48
əldə edilməsinə istiqamətlənir. Bu cür həqiqi cavabların əldə edilməsi üçün işə daha
təcrübəli qeydiyyatçılar və nəzarətçilər cəlb edilir.
Cavablarda sistematik xətanın qiymətləndirilməsi xalis kənarlaşmanın
xüsusi
çəkisi (NDR) yaxud, cavablar arasındakı orta xətanın hesablanması yolu ilə həyata
keçirilir. Xalis kənarlaşmanın xüsusi çəkisi aşağıdakı düsturla hesablanır:
(
)
∑
=
−
=
n
i
t
i
i
i
y
y
n
NDR
1
1
Burada,
n
-təkrar sorğu üçün seçmənin həcmini,
i
i
y
-
əvvəlki sorğunun ge-
dişində əldə edilən cavabları,
i
t
y
- təkrar sorğunun gedişində əldə edilən cavabları
göstərir (12).
Bu göstərici tədqiqat suallarının dəqiqliyi haqqında informasiya əldə etməyə,
həmçinin nəticədə sistematik xəta verən sualları aşkar etməyə imkan verir. Bu cür sis-
tematik xətaların mövcudluğunu məlumatların təhlilində
və nəticələrin şərhində nə-
zərə almaq lazımdır.
Sənədlərə əsaslanan yoxlamanın həyata keçirilməsinin
nəzərdə tutan tədqiqat
çərçivəsində xarici mənbələrdən əldə edilən məlumatlarla cavabların
müqayisəsi
həyata keçirilir. Belə tədqiqat xətanın bütün mənbələrinin təsiri nəticəsində cavab-
larda yaranan sistematik xətanın qiymətləndirilməsi məqsədilə həyata keçirilir.
Sənədlərə əsaslanan yoxlamanın həyata keçirilməsinin nəzərdə tutan tədqiqat
üç növ planla təsvir edilir:
-dolayı sənədlərə əsalanan yoxlama,
-birbaşa sənədlərə əsaslanan yoxlama,
-genişmiqyaslı sənədlərə əsaslanan yoxlama.
Sənədlərə əsaslanan yoxlamanın həyata keçirilməsinin nəzərdə tutan tədqiqatın
qeyd edilən üç növ planı tədqiqatın mühüm xarakteristikaları haqqında dəqiq məlu-
matları özündə əks etdirən mənbələrdən istifadə etməklə həyata keçirilir.
Cavablarda sistematik xəta (Response bias) tədqiqat sualları və sənədlər əsa-
sında yoxlamadan əldə edilən cavablar arasındakı orta fərq göstəricisinin köməyi ilə
qiymətləndirilir. Bu göstərici düstur şəklində aşağıdakı kimi ifadə edilir:
49
(
)
∑
=
−
=
n
i
i
i
X
Y
n
RB
1
1
Burada,
n
- sənədlər əsaslanan yoxlamanı nəzərdə tutan tədqiqat üçün seçmənin
həcmini,
i
Y
-seçməyə daxil edilən i saylı şəxslərin cavablarını,
i
X
-
sənədlərə əsas-
lanan yoxlama nəticəsində seçməyə daxil edilən i saylı şəxslərin cavablarını göstərir
(3,4,12).
Sənədlərə əsaslanan tədqiqat çərçivəsində əldə edilən cavabların sistematik
xətası göstəricisi tədqiqat suallarının dəqiqliyi haqqında informasiya verir və yanlış
qiymətləndirmələrin alınmasına gətirib çıxaran sualları aşkar edir. Bu göstəricilərdən
həmçinin tədqiqat planının müxtəlif xarakteristikalarının (sorğu vərəqəsinin struktu-
ru, müşahidə dövrü, məlumatların toplanması qaydası və məhdudiyyətin müəyyənləş-
dirilməsi metodları) alternativ variantlarının qiymətləndirilməsi üçün də istifadə edilə
bilər.
Beləliklə, qeyd edilənlərdən göründüyü kimi xətanın qiymətləndirilməsi məlu-
matların toplanması prosesinin bütün gedişində ortaya çıxır.
Bu prosesin tərkib his-
səsi kimi xətanın dörd əsas mənbəyi - sorğu vərəqəsi, məlumatların toplanması meto-
du və qaydası, qeydiyyatçı və sorğu edilən şəxs - aşkar edilmişdir. Müəyyən tip xəta-
nın mövcudluğunun və onun kəmiyyətcə qiymətləndirilməsi əvvəlcədən planlaşdır-
manı və diqqətli araşdırmanı tələb edir. Onu da qeyd edək ki, seçmə tədqiqatının mə-
lumatlarının və onun nəticələrinin keyfiyyətinin yüksəldilməsi əhəmiyyətli dərəcədə
bütün mərhələlərdə həyata keçirilən işlərin uzlaşdırılmasından asılıdır.
Dostları ilə paylaş: