§1.4. Secmə müşahidəsinin növləri və onların xüsusiyyətləri
Ev təsərrüfatlarının seçmə tədqiqatı dövlət statistika müşahidəsi metodudur
və dövlət idarəetmə orqanları tərəfindən əhalinin müxtəlif qrupları və təbəqələrinin
27
həyat səviyyəsi haqqında iqtisadi - statistik informasiya əldə etmək məqsədilə həyata
keçirilir.
Bu tədqiqatın məlumatları əhalinin gəlirlərinin və istehlak xərclərinin
quruluşunun dəyişməsinin səciyyyələndirmək üçün obyektiv əsasdır və ailənin
tərkibindən və üzvülərinin məşğulluğundan asılı olaraq onların maddi rifahındakı
fərqlərin aşkar edilməsinə imkan verir. Bunlarla yanaşı bu cür informasiyadan
gəlirlərin formalaşmasında ayrı-ayrı gəlir mənbələrin rolunun aşkar edilməsi,
gəlirlərin səviyyəsinə görə əhalinin diferensasiyasının səciyyyələndirlməsi, həmçinin
yeni sosial proseslərin insanların həyat səviyyəsinə təsirinin qanunauyğunluqlarının
öyrənilməsi, bazar iqtisadiyyatı şəraitində əhalinin müxtəlif qruplarının sosial
müdafiəsinə istiqamətlənən müvafiq siyasətin işlənib hazırlanması üçün istifadə
edilir.
Tədqiqatın nəticələrindən müxtəlif iqtisadi-statistik hesablamalarda o
cümlədən, Ümumi Daxili Məhsulu və onun bölgüsünü, istehsal qiymətləri indeksini
və əhalinin real gəlirlərini hesablayarkən, kəndə təsərrüfatı məhsulunun istehsalı və
istifadəsi balansını, Milli Hesablar Sistemini (burada ev təsərrüfatları sektorunun
göstəriciləri mühüm rol oynayır) və s. tərtib edərkən geniş istifadə edilir.
Seçmə müşahidəsi müxtəlif üsullarla aparıla bilər. Seçmə üsulu baş məcmudan
vahidlərin seçilməsinin konkret mexanizmini və üsulunu müəyyən edir.
Ümumiyyətlə, hər bir konkret seçmə müşahidəsi üçün seçmə xətasının qiyməti seçmə
məcmusunun formalaşmasının növündən, metodundan və üsulundan asılı
olaraqmüvafiq düsturlarla müəyyən edilir.
Seçmə məcmusunun folormalaşmasının növünə görə fərdi, qrup və kombinə-
ləşdirilmiş seçmə fərqləndirilir. Baş məcmudan ayrı-ayrı vahidlərin seçilməsinə fərdi
seçmə deyilir.baş məcmuda ğircinsli qruplarla və yaxud seriyalarla vahidlərin
seçilməsinə qrup seçmə deyilir. Kombinələşdirilmiş seçmədə həm birinci, həm də
ikinci növdən istifadə edilir. Seçmə metoduna görə təkrar və təkrar olmayan seçmə
fərqləndirilir. Təcrübədə daha çox təkrar olmayan seçmə üsulundan istifadə edilir. Bu
üsulda baş məcmunun hər bir vahidi seçmə məcmuyuna ancaq bir dəfə düşə bilər.
28
Seçmə üsuluna görə seçmənin müxtəlif növləri - təsadüfi, mexaniki, tipik
(stratifikasiyalı), seriyalı, kombinələşdirilmiş və kiçik seçmə bir-birindən fərqlən-
dirilir.
Baş məcmudan vahidlərin qərəzsiz təsadüfi qaydada seçilməsinə təsadüfi
seçmə deyilir. Vahidlər müəyyən fasilə əsasında mexaniki qaydada seçilərsə buna
mexaniki seçmə deyilir. Baş məcmunu eyni tipli qruplara ayırıb onlardan vahidlərin
seçilməsinə tipik seçmə deyilir. Seriyalı seçmədə baş məcmudan ayrı-ayrı vahidlər
deyil, qruplar (seriyalar) və seçilmiş qruplarda ümumi müşahidə aparılır. Seriyalı
seçmədə hər bir seriya məcmu vahidi kimi götürülür və əlamətin tərəddüd dərəcəsinin
ölçüsü seriyalar arası seçmə dispersiya olur. Kombinələşdirilmiş seçmədə bir neçə
seçmə üsullarından birlikdə istifadə olunur.
Tədqiqat seçmə məcmusuna düşən ev təsərrüfatlarının sorğusu yolu ilə
həyata keçirilir.
Tədqiqatın statistik vasitəsi (sorğu vərəqəsi) cavab toplanılacaq sualların
siyahısıdır. Sualların məzmunu sosial siyasəti işləyib hazırlamaq üçün zəruri olan
informasiyanın əldə edilməsinə istiqamətlənir.bu cür informasiyaya təlabat vaxt
keçdikcə dəyişir və sorğu vərəqəsi elə tərtib olunur ki, ona əlavə sualların daxil
edilməsi mümkün olsun.
Müsahibə alanının işini çətinləşdirməmək üçün sorğu vərəqəsi maksimum
sadə olmalıdır, həçmi olduqca böyük olmamalıdır və soruşulan şəxsi yormamalıdır.
Eyni zamanda onlar kifayət qədər müfəssəl olmalıdır və orada həqiqi və etibarlı
cavabların alına biləcəyi suallar olmalıdır.
Ev təsərrüfatlarının tədqiqi proqramında aşağıdakı sorğu vərəqələrinin
doldurulması öz əksini tapır:
- «Əsas müsahib üçün suallar» və «ev təsərrüfatının tərkibinə nəzarət
xəritəsi» hər bir ev təsərrüfatı tərəfindən ildə bir dəfə tədqiqat aparılan ildən əvvəlki
ilin dekabr ayında ilk sorğunun gedişində müsahibə alan tərəyindən doldurulur,
- «gündəlik xərcəlrin uçotu» hər rübdə iki həftə ərzində ev təsərrüfatları
tərəfindən doldurulur,
29
- «gəlir və xərclər üzrə rüblük sorğullar» ev təsərrüfatlarının üzvüləri ilə
sorğu-söhbət əsasında rübün sonuna müsahibə alan tərəfindən doldurulur.
Rüblük müsahibəni apararkən ev təsərrüfatlarından əldə edilən məlumatları
dəqiqləşdirmək üçün «rüblük xərclər dəftərində (jurnalında)» köməkçi qeydlərdən
istifadə olunur. Burada rübün hər bir ayı üçün müntəzəm xərclərin və əsas (iri) satın
almaların qeydiyyatı aparılır.
Məlumatların toplanmasını xüsusi hazırlıqlı işçilər-müsahibə alanlar həyata
keçirir. Ev təsərrüfatlarının sorğusu müsahibə metodu ilə aparılır. Onu da qeyd edək
ki, toplanılan informasiyanın dolğunluğu və etibarlılığı əhəmiyyətli dərəcədə
müsahibə alanın peşəkarlıq səviyyəsindən asılıdır. Ona görə də seçmə təqiqatında
müsahibə alanın vəzifələri dəqiq müəyyənləşdirilir (2,9,10).
Məlumdur ki, ev təsərrüfatlarının büdcəsinin formalaşmasına təsir edən
mühüm amillərdən biri ailədə məşğul olanların sayıdır. Ona görə də elmi işdə ev
təsərrüfatlarında məşğullq probleminin araşdırılmasına xüsusi diqqət yetirilmişdir.
Dünya statistika təcrübəsində məşğulluğa dair tədqiqat məlumatlarının
qiymətləndirilməsi üçün müxtəlif metodlardan istifadə edilir. Beynəlxalq təcrübədə
işçi qüvvəsinin tədqiqi məlumatlarını qiymətləndirmək üçün seçmə vahidindən (ev
təsərrüfatı) istifadə edilməklə çəkilər (əmsallar) hesablanır. Həmin çəkilər (əmsallar)
suallara çavab verməyən ev təsərrüfatları, respodentlər və başqa göstəricilərdən asılı
olaraq hesablanır. Ev təsərrüfatlarında yaşayan insanların sayına görə əhalinin
paylanmasına xüsusi fikir verilir. Bu metodun tətbiqi üçün əhali registrinin
mövcudluğu əsas şərtdir.
Bir sıra ölkələrinin statistika sistemində işçi qüvvəsinə dair tədqiqat
göstəricilərinin yekunlaşdırılması üçün əhalinin siyahıyaalınmasının nəticələrindən,
cari statistina məlumatlarından və faktiki sorğu aparılmış respodentlərin sayından
istifadə edilir. Müşahidə aparılmış respodentlərdən cins və yaş tərkibi üzrə əldə
edilmiş məlumatlar əsasında fərdi çəkilər hesablanır. Fərdi çəkilər şəhər və kənd
yaşayış məntəqələri üzrə əhalinin cins və yaş tərkibinə görə iterasiya, yəni ardıcıl
yaxınlaşdırmalar metodu ilə hesablanır.
30
Son dövrlərdə əhalinin məşğulluq probleminin bu və ya digər aspektlərini
öyrənərkən ekonometrik metodlardan da istifadə edilir.
Əhalinin məşğulluğu haqqında məlumatlar ev təsərrüfatlarında keçirilən
müşahidə zamanı əldə edilir. Seçmə vahidi ev təsərrüfatları hesab edilir və onların
seçilməsi iki mərhələdə aparılır. Birinci mərhələdə yaşayış məntəqəsi (şəhərdə sayıcı
məntəqəsi, kənd ərazi vahidi) seçilir. Yaşayış məntəqələrin ilkin seçmə vahidi (PSU)
də deyilir. İkinci mərhələdə isə ev təsərrüfatları seçilir. Sorğu məlumatlarının
keyfiyyətli olmasını təmin etmək üçün seçmə vahidlərinin (yaşayış məntəqələrinin və
ev təsərrüfatlarının) statistik təhlili aparılmalı, reprezentativ vahidlər seçilməlidir. Bu
işlər seçmə tədqiqatlarına hazırlıq, yəni onun ilkin və nəzəri mərhələsidir. Bu
mərhələdə seçmə planı tərtib edilir. Seçmə planından, sorğunun real vəziyyətindən və
başqa parametirlərdən asılı olaraq müşahidənin nəticəsi ümumiləşdirilir və çəkiyə
vurularaq ölkə üçün yekun məlumatlar hesablanır (11,12). Çəki aşağıdakı düsturla
hesablanır:
Dostları ilə paylaş: |