Quşun ütülməsi. Quş cəmdəkciklərindən lələkləri yolunduqdan sonra qalan
nazik tüklərin rədd edilməsi lazımdır. Bunun üçün quş cəmdəkcikləri dəsmalla
silinir, üstünə kəpək yaxud aşağı sort un sürtülür və hissiz alovda ütülür. Quş
cəmdəyinə un səpəndə tüklər şaquli vəziyyət kəsb edir və tez yanır.
Quşun içalatının çıxarılması. İçalatı çıxarılmazdan qabaq quş cəmdəkciyinin
ayaqları, qanadlarıvə boynu kəsilir (toyuğun və cücənin qanadları kəsilmir). Quş
cəmdəkciyinin ayaqları 1-1,5 sm dirsək oynağından aşağı, qanadları isə birinci
oynaqdan kəsilir.
Quş cəmdəkciyinin boynu kəsilməzdən qabaq boynunun dərisi bel tərəfdən
uzunu boyunca yarılır və dərisi soyulduqdan sonra boynu dibindən kəsilir. Dərisi
isə yarısı kəsilir və qalan hissəsi ilə cəmdəkcik isti emaldan qabaq tərtibə salınanda
boynunun kəsik yeri örtülür. Bundan sonra döş qəfəsinin qurtaracağından başlamış
ifraziyyat nöqtəsinə qədər cəmdəkciyin dərisi və yumşaq əti kəsilərək əmələ gələn
boşluqdan içalatı, yəni bağırsaqları, mədəsi, ağ ciyəri, qara ciyəri və ürəyi çıxarılır,
qida borusu və çinadanı isə boyun deşiyindən çıxarılır.
Quşun yuyulması. Içaltı çıxarılmış quş cəmdəkciyi bir neçə dəfə soyuq suda
yuyulur. Yuyulan vaxt quş cəmdəkciyindən bıçaqla lələklərin kökü çıxarılır. Quşu
çox yumaq məsləhət görülmür, çünki yuduqda onun qida və ekstraktiv maddələri
itir.
Quş yarımfabrikatları və onların saxlanması ev və ov quşlarının tərtibə salınması. Bütöv şəkildə suda bişirilməsi və qovrulası ev və ov quşları tərtibə salınmalı
və beləliklə də cəmdəkciyin bərabər qaydada isti emaldan keçməsi və sahmanlı
qaydada porsluq tikələrə doğranması təmin olunmalıdır.
Quş cəmdəkcləri üç üsulla tərtibə salınır, bunlara “cib” üsulu, təksaplı şpaqat
üsulu və cütsaplı şpaqat üsulu deyilir. Tərtibə salınmış quş cəmdəkcikləri ev və ov
quşlarından suda bişirilən, qovrulan xörəklər üçün yarımfabrikat sayılır.