39
Deməli, seçmənin orta xətası nə qədər böyük olarsa, ümumi məcmunun
variasiyası bir o qədər böyük, nə qədər kiçik olarsa, seçmənin həcmi bir o qədər
böyük olar.
Konkret
seçmənin
xətasının
orta
kvadratik
uzaqlaşmaya
nisbəti
normallaşdırılmış kənarlaşma adlanır və aşağıdakı düsturla ifadə olunur.
x
s
x
t
µ
−
=
Ümumi məcmunun bölgüsü digər formada olsa da seçmənin orta xətasının
bölgüsünə normal bölgü xarakterdir. Qeyd edilənlərdən aydın olur ki,
seçmə
məcmunun orta kəmiyyətinin ümumi məcmunun orta kəmiyyətindən kənarlaşması
x
s
t
X
⋅
=
−
=
∆
µ
olar. Buradan seçmənin orta xətasını
n
s
t
s
t
x
x
⋅
=
⋅
=
∆
düsturu ilə
hesablamaq olar (9,11,14).
Seçmə metodundan istifadə edilməsinə təlabat, ehtimallı mülahizələrin işlənib
hazırlanması müasir statistika təcrübəsində fasiləsiz olaraq artır. Statistika
təcrübəsində seçmə metodundan istifadənin əsas istiqamətlərinə ev təsərrüfatı
büdcələrinin tədqiqi, əhalinin seçmə siyahıyaalınması və s. aiddir.
Statistika xid-
mətinin təkmilləşdirilməsi ilə əlaqadar olaraq müəssisə və təşkilatların vahid dövlət
reestrinin formalaşdırılması iqtisadiyyat sahəsində müxtəlif seçmə tədqiqatlarının
həyata keçirilməsinə imkanlar yaratmışdır. Seçmə metodundan
istifadə edilməsi
alınmış nəticələrin və həyata keçirilən işlərin səmərəliliyini yüksəldir.
Seçmə məlumatlarının şərhi statistikanın təsviri və analitik statistikaya
bölünməsinin əsasıdır. Təsviri statistikanın metodları
öyrənilən məcmunun bütün
vahidləri üzrə informasiyanını toplanmasını, onların işlənməsini, yalnız
müşahidə
edilən məcmunun xarakeristikası üçün yekun göstəricilərin əldə edilməsini özünə
daxil edir. Analitik statistika tədqiq edilən məcmunun nəticələri əsasında
ümumi
məcmu haqqında fikrin irəli sürülməsidir. Seçmənin qiymətləndirilməsi ümumi
məcmunun parametirlərindən müşahidənin və seçmənin xətasına görə fərqlənir.
Deməli, təsviri statistika ilkin məlumatların tam olduğu
halda məcmunun təsviri
formasıdır. Analitik statistikanın metodları imkan verir ki, seçmə məlumatları
əsasında haqqında ətraflı məlumatlar olmayan məcmu üzrə nəticələr formalaşdıraq.