Microsoft Word Kosmik geologiyan?n ?saslar?


VIII. STRUKTUR-GEOMORFOLOJI  TƏDQİQATLARDA KOSMİK



Yüklə 21,74 Mb.
Pdf görüntüsü
səhifə10/17
tarix26.01.2020
ölçüsü21,74 Mb.
#30305
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
Azf-287674


VIII. STRUKTUR-GEOMORFOLOJI  TƏDQİQATLARDA KOSMİK 
İNFORMASİYANIN TƏTBİQİ 
 
Kosmik informasiya yer səthi relyefinin öyrənilməsində daha müvəffə-
qiyyətlə istifadə olunur.  
Əvvala, kosmik təsvirlərin stereomodelinin müşahidəsi zamanı, öyrənilən 
səthin relyefi hər hansı bir nəzəri təsəvvürdən cüzi asılıdır və ya qətiyyən ondan 
asılı deyildir, bütün tədqiqatçılar müxtəlif dərəcəli dəqiqliyə baxmayaraq, 
relyefin stereomodelini eyni cür görürlər. 
İkincisi, relyef - kosmik təsvirlərin görkəmini  əks etdirən səthin  əsas 
xüsusiyyətlərindən biri hesab edilir. Relyefin yüksəkliyində, onun parçalanma 
dərəcəsi  və xarakterində olan, hətta cüzi bir dəyişiklik onların inteqral optik 
xassəsinə təsir edir və şəkillərdə həkk olunur. Bu bir neçə səbəblə izah olunur. 
Şəkillərdə passiv ölçü komplekslərilə alınmış relyefin yaxşı fotoifadəliliyi fərdi 
optik səciyyələrə malik təbii landşaftın, ilk növbədə, böyük dəyişkənliyi və 
ixtisaslaşması ilə  əlaqədardır. Bundan əlavə, kosmik şəkillərdə relyefin qa-
barıqlığı kölgələrlə qeyd olunur. Günəşin alçaqda durması zamanı kölgələr 
hətta erozion şəbəkənin çox xırda hissələrini, zəif görünən silsilələri və pillələri 
aşkarlandırır. Fəal radiolokasion ölçü sistemlərinin istifadəsində əsas parametr 
relyefdir. Lokasiya horizonta nisbətən kiçik bucaq altında aparıldığına görə, 
relyefin hissələri uzun kölgələr  şəklində görünür, bu baxımdan, radiolokasiya 
kosmik  şəkillər günəşin alçaqda durması zamanı  çəkilmiş fotoşəkillərinə çox 
oxşar olur. Nəzərə almaq lazımdır ki, radarın santimetrlik şüalanması, atmos-
ferdə foto və skaner ilə ölçülən mikrometr şüalanmasından fərqli olaraq, zəif 
səpələnir, ona görə də radar planalmasında relyef özünü daha aydın göstərir. 
Relyefin öyrənilməsinə böyük maraq onunla əlaqədardır ki, o geoloji 
quruluşun və proseslərin indikatoru hesab olunur. Regional generalizasiya 
səviyyəli kosmik şəkillərdə cəmi 4-5 m qalınlıqlı laylar kifayət qədər iri relyef 
formaları  əmələ  gətirdiyi zaman, onların dəqiq deşifrələnməsi halları  məlum-
dur. Lakin elə hallar mümkündür ki, müxtəlif tərkibli, lakin davamlılığına görə 
yaxın olan süxurlardan təşkil tapmış litoloji komplekslərin strukturları çox vaxt 
təsadüfü geomorfoloji elementlərlə o dərəcədə maskalanmış olur ki, kosmik 
şəkillərdə oxunmur. 
Kosmik şəkillər neotektonik rayonlaşdırma üçün daha əhəmiyyətli mate-
rial hesab olunur. Buna relyefin yaxşı görünməsi və yer səthinin yüksəklik 
şəkilləri üçün səciyyəvi olan bir təsvirdə öyrənilən sahənin landşaft, geomor-
foloji və geoloji   modellərinin üst-üstə düşməsi səbəb olur. 
 
 
 
 
 

110 
 
8.1. Strukturgeomorfoloji tədqiqatların məsələləri və məqsədi 
 
 Strukturgeomorfoloji  tədqiqatlar zamanı relyef ümumi strukturtektonik 
şərailə kompleksdə öyrənilir. Strukturgeomorfoloji təhlilin  əsas məqsədi tek-
tonik və relyef əməmələgətirmə proseslərinin qarşılıqlı əlaqəsini dərk etməkdir. 
Beləliklə, strukturgeomorfoloji tədqiqatlar geologiya və ümumi geomorfologiya 
elmələri arasında aralıq vəziyyət tutduğu üçün, onların bu üsullarından geniş 
istifadə olunur. 
Geoloji və onlara uyğun geomorfoloji obyektlərin dərəcəliliyi ilə bağlı  
olaraq, strukturgeomorfoloji təhlilin məsələlərini: lokal,  regional və qlobal 
növlərə bölmək olar. Lokal səviyyədə relyefdə lokal tektonik strukturların 
(qırışıqlıq, blok, fleksura, qırılmalar və s.) təzahürü və ya əksi, o cümlədən, 
müəyyən geoloji proseslərlə (məsələn, buzlaşma, çay eroziyası  və akkumul-
yasiyası, külək  akumulyasiyası, zəlzələlər, vulkanik proseslər və s.) əlaqədar 
olan relyef formalarının xarakter kompleksləri öyrənilir.  
Regional səviyyədə relyefin ümumiləşdirilmiş xassələri və nisbətən iri 
tektonik və neotektonik vahidlərin  bünövrə qırışıqlığının, iri platforma val və 
çökəkliklərin, həm rift, həm də digər tip qırışıqlıq qurşaqların və dağarası 
çökəkliklərin eninə qalxımları  və çökəklikləri və bir sıra digər tektonik və 
neotektonik struktur elementlərin relyef əmələgətirmə xüsusiyyətləri öyrənilir. 
Regional məsələlərə,o cümlədən iri pozulma zonaları  və regional dərinlik 
deformasiya zonalarının relyefdəki təzahürünün təhlili də aiddir. 
Qlobal səviyyədə planetar dərəcəli geomorfoloji elementlər öyrənilir. Bu 
həm statik tektonik model (məsələn, qitələr, okeanlar və ya platformalar 
epigeosinklinal dağ  qırışıqlıq qurşaqları), həm də tektonik inkişafın dinamik 
modeli çərçivəsində (məsələn, spredinqin orta okeanik zonaları okeanik 
çökəkliklər  subduksiya sistemləri tavaların qitə seqmentləri və s.) olur. 
Ümumiyyətlə, relyefin öyrənilməsinin spesifik məsələsi geomorfoloji 
triada deyilən bölgüyə  gətirib çıxarır. Bunlar, relyefin həndəsi səciyyəsinin 
təhlili və aşkarı, yaş səciyyəsi və inkişaf xüsusiyyətləri (tarixi geomorfologiya) 
və onların genezisidir. Struktur geomorfologiyanın morfometrik məsələlərinin 
həllində distansion zondlama materialları çox, genetik məsələlərin həllində isə 
nisbətən az istifadə olunur. Tarixi geomorfologiyanın məsələləri adətən geo-loji 
və geomorfoloji üsulların kompleks tətbiqi zamanı həll olunur. 
 
8.2. İnformasiya mənbəyinin seçilməsi 
 
Lokal və regional səviyyəli stereotəsvirlərdə relyefin öyrənilməsi zamanı 
panxromatik ağ-qara və spektrin yaşıl hissəsində  çəkilmiş fotoşəkillər daha 
əhəmiyyətlidir. Rəngli fotoşəkillərin zəif sahəvi həlletmə qabiliyyətinə bax-
mayaraq, ağ-qara şəkillərdən yardımçı kimi istifadə etmək olar. 

111 
 
Tək şəkillərə görə relyefin öyrənilməsi zamanı, fotoşəkillərdən əlavə, lan-
lşaftın ayrı-ayrı komponentlərini müxtəlif dərəcədə  əks etdirən, bütün spektr-
lərdə çəkilmiş skaner şəkillərindən də istifadə edilməsi məsləhət görülür. Dəqiq 
morfometrik təhlili radar şəkillər üzrə aparmaq daha əlverişlidir. Onlar kiçik 
lokasiya bucağında çəkilərkən daha effektli, relyefin əks etdirilməsində yüksək 
ifadəliliyə malik olurlar. 
Radiolokasiya  şəkilləri bəzən kiçik qalınlığa malik çökmə süxurların 
altında basdırılmış relyefi izləməyə imkan yaradır. Yüksəklik fotoşəkillərində 
yaxşı  işıqlanma  şəraitində 40-60 m dərinliyə  qədər sualtı relyefin öyrənilməsi 
mümkündür. Su qatınin qalın olduğu  şəraitdə, relyefi yalnız dolayı  məlu-
matlarla öyrənmək mümkün olur. 
Müasir dövrdə peykdəki radiolokasiya yüksəklik ölçü cihazının vasitəsilə 
okean dibi relyefinin aşkarlanması üsulu işlənilib hazır lanmışdır. Okeanın 
səthi, relyefi sanki daş  yığımları olan bağ üzərinə atılmış kobud yun yorğan 
kimi əks etdirir. Bu üsulla okean dibi relyefinin xəritəsinin alınması üçün küllü 
miqdarda radiolokasiya məlumatlarının qeydiyyatı, onların qravitasiya sahə-
lərilə müqayisəsi və o cümlədən, təsviri almaq üçün xüsusi komyüter üsulunun 
istifadəsi tələb olunur. 
 
8.3. Relyefin  forma və formalar komplekslərinin  
yer qabiğı strukturları  inkişafının nəticəsi kimi 
 
Yer qabığı haqqında zaman kəsimində inkişaf edən, dəyişən sistem kimi 
təsəvvür onun strukturunu müxtəlif yaşlı  və  dərəcəli elementlərin birliyi kimi 
qəbul etməyə imkan yaradır. Ümumi halda, yer səthini zamanın hər bir anında 
sahələr birliyi kimi təsəvvür etmək olar ki, onlardan da birində o zamankı 
“canlı” strukturların inkişafını  əks etdirən relyef əmələgəlmə  fəal xarakter 
daşıyır, digərində isə yalnız passiv preparasiya və ya əksinə “ölmüş” struk-
turların nivelirlənməsi (hamarlanması) baş verir. 
Relyef tektonik strukturlara nisbətən ən yeni və xüsusilə müasir tektonik 
hərəkətlərin indikatoru kimi daha  əyanidir. 
 Fəal tektonik xətlər boyu metrlik, bəzən isə desimetrlik yerdəyişmələr
yaxşı görünən relyef formalarında geoloji mənada ani əks olunur, bununla 
belə,onların geoloji strukturlarda aşkar edilməsi, hətta yerüstü tədqiqatlarda da 
çətinlik törədir. 
Ekzogen proseslərdən tektonik hərəkətlərə qarşı daha həssas su erozi-
yasıdır. Eroziyaya, ilk növbədə, hər bir zəifləmiş zona, məsələn, yüksək çatlı 
zonalar məruz qalır. Bu zonalarda hidroşəbəkə inkişaf edərək  möhkəmlənir və 
relyefdə müxtəlif miqyaslı erozion dərələr (yarğanlar) kimi özünü büruzə verir. 
Sahəvi strukturların inkişafı, çox vaxt yer səthinin regional meylliyinin dəyiş-
məsi və uyğun olaraq, hidroşəbəkənin planının yenidən qurulması, bir dərənin 
məhvi, digərinin isə inkişafı ilə müşayət olunur. Bu və ya digər regionun 

112 
 
eroziya  şəbəkəsinin təkamülünün nəticəsi onun relyefinin parçalanmasının 
xarakter rəsmi hesab olunur. Relyefin parçalanma rəsmi kosmik şəkillərdə 
aydın aşkar olunur; bu təsnifata uyğun olan eroziya şəbəkəsi rəsmlərinin 
təsnifatı  və relyef sahələrinin xüsusi ayrılması sadə, lakin neotektonik rayon-
laşdırmanın əyani və daha  etibarlı üsulu hesab olunur (şəkil 42). 
 
 
 
Şəkil 42. Dağlıq və düzənlik rayonların erozion parçalanmasının  xarakter  
şəkilləri: 
a – Monqol  Altayı,  b – Xardamat  yaylası (Ərəbistan  yarımadası);  v – Tassilin – Aser, 
q – Antiatlas  (v-q – Şimali  Afrika),  d – İordaniya.  e– Somali. 
 
Eol buzlaşma prosesləri ilə bağlı olan relyef formalarının ən yeni tektonik 
hərəkətlərlə  əlaqəsi aydın görünməsə  də, bu əlaqəni təsdiq edən məlumatlar 
mövcuddur. Məsələn, hər  bir barxanın morfologiyasıın küləklərin üstünlük 
təşkil edən istiqamətləri ilə əlaqədar olmasına baxmayaraq, uzanmış barxanlar 
zəncirinin istiqaməti, görünür ki, müəyyən struktur əsasa malikdir. Səhra və 
yarımsəhra rayonlar üçün səciyyəvi olan, zəif  əlaqəli süxurların lokal üfürül-
məsi ilə bağlı deflyasion yuvavarı relyef, ehtimal ki, ərazinin struktur planını 
irsən saxlamışdır. Müasir buzlaqların yayılması (arktik zonadan kənarda) fəal 
inkişaf edən neotektonik strukturlarla bağlıdır (şəkil 43).Bundan əlavə, çox 

113 
 
zaman sonmoren silsilələrinin (həm dağlıq, həm də düzənlik sahələrdə) yer-
ləşməsi və istiqaməti, su buzlaq axım dərələri, kamlar və ozlar üzərində tek-
tonik nəzarət aydın görünür. Ortamiqyaslı kosmik təsvirlərdə bu relyef for-
malarını  aşkar etmək üçün müəyyən təcrübə  tələb olunur. Öz fotogenik xüsu-
siyyətlərinə görə onlar eroziyon formalardan geri qalır. 
 
 
 
Şəkil 43. KŞ-də dağ buzlaqları: 
a – Pamir (şəklin yuxarı hissəsində Fedçenko buzlağı), b – Kun – Lun,  v –Terskey – Alatau. 
 
Regional və lokal səviyyəli generalizasiyaya malik kosmik şəkillərdə 
bəzən karst və suffozion proseslərlə  əlaqəli relyef formalarını  aşkar etmək 
mümkün olur. Xətti karstların əmələ gəlməsi su eroziyası ilə əlaqədardır. Uy-
ğun relyef formaları xətti tektonik strukturların indikatorlarıdır. Cavan qırışıqlıq 
rayonlarında çox vaxt konsentrik yerləşmiş lokal karst və suffozion çökəklik 
əmələ gəlmələri müşahidə edilir. Bəzən onların inkişaf etməkdə olan cavan qal-
xımların periferiya hissələrinə aid olduğunu təyin etmək mümkün olur. 
Strukturgeomorfoloji tədqiqatların mühüm aspekti müxtəlif ekzogen pro-
seslər nəticəsində yaranan, lakin vahid tektonik səbəblə  əsaslanan relyefin 

114 
 
kompleks formalarının öyrənilməsi hesab olunur. Yeni tektonik strukturların 
belə kompleks indikasiyası nisbətən inandırıcı, relyefin kompleks formalarının 
geoloji interpretasiyası isə çox vaxt yeganə olur. Məsələn, kosmik təsvirlərdə 
dağlıq zonaların iri müsbət fəal strukturlarını, praktiki olaraq, həmişə  aşkar 
etmək mümkündür (şəkil 44); onların zirvə  səviyyələrini formalaşdıran geniş 
denudasiya və ya seçmə denudasiya səthləri; bütövlükdə mərkəzəqaçan xətti və 
ya dendritəoxşar hidroşəbəkə  rəsmləri  əmələgətirən dərin çoxpilləli eroziya 
kəsimləri və s. Dağarası çökəkliklərin əksəriyyəti zonalkonsentrik relyefə malik 
olur.  
Müxtəlif mənşəli, nisbətən kiçik relyef formalarının sahəvi uyğunluğunun 
təhlili lokal neotektonik strukturları aşkar etməyə imkan yaradır. Neft  axtarış 
və neft proqnozlaşdırma tədqiqatlarında bu analiz xüsusilə aktualdır. Burada 
müsbət lokal strukturlara karbohidrogenlərin potensial tələləri kimi baxmaq 
olar.  
Bu halda, relyef formalarnın birliyinin, bəzi hallarda nəinki səthi, hətta 
dərinlik strukturlarının indikatoru olması xüsusilə mühümdür. 
 
 
 
Şəkil 44. KŞ-də dağlıq  vilayətlər: 
a – Hinduquş  və  Cənubi  Pamir, b – Qərbi  Pamir,  v – Kun-Lun, q – Cənubi  Tyan-Şan. 
 

115 
 
 
8.4. Lokal ən yeni strukturların relyefinin  
deşifrələnməsi  və tektonik təhlili 
 
Landşaft xəttiliyinin təhlili. Cavan dağ  qırışıqlıq zonaların nisbətən 
hamarlanmış rayonlarının çökəklikləri dağətəyi adlanır. Horizontal selektiv-
denudasiya səthləri və  həmçinin platforma düzənliklərinin bəzi rayonlarının 
ortamiqyaslı kosmik şəkillərində, nazik, paralel cizgili görünüşü olan təsvirin 
özünəməxsus rəsmləri aşkar edilir. Mobil əyalətlərin relyefində bu görünüşlərə, 
uzunluğu bir neçə kilometrlərlə ölçülən, nisbətən kiçik eroziya çökəklikləri 
cavab verir ki, onlar da aydın sahəvi nizamlanmaya malikdir. Sonuncu, nə-
zərdən keçirilən çökəkliklərin paralelliyi və onlar arasındakı  məsafənin təx-
minən eyni olmasında öz əksini tapır. Relyefin bu  sistem elementləri lokal 
inkişafa malik olaraq, əksərən xətti, nisbətən kiçik izometrik sahələr tuturlar. 
Bəzən belə sahələrin yığımı aydın görünən xətti konsentrik rəsm əmələ gətirir. 
İrimiqyaslı aeroşəkillərin dəqiq təhlili və çöl müşahidələri göstərir ki, 
kosmik şəkillərin paralel cizgiləri iki növ eroziya formansını birləşdirir. Bunlar 
ya əsas mezorelyef formalarını əmələ gətirən paralel erozion çökmə,ya da ikinci 
dərəcəli paralel cizgilər kimi görünən kiçik dərələr və başqa erozion şəbə-
kələrdir ki, onların da arasındakı münasibət mürəkkəb ola bilər. 
9-cu fəsildə 43a saylı şəkildə  Suraxan dərə çökəkliyinin (Orta Asiya) bir 
rayonunun deşifrələmə sxemi göstərilmişdir. Burada, ümumiyyətlə, cənub-şərq 
istiqamətli əsas su axımları və onların cənub-qərbə doğru eninə və digər səmtli 
qolları  tərəfindən yaranmış qanadvari hidroşəbəkə müşahidə olunur. Sub-
meridional erozion çökəkliklər daha az inkişaf etmişdir və çox zaman onlar az 
dərinlikli kor dərələr şəklində olmaqla, xüsusi su ayırıcılarında yerləşərək, əsas 
hidroşəbəkəyə çatmırlar. 
Kosmik şəkillərdə, məhz meridional istiqamətin nazik cizgilənməsi müşa-
hidə olunur. Bu, görünür ki, çökəkliklərin yüksək sahəvi düzülüşü ilə əlaqədar 
olub, həm də nisbətən cavan çat şəbəkələrini  əks etdirir. Çöl müşahidələrinin 
nəticələrinə görə, landşaft xəttiliyini, o cümlədən onlarla qanunauyğun bağlı 
olan digər səmtli xətti çökəklikləri əmələ gətirən erozion formalara nəzarət edən 
çatlar və kiçik amplitudlu qırılmalar, ümumiyyətlə səthə yaxın hesab olunur.  
Dağətəyi və dağarası çökəkliklərin kiçik relyef formalarının nizamlan-
ması hadisəsi mütəxəssislərin diqqətini çoxdan cəlb etdiyi üçün, onlar kosmik 
şəkillərin yaranmasından çox əvvəllər öyrənilirdi (S.S.Şults, A.S. Kes, Q.Lyuis 
və s.) (şəkil 45). Bu tədqiqatların nəticələri N.P.Kostenkonun işlərində öz əksini 
tapmışdır. 
N.P. Kostenko xəttiliyin sırf ekzogen mənşəli olmasını inkar edərək, 
onları struktur amillərlə əlaqədar hesab edir. Lakin belə bir sual meydana çıxır 
ki, altdakı lay qatına toxunmayan, qalınlığı cəmi bir neçə metr olan süxurların  
səthəyaxın horizontlarında çat şəbəkəsi necə inkişaf tapır. Bu məsələnin həllinin 

116 
 
ən inandırıcı fərziyyəsi odur ki, çatlar yuxarıdan aşağıya doğru inkişaf edərək, 
yalnız səth geodinamikası effektlərilə əlaqədardır. 
Landşaftın kiçik xətti elementlərinin sahəvi paylanması və quruluş xüsu-
siyyətləri, onların  əmələ  gəlməsini fərqli gərginlik vəziyyəti  şəraitində süxur-
ların səthi parçalanma səciyyəsi ilə bağlamağa əsas verir. Eksperimentlər göstə-
rir ki, gərginlik sahəsi həmişə diskret səciyyə daşıyır. Bu da materialda paralel 
və ya konsentrik güc xəttlərinin inkişafı ilə əlaqədar olduğundan, ona potensial 
enerjinin özünəməxsus tələsi (toplayıcısı) kimi baxmağa imkan verir. 
 
 
Şəkil 45. KŞ-də cavan dağarası çökəkliklər: 
a – Tacikistan depressiyası, b – Bausun  çökəkliyi (24-cü şəkildə  deşifrələmə  sxeminə  bax), v 
– Kulyab çökəkliyi, q – Düşənbə çökəkliyi (Qissar  vadisi), d – Alay  vadisi. 
 
Kosmik şəkillərdə aşkar edilmiş nazik paralel cizgilər gərginlik sahəsinin 
strukturunun landşaft  əksi «şəkli» ola bilər ki, bu da onun gələcək öyrənil-
məsinə perspektivlər açır. 
Son zamanlar qədim platforma sahələrində landşaftın xətti formaları aşkar 
edilmişdir. V.N.Qubin və E.A.Levkov qədim materik buzlaşması  əyalətində 
(Belorusiya) fototəsvirlərin paralelzolaqlı  şəklini tədqiq etmişlər. Onların fik-

117 
 
rincə, bu əyalətin paralelzolaqlı  rəsmi birbaşa və ya dolayı yolla “substrata 
qlyasial təsirlə” bağlıdır. 
Birinci halda, o, platforma örtüyü kəsilişinin yer səthinə yaxın hissəsinə 
qlayasiodislokasiya inkişafının təsirilə (bu halda mobil əyalətlərin qırışıqlıq 
üstəgəlmə qurşaqlarının yığcam modeli olan strukturlar əmələ  gəlir), digər 
halda isə nisbətən qədim mənşəli qırılma zonalarının qlayasiogen fəallaşması 
ilə  əlaqədardır.  Əgər qədim buzlaşma  əyalətlərində kiçik landşaft element-
lərinin bu yolla əmələ gəlməsi fərziyyəsi düzgündürsə, onda belə strukturlardan 
buzlaqların hərəkət istiqamətini aşkar etmək üçün istifadə etmək olar. Belə ki, 
onlar buzlaqların hərəkət istiqamətinə perpendikulyar olmalıdır. Distansion 
zondlama məlumatları əsasında landşaftın kiçik xətti elementlərinin öyrənilməsi 
hələ ilkin səviyyədədir və yaxın gələcəkdə  əhəmiyyətli nəticələrin alınması 
realdır. 
Praktiki olaraq, lokal və regional generalizasiya səviyyəli bütün kosmik 
təsvirlərdə aşkar edilən, daha çox yayılmış landşaft xəttiliyi relyefin xeyli uzun 
xətti elementlərinin (ilkin kilometrlərdən – bir neçə on kilometrlərə kimi) 
növüdür. Onlar distansion zondlama materiallarında düz və ya yaxın, arasıkə-
silməyən eynicinsli zolaq və sərhəd xarakterli görünür. 
Relyefin zolaqvari xətti elementləri  həm dağ, həm də düzənlik sahələrdə 
inkişaf etmiş, əsasən müxtəlif dərəcəli xətti erozion yarğanlar (çökəkliklər) və 
dərələrdən ibarətdir. Düzxətli suayırıcı silsilələr, adətən xətti çökəkliklərlə 
növbələşir və daha çox dağlıq  əyalətlərdə inkişaf edir. Onlar ya geoloji kom-
plekslərin litoloji tərkibini, ya da çat tektonikasının xüsusiyyətlərini əks etdirir. 
Həmçinin relyefin iri formalarınin sərhəddi hesab olunan, sonuncunun (rel-
yefin) sərhəd xətti elementləri də geniş yayılmışdır. Məsələn, düzənlik sahə-
lərdə bunlar dördüncü dövr çöküntü komplekslərinin sərhədləri ilə üst-üstə 
düşən iri dərələrin morfoloji elementlərinin sərhədləri (terras, arxa tikişləri, 
pillələr, dərəyə açılan gətirmə konuslarının sərhəddi və s.); dağlıq  əyalətlərdə 
isə müxtəlif səviyyəli düzlənmiş suayırıcıların keçidləri, çox uzun yamaların 
sərhədi, onların əyildiyi yer və s.-dir. 
Relyefin iri xətti elementlərinin istiqaməti adətən nizamlanmış olur ki, bu 
da bir səmtin digəri üzərində üstünlük təşkil etməsində müşahidə olunur. 
Relyefin xətti elementlərinin ümumi şəkli hər bir kifayət qədər iri neotektonik 
struktur üçün fərdi olur. Görünür ki, xəttiliyin rəsmi, ümumiyyətlə neotektonik 
rejimlə  əlaqədardır, ona görə  də ayrı-ayrı neotektonik vahidlərin lineament 
sahələrinin korrelyasiyasından onların inkişaf rejiminin oxşarlıq amili kimi 
istifadə etmək olar (şəkil 46). 
 

118 
 
 
 
Şəkil 46. Cənubi Tyan-Şan və  Tacikistan  depressiyasının xətti  elementlərinin  
istiqamətlərinin  güldiaqramı. V.N.Kuzemko  və b.  görə. 
Solda tektonik zonaları (ZQ – Zərəfşan-Qissar, CQ – Cənubi Qissar, V
x
 - Vaxş) və dərinlik  
qırılmalarını (ŞQR – Şimali Qissar, CQR – Cənubi Qissar) xarakterizə edən ümumi  
diaqramlar;  rəqəmlər  ölçülərin  sayını  göstərir. 
 
 Göstərildiyi kimi, relyefin xətti elementlərinin  əksəriyyətinin struktur 
əsası vardır. Ən yeni strukturların kondenudasion və konerozion inkişafı relyef-
də həm fəal qırılmaların, çatların, çat zonalarının, kiçik amplitudlu (bəzən iri) 
plastik deformasiyaların yaranmasına, həm də geoloji strukturların “ölmüş” 
xətti əmələgəlmələrinin passiv preparasiyasına gətirib çıxarır. 
 Bu səbəbdən relyefəməlgəlmə, sanki geoloji strukturun bütün toplanmış 
xətti qeyri-bircinsliliyini əks etdirir ki, bu da landşaft xəttiliyindən keçmiş  və 
indiki zamanın deformasiya şəraitlərinin indikatoru kimi istifadə etməyə imkan 
yaradır. 
Müasir lokal qalxımların relyefi. Müasir qalxma sahələrində  əmələ 
gəlmiş relyef formalarının konkret uzlaşması bir çox amillərdən asılıdır: 
regional tektonik mövqelərdən, iqlimdən, qalxmaya cəlb edilmiş süxurların 
litoloji tərkibindən, qalxmanın tipi və amplitudundan və s. asılıdır. Lakin lokal 
qalxımların relyefinin bəzi xüsusiyyətləri daha səciyyəvi olub, kosmik şəkil-
lərdə daha yaxşı deşifrə olunur: 1) hidroşəbəkənin özünəməxsus rəsmləri; 2) 
parçalanmanın dərinliyi və  sıxlığın lokal anomaliyası; 3) akkumulyativ və ya 
denudasion; akkumulyativ və ya relyefin erozion tip sahələri arasında hamar-
lanmanın denudasiya səthinin lokal təzahürü; 4) adətən “düzgün” cizgiyə malik 
relyef elementlərinin anomal formaları. 
Konsedimentasiya inkişaf fazalı lokal qalxımları kəsən tranzit su axımları, 
adətən meandrlaşmanı kəskin azaldır, yatağı düz formaya salır və vadiləri daral-
dır. Kondenudasion inkişaf mərhələli intensiv qalxımlar üçün, onların tranzit su 
axımları ilə  əhatələnməsi səciyyəvidir.  Əhatələnmə bir və ikitərəfli ola bilər. 
Çox vaxt kosmik şəkillərdə çay dərələrinin ardıcıl mərhələli lateral yerdəyiş-

119 
 
məsini müşahidə etmək mümkün olur ki, onlardan da quru məcralar və ya güclü 
modelləşmiş xətti əyilmələrin fraqmentləri qalır (şəkil 47). 
Əgər qalxmanın inkişafı  zəif gedirsə, onda tranzit su axımları onlarda 
kəsilməyə imkan tapır; belə qalxımlar paralel dərələrin dərinliyinin lokal artma-
sı ilə aşkar edilir. Relyef formalarının maraqlı uzlaşması lokal qalxmaların za-
manca qeyri-bərabər sürətlə inkişafı dövründə yaranır. 
Bəzən qalxmaların konsedimetasion inkişafı elə tez baş verir ki, onu 
kəsən çayın eninə  kəsilişinin hamarlanmasına və  əyilmə sahələrində özünə-
məxsus deltaların  əmələ  gəlməsinə  səbəb olur. Qalxımlar relyefə  çıxarkən və 
onun inkişafı  zəifləyərkən, delta axımları  kəsilr və antesedent dərələr sistemi 
yaradır. Kəsilən deltalara klassik misal olaraq, Azərbaycanda Girdımançayın bir 
sahəsini göstərmək olar. Burada Girdımançay beş paralel axımı ilə Qaraməryəm 
çalasını kəsib, xüsusi relyef əmələ gətirir.  
 
 
Şəkil  47. Kattakum  (Orta  Asiya)  qum  rayonunun kosmik  şəkillərinin  
deşifrələmə  sxemi. 
Terras kompleksi:1– çaylaq  terrasları, 2 – Surxandərə deltası, 3 – alçaq çaylaqüstü terraslar.  
4-6 – eol prosesləri ilə modelləşmiş Surxandərə terrasları (4 – üst, 5 – orta. 6 - alt); 7– prolüvi-
al, 8–prolüvial – allüvial,  9 – allüvial, 10– erozion – akkumulyativ, 11– denudasion, 12– eol (a 
– bərkimiş  qumlar, b – bərkiməmiş  qumlar);  13 – Surxandərənin  atılmış  meandrları, 14 – 
lineamentlər. 

120 
 
Lokal qalxımlar, yerli (tranzit olmayan) erozion şəbəkə ilə əlaqədar olan 
erozion parçalanmanın sıxlıq və dərinlik anomaliyalarına görə çox yaxşı aşkar 
olunur. Bu anomaliyalar qalxmalarda daha intensiv təzahür edir. Qalxma 
rayonunda parçalanmanın sıxlığının arması akkumulyativ relyefin denudasion 
relyefə keçməsinə  səbəb olur. Burada dördüncü dövr çöküntülərinə nisbətən 
daha çox çatlılığa malik antiklinal qalxımların günbəz hissələri xeyli tektonik 
parçalanmaya məruz qalır. Bu o zaman baş verir ki, selektiv denudasiya qal-
xımların gümbəz hissəsindən qırıntı və parçalanmış süxurları aparır və bircins 
zireh rolunu oynayan horizont səthə çıxır. 
Kosmik şəkillərdə erozion və denudasion relyeflə daha çox işlənmiş lokal 
sahələr az işlənmiş  sahələr arasında nisbətən asanlıqla aşkar olunur. 
Relyefdə fəal lokal qalxımların aşkar edilməsinin daha yaxşı üsulu relyef 
elementlərinin anomal formaları  və ya bu elementlərin “qeyri-təbii” sahəvi 
düzülüşüdür. Bunlara ən xarakter misal, dərələrin akkumulyativ elementlərinin 
tam itməsi, çay dərələrinin kəskin daralması  və adətən düzgün yelpikvari 
formalı quru deltaların və gətirmə konuslarının plan sərhədlərinin aydın defor-
masiyasıdır. Lokal qalxımların daha çox rast gələn indikasiyası gətirmə konus-
larının «vurulmasıdır». Burada onların cavan generasiyaları  qədim gətirmə 
konuslarının üzərinə düşmür və müxtəlif dərəcədə lateral boyu yerini dəyişmiş 
olur.Əsas su axımı ilə kəsilmiş konuslararası sahə lokal qalxımlara uyğun gəlir 
(şəkil 48).  
Baxılan misallar fəal lokal qalxımların relyefdə yaranmasının bütün halla-
rını heç də tam əhatə etmir. Fəal strukturların indikator formalarının axtarışı və 
interpretasiyası kosmik təsvirlərin təhlilində daha güclü üsul hesab edilir və 
geologiyanın bütün sahələrində özünün geniş praktiki tətbiqini tapır. 
Fəal qırılma-pozulma zonalarının relyefi.  Qırılma zonalarının relyefi 
regionaltektonik, iqlim və digər səbəblərdən  əlavə, sonuncunun kinematik 
tipindən, o cümlədən, ümumi strukturgeomorfoloji zonallıqla qırılmaların isti-
qaməti arasındakı münasibətdən də  asılıdır. 
Subşaquli vəziyyətli fəal inkişaf edən uzununa qırılmalar, müxtəlif geo-
morfoloji quruluşa malik blokları ayıran pillələr  əmələ  gətirir (şəkil 49). 
Kosmik təsvirlərdə denudasion və akkumulyativ relyef sahələrini ayıran qırıl-
malar xüsusilə yaxşı görünür; bəzən, səthi zəif seçilən relyeflə ayıran (bölən) 
uzanmış və dəqiq seçilən pillələr yaxşı nəzərə çarpır. 
Uzununa fəal qırılmaların qanadlarında relyefin münasibətinə görə, bəzən 
onların kinematikasını  bərpa etmək mümkün olur. Fəal qırılıb-düşmələr üçün 
düşmüş qanadda akkumulyativ, qalxmış qanadda isə denudasion relyefin 
inkişafı səciyyəvidir. Burada neotektonik rejimin eyni qiymətli olmaması, əsas 
etibarilə, düşmüş qannaddakı  fəal akkumulyasiyanın hesabına kompensə olu-
nur. 
 

121 
 
 
Yüklə 21,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin