətti düzülüşü gizli
dərinlik qırılmalarının olmasına sübutdur: çöküntülərin tərkibini, bəzən tektonik
deformasiyanın tipinə görə təyin etmək olur (plastik fliş və gilli laylar eyni
şəraitdə karbonat layına nisbətən xırda qırışıqlar əmələ gətirir); gətirmə
konuslarını, özlərinin ümumi səciyyəvi formalarından əlavə, həm də çay
dərələrinin mənsəb hissəsindəki yerləşmə əlaməti ilə təyin edirlər.
Beləliklə, bu və ya digər obyektləri kosmik təsvirlərdə ayırmağı təmin
edən başlıca deşifrələmə amiliobrazlar haqqında təsəvvürdür, yəni obyektlərin
kosmik şəkillərdə necə göründüyünü bilməkdir. Bu bilik ya tədqiqatçının
yaddaşında saxlanılır və əvvəlki təcrübələrə əsaslanır, ya da obraz banklarında
(məsələn, bu və ya digər geoloji əmələgəlmələrin kosmik şəkillərinin katalo-
qunda) saxlanılır.
67
6.4.4. Süxurların stratiqrafiyasının və litoloji-petroqrafik tərkibinin
öyrənilməsi üçün deşifrələmə
Yüksək səviyyəli generalizasiya ilə əlaqədar olaraq, KFŞ-ə görə yalnız
ayrı-ayrı hallarda stratiqrafik məsələlərin həlli və səthə çıxan süxurların maddi
tərkibinin təyini mümkün olur. Yüksək səviyyəli generalizasiyalı (əsasən
qlobal və regional) və zəif həlletmə qabiliyyətinə malik KFŞ-də bir-birindən
fərqlənən süxurların fototəsvirlərindəki fərq itir, onlar şəkillərdə aşkarlana
(ayrıla) və sərhədlənə bilər, lakin onların müəyyən bir kateqoriyaya aid
edilməsi çətinlik törədir. Bu halda geoloji məlumatlar və ya çöl işlərindən
istifadə etmək lazımdır ki, bu da ayrılmış konturları interpretasiya etməyə
imkan verir.
Fototəsvirlərin yüksək olmayan həlletmə qabiliyyəti və inteqrasiyası ilə
əlaqədar olaraq, kiçik sahələrdə səthə çıxan və ya yüksək parçalanmış relyef
şəraitində inkişaf edən və nəticədə kiçik çıxışlarla əks olunan süxurların ayrı-
ayrı tiplərini, xüsusilə dağlıq vilayətlərdə, çox nadir hallarda ayırmaq imkanı
vardır. Ona görə də KFŞ-də əksər hallarda çoxkomponentli, lakin qrupların
tərkibinin uyğunluğunu və ya əsas komponentin üstünlük təşkil edən tərkibini
əks etdirən bir və ya bir neçə deşifrələmə əlaməti ilə birləşmiş süxur qrupları
deşifrələnir. Belə qruplar yerli stratiqrafik bölgülərin xarakterini daşıyır və
daha çox böyük inkişaf sahəsi və kəskin fotogenik deşifrələmə əlamətləri ilə
xarakterizə olunan müəyyən genetik komplekslərə, fasiya və ya formasiyalara
uyğun gəlir.
Litoloji-stratiqrafik deşifrələmə qlobal və regional KŞ-də süxurların əsas
genetik tipini (çökmə, maqmatik, vulkanogen, metamorfik) ayırmağa və onla-
rın, həmçinin bir sıra formasion komplekslərin qarşılıqlı əlaqəsinin xarakterini
fərqləndirməyə imkan verir (şəkil 24).
Şəkil 24. Şimali Afrika ərazisində “Zond-5” planetlərarası avtomatik stansiya
ilə alınmış KFŞ-n litoloji-stratiqrafik deşifrələnmə sxemi:
1 – metamorfik və püskürmə süxurları ilə mürəkkəbləşmiş kembriyəqədərki massivlər; 2 – Anti – Atlas
və Uqart Hersinki qırışıqlıq kompleksi; 3 - alt- və orta paleozoy terrigen çöküntülər; 4 – postorta
daş kömür terrigen-karbonat çöküntüləri; 5 – Atlas qurşağının alp qırışıqlıq əmələgəlmələri; 6 –
püskürmə süxurlarının çıxışları; 7 - vulkanogen süxurların çıxışları.
68
Çökmə süxurlar. Çökmə süxurların əsas deşifrələmə əlaməti- fototəsvirin
müxtəlif tərkibə və möhkəmliyə malik lay və qatların növbələşməsi ilə şərtlə-
nən zolaqlı şəklidir. Bu əlamət bir qədər püskürülmüş, xüsusilə metamorfik
süxurlara aid ola bilər, lakin onlarda tünd fotoçalar daha çox üstünlük təşkil
edir. Çökmə süxurların onları bir-birindən fərqləndirməyə inkan verən əsas
deşifrələmə əlamətləri onların müxtəlif mezo və meqarelyefdə (xüsusilə plat-
forma regionları üçün) özünü büruzə verməsinə, erozion şəbəkənin xarakterinə
və ya süxurların özlərinin rənginə və ya fotoçalarına əsaslanır. Rolu KFŞ-də
çökmə süxurların deşifrələnməsində AFŞ-n deşifrələnməsinə nisbətən çox olan
struktur əlamətləri (geosinklinal vilayətlər üçün) xüsusi qeyd etmək lazımdır.
Şəkillərdə təsvirin xüsusiyyətlərinə görə bir tərəfdən ana (köklü) süxurları
və dördüncü dövr çöküntülərini ayırmaq, digər tərəfdən isə müəyyən litoloji
növləri: karbonatlı-sulfatlı, gilli, qırıntı sementləşmiş və qırıntı sementləşmə-
miş aşkar etmək olur (şəkil 25).
Karbonatlı-sulfatlı süxurlar (əhəngdaşı, dolomit, mergel, gips) əsasən
nisbətən açıq rənginə, kifayət qədər möhkəmliyinə, aydın görünən çatlılığına
və bəzən relyefdə müəyyən təzahürünə görə tanınır (şəkil 25 a, b). Yüksək
rütubətli rayonlarda karbonatlı-sulfatlı çöküntülərin çıxışlarının sahələrinə
karst relyefi aiddir. Gillərə keçid vəziyyəti tutan mergellər əhəngdaşları ilə
müqayisədə daha az möhkəmliyi və demək olar ki, karstın iştirakının qəti
olmaması, lakin relyefin daha çox hamarlanmış formaları ilə fərqlənir.
Gilli süxurlar (argillit, gillər və öz keyfiyyətinə görə onlara yaxın olan
alevrolitlər) kifayət qədər möhkəmliyə malik olmaması səbəbindən asanlıqla
yuyulur və buna görə də onlara tez-tez relyefin mənfi formaları cavab verir.
Onlar əsas etibarilə, kaolinitlər istisna olmaqla, karbonatlı-sulfatlı süxurlardan
daha tünd fotoçalarla fərqlənir. Gilli çöküntülərin yayılma zonaları üçün
dendritli erozion şəbəkəli bedlend (bəzən asan həll olan duzlar (halit, kalium
duzu və s.) gilli süxurlar içərisində linzalar, qatlar şəklində iştirak etdikdə
sular vasitəsilə həll olunaraq daşınır ki, yaranmış boşluqların tavanı sonralar
uçaraq, “adacıqlar” şəklində karsta oxşar qıf əmələ gətirir və bu zaman
yer səthində əmələ gələn relyef forması bedlend (ingiliscədən tərcümədə “pis
torpaq”) adlandırılır) xüsusilə xarakterdir (şəkil 25 c), argillit qatları və fliş
çıxışları hüdudlarında isə erozion şəbəkə dendritşəkilliiynəli və lələklidendrit
şəkilli rəsmə (şəklə) malik olur.
Sementləşmiş qırıntı süxurları - (qumdaşı və konqlomeratlar) möhkəm-
liyinə görə karbonatlı-sulfatlı süxurlara yaxındır, lakin relyefin nisbətən kəskin
məhdudiyyətli müsbət formalarını əmələ gətirir. Onları əhəngdaşlarından
karstın olmaması, relyefin kəskin parçalanmaya məruz qalması və tez-tez
təzahür edən çatlılıq fərqləndirir. Bu süxurların fotoçaları böyük hüdudlarda
dəyişir: açıq rəngdən xüsusilə arid zonalar üçün xarakter olan tünd rəngə
qədər dəyişir (şəkil 25 d, e).
69
Sementləşməmiş qırıntı süxurları - (qumlar, alevritlər və çaqıllar) əksər
hallarda fototəsvirlərin (nəm sahələrdən başqa) açıq çaları ilə fərqlənir.
Sementləşməmiş qırıntı süxurlarda onların yaxşı süzülmə keyfiyyətinin olması
baxımından erozion şəbəkə nadirdir və xarakter şəklə malik deyildir, relyefin
formaları isə dalğavarı dairələnmiş cizgilər və kiçik artımlarla fərqlənir. Hori-
zontal yatımlı qumlu süxurların çıxışı olan sahələrdə onlara müəyyən profilli
pəncəşəkilli dərələr aiddir.
Sementləşməmiş qırıntı və gilli süxurlara dördüncü dövr çöküntülərinin
genetik tiplərinin böyük hissəsi aiddir. KFŞ-ə görə, dördüncü dövr çöküntü-
lərinin deşifrələnməsi, bəzi hallarda onların müəyyən bir landşaft coğrafi
şəraitə aid olması ilə asanlaşır, bu zaman birbaşa əlamətlər analiz edilir:
fotoçalar, fototəsvirin şəklinin strukturu və öyrənilən obyektin həndəsi
forması. Dördüncü dövr çöküntülərinin stereoskopik təsvirinin alınması, bir
qayda olaraq, məhduddur. Dolayı landşaft əlamətlərindən üstünlük təşkil
edən relyefdir. Bitki qrupları ayrı-ayrı hallarda kifayət qədər geoindikasion
rol oynayır, məsələn: arid zonalarda çaylaq çöküntülərinin ayrılması zamanı
- bu zaman onlar hidrofit bitkilərin olması ilə şərtlənən tünd fotoçalar ilə
fərqlənir.
Şəkil 25. KŞ-də (“Cemini”) süxurların müxtəlif litoloji növlərinin
fototəsvirinin xarakteri:
a - Zaqros dağlarında (Cənub-qərbi İran) karbonat-gilli süxurların çıxışları; b - Nyu
Meksika və Texas ştatlarının (ABŞ) perm hövzəsində karbonat və duzlu süxurların çıxış-
ları; c - Qərbi Texasda (ABŞ) gilli-karbonat süxurlarının çıxışları; d - Murzuk sineklizində
(Şimali Saxara) alt təbaşirin orta sementləşmiş qumdaşları və qravelitlərinin çıxışları; e -
Murzuk sineklizində (Şimali Saxara) kembri-ordovik və devonun kembriyəqədərki özül
süxurlarının və möhkəm sementləşmiş qumdaşlarının çıxışları; f – Qırmızı dəniz rayonunda
özül və örtük süxurlarının çıxışları.
70
Dördüncü dövr çöküntülərinin deşifrələnməsi zamanı litoloji tərkibin
(relyefin formasına, hidroqrafik şəbəkənin xüsusiyyətlərinə, aşınma dərəcəsinə
s. görə), qalınlığın (altda yatan substratın fotoçalarına və işıqlanmasına görə)
və nisbi yaşın (relyefdə vəziyyətinə, morfologiyasına və aşınma dərəcəsinə
görə) təyini mümkündür.
Dördüncü dövr çöküntülərinin ayrı-ayrı genetik tiplərinin foto-təsvir-
lərinin ötürülmə imkanları nəticəsində onların aşağıdakı tiplərini ayırmaq
mümkündür: allüvial, elüvial və elüvial-prolüvial, delüvial-prolüvial, göl, göl-
allüvial, eol, həmçinin aralıq mövqe tutan tiplər.
Allüvial çöküntülər arasında əsasən fototəsvirin tünd fotoçaları və qədim,
hazırda quru çay yataqlarının girintili-çıxıntılı xətlərinin növbələşməsi ilə
şərtlənən nazikşırnaqlı yelpikvarı şəkli ilə xarakterizə olunan delta fasiyalarını
daha çox fərqləndirmək mümkündür. Tünd fotoçalar onları təşkil edən süxur-
ların (gil, alevrit və narındənəli qumdaşı) daha zərif tərkibi, nəmliyi ilə izah
olunur. Bundan əlavə, allüvial çöküntülər çay dərələrinə aiddir (şəkil 26 b).
Elüvial və elüvial-prolüvial çöküntülər narındənəli sıx strukturla boz
homogen fotoçalarla aşkarlanır. Prolüvial növlər əsas etibarilə, yamaclara
aiddir, fototəsvirin şırnaqvarı və yelpik formalı şəkli ilə fərqlənir, prolüvial-
allüvial növlər isə bəzi hallarda lent və ya struktursuz xüsusuiyyətə malik olur.
Delüvial-prolüvial çöküntülər prolüvial çöküntülərdən o qədər də fərqlənmir
(şəkil 26).
Şəkil 26. Relyefin fiyüvial formalarının KŞ-də fototəsvirinin xarakteri:
a – prolüvial gətirmə konusları və allüvial çöküntülərlə mürəkkəbləşən dərə; b – Nil
çayının deltası.
71
Göl çöküntüləri düzən relyef – adətən akkumulyativ düzənlər və ya
dağarası dərələr əmələ gətirir və çətinliklə fərqlənən açıq-boz nöqtəvi çilli,
homogen boz fotoçalarla xarakterizə olunur. Fototəsvirin eynicinsli çaları və
qeyri-dəqiq strukturu onun litoloji tərkibinin eynicinsliyi və nisbətən düzlənmiş
relyeflə müəyyən olunur. Mərcan riflərində, adalarda toplanan suyun fonunda
açıq çalarla, izometrik forma və bəzən konsentrik quruluşla seçilən dəniz üzvi
çöküntülər yaxşı təyin olunur. Relyefdəki müəyyən vəziyyətinə, açıq fotoçalara
və bəzən zolaqvarı quruluşuna görə sahilyanıdəniz çöküntüləri aşkar edilir.
Eol çöküntüləri relyefin özünəməxsus formasına və KFŞ-də xətasız
tanınmasına görə istənilən miqyaslı şəkillərdə yaxşı oxunur (şəkil 27).
Şəkil 27. KŞ-də (“Cemini”) eol əmələgəlmələrinin fototəsvirinin xarakteri:
a – Ued Saura, Əlcəzair Saxarası; b - Tiferjinin (Əlcəzair Saxarası) qumlu massivi; c – Cənubi
Ərəbistanda qumlu massiv; d – Livan massivində qumlu massiv; e – Cənub-qərbi Afrikanın
sahilyanı vilayətlərində eol əmələgəlmələrinin formalaşma xüsusiyyətləri.
Maqmatik süxurlar. Bu süxurlar çökmə və vulkanogen süxurlardan
fərqli olaraq, möhkəmliyi nəticəsində, relyefdə müəyyən təzahürü hidroqrafik
şəbəkənin makroçatlılıq və daha çox tünd fotoçalarla şərtlənən özünəməxsus
şəkli (şəbəkəli, lələkvarı-dendrit) ilə xarakterizə olunur. İntruziv və effuziv
növlər hər zaman təyin edilə bilmir. İntruziv massivlərin etibarlı əlamətləri
onların dairəvi forması və dəqiq sərhədləridir (şəkil 28). İntruziyaların planda
oval forması bəzi qranitlər üçün olduğu kimi, çox hallarda konsentrik quruluşa
malik olan vulkan-plutonik komplekslər üçün də xarakterikdir. İntruziv süxurla-
rın fototəsvirlərinin çaları onların tərkibindən və bitki örtüyünün sıxlığından
72
asılı olaraq, geniş diapazonlarda - açıq bozdan qaraya qədər dəyişir, bəzən
qarışdığı süxurlardan çox açıq rəngi ilə fərqlənir (şəkil 28 e). Hər zaman tünd
fotoçalara malik olan əsasi və ultraəsasi süxurlar istisnalıq təşkil edir.
Şəkillərdə düzxətli formaya malik və bir qayda olaraq, qarışdığı süxurlardan
öz rənginə görə kəskin fərqlənən dayka tipli intruziv kütlələr daha dəqiq
oxunur (şəkil 28, b).
Şəkil 28. KŞ-də (“Cemini”, “Apollon”) intruziv süxurların fototəsvirinin
xarakteri:
a - Ərəb yarımadasının mezozoy çöküntülərində intruziv süxurların müxtəlif tipləri; b - Cənub-
Qərbi Afrikanın kembriyəqədərki süxurlarında dayka kompleksi; c - Zaqrosun Baş üstəgəlməsi
zonasında ultraəsas kütlələr; d - Air massivinin (Cənubi Saxara) kembriyəqədərki süxurlarında
dairəvi turş intruziv kütlələr; e – alp qurşağının (Əfqanıstan) qırıəşıqlıq süxurlarında sintektonik
qranitlər; f –Liviya səhrasının (Şimali Saxara) qumlarında turş intruziyalar.
AFŞ-lə müqayisədə, çatlılıq kimi indikatorların rolu azalır, həndəsi indi-
katorların rolu artır. Bəzi rayonlar üçün KFŞ-də intruziv süxurların nisbətən
özünəməxsus təzahür və müxtəlif deşifrələmə ilə xarakterizə olunan aşağıdakı
tiplərini ayırmaq imkanları yaranır: turş və orta (şəkil 28, f), əsasi ultraəsasi.
Bəzi hallarda şəkillərdə qranit süxurlarının kənar fasiyaları da aşkarlanır. Turş
və orta intruziv süxurların daha dəyanətli əlaməti onların çatlılığının xarakter
şəkli hesab olunur. Belə əlamətlərə, məsələn, Qazaxıstanın paleozoy qranito-
idləri, Ərəb-Nuba qalxanının proterozoy və alt paleozoy qranitoidləri malikdir
(şəkil 28, a). Onlardan bəziləri üçün fototəsvirin işıqlanmış və kölgələnmiş
yamacların növbələşməsi ilə şərtlənən və intensiv parçalanmış relyefi əks
73
etdirən şaqren tipi xarakterdir. Turş süxurlardan orta süxurlara keçidlə fotoça-
ların tündləşməsinin asılılığı müəyyən olunur.
Turş və orta tərkibli effuziv süxurlar özlərinin intruziv analoqlarından
zəif təyin olunur. Onlar fototəsvirin məyyən fotoçaları və şəkli ilə fərqlənir.
Məsələn, Air platosunda kiçik riolit kütlələri qonşu turş intruziyalardan fərqlən-
mir (şəkil 28, f).
Qırışıqlıq vilayətlərin əsasi və ultraəsasi süxurlarının deşifrələnməsində
onların ayrılması bir sıra çətinliklərlə müşahidə olunur: bir qayda olaraq, böyük
ölçülər, geosinklinal çöküntülər kompleksində uyğun yatım, qarışdığı süxurlarla
təmasların qeyri-dəqiqliyi və relyefdə zəif təzahürü (şəkil 28, c).
Vulkanogen süxurlar. Bu süxurlar arasında KŞ-də zəif tektonik dəyişik-
lik hiss olunan cavan kaynozoy vulkanitləri daha dəqiq oxunur. Bir çox şəkillər-
də lava axınları və örtükləri ilə əhatə olunmuş vulkanik qurğular yaxşı görünür.
Əlavə əlamət kimi əsasən kölgənin çəkilməsi hesabına deşifrələnən şlak konus-
ları ola bilər. Aşınmaya qarşı kifayət qədər davamlı olmasına görə az meyilli
yatıma malik vulkanogen süxurlar qaya çıxıntıları və lava örtüyünün tavanına
uyğun gələn düz sahələr əmələ gətirir. Cavan, püskürmə süxurlarının müxtəlif
tipləri arasında Afrikada və Ərəb yarımadasında geniş yayılmış, olduqca tünd
fotoçalarla və tez-tez xarakter forma ilə aşkarlanan cavan bazaltlar asan deşif-
rələnir (şəkil 29).
Şəkil 29. KŞ-də (“Cemini”, “Apollon”) vulkanogen əmələgəlmələrin fototəs-
virinin xarakteri:
a – çoxsaylı kraterlər ilə Pinakat vulkanik massivi (Meksika); b – Syera-de-Pintes (Kaliforniya)
vulkanik massivi; c – Cənubi Arizona və Şimali Meksikadaüçüncü dövr vulkanogen süxurların
inkişaf sahəsi; d – Ərəb-Nuba massivinin (Sinay) kembriyəqədərki süxurları arasında lava axınları;
e – Cebel Marra vulkanının mərkəzi aparatı və onun yamaclarında cavan vulkanogen
əmələgəlmələr; f – Tibest vulkanik massivi (Mərkəzi Saxara), onun yamaclarında lava axınları və
xırda kraterlər ; g – Emi-Kussi (Mərkəzi Saxara) vulkanının kraterləri; h – cavan vulkanogen
əmələgəlmələrlə mürəkkəbləşən Cebel Qarqaf vulkanik massivi (Şimali Saxara).
74
Metamorfizmləşmiş və dislokasiya olunmuş qədim vulkanitlər, bir qayda
olaraq, onlarla qarışan çökmə süxurlarla müqayisədə daha tünd rənglə fərqlənir.
Lakin onların tanınma imkanları cavanlarla müqayisədə kifayət qədər azdır.
Bəzi parlaq boyanmış vulkanogen qatlar özünü rahat fotoqeydedici horizontlar
kimi büruzə verir.
Metamorfik süxurlar. Bu süxurlar daha zəif deşifrələnməsi ilə xarakte-
rizə olunur, belə ki, güclü termodinamik dəyişikliklər nəticəsində bu süxurların
fiziki-mexaniki xassələri arasındakı fərq pozulur ki, bu da fototəsvirin nisbətən
eyniliyi ilə şərtlənir (şəkil 30). Metamorfik süxurların, onları platforma örtüyü
çöküntülərindən fərqlənməsinə imkan verən ümumi deşifrələmə əlamətləri
tünd fotoçalar, mürəkkəb dislokasiyaya məruzqalma, laylanma ilə əlaqədar
olan müxtəlif istiqamətli lineamentlərin çoxluğu, şistlilik və çatlılıq, relyefin
alçaq təzadıdır.
Şəkil 30. KŞ-də (“Cemini”) kembriyəqədərki metamorfik qırışıqlıq
süxurlarının fototəsvirinin xarakteri:
a – Axaqqar massivi (Mərkəzi Saxara); b – Ərəb-Nuba massivi (Ərəb yarımadası, Yəmən);
c – Ərəb-Nuba massivi (Sinay).
Belə süxurların tərkibinin KŞ-də təyini imkanları xüsusilə məhduddur,
belə ki, regional metamorfizm prosesləri kifayət dərəcədə ayrı-ayrı süxurların
xüsusiyyətlərini nivelirləyir və onları ümumi cəhətdən aşınmaya qarşı bərabər-
75
dəyanətli edir ki, bu da həmin əmələgəlmələrin fototəsvirlərinin oxşarlığını
şərtləndirir. Bundan əlavə, KFŞ-də metamorfik qatların quruluşunun AFŞ-də
müşahidə olunan bəzi indikatorları (məsələn, layların mikrorelyefinin təzadlıq
dərəcəsi və aşağı səviyyəli hidroşəbəkənin rəsmi) təzahür etmir. Bu əlamətlər,
əsas etibarilə, zəif metamorfizmləşmiş bu və ya digər dərəcədə öz fərdi xüsu-
siyyətlərini qoruyub saxlayan süxurlar üçün xarakterdir. Dərin metamorfizm-
ləşmiş süxurlar sintektonik qranitlərdən az fərqlənir. Xarakter xüsusiyyətlər
yalnız kvarsit və mərmərə aiddir ki, onlar müəyyən fotoçalar və aşınmaya qarşı
davamlılıqla (açıq rəngli sıra əmələ gətirərək) aşkarlanır. Həmin süxurlar
kembriyəqədərki komplekslərin ayrı-ayrı struktur elementləri üçün fotoqeyd-
edici horizontlar keyfiyyətində istifadə edilə bilər.
KFŞ-də regional metamorfizmin inkişaf etdiyi bəzi rayonlar üçün xarak-
ter olan qranitləşmə prosesi öz əksini tapır. Onlar metamorfik komplekslərin
ümumi rəngsizləşməsi və struktur səthin qranitə yaxınlaşan müəyyən dəyişik-
liyi ilə ifadə olunur.
Dostları ilə paylaş: |