43
Onu da qeyd edək ki, sorğu vərəqsəinin müstəqil doldurulmasını nəzərdə tutan
tədqiqatın xətasının mənbələri şəxsi sorğunun həyata keçirilməsi ilə yaranan xətanın
mənbələrindən fərqlənir. Görühdüyü kimi qeydiyyatçının təsiri olmadan
özüqeydiyyat metodu ilə tədqiqatın həyata keçirilməsi halında “sosial lazımlılıq”
səmərəsinin yaranması riski azalaçaqdır. Bu cür tədqiqat da sorğuu edilən şəxsi
əlverişsiz vəziyyətə salmayan suallar verməyə imkan verir.
Qeydiyyatçı bir çox seçmə tədqiqatlarında həlledici rol oynayır. Onun işinin
keyfiyyəti məlumatların toplanması prosesinin əsasıdır və həmin tədqiqatın
keyfiyyətinə təsir göstərə bilər. Fərdi fərqlilik nəticəsində hər bir qeydiyyatçı konkret
vəziyyətdə müxtəlif cür hərəkət edə bilər. Hər bir qeydiyyatçı həm xətanın azal-
dılması, həm də çoxaldılması istiqamətində fəaliyyət göstərə bilər. Əgər bütün qey-
diyyatçıların həyata keçirdiyi sorğular çərçivəsində göstəricinin azalması və yük-
səlməsi bir-birini bərabərləşdirirsə onda təhriflər az əhəmiyyətli hesab ediləcəkdir.
Əks halda, yəni ayrı-ayrı qeydiyyatçılar böyük xətalara yol verərsə onda o əhə-
miyyətli hesab ediləcəkdir. Ona görə də hər bir qeydiyyatçının işinin keyfiyyəti ilə
şərtlənən təhrifin variasiyası tədqiqatın dəqiqlik dərəcəsinə ciddi təsir göstərə bilər.
Təcrübədə müxtəlif yanaşmalardan istifadə edərək qeydiyyatçı ilə bağlı
dispersiyanın təsiri qiymətləndirilir. Belə yanaşmalardan biri 60-cı illərin əvvəl-
lərində Kiş tərəfindən təklif edilmişdir. O, ayrı-ayrı qeydiyyatçılar üçün korrelyasiya
əmsalından istifadə edilməsi əsasında qeydiyyatçılarla bağlı dispersiyanın təsirini
müəyyənləşdirilməsini metodunu işləyib hazırlamışdır.
Həmin göstərici
ρ
hərfi ilə işarə olunurdu. Onun kəmiyyəti qeydiyyatçı ilə
bağlı dispersiyanın komponentininnın dispersiyanın sadə təhlili yolu ilə hesablanan
tədqiqatın hər hansı bir dəyişən kəmiyyətinin ümumi dispersiyasına nisbəti kimi
müəyyən edilirdi. Şəxsi sorğular həyata keçirilərkən
ρ
-nun qiymətiəksər dəyişənlər
üçün bir qayda olaraq təxminən 0.02 təşkil edirdi.
ρ
-nun qiymətinin böyük olmasına
baxmayaraq, həmin kəmiyyətin qiymətləndirmənin dəqiqliyinə təsiri olduqca əhə-
miyyətli ola bilər. Seçmənin orta qiymətinin dispersiyası
(
)
1
1
−
+
Dostları ilə paylaş: