Microsoft Word lal? ?miraslanova -ias? m?hsul texno muhazir? m?tni II semestr doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə31/62
tarix10.04.2023
ölçüsü0,49 Mb.
#95965
1   ...   27   28   29   30   31   32   33   34   ...   62
lala qidano

Balıqdan soyuq xörəklərin hazırlanması və süfrəyə verilməsi. 
Nərə, ağ balıq və ya suf salatı. 
Burada bişirilmiş kartof və yerkökü, təzə yaxud duza qoyulmuş xiyar dilim 
şə
klində doğranır və buna mayonez sousu vurulur, sonra isə buna göy noxud yaxud 
salat aşqarı qatılır və hamısı birlikdə ciddi qarışdırılır. Həmin tərəvəzin içinə balıq 
filesi tikələri və çiçək kələmi qatıla bilər. Bu qaydada hazırlanmış tərəvəz təpəcik 
şə
klində salatnikin içində kahı yarpaqları üzərinə qoyulur və balıq filesi tikəsi, 
girdə doğranmış təzə xiyar, pamidor və cəfəri ilə bəzədilir. 
Bu salat buludun içində də süfrəyə verilə bilər. Belə olduqda salatın 1 hissəsi 
təpəcik şəklində buludun ortasına qoyulur və nazik balıq tikələri ilə promidal 
formaya salınır. Ətrafına gül dəstəsi şəklində yerdə qalan tərəvəz düzülür.
Norma: 100q nərə balığı, 85q ağ balıq yaxud 130q süf filesi, 55q kartof, 40q 
xiyar, 15q göy noxud konservi, 25q pamidor, 15q kahı, 15q hazır aşqar və yaxud 
30q mayenoz sousu götürülür. 
Mayenoz altında nərə balığı, ağ balıq, uzunburnu yaxud suf balıq. 
Burada bişirilmiş və soyudulmuş kartof və yerkökü xırda kubik şəklində 
doğranıb üçdə bir hissəsinə mayenoz sousu yaxud aşqar vurularaq porsluq buludun 
ortasına qoyulur. Tərəvəzin üzərinə isə bir tikə suda bişirilmiş balıq qoyularaq 
onun da üstünə jele ilə birlikdə mayenoz sousu tökülür və xörək yerkökü, göy kahı 
və cəfəri göyərtisi ilə bəzədilir; sonra da bunun üstünə nazik qat şəffaf jele tökülür. 
Süfrəyə verilən zaman mayenoz altında balıq göy kahı yarpağı, cəfəri göyərtisi, 
xərçəng boynu, karnişon və doğranmış jele ilə bəzədilir və yerdə qalan tərəvəz isə 
gül şəklində düzülür. 
Mayonez altında balıq qatışıq qarnirsiz də süfrəyə verilə bilər, belə hallarda 
müxtəlif tərəvəz növlərindən ibarət qarnir gül dəstəsi şəklində olaraq üstünə şirə 
tşkülmüş balığın yanına qoyulur və aşqar vurulur. 


45 
Hər pors üçün 140q hərə, 120q ağ balıq, 170q suf balığı, 150q hazır qarnir, 
15q hazır aşqar, 35q hazır sous . 

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin