Microsoft Word lal? ?miraslanova -ias? m?hsul texno muhazir? m?tni II semestr doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə23/62
tarix10.04.2023
ölçüsü0,49 Mb.
#95965
1   ...   19   20   21   22   23   24   25   26   ...   62
lala qidano

Toyuq şnitseli (nazirsayağı) xörəyi üçün toyuğun hazırlanıb yastılanmış iri 
filesi təmizlənir və sümüyü kəsilib şnitsel formasına salınır. Sonra bununüstünə 
duz səpilir, lyezonda isladılır, buğda çörəyində (qazmaqsız) urvalanır və əişdə 
şə
klində doğranıb qovrulur. Bəzi hallarda filenin ucundakı sümüyü saxlanılır. 
Kiyevsayağı kotlet xörəyi üçün hazırlanıb yastılanmış və ucu sümüklü iri file 
ehmalcasına toxmaqla döyülüb və iki-üç yerindən vətərləri kəsilir (burada ət 
yarılarsa, yarılan yerlərdə filedən nazik yumşaq ət tikələri doldurulur). Yastılanmış 
filenin ortasına soyudulmuş və əzilmiş kərə yağı, onun da üstündən xırda file 
qoyulub iri filenin kənarları qatlanır və hər tərəfdən yağın üstünü örtür. Bundan 
sonra məmulat bal formasına salınır, duz qatılmış lyezonda isladılır, döyülmüş 
suxarıda urvalanır və təkrar lyezonda isladılır, bir də suxarıda urvalanır. Bu qayda 
urvalanmış kotlet içinə suxarı səpilmiş metal vərəqələrə düzülür. 
Ev yaxud ov quşlarından döymə kotlet xörəyi üçün toyuğunun dərisiz 
ə
tindən kotlet kütləsi hazırlanır, bu kütlə ov quşlarının (qarabağır, kəklik, tetra 
quşu) ətindən hazırlananda təkcə döş (file) hissəsi götürülür. Ev və ov quşları 
ə
tindən kotlet kütləsi kimi hazırlanır, lakin buna kərə yağı qatılır. 
Quş ətindən kotlet kütləsinin tərkib hissəsində 1kq yumşaq ət üçün 250q 
(25%) buğda çörəyi, 300q (30%)süd yaxud su, 40-50q (4-5%) kərə yağı və 20q 
(2%) duz götürülür. 
Yarımfabrikatların saxlanması. Ev və ov quşlarından hazırlanan 
yarımfabrikatlar 5 dərəcə temperaturda saxlanır.
Bütöv şəkildə hzırlanmış quş cəmdəkcikləri növlər üzrə (ev və ov quşları 
ayrılıqda) sıra şəkilində tavalara yığılır. 
Qiymələnmiş file yarımfabrikatları bir sıra, qiyməsiz file yarımfabrikatları isə 
30 dərəcə bucaq altında yığılır. Kotlet kütləsi və bundan olan məmulat ət 
məhsullarından olan məmulat kimi və eyni şəraitdə saxlanır. 


36 

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin