Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 21,74 Mb.
Pdf görüntüsü
səhifə9/17
tarix26.01.2020
ölçüsü21,74 Mb.
#30305
1   ...   5   6   7   8   9   10   11   12   ...   17
Azf-287674


 

98 
 
 
 
 
Şəkil 38. Şimali Pribaltikanın kosmik  şəkli (a) və onun geoloji  deçifrələmə  
sxemi (b)  (Al.V.Tevelevə  görə). 
Deşifrələmə obyektləri: 1-10 – sahəvi (1 – dördüncü dövr vadiləri, 2 – takır və  şoranlıqlar, 3 – 
leykoqranitlərin massivləri, 4 – zəif  turş  qranitoidlərin  massivləri; 5 – hiperbazit  massivləri, 6 – 8 – 
qırışıqlar  (6 – perm, vulkanik muldalar, saur və sayak qırışıq kompleksləri, 8 – Telbes qırışıq  kompleksi), 
9 – venda – ordovikin karbonatları, 10 – kembriyəqədər  əsasın çıxıntısı, 11-14 – xətti  formalar (11 – 
geomorfoloji  ifadə  olunan  qırılmalar,  12 – həmçinin,  boş (kövrək) çöküntülərin  örtüyü  altında,  13 – 
“pilotaksit”  fotorəsmli zonalar, fotoçalarların təzadsız “təmas”  zonaları), 15-16 – halqavarı strukturlar 

99 
 
(15 – paleovulkanlar, 16 – naməlum  genezisli),  17 – horizontal  yerdəyişmələr, 18 – cavan  qırılmalar  
üzrə  qalxmış (a)  və  düşmüş (b)  bloklar.  
 
Lokal generalizasiya səviyyəli kosmik şəkillər çox vaxt süxurların maddi 
tərkibi haqqında məlumat verir. Əsasən müxtəlif (optik xüsusiyyətlərinə görə) 
litoloji tərkibli süxurlardan ibarət lay dəstələri daha dəqiq seçilir. Bu miqyaslı 
şəkillərdə çox zaman qırılma pozulmalarının kinematik səciyyəsini, qırışıqlıq 
formalarını, morfologiyasını, paleovulkanik strukturları  və  bəzən isə vulkanik 
fasiyaların və maqmatik fazaların münasibətlərini təyin etmək   mümkündür. 
Orogenik  əyalətlər üçün – dağ silsilələrinin, dağarası  dərələrin və dep-
ressiyaların növbələşməsi xarakterdir. Relyefin şaquli amplitudundan, iqlim 
xüsusiyyətlərindən, bitki örtüyünün paylanmasından, müasir tektonik hə-
rəkətlərin fəallığından asılı olaraq, dağlıq  əyalətlərin kosmik şəkillərinin mə-
lumatlılığı çox müxtəlif qlyasiogen əmələgəlmələrlə örtülmüş Pamir və Tibet 
yüksək dağ platolarından, Qafqazın və Karpatın meşə ilə örtülmüş dağ 
ətəklərindən çox yüksək, dağarası çökmələrin cavan qırışıqlığı zonalarına qədər 
ola bilər. Fəal inkişaf edən neotektonik elementlər daha yaxşı  əks olunur. Bu 
halda relyefdə aşkar edilmiş neotektonik strukturlar distansion tədqiqat üsulları 
üçün çox əhəmiyyətli obyektlər olur.     
Kontinental generalizasiya səviyyəli kosmik şəkillərdə  əsas oroqrafik 
elementlər - dağ silsilələri və massivləri, həmçinin dağarası depressiyalar 
ayrılır. Deşifrələmə zamanı  xətti obyektlərdən dağ massivlərini və dağarası 
çökəklikləri sərhədləndirən qırılma pozulmalarının morfologiyası  və kinema-
tikası  tədqiq oluna bilər (şəkil 39). Orogen əyalətlərin regional kosmik 
şəkillərində halqavarı strukturlar ya intruziv çıxışların vulkanik massivlərinin 
plandakı formasını  əks etdirir, ya da qövsü qırılma sistemləri və  xətti 
qırışıqların undulyasiyası ilə bağlılığı  fərz olunur. Bəzən bu strukturlar cavan 
əyilmə sahələri ilə əlaqədar olur. Halqavarı strukturların əksəriyyətinin geoloji 
təbiəti naməlum olaraq qalır.      
Lokal səviyyəli şəkillərin məlumatlılığı öyrənilən sahənin regional geoloji 
və coğrafi xüsusiyyətlərindən yüksək dərəcədə asılıdır. Lokal şəkillər əlverişli 
şəraitdə konditsion geoloji xəritələrə yaxın xəritələrin tərtibi üçün əsas kimi 
istifadə oluna bilir. Belə ərazilərə arid və yarımarid iqlim zonalarındakı cavan 
qırışıqlıq əyalətləri aid etmək olar.      
İstinad horizontu kimi, selektivdenudasion səthi formalaşdıran, kosmik 
təsvirlərdə seçilən süxurlardan istifadə edilir. Belə hallarda əsas qırışıqlıq 
formaları  və  qırılma pozulma stistemlərini lazımi qədər dəqiqliklə araşdırmaq 
olur ki, (şəkil 40) diaqonal və eninə strukturların bəzi xüsusiyyətləri amplitudu 
bir neçə on metrlərlə olan yerdəyişmələri fərqləndirməyə imkan yaradır (9-cu 
fəslə bax). 
 

100 
 
 
 
Şəkil 39. KŞ-də orogenik  vilayətlərin  lokal  qırışıq  strukturları: 
a – Baysuntau (Qərbi  Tyan-Şan);  b – Babataq;  c – Qlover (Arizona  ştatı, ABŞ);  d – Aktaş (Tacikistan  
depressiysı). 
 
Dağlıq-Tayqa  şəraitində strukturmaddi komplekslərin deşifrələnməsi 
çətin olduğu üçün, bu sahələrin relyefini bərpa etmək çox vaxt mümkün olmur. 
Şaquli və horizontal istiqamətlərdə parçalanmış sahələrin deşifrələnməsi də 
əlverişli deyildir, çünki geoloji strukturların bəzi hissələri kölgələr içində 
«batır». 
Kontinental vulkanik qurşaqlar - yer qabığının özünə  məxsus ele-
mentləridir. Onlar tamamilə vulkanik süxurlardan və qranitoid tərkibli int-
ruziyaların geniş yayılmış komaqmatiklərindən təşkil olunur. Vulkanik qatın 
daxili quruluşu da özünə  məxsus olur, onlar üçün xüsusi qırışıqlıq strukturlar 
deyil, tektonovulkanik depressiyalar, qrabenlər, ekstruziv günbəzlər, kalderalar 
uçqunlar və s. struktur formalar xarakterdir.      
Kontinental və regional generalizasiya səviyyəli kosmik şəkillərdə vul-
kanik qurşaqlar  peneplenin, eyniyaşlı tektonik elementlərlə birlikdə, vahid 
səthilə örtülməmişdirsə, fototəsvirin xüsusiyyətlərinə görə aydın sərhədlənir. 

101 
 
Vulkanik qurşaqların sərhədləri qırılmalarla üst-üstə düşdüyü zaman daha 
inamla keçirilir. Vulkanik qurşağın ayrı-ayrı halqaları çox vaxt foto təsvirin 
müxtəlif rəsmləri ilə (adətən dendrit formalı) səciyyələnir. Çox zaman, xüsusən 
Mərkəzi Qazaxstanda püskürmə süxurları arasındakı vulkanik qurşağın qədim 
əsasının qalxması yaxşı seçilir.   
 
 
 
Şəkil 40. Baysun çökəkliyinin (Orta  Asiya)  KŞ-nin geoloji deşifrələmə  sxemi: 
1-3 – təmaslar: 1 – stratiqrafik, 2 – tektonik, 3 – bölgüsüz, 4 – müxtəlif  deşifrə  sahələrinin 
sərhədləri; 5 – şumlanmış  sahələr; 6 – lokal  lineamentlər; 7 - nişanlayıcı horizontlar. 
 
Kontinental və regional generalizasiya səviyyəli kosmik şəkillərdə struk-
turlar adətən dərinlik qırılmalarına uyğun gəlir.     
Lokal generalizasiya səviyyəli  şəkillərdə sahəvi obyekt kimi ayrı-ayrı 
vulkanotektonik depressiyalar, qrabenlər, törəmə  əyilmələri ayrılır. Onlar 
təsvirin rəsminə və ümumi foto rəngçalarına görə seçilir. Bu şəkillərdə çox vaxt 
törəmə kvarslaşma və başqa təzahürlərlə müşayiət olunan iri subvulkanik 
kütlələr rast gəlir. Onlar ağımtıl foto rəngçalarına malik olur, lava və tuf 
örtüklərinə cavab verən, nisbətən tünd sahələrdə aydın seçilirlər. Bəzən sahəvi 
obyektlər kimi, iqnimbritdən təşkil olunmuş ayrı-ayrı cavan platobazaltlar və 
depressiyalar deşifrə olunur. Vulkanik çökmə komplekslərdən təşkil tapmış 
sahələr də yaxşı seçilir. Onlar üçün nazik zolaqlı rəsm çox xarakterdir.        
Dəqiq generalizasiya səviyyəli kosmik şəkillər iri lava axımlarını, tuf 
laylarını, vulkanik-çökmə lay dəstələrini, müxtəlif formalı subvulkanik və 

102 
 
ekstruziv kütlələri, ayrı-ayrı vulkanik aparatları (kalderaları, nekləri,  şlak 
konuslarını, çat püskürmələrinin köklərini) deşifrələməyə imkan yaradır.          
Beləliklə, struktur geoloji tədqiqatlar üçün 1: 2 500 000 və daha irimiq-
yaslı kosmik şəkillər daha yararlıdır. Kiçik miqyaslı şəkillər yalnız əlverişli şə-
raitdə məlumat daşıyır. Kosmik şəkillərdə laylı komplekslərin özünü əksetdir-
mə dərəcəsi, bu kompleksləri təşkil edən süxurların müxtəlifliyindən bir o qədər 
deyil, onların yatım xüsusiyyətlərindən, laylaşmasından və denudasiya pro-
sesinə qarşı dayanıqlıq dərəcəsindən asılıdır (şəkil 41). Sadə monoklinal və ya  
 
 
Şəkil 41. KŞ-də qırışıq qurşaqlar: 
a – Zaqros,  b – Cənubi  Makran,  c – Appalaçi,  d – Kelpintaq. 
 
qırışıqlıq strukturu yaradan, ritmik quruluşlu qalın laylı qatın təhlili zamanı 
kosmik təsvirlərin daha aydın geoloji modeli formalaşır. Belə quruluşlu lay 
dəstələri dağ  qırışıqlıq komplekslərinin kənar hissələrinin mezozoy paleogen 

103 
 
kəsilişləri üçün xarakterikdir. Lakin onlara daha cavan və  qədim çöküntülərin 
arasında da rast gəlinir. Laylı  əmələgəlmə strukturlarının mürəkkəb quruluşlu 
relyefdə yaxşı görünməsinə baxmayaraq, onların təsvirlərinin homogeniza-
siyasına gətirib çıxarır.     
Struktur-geoloji təhlil üçün paleozoy qırışıqlıq və xüsusən paleozoya-
qədər ki stratifikasiya olunmuş komplekslərin kosmik təsvirləri çox çətindir. 
Hətta bu süxurların zəif metamorfizmləşməsi onların möhkəmlik xassəsini 
(denudasiyaya nisbətən) tarazlaşdırmağa gətirib çıxarır. Onlar artıq relyefi 
«tutub saxlamaq»xüsusiyyətini itirir və uyğun olaraq, yüksəklik təsvirlərdə pis 
oxunur.  
Bəzi hallarda laylı süxurlar, optik xüsusiyyətlərinə görə, elə müxtəlif olur 
ki, yalnız fotorəngçalarına görə seçilir.  
Bundan  əlavə, layların ortasıldırım monoklinal yatımları  şəraitində sü-
xurların dayanıqlığındakı cüzi fərq, bu layların geoloji strukturunu əks etdirən 
sıravi kuest relyefinin formalaşmasına kömək  edir. 
Maraqlıdır ki, relyefin hamarlanması  şəraitində (Qazaxstanın alçaq 
təpəlik tipli) paleozoy yaşlı laylı qatların deşifrələnməsi üçün şərait, dağlıq 
rayonlara nisbətən,  əksər hallarda yaxşılaşır. Peneplenin inkişafı  şəraitində 
müxtəlif litoloji tərkibə malik süxurların üzərindəki kiçik qalınlıqlı elüvial 
örtük, çox vaxt optik  xassələr baxımından, köklü süxurlara nisbətən daha 
müxtəlif olur. 
Distansion zondlama məlumatlarına  əsasən, dərin metamorfizmləşmiş 
süxurlar çox çətinliklə strukturgeoloji təhlil olunur. Onlar üçün litomorf relyef 
səciyyəvi deyildir, strukturları mürəkkəb, optik xüsusiyyətləri isə yaxındır. 
Ortamiqyaslı  şəkillərdə  dərin metamorfizmləşmiş süxurların təsviri  əksər 
hallarda homogen olur. Lakin irimiqyaslı  şəkillərdə kifayət qədər böyük 
strukturformasion komplekslərin sahəvi yerləşməsini, xüsusən onların yayıl-
ması qırılma pozulmaları ilə nəzarət olunursa, təyin etmək olar.     
Cavan submetamorfizmləşmiş çökmə komplekslər distansion zondlama 
məlumatlarına əsasən geolojistruktur təhlil üçün  xüsusi qrup obyektləri təşkil 
edir. Dağarası çökəklikləri doldurmuş neogen dördüncü dövr yaşlı terrigen 
molassların daxili strukturu, molass prosesinə davamlılığının zəif seçilməsinə 
görə, kosmik şəkillərdə (xüsusilə ağ-qara şəkillərdə) zəif aşkar olunur.     
Əgər molass əmələgəlmələrinin kəsilişində optik ziddiyyətli qatlar (Tacik 
depressiyasının qırmızı  rəngli molasslarında ağ gips horizontu) və ya qeyri-
molass tipli qatlar (məsələn, Kür çökəkliyinin boz molasslarında sarmatın 
möhkəm dəniz əhəngdaşları və qumdaşları) rast gələrsə, onların deşifrələnməsi 
xeyli asanlaşar. Birinci halda, molassların strukturu fotorəngçalan  əlamətinə, 
ikinci halda isə strukturgeomorfoloji əlamətlərinə görə ayrılır. Nəhayət, de-
şifrələmə üçün daha bir əlverişli süxur birliyi molass kəsilişlərində konqlomerat 
və kobud qırıntılı terrigen süxur dəstələrinin növbələşməsidir. Konqlemeratlar, 
praktiki olaraq, həmişə sipər səthlər  əmələ  gətirir. Burada relyefin struktur-

104 
 
təyinedici formaları tabeli səciyyə daşıya bilməsinə baxmayaraq, onlar iri-
miqyaslı kosmik təsvirlərdə aşkar olunur. 
Yaxşı açılış  şəraitində kosmik təsvirlərdə cavan çöküntülərin quruluşu 
çox aydın görünür. Adətən, dördüncü dövr örtük əmələgəlmələri, distansion 
zondlama materiallarında, təsvirləri fərdi rəsmlərinə görə tanınan relyef 
formaları yaradır, yəni dördüncü dövr çöküntüləri ilə örtülmüş ərazinin kosmik 
təsvirlərinin təhlili zamanı həm geomorfoloji və həm də onlara uyğun təsvirin 
geoloji modeli formalaşır. Deşifrələnməni çətinləşdirən amillər isə  əsasən 
ərazinin meşə ilə örtülməsi və kənd təsərüfatı sahələri ilə əhatə olunmasıdır. 
Kosmik təsvirlərdə laysız geoloji kütlələrin aşkarı  və  təhlili regional 
tektonik və geomorfoloji xüsusiyyətlərdən asılıdır. İntensiv parçalanmış yüksək 
dağlıq  şəraiti hətta iri intruziv massivlərin aşkar edilməsi üçün də  əlverişli 
deyildir. Bu,  yeni tektonikanın, qədim strukturları tamamilə  dəyişdiyi cavan 
dağ zonalarında özünü xüsusən kəskin büruzə verir. Məsələn, Cənubi Tyan-
Şanda Qissar qranitoid massivinin sərhədləri yalnız dolayı  əlamətlərinə görə 
təyin edilir. 
İntruziv süxur massivləri qədim qalxanların və cavan platformaların kos-
mik  şəkillərində daha yaxşı izlənilir. Təsvirlərin görünmə  dərəcəsi onların 
yaşından, formasından və tektonik struktur ilə əlaqəsindən asılıdır. Konkordant 
xətti uzanmış massivlər, bir qayda olaraq, diskordant izometrik massivlərə 
nisbətən pis aşkar edilir. Məsələn, Kola yarımadasının  şəkillərində Baltik 
qalxanı Peçenqa rift zonasının konkordant ultraəsaslı massivləri çətin aşkar 
edilir,  İmandravarzuq rayonunun izometrik massivləri isə praktiki olaraq, 
istənilən şəkillərdə aydın aşkar olunur. Bu, eyni dərəcədə Xibin və Lavozer tipli 
paleozoy yaşlı intruzivlərə  və alt proterozoy yaşlı Monçetundra plutonuna da 
aiddir. 
Cavan platforma qalxanlarında intruziv massivlərin landşaftda görünməsi 
(təbii ki, kosmik şəkillərdə) onların forması, tərkibi və yaşından çox asılıdır. 
Məsələn, Mərkəzi Qaxaxstanın cənub hissələrində kosmik təsvirlərdə ən cavan 
(perm yaşlı) qranitoid massivləri yaxşı görünür. Bektauata kimi iri izometrik 
intruzivlər, hətta kontinental səviyyəli şəkillərdə belə aşkar görünür, izometrik 
formalı devon yaşlı massivlər isə xeyli zəif aşkar edilir. Görünür, bu onunla 
əlaqədardır ki, cavan, turş  tərkibli massivlər zəif,  ən yeni fəallaşma  şəraitində 
çərçivəyə nisbətən “üzə  çıxır”və fototəsvirdə  səciyyəvi rəsmlə  nəzərə çarpan 
(adətən mərkəzəqaçma) müsbət relyef formaları  əmələ  gətirir. Devon (daha 
cavan) massivlərinin denudasiyası  və “üzə  çıxması”  əvvəlki tektonik eralarda 
başa çatmışdır və indi onlar azqalınlıqlı, praktiki olaraq, müstəvi  şəkilli kütlə 
formalarında olub, relyefdə aydın görünmür. Struktura uyğun yatan kiçik hi-
perbazit kütlələri daha pis aşkar edilir. Onlar nəzərdən keçirilən rayonun 
kosmik  şəkillərində, bu kütlələrin üzərində montmorillonitin qalın aşınma 
qabıqlarının inkişafı ilə əlaqədar olaraq, özlərini nisbətən açıq fotorəngçaları ilə 
büruzə verirlər. Kosmik təsvirlərdə deşifrələnmiş intruziv kütlələrin sərhədləri 

105 
 
çox vaxt yer səthindəki real sərhədlərindən böyük olur. Buna səbəb, massivin 
tavanının azqalınlıqlı, həddən artıq dəyişmiş, sallaq kənar hissəsinin  isə kosmik 
şəkillərdə massivin özü ilə eyni görkəmə malik olmasıdır. 
Ən yeni fəallaşma  əyalətlərindəki duz «günbəzlərinin» təsvir rəsmləri 
izometrik qranitoid massivlərinin cizgilərinə oxşardır. Bunlar da, relyefin 
müsbət formalarını  əmələ  gətirən, «üzəçıxan» strukturlardır. Tektonik sakit 
əyalətlərdə duz çıxışları ilə əksəriyyət mənfi geomorfoloji izometrik elementlər 
əlaqədardır. Bunlar bəzən tağyanı  qırılma pozulmaları sisteminin intensiv 
inkişafı səbəbindən “sınmış boşqaba”bənzəyir. 
Distansion üsulların inkişafı “qırılma” və “qırılma pozulmaları” termin-
lərinin mənasını xeyli dəyişmişdir. Kosmogeoloji işlərin təcrübəsində  qırılma 
pozulmaları və qırılmalar daha geniş mənada “deşifrələnmənin xətti obyektləri” 
(və ya “lineament”)  kimi istifadə olunur. Sonuncular, yerdəyişmə qırılmaları və 
dərinlik tipli qırılmalardan  əlavə, çatları, çatlılıq və nüfuzetmə zonalarını, 
müxtəlif landşaftla  əks olunan basdırılmış  xətti bölmələri və s. saxlayan xətti 
deformasiya strukturlarını birləşdirir. Xətti obyektlərin  əksəriyyətini yalnız 
icmaldistansion təsvirlərdə  aşkar etmək olur. Burada, onlar geoloji və geo-
morfoloji quruluşun azəhəmiyyətli hissələrinin məcmusundan generalizasiya 
olunur.  
Qırılma üzrə geoloji sərhədlərin yerdəyişməsinin aşkar edilməsi qırılma-
ların kinematikası və onların baş tektonik zonallığa görə istiqamətindən asılıdır. 
Daha kiçik sürüşməqırışıqlığa və ya monoklinallara nisbətən diaqonal və ya 
eninə səmtdə yerdəyişmə kinematikalı qırılmalar boyu aşkar edilə bilər. Dəqiq 
və lokal səviyyəli şəkillərdə amplitudu on metrlərlə ölçülən yerdəyişmələr aşkar 
olunur. Qranit və digər vulkanogen süxurlarda yerdəyişmələr kifayət qədər 
aydın görünür. Eninə  qırılıb-düşmələr üzrə yerdəyişmələr, məhz geomorfoloji 
cəhətdən özünü büruzə verdiyi üçün amplitudun qiymətləndirilməsi yalnız 
təxmini ola bilər. Bunları həmçinin sıldırım qırıdlıb-qalxmalara aid etmək olar.      
Üstəgəlmələr kosmik şəkillərdə  çətinliklə  aşkar olunur və onların am-
plitudunu təyin  etmək  nadir  hallarda  mümkündür.      
Nəticədə qeyd etmək lazımdır ki, ideal fotogenik geoloji əmələgəlmə 
sərhədlərində kosmik şəkillərin deşifrələmə materialları  əsasında, hətta dəqiq-
liyinə görə yerüstü geoloji planalma xəritələrindən də üstün analoqlarını ya-
ratmaq olar. Lakin belə sahələrə çox nadir hallarda rast gəlinir. Struktur-geoloji 
tədqiqatlarda kosmik məlumatlar öyrənilən  ərazinin geoloji quruluşunun ayrı-
ayrı fraqmentlərini dəqiqləşdirməklə  bərabər, məlumatları  tənzimləməkdə (bu 
kosmik  şəkillərin ümumi görünüşü ilə bağlıdır), geoloji quruluşun ayrı-ayrı 
elementlərinin struktur səciyyəsini aydınlaşdırmaqda və yerüstü tədqiqatlar 
zamanı  zəif görünən və ya heç görünməyən strukturları  xəritələməkdə  tətbiq 
edilir. 
 
 

106 
 
7.2. Distansion zondlama materiallarının geoloji  
xəritələmədə tətbiq xüsusiyyətləri 
 
MDB-də regional geoloji tədqiqatlar 1:1000 000 - 1:500 000, 1:200 000 - 
1:100 000 miqyaslarında aparılır. Bunlar aparılan işlərin üsullarından və alınmış 
kartoqrafik məhsullardan asılı olaraq, aşağıdakılara: kosmofotogeoloji xəritələ-
mə; aerofotogeoloji xəritələmə; qrup və ayrı-ayrı planşetlər üzrə planalma; iş-
lənmiş sahələrin əlavə geoloji öyrənilməsi; dərinlik geoloji xəritələmə; geoloji-
mineragenik xəritələmə; yüksək dərinlikli və dərin quyuların qazılacaq sahələ-
rinin öyrənilməsinə  bölünür. 
Tədqiqatlar kompleksində geoloji distansion üsulların roluna görə yuxarı-
da göstərilən iş növlərini üç qrupa bölmək olar. Birinci qrupa - kosmo-aero-
fotogeoloji xəritələməni aid etmək olar, çünki xəritədə göstərilən əksər geoloji 
məlumatlar distansion üsullarla alınmışdır.  İkinci qrupa- dərinlik geoloji xə-
ritələmədən başqa, bütün digər işlər aiddir. Bu işlərdə deşifrələmənin məlu-
matları digər geolojitədqiqat üsullarının məlumatları ilə birlikdə istifadə edilir. 
Üçüncü qrupa isə  dərinlik geoloji xəritəalma aiddir. Bu zaman dis-tansion 
zondlama məlumatları geoloji məlumatlar almaq üçün əlavə üsul kimi istifadə 
olunur. 
Kosmofotogeoloji xəritəalma, qısa zamanda və az əmək sərfi ilə geniş 
sahələrin geoloji quruluş xüsusiyyətlərini qiymətləndirməyə imkan verir. 
Kosmofotogeoloji xəritə sərbəst geoloji sənəddir. O, yer qabığı quruluşu 
və faydalı qazıntıların yerləşmə qanunauyğunluqlarının aşkar edilməsi; geoloji 
məzmunlu xəritələrin dəqiqləşdirilməsi və yeniləşdirilməsi; tarixigeoloji, re-
gional tektonik, geodinamik və digər tərtibatlarda tətbiqi xarakter daşıyan 
məsələlərin həlli; geolojikəşfiyyat işlərinin planlaşdırılması və s. üçün əsas kimi 
istifadə edilə bilər. 
DZÜ (distansion zondlama üsulu) nəinki xüsusi xəritələrin, hətta ənənəvi 
geoloji məzmunlu xəritələrin tərtibində də tətbiq edilir. Buna görə keçmiş SSRİ 
Geologiya Nazirliyinin mütəxəssisləri tərəfindən uyğun metodik göstərişlər 
işlənib hazırlanmışdır. 
Kosmofotogeoloji  xəritələr - 1:1000 000 (əsasən platformaların plitə 
kompleksli rayonları üçün) və 1:500 000 (qırışıqlıq zonalar və platforma 
qalxanları üçün) miqyasında tərtib edilir; daha iri miqyaslı  xəritələr də  tərtib 
etmək mümkündür. Kosmofotogeoloji xəritəalma obyektləri  əsasən rayonun 
tipindən asılı olaraq, 150-500 min km
2
  sahəsi olan vahid geostruktur element 
və ya bu elementin iri bir hissəsi ola bilər. Bu məqsədlər üçün əsas material 
kimi, “Kosmik” peyklərdən alınmış şəkillər və onların vasitəsilə tərtib edilmiş 
kosmofotoxəritələr istifadə edilir (xəritələmənin miqyasına uyğun). Icmal 
deşifrələmə üçün MSU-M, MSU-S skaner təsvirləri və KATE- 140 kamerası ilə 
alınmış fotoşəkillər məsləhət görülür. 

107 
 
İlkin kameral işləri dövründə  xəritənin maketi hazırlanır və deşifrələmə 
materiallarının yerüstü yoxlanılma planı işlənilir. 
Çöl işlərində aydın olmayan geoloji və mineragenik əhəmiyyətə malik 
obyektlər və deşifrələmənin etalon obyektləri öyrənilməlidir. Bundan əlavə
əvvəlcədən məlum olan geolojigeofiziki məlumatlarla, deşifrələmənin kəskin 
fərqlənən sahələri yoxlanılır. Kosmogeoloji xəritələrdə  məlum geoloji tərkibli 
xətti və dairəvi  əmələgəlmələrlə yanaşı (yer səthinə  çıxmış  və basdırılmış 
qırılmalar və kütlələr) naməlum geoloji obyektlər də göstərilir. 
Ortamiqyaslı (1:200 000) aerofotogeoloji xəritələmə, cavan qırıntı çökün-
tülərilə örtülmüş, sadə geoloji quruluşlu sahələrdə aparılır. 
1: 50 000 miqyaslı  aerofotogeoloji xəritələmə  əsas iş növüdür. Burada 
lokal və  dəqiq generalizasiya səviyyəli kosmik şəkillərin köməyi ilə rayonun 
geoloji quruluşunun ümumi qanunauyğunluqları dəqiqləşdirilir,daha iri geoloji 
elementlərin qarşılıqlı  əlaqəsi aydınlaşdırlır və nisbətən yüksək taksonomik 
dərəcəli geostruktur formalar daxilində  tədqiq edilən sahələrin vəziyyəti təyin 
edilir. 
Qrup və ayrı-ayrı planşetlər üzrə planalma və  əvvəlcədən öyrənilmiş 
sahələrin geologiyasının yenidən öyrənilməsinin davam etdirilməsi regional 
geoloji tədqiqatların əsas növləridir. 
Hazırkı dövrdə geoloji planalma zamanı kosmik şəkillərin məqsədli de-
şifrələnməsi mütləqdir. 
Kosmik  şəkillərin analizi – regionun ümumi strukturunda öyrənilən 
sahənin vəziyyətinin təyininə, həmin rayonun həm daxilində, həm də 
xaricindəki iri zonaların və strukturların ayrılmasına və izlənilməsinə,  əsas 
strukturmaddi komplekslərin struktur mərtəbələrinin və yarımmərtəbələrinin 
xəritələnməsinə imkan yaradır. Sahələrin  əlavə geoloji öyrənilməsi zamanı 
DZM- lokal geoloji obyektlərin qarşılıqlı münasibətləri haqqında və faydalı 
qazıntılar, perspektiv sahələrin daha inamlı proqnozu haqqında tam məlumat 
verir. 
mineragenik xəritələmə- müxtəlif mineral əmələgətirən (filiz nəzarət 
edən) amillərin, faydalı qazıntıların yerləşmə qanunauyğunluqlarını təyin etmək 
və perspektiv obyektləri ayırmaq üçün axtarış  əlamətlərinin xəritələnməsi və 
öyrənilməsi məqsədi daşıyır.  Əslində burada DZM, prinsipcə yeni geoloji və 
axtarış məlumat mənbəyi kimi başqa materiallarla birlikdə istifadə edilir. 
1:500 000 miqyaslı geolojimineragenik planalma zamanı proqnoz obyekti 
yeni filiz düyünləri və zonaları, iri filiz sahələri; 1:200 000 miqyasda isə filiz 
sahələri və istisna kimi onların ölçülərinə bərabər olan yataqlar və məntəqələr 
olur. DZM-lə  əvvəlcədən filizə  nəzarət edən və ya ona aid obyektlər aşkar 
edilir. Proqnozlaşdırılacaq faydalı qazıntı növlərinin yerləşməsini təyin edən 
strukturgeoloji elementlərin və obyektlərin təyinatında və  həmçinin filizləş-
mənin kosmik təsvirlərin rəngçalar həndəsi xüsusiyyətləri ilə  əlaqəsinin aşkar 

108 
 
edilməsində (hətta onların geoloji təbiəti naməlum olduqda) DZM daha mü-
vəffəqiyyətlə tətbiq edilir. 
Xəritələmə prosesində obyektlərin çöl tədqiqatı və bu əsasda deşifrələmə 
məlumatlarının sistemləşdirilməsi mütləq hesab edilir. 
Həddən artıq dərinlikli və  dərin quyular qazılacaq sahələrin geoloji 
öyrənilməsi ortamiqyaslı xüsusi regional geoloji tədqiqatlardır.  
İşlərin aşağıdakı ardıcıllıqla aparılması tövsiyə edilir: l) spektrin müxtəlif 
diapazonlarında müxtəlif operatorlarla, şəkillərin ilkin deşifrələmə sxeminin 
adətən 1: 1 000 000 miqyasda tərtibi; 2) nəticələrin müqayisə edilməsi və geo-
loji, geofiziki tədqiqatların məlumatlarının cəlb edilməsilə deşifrələmə obyekt-
lərinin geoloji interpretasiyası; 3) deşifrələmə xəritələrinin tutuşdurulması, geo-
loji kəsilişlərin tərtibi, quyu qazılacaq yerin dəqiqləşdirilməsi; 4) xüsusi xəri-
tələrin tərtibi və qazımanın nəticəsini nəzərə almaqla, quyu qazılacaq sahənin 
dərinlik modelinin qurulması. Bu zaman əsasən geoloji tərtibi 1:200 000 miq-
yasında olan lokal və dəqiq kosmik şəkillər tətbiq edilir. 
Kola yarımadası rayonunda qazılan həddən artıq dərinlikli quyuda 
aparılan işlərin təcrübəsi göstərir ki, kosmik şəkillərin məqsədəuyğun deşifrə-
lənməsi prinsipcə yeni strukturların ayrılmasına, əvvəlcədən məlum olan struk-
turlar haqqında yeni təsəvvürün formalaşmasına, quyu vasitəsilə açılmış  və 
səthdə inkişaf tapmış geoloji komplekslərin korrelyesiyasına imkan yaradır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

109 
 
Yüklə 21,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin