79
R E F E R A T
Mövzunun aktuallığ
ı. Bazar iqtisadiyyatı şəratində əsaslandırılmış
idarə-
etmə qərarlarının qəbul edilməsinin zəruri şərtlərindən biri əldə edilən informasiyanın
operativliyi və onun keyfiyyətidir. Təcrübədə sosial-iqtisadi proseslər haqqında in-
formasiya toplayarkən müxtəlif metolardan istifadə edilir. Statistik müşahidədə daha
geniş tətbiq imkanlarına malik seçmə metoduna üstünlük verilir. Secmə metodunun
tətbiqi iqtisadi baxımdan səmərəlidir və öyrənilən obyekt haqqında informasiyanın
toplanmasının operativliyini təmin edir. Qeyd etmək lazımdır ki,
bu metodla əldə
edilən informasiya ehtimallı xarakter daşıdığından onun təcrübədə tətbiqində diqqətli
olmaq çox vacibdir.
Ölkəmizdə statistikanın təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğu-
nlaşdırılması statistik müşahidənin daha təkmil metodlarından,
o cümlədən seçmə
müşahidəsindən istifadə edilməsini zəruri etmişdir. Ölkənin sosial-iqtisadi həyatının
bir sıra prosesləri haqqında məlumat toplayarkən bu metoddan geniş istifadə edilir.
Bununla yanaşı bu metodun tətbiq dairəsinin daha da genişləndirilməsi ücün bir sıra
problemlərin aradan qaldırılması vacibdir. Magistr dissertasiya işinin mövzusunun
seçilməsi də bu qeyd edilənlərə əsaslanmışdır.
Magistr işinin
mə
qsə
di ev təsərrüfatlarının
büdcəsinin seçmə metodu ilə
öyrənilməsinin nəzəri və praktiki aspektlərini araşdırmaqdan ibarətdir.
Qarşıya qoyulmuş məqsədə müvafiq olaraq aşağıdakı
və
zifə
lə
rin yerinə
yetirilməsi zəruri hesab edilmişdir:
-
seçmə statistik müşahidənin aparılmasının əsası kimi çıxış
edən statistik
registrin mahiyyətini araşdırmaq;
- statistik registlərin qarşılıqlı əlaqələrinə dair beynəlxalq təcrübəni öyrən-
mək;
- Azərbaycanda statistik registlərin aparılması və
onun statistik vahidlərin
Dövlət registri ilə qarşılıqlı əlaqəsini araşdırmaq;
80
- secmə müşahidəsinin növlərini araşdırmaq və onların xüsusiyyətlərini
müəyyənləşdirmək;
- seçmə müşahidəsinin üstünlüyünü və təcrübədə
tətbiqi səbəblərini
müəyyənləşdirmək;
Dostları ilə paylaş: