Microsoft Word mag. Secme -times new roman doc


Sxem 1.2. İnzibati sisteml



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix13.05.2023
ölçüsü0,66 Mb.
#113055
1   2   3   4   5   6   7   8   9   ...   24
FARZALIYEV-MAG (1)

Sxem 1.2. İnzibati sistemlərin registrləri. 
İnzibati registrlərdən statistik məsələlərin həllində istifadə edilir. 
Bazar iqtisadiyyatı şəraitində fiziki və hüquqi şəxslərin sayının daimi artması 
statistik tədqiqatın daha səmərəli və əlverişli mutodlarından istifadə edilməsini zəruri 
etmişdir. Beynəlxalq statistika təcrübəsində tədqiqatın seçmə metoduna daha çox 
üstünlük verilir. Statistik tədqiqatların ilkin, metodoloji hazırlıq mərhələsi olan seçmə 
prosesi isə sosial-iqtisadi obyektlərin statistik registrlərinin yaradılmasını tələb edir. 
Ölkədə aparılmış statistik tədqiqatların nəticəsi (keyfiyyəti) yaradılmış statistik 
Инзибати системлярин реэистр-
ляри 
Реэистрлярдя статистик методолоэийа 
Статистик мцшащидяляр. 
Мялуматларын топланмасы -
сечмя мцшащидяси, сорьу 
Статистик реэистрляр 
Статистик реэистр системи 


14 
registrin keyfiyyətindən, onun aktual olmasından asılıdır. Statistik registr əlavə olaraq 
aşağıdakı vəzifələrin yerinə yetirilməsinə də imkan yaradır: 
- inzibati mənbələrdən əldə edilən məlumatların registrə daxil edilməsi, 
- statistik məlumatların yayılması, 
- ekonometrik təhlilin aparılması. 
Rəsmi statistikada registrin yaradılmasının metodoloji əsasını BMT-nin, 
Avropa Birliyinin tövsiyyə etdiyi normativ sənədlər təşkil edir. Bu tövsiyyələrdə 
statistika məlumatlarının təsnifatı və kodlaşdırılması qaydaları müəyyən edilir
təsərrüfat subyektlərinin statistik tədqiqatı həyata keçirilir. 
Statistik registrin yaradılması və aparılması statistik vahidlərin dövlət registri 
və statistika müşahidə obyektlərinin ümumi məcmusunun formalaşdırılması 
prinsiplərinə müvafiq olmalıdır. 
 
Statistik müşahidə vahidlərinin statistik registrə daxil edilməsi üçün onun 
xarakteristikalarının eyniləşdirilməsi (identifikasiya) lazımdır ki, bu zaman texniki-
iqtisadi və sosial informasiyanın təsnifatlaşdırılmasından istifadə edilir. Bü proses 
dövlət informasiya fondları sistemlərinin vahid metodoloji əsasda formalaşdırılmasını 
təmin edir və statistik registrin məlumatları əsasında informasiya texnologiyalarından 
istifadə etməklə rəsmi statistikanın formalaşdırılmasına imkan verir. 
Statistik registr ölkə ərazisində iqtisadi siyahıyaalma da daxil olmaqla sta-
tistik müşahidələrin təşkili üçün əsas götürülür. Statistik registrə hüquqi şəxslərin və 
fərdi sahibkarların dövlət qeydiyyatı, hüquqi şəxsin filialları, nümayəndəlikləri, digər 
xüsusi bölmələri, onların yerli vahidləri, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən 
fərdi sahibkarlar (fiziki şəxslər) haqqında məlumatlar daxil edilir. 
Statistik registrin formalaşdırılması üçün statistika xidməti inzibati 
mənbələrdən də lazımi informasiya alır.
Statistik registrin informasiya fondu inzibati və statistik məlumatlardan 
ibarətdir. İnzibati məlumatlara aiddir: 
- hüquqi şəxslərin və fərdi sahibkarların dövlət qeydiyyatına dair məlumatlar, 
- xarici hüquqi şəxslərin nümayəndəliyi haqqında məlumatlar. 


15 
Statistik məlumatlar statistik müşahidələrin təşkili metodologiyasının 
tələblərinə müvafiq informasiya ehtiyatları və sistemləridir. Konkret statistik 
müşahidələrin aparılması məqsədilə statistik registrin informasiya fondundan istifadə 
edilir.
Statistik registr statistik vahidlərin Dövlət registrinin statistik müşahidə 
obyektlərinin ümumi məcmusuna uyğun tərtib edilir və onun tərkibinə aşağıdakı 
ünsürlər aid edilir: 
- statistik vahidlərin registri, 
- statistik vahidlərin ümumi məcmusu, 
- statistik registrin informasiya fondu. 
Müəssisə və təşkilatların statistik registri müşahidə olunan hər bir obyekt 
üzrə informasiyanın toplanması, işlənməsi, yayılması, saxlanması və axtarışını təmin 
edən informasiya sistemidir. Statistik registr əsasında seçmə müşahidələrinin əsası 
formalaşdırılır, statistik müşahidənin nəticələri ümumi məcmuya şamil edilir, yekun 
məlumatlar və analitik cədvəllər hazırlanır (15). 
Ümumi şəkildə statistik registrin əsas məqsədlərinə aşağıdakıları aid etmək 
olar: 
- statistik müşahidələrin təşkili üçün statistik müşahidə vahidlərinin ümumi 
məcmusunu formalaşdırmaq; 
- ümumi məcmunun statistik təhlili üçün zəruri olan seçmə statistik 
vahidlərin xarakteristikasını əldə etmək; 
- statistik tədqiqatların keyfiyyətini artırmaq məqsədilə ekonometrik 
metodların köməyi ilə məlumatları təhlil etmək; 
- statistik vahidlərin məlumatları əsasında qruplaşdırma aparmaq və analitik 
cədvəllər hazırlamaq; 
- statistik müşahidələrin planlaşdırılması və aparılması üçün informasiya 
fondundan istifadə etmək; 
- statistik vahidlər i tam və dolğun əhatə edən demoqrafik xarakteristikaları 
formalaşdırmaq. 

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin