75
5. Seçmə tədqiqatında əsas məsələlərdən biri də
seçmə müşahidəsinin keyfiy-
ətidir. Seçmənin keyfiyyətini izləmək üçün bir sıra göstəricilərdən istifadə edilir.
Seçmənin keyfiyyətinin ən mühüm göstəricisi standart xətadır və o aşağıdakı düsturla
hesablanır:
n
S
e
2
σ
=
Burada,
2
σ
- seçmənin dispersiyasını,
n
-
seçilmiş vahidlərin sayını göstərir.
Seçmənin dispersiyası aşağıdakı düsturla hesablanır:
(
)
n
y
y
deff
n
i
m
i
∑
=
−
⋅
=
1
2
2
σ
Burada,
i
y
-
i
-
ci ev təsərrüfatının əlamətinin kəmiyyətini,
m
y
-
ev təsərrüfatları üçün əlamətin orta qiymətini,
deff
-
seçmə layihəsinin səmərəsini göstərir.
Seçmə müşahidəsinin keyfiyyəti standart xətanın limitindən (
LSE
), nisbi standart
xətadan (
RSE
) və variasiya əmsalından (
CV
) asılı olaraq müəyyən olunur.
Standart xətanın limiti (aşağı və yuxarı hədləri) aşağıdakı düsturla tapılır.
e
S
t
LSE
⋅
=
Həmin ifadədən istifadə etməklə orta kəmiyyətin aşağı (
L
y
) və yuxarı (
U
y
)
qiymətləri tapılır.
LSE
y
Y
m
L
−
=
;
LSE
y
Y
m
U
+
=
Beləliklə, seçmə metodu iqtisadi-statistik tədqiqatlarda geniş tətbiq imkanlarına
malik olsada, onun təşkiliknin və aparılması mexanizminin, keyfiyyətinin qiymətlən-
dirilməsinin, həmçinin nəticələrinin ümumi məcmuya yaılması metodikasının daimi
təkmilləşdirməyə ehtiyacı vardır.
6. Ev təsərrüfatlarının gəlirləri müxtəlif mənbələrdən formalaşır. Ev təsər-
rüfatlarının hər nəfərinə düşən aylıq gəlirlərinin mühüm tərkib hissəsindən biri kimi
əmək gəlirləri 2005-ci illə müqayisədə 2014-cü ildə 3.6 dəfə, 2013-cü ilə nisbətən isə
7.1% artmışdır. 2005-2014-cü illərdə əmək gəlirlərinin
orta illik dəyişmə tempi
104.5% təşkil emişdir.
76
Müqayisə edilən uyğun dövrdə aylıq gəlirlərinin tərkib hissəsi kimi çıxış edən sosial
transferlər 2005 - ci ilə nisbətən 2014 - cü ildə 4.9 dəfə, 2013-cü illə müqayisədə
2014 - cü ildə 6.1% artmışdır. 2005-2014-cü illərdə sosial transferlərin həcmi ildə
orta hesabla 5.1% artmışdır.
Təhlil edilən dövrdə bütün növ satışdan daxil olan gəlirlərin məbləğində davamlı
artım müşahidə olunur. Belə ki, 2005-ci ilə nisbətən 2014-cü ildə bütün növ satışdan
daxil olan gəlirlər təxminən 2.6 dəfə, 2013-cü illə müqayisədə isə 2.7% artmışdır.
2011-2014-cü illərdə bütün növ satışdan daxtil olan gəlirlərin artımı ildə orta hesabla
1.7% təşkil etmişdir. Bu dövrdə müşahidə edilən əsas meyl əmək gəlirlərinin və
sosial transferlərin payının artması, kənd təsərrüfatı məhsullarının və s. satışdan
gəlirlərin və digər pul gəlirlərinin xüsusi çəkisinin azalmasıdır. Belə ki, 2005-cı ildə
əmək gəlirləri ev təsərrüfatlarının aylıq ümumi gəlirlərinin 53.6%-ni təşkil etmişsə,
2010-cu ildə 59.8%, 2011-ci ildə 58.2%, 2012-ci ildə 58.0%, 2013-cü ildə 58.6%,
2014-cü ildə isə 59.1% olmuşdur.
7. 2011-cı ilə nisbətən 2014-cü ildə əhalinin adambaşına orta aylıq gəlirlərinin
bölgü sırasının statistik xarakteristikasında mühüm dəyişikliklər baş vermişdlir. Belə
ki, müqayisə edilən dövrdə modal gəlir 62.2% və mediana gəlir isə 35.4% artmışdır
ki, bu da arzuolunan meyldir. Bunların fonunda müqayisə
edilən dövrdə kvartil
kənarlaşmanın 634.1% artması, 2011-cı illə müqayisədə 2014 - cü ildə birinci və
üçüncü kvartillər arasındakı fərqin yüksəldiyini göstərir. Araşdırma kvartil
variasiyanın
nisbi göstəricisinin, yəni üçüncü və birinci kvartillər arasındakı fərqin
medianada tutduğu çəki 16.7%-dən 23.2% - ə yüksəldiyini göstərir ki, bu da
arzuolunan meyl deyildir. Digər tərəfdən də 2011 - cı ilə nisbətən 2014
- cü ildə
birinci və onuncu desil göstəricilərin nisbəti kimi çıxış edən desil əmsalın səviyyəsi
də artmışdır. Bu da əhalinin adambaşına orta aylıq gəlirlərinin bölgüsündəki fərqlərdə
аrtımın olduğunu deməyə əsas verir. Başqa sözlə desək, hesablanmış göstəricilərin
nəticələri müqayisə edilən dövrdə əhalinin pul gəlirlərinin
bölgüsündəki qeyri-
bərabərliyin qismən də olsa artdığını göstərir. Bu da ölkənin sosial-iqtisadi həyatında
aparıla dəyişikliklərin təsirinin nəticəsidir. Odur ki, sosial siyasətin növbəti
mərhələsində bunun nəzərə alınması vacibdir.