Microsoft Word mag. Secme -times new roman doc



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix13.05.2023
ölçüsü0,66 Mb.
#113055
1   2   3   4   5   6   7   8   9   ...   24
FARZALIYEV-MAG (1)

 
§1.2. Seçmə statistik müşahidə və statistik registr 
 
 
Dövlət statistika xidməti modelində statistik məlumat sektoru mühüm 
yerlərdən birini tutur. Statistik məlumat sektorunun əsas vəzifəsi informasiya 
istehlakçılarını keyfiyyətli və operativ statistik məlumatlarla təmin etməkdən 
ibarətdir. Bu vəzifəni yerinə yetirmək üçün regional və inzibati informasiya sistemləri 
və şəbəkələri yaradılmalı, inzibati registr əsasında statistik registr formalaşdırılmalı, 
bu informasiya resurslarının vahid informasiya məkanına inteqrasiyası təmin 
edilməlidir. İnteqrasiya məsələsi əvvəlcə həmin sistemlərin göstəricilərinin 
uzlaşdırılmasını, beynəlxalq təsnifatlardan istifadə edilməsini, bu sistemlərin birgə 
fəaliyyət prinsiplərinin hazırlanmasını tələb edir. 
Müasir informasiya texnologiyalarının tətbiqi statistik məlumatların 
toplanması və işlənməsi prosesini köklü surətdə dəyişmiş, məlumatların elektron 
şəbəkə formasında toplanmasını və məlumat bazalarının yaradılması statistik məlu-
matların istehsalı texnologiyasını təkmilləşdirmişdir. Məlumatların istehsalının tipik 
variantını 1 saylı sxemdəki kimi vermək olar: 


12 
Statistik məlumat sisteminin əsas tərkib ünsürlərinə metodologiya, təsnifatlar 
sistemi, registrlər, məlumat bazaları və statistik məhsullar (göstəricilər, cədvəllər
qrafiklər və s.) aiddir. 
Qeyd edilən ünsürlərin hər birinin, xüsusilə registrin statistik müşahidələrin 
təşkilində xüsusi əhəmiyyəti vardır. Ümumiyyətlə, registr statistik tədqiqatın əsası 
hesab edilir və onun məlumatları baş məcmunu tam xarakterizə etməlidir. Ona görə 
də registrin məlumatlarının dəqiqliyi statistik tədqiqatın keyfiyyətinə birbaşa təsir 
göstərir.
 
 
 
 
 
 
 
 

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin