s
I
)
müstəqil mənbənin (belə mənbə standart
kimi qəbul edilir) demoqrafik məlumatları ilə müqayisədə seçmədə cins-yaş stratının
xüsusi çəkisini göstərir. Bu göstərici reprezentativlilik planında (seçmə məlumatları
bütün əhalini hansı dərəcədə təmsil edir) seçmə məlumatlarının keyfiyyət göstəricisi
kimi çıxış edir. Nəticənin vahidə bərabər olması seçmə tədqiqatının ümumi əhalinin
xarakteristikalarına uyğunluğu, vahiddən kənarlaşması isə seçmənin kifayət qədər
uyğyn olmaması haqqında təsəvvür yaradır. Onu hesablamaq üçün müəyyən yaş
kateqoriyasında seçilənlərin sayı həmin yaş kateqoriyasında olan əhalinin sayına
bölünür. Bu indeks düstur şəklində aşagıdakı kimi ifadə edilir:
∑
=
−
=
a
a
a
k
s
I
I
1
.
.
1
Burada,
a
- yaş kateqoriyasını göstərir.
Suallara verilən cavabların xüsusi çəkisi tədqiqata daxil edilən kriteriyala
cavab verən sorğunun başa çatması dərəcəsini göstərir. Bu göstərici tədqiqatın nə
qədər yaxşı həyata keçirildiyini xarakterizə edir və cavab verilən sualların xüsusi
çəkisinin 60%-ə bərabər olması minimum səviyyə kimi qəbul edilir (12).
Olmayan məlumatların xüsusi çəkisi bu və ya digər şəxsi sorğusunda olmayan
maddələrin xüsusi çəkisi kimi müəyyən edilir. Sorğunun keyfiyyətini müəyyən etmək
üçün məqbul maddələri minimum sayda doldurmayan şəxslərin xüsusi çəkisi hesab-
lanılır. Bundan başqa problemli maddələr də aşkar edilir.
Ilkin və təkrar sorğuların etibarlılıq əmsalı həyat keçirilən sorğuların sabitlik
dərəcəsini xarakterizə edir. Bu əmsal təsadüfliyə düzəlişlərə uyğun xüsusi çəki kimi
hesablanılır (fasiləsiz dəyişənlər üçün qrupdaxili korrelyasiya əmsalı). Bu göstərici
təkrar sorğuda verilmiş suala eyni cavabların alınması sabitliyini göstərir. Bir qayda
53
olaraq bu göstəricinin qiyməti 0.4-ü keçərsə məqbul, 0.6-ı keçərsə kafi, 0.8-i ötərsə
əla hesab edilir.
Seçmə komponentlə şərtlənən xətanın mıvcudluğu planında tədqiqatın key-
fiyyətinin əsas göstəricisi konkret tədqiqatın hər bir mühüm statistik göstəricisi üçün
nəzərdə tutulan standart xətadır. Bu göstərici seçmə ilə şərtlənən xətanın nəzərdə tu-
tulan tərəddüd miqyasını xarakterizə edir (məsələn,
%
3
±
).
Seçmə tədqiqatı üzrə məlumatlar toplanıldıqdan sonra onların təhlil üçün ha-
zırlanmasına həyata keçirmək tələb olunur. Bu mərhələ üç tərkib hissəni özünə daxil
edir. Birincisi, mövcud kompyuter avadanlıqları və proqramları nəzərə alınmaqla
məlumatların təhlili üçün hansı format üsulunun daha səmərəli olmasını müəyyən
etmək lazımdır.
Məlumatların təhlilə hazırlanması prosesinin ikinci mühüm tərkib hissəsi on-
ların təmizlənməsi və redaktə edilməsidir. Məlumatların toplanması prosesində müx-
təlif formalı və məzmunlu xətalara yol verildiyindən, məlumatların təhlilinə qədər bu
xətalar aradan qaldırılmalıdır.
Məliumatların təhlilə hazırlanmasının son mərhələsində tədqiqatın çəkisini
(etibarlılığını) müəyyən etmək üçün bütün seçmə vahidlərinə analitiklik statusunun
verilməsi məsələsi həll edilir. Tədqiqatın çəkisi (etibarlılığı) təhlilə məruz qalan hər
bir vahid üçün hesablanılır.
Ev təsərrüfatlarının tədqiqi məlumatlarının real mahiyyətinin başa düşülməsi
yalnız onların təhlili əsasında mümkündür. Məlumatların analitik təhlili geniş
əməliyyatlar dairəsini (sadə yekun statistik göstəricilərin hesablanmasından olduqca
mürəkkəb çoxölçül təhlilə qədər) əhatə edir.
Bir sıra metodlar mövcuddur ki, onların köməyi ilə ev təsərrüfatlarının tədqiqi
gedişində toplanılan məlumatların böyük hissəsindən istifadə etməklə tədqiqatın əsas
obyektlərinin mahiyyəti izah edilir. Məlumatların təhlilinin ilkin nöqtəsi orta kəmiy-
yət və əsas öyrənilən dəyişənlərin tezlikləri kimi təsviri statistikanın göstəricilərini
hesablamaqdır. Lakin məlumatların təhlilinin fundamental konsepsiyasının əsasında
toplanmış məlumatların cavab verməsi tələb olunan suallar müstəvisi durur. Deməli,
ev təsərrüfatlarının istənilən praktiki tədqiqinin ilk vəzifəsi tədqiqatın məqsədini
54
müəyyən etmək, həmçinin sorğu vərəqəsini işləyib hazırlamaqdır ki, bunlar da
toplanmış məlumatların qarşıya qoyulmuş məqsədlərə uyğunluğunu təmin etməyə
imkan verir. Bu o deməkdir ki, tədqiqat sxeminin işlənib hazırlanması və məlu-
matların təhlili üzrə planlaşdırılan işlər eyni vaxtda və məlumatların toplanmasından
əvvəl həyata keçirilməlidir.
Məlumatların təhlilinin birinci mərhələnin vəzifəsi tədqiqat üçün maraqlı olan
və bütün dəyişənləri özündə əks etdirən məlumatlar dəstinin genersiya edilməsidir
(sistemləşdirilməsidir). Daha sonra təsviri statistikanın əsas göstəriciləri hesablanılır.
Ev təsərrüfatlarının tədqiqi gedişində dəyişənlərin iki tipi üzrə -kateqoriyalı və
rəqəmli məlumatlar toplanılır. Kateqoriyalı dəyişənlər obyektin kateqoriya yaxud
tiplər üzrə xarakteristikasıdır (məsələn, yaşayış mənzilinin xarakteristikaları- divarın
hansı materialdan olması, etnik qrup, ailə vəziyyəti, fəaliyyət növü və s.). Təcrübədə
bu parametirlərə kod nömrəsi qoyulur. Rəqəmli dəyişənlərə evdə otaqların sayı, mül-
kiyyətdə olan torpağın sahəsi, ev təsərrüfatının konkret üzvünün gəlirlərinin həcmi və
s. aid etmək olar.
Tədqiqat üçün maraqlı olan dəyişənlər üzrə əsas informasiya təsviri statisti-
kanın sadə göstəricilərinin köməyi ilə cədvəl və qrafiklərdən əldə edilə bilər. Bu
göstəricilərə bölgünün mütləq və nisbi kəmiyyətləri, mediana, orta kəmiyyət və stan-
dart kənarlaşma aid edilir.
Ev təsərrüfatlarının tədqiqi kompleks seçmə planları əsasında həyata keçirilir
ki, bu da tədqiqatla bağlı xərclərə nəzarət etməyə imkan verir. Bu cür tədqiqatlarda
əksər seçmə planları kompleks xarakter daşıyır və stratifikasiyanın, çoxmərhələli
seçmənin və seçmə tezliklərinin müxtəlif əmsallarının olmasını tətləb edir. Tədqiatın
nəticələrinin qiymətləndirilməsi dəqiqliyini müəyyən edərkən kompleks seçmə plan-
larının nəzərə alınması zəruridir.
Ev təsərrüfatlarının tədqiqi adətən məcmu üzrə ümumi və orta kəmiyyətin
yaxud onların sadə nicbətinin qiymətləndirilməsi məqsədilə həyata keçirilir.
Tədqiqatda qəbul edilən “çəki” (tədqiqat planında müəyyənləşdirilən çəki seçilmiş
müşahidə vahidləri üçün seçmənin tərs ehtimalıdır) və onun əsasında statistik qiy-
mətləndirmə ev təsərrüfatı üzvülərinin ümumiləşdirilmiş parametirləri yaxud demoq-
55
rafik xarakteristikaları ilə təsadüfi seçilmiş ev təsərrüfatları üçün həyata keçirilən
müşahidə arasındakı əlaqəni təmin edir. Bu 3 saylı sxemdə əyani təsvir edilmişdir
(sxem 2.3.).
Dostları ilə paylaş: |