Microsoft Word mag. Secme -times new roman doc


Magistr dissertasiyanın qurulu



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix13.05.2023
ölçüsü0,66 Mb.
#113055
1   2   3   4   5   6   7   8   9   ...   24
FARZALIYEV-MAG (1)

Magistr dissertasiyanın quruluşu və həcmi. Dissertasiya giriş,iki fəsil, nəticə 
və istifadə edilmiş ədəbiyyat siyahısıdan ibarətdir. Onun ümumi həcmi 78 səhifədir. 
İşdə 5 cədvəl, 4 qrafik və 3 sxem verilmişdir. İstifadə olunmuş ədəbiyyat siyahısında 
27 adda ədəbiyyat adı vardır.



I FƏSİL
MİLLİ HESABLAR SİSTEMİNDƏ ЕV TƏSƏRRÜFATLARI SEKTORU VƏ
ONUN ÖYRƏNİLMƏSİNDƏ SECMƏ METODUNUN ROLU 
 
 
§ 1.1. Ev təsərrüfatlarının seçmə metodu ilə tədqiqinin nəzəri-metodoloji
əsasları

 
 Əhalinin gəlirlərinin tənzimlənməsi və idarəedilməsi sahəsində əsaslan-
dırılmış dövlət siyasətinin həyata keçirilməsi onun informasiya bazasının 
formalaşdırılmasını tələb edir. Ölkədə həyata keçirilən geniş miqyaslı sosial-iqtisadi 
dəyişikliklər milli statistika xidmətinin fəaliyyətinin beynəlxalq prinsiplər əsasında 
təmin edilməsini zəruri etmişdir. Bu isə əhalinin həyat səviyyəsinin statistik qiymət-
ləndirilməsinin istiqamətlərinə və informasiya təminatına dövrün yeni təlabatları ba-
xımından yanaşılmasına gətirib çıxarmışdır.
 
 
Müasir şəraitdə əhalinin həyat səviyyəsinin tədqiqinin əsas informasiya bazası 
ev təsərrüfatı statistikasıdır. Son dövrlərdə ev təsərrüfatı statistikasına marağın 
artması bir sıra səbəblərlə bağlıdır. Birincisi, əhalinin həyatında ev təsərrüfatının 
rolunun bütövlükdə yüksəldilməsi, ölkədə bazar münasibətlərinin tədricən formalaş-
masıdır ki, bu da əhalinin öz-özünü təminetmə funksiyasının güclü inkişafını labüd 
etmişdir. İkinccisi, ölkənin makrostatistikası Milli Hesablar Sisteminə keçir ki, 
burada ev təsərrüfatına iqtisadiyyatın əsas subyekti kimi baxılır. Üçüncüsü, mühüm 
praktiki vəzifə ev təsərrüfatının ümumi gəlirlərini, onun səviyyə və dinamikasını, 
diferensasiyasını qiymətləndirməkdir ki, bu da həm əhaliyə ünvanlı köməyin təşkili, 
həm də səmərəli vergi sisteminin formalaşması üçün zəruridir. Ümumiyyətlə, 
əhalinin həyat şəraitinin və rifah səviyyəsinin öyrənilməsi bütün dövrlərdə aktual 
olmuş və bu gündə aktualdır. Əhalinin həyat səviyyəsi statistikasının və ev 
təsərrüfatlarının tədqiqinin böyük və maraqlı tarixi vardır. 
Ev 
təsərrüfatlarının büdcə statistikası qarşısında durduğu vəzifələr dairəsinin 
genişləndirilməsini, öz üsullarının işlənib hazırlanmasını və təkmilləşdirilməsini 
fasiləsiz davam etdirərək statistik tədqiqatın xüsusi metoduna çevrilmişdir. 



İqtisadi nəzəriyyədə «ev təsərrüfatı» anlayışı yaşayış yeri və büdcənin ümumiliyi 
ilə birləşən bir, yaxud bir neçə şəxsdən ibarət olan təsərrüfat vahid kimi şərh edilir ki, 
bu da iqtisadiyyatı resursla təmin edərək onlara görə aldığı pulla maddi təlabatlarını 
təmin edən mal və xidmətləri əldə etmək üçün istifadə edir. Ev təsərrüfatı anlayışı 
bütün istehlakçıları, muzdlu işçiləri, iri və kiçik kapital, torpaq, istehsal vasitələri 
sahiblərini, ictimai istehsalda məşğul olan və məşğul olmayan şəxsləri birləşdirir 
(1,2). 
Bazar iqtisadiyyatının subyektləri kimi ev təsərrüfatının fəaliyyətinin iqtisadi 
mahiyyətini tədqiq edərkən təhlilin iki müxtəlif səviyyəsindən istifadə edilir. 
Makroiqtisadi səviyyədə təhlil - bu, ilk növbədə davranışı əhalinin vəziyyətini və 
bütövlükdə onun iqtisadi maraqlarını birbaşa əks etdirən və milli iqtisadiyyata 
əhəmiyyətli təsir göstərən iqtisadi vahidlərin müəyyən məcmusu kimi ev təsərrüfatını 
öyrənməkdir. Makroiqtisadi səviyyədə ev təsərrüfatlarının məcmu gəlirlərinə, 
istehlak və əmanət davranışına, ölkənin ÜDM-da onların payına, dövlətlə, istehsal və 
biznes sferası ilə qarşılıqlı münasibətlərinə baxmaq olar. 
Mikroiqtisadi təhlil ayrı sresifik iqtisadi vahid kimi ev təsərrüfatının tədqiqini 
nəzərdə tutur. O, onların əmək və iqtisadi funksiyalarının, bazar davanışının, səbəb-
nəticə əlaqələrinin hərtərəfli öyrənilməsinə istiqamətlənir. Mikroiqtisadiyyatda 
məhdudluq, seçim, fərdi təlabat, xərc, gəlir, istehlak, qiymət anlayışlarından istifadə 
olunur. Burada eyni zamanda mal və xidmətlər bazarında ev təsərrüfatlarının qəbul 
etdiyi qərarlar prosesi və onların seçiminə təsir edən amillərin öyrənilməsi də həyata 
keçirilir. 
Ev təsərrüfatının davranışının makro və mikroiqtisadi təhlili bir-biri ilə sıx 
bağlıdır: iqtisadiyyatın vahid sektoru kimi ev təsərrüfatlarında baş verən hadisə və 
proseslərin makroiqtisadçılar tərəfindən öyrənilməsi, son nəticədə çoxlu fərdi ev 
tsərrüfatlarının qarşılıqlı fəaliyyətinin nəticəsində yaranır. Ev təsərrüfatının vəziy-
yətini, iqtisadi davranışının əsasını və fəaliyyətinin əhəmiyyətini yalnız təhlilin bir 
səviyyəsinin nəticələrinə əsaslanaraq sona qədər başa düşmək və izah etmək mümkün 
deyildir. 



Bazar iqtisadiyyatı sitemində ev təsərrüfatının yeri və rolunu resursların, məh-
sulların və gəlirlərin dövriyyəsi-modeli əsasında öyrənmək daha əlverişlidir. Müəy-
yən şərtiliklərlə və məhdudiyyətlərlə o, bazar iqtisadiyyatının əsas subyektlərinin qar-
şılıqlı fəaliyyəti haqqında mühüm təsəvvür yaradır. 
Ev təsərrüfatı resurslar, mal və xidmətlər bazarının firmaları ilə sıx qarşılıqlı 
fəaliyyətdə olur. Resurslar bazarında ev təsərrufatı firmalara sahibi özü olan iqtisadi 
resurslar (əmək, torpaq, kapital və sahibkarlıq qabliyyəti) təklif edir. Firmaların bu 
resurslara tələbi vardır. Tələb və təklifin qarşılıqlı fəaliyyəti ilə resurs bazarında hər 
növ resursun qiyməti müəyyənləşir. Resursları alaraq firmaların həyata keçirdiyi 
ödəmələr onların xərcləri kimi çıxış edir. Eyni zamanda onlar resurslar təqdim edən 
ev təsərrüfatlarının əmək haqqı, faiz, renta və mənfəəti, yəni ev təsərrüfatının pul 
gəlirləri axınlarını yaradır. Onların xərclənməsi prosesində ev təsərrüfatı məhsullar 
bazarında ona zəruri olan mal və xidmətlərə tələb yaradır. Firmalar istehsal etdiyi 
məhsulları təklif edib reallaşdıraraq müvafiq gəlirlər əldə edirlər. 
Deməli, ev təsərrüfatı firmalarla qarşılıqlı fəaliyyətdə olaraq resurs bazarında 
təklifçi, məhsullar bazarında isə tələbçi kimi çıxış edir. 
Ev təsərrüfatlarının əldə etdiyi gəlirlər mal və xidmətlərin əldə edilməsinə tam 
xərcləmir. Onların müəyyən hissəsi dövlət vergilərinə və yığıma gedir. Dövlət ev 
təsərrüfatlarının iqtisadi davranışına əhəmiyyətli təsir göstərir. Bazar iqtisadiyyatında 
dövlət maddi və pul vəsaitləri dövriyyəsinə tam inteqrasiya olunur. Ev təsərrüfatı 
dövlətə müxtəlif iqtisadi resurslar təklif edir (ilk növbədə dövlət strukturlarına işçi 
əməyi) və təqdim edilən istehsal amillərinə görə haqq formasında müvafiq gəlir əldə 
edir. 
Bundan 
başqa 
dövlət 
ev 
təsərrüfatlarına 
(həmçinin 
firmalara) 
maliyyələşdirilməsi sonuncular tərəfindən vergi ödəmələrini tələb edən ictimai nemət 
və xidmətlər təklif edir. Hökumət ev təsərrüfatlarından vergilər alır (gəlir, əmlak və 
digər vergilər) və bununla yanaşı sonunculara transfert ödəmələri (işsizliyə, əmək 
qabliyyətli olmamağa görə yardım, pensiya və s.) həyata keçirir. 
Əlbəttə ki, bu model bazar şəraitində ev təsərrüfatının firmalarla, dövlətlə 
qarşılıqlı fəaliyyətinin yalnız əsas prinsiplərini təsvir edir. 



Bazar iqtisadiyyatı şəraitində ev təsərrüfatı çoxlu sayda funksiyalar yerinə 
yetirir: şəxsi yardımçı təsərrüfatın aparılması; fərdi-əmək və sahibkarlıq fəaliyyəti, 
daşınmaz əmlakın və uzun müddət istifadə edilən əmlakın icarəyə verilməsi, fərdi-
ailə ticarəti, qiymətli kağızların əldə edilməsi və istifadəsi və s. 
Ev təsərrüfatı mühüm bazar institutlarından biri kimi iqtisadiyyatın normal 
fəaliyyətində əhəmiyyətli rol oynayır. 
Ev təsərrüfatının zəruri istehlak tələbinin təmin edilməsi funksiyasının yerinə 
yetirilməsi bazar mexanizminin fəaliyyəti üçün zəmin yaradılmasının ilk və zəruri 
şərtidir. Kapital bazarı ilə əlaqənin olması şərti ilə ev təsərrüfatının yığımı (əmanəti) 
kapital yığımı probleminin həllini təmin edir ki, bu da transformasiya olunan 
iqtisadiyyatda investisiya fəaliyyətinin canlandırılması üçün zəruridir. 
Rəqabətli bazarın formalaşmamasının mühüm şərtlərindən biri ev təsərrüfat-
larının gəlir-əmlak potensialının (sərvətinin) mövcudluğudur. 
Ev təsərrüfatlarının sərvətinin olması onların zəruri azad sahibkarlıq seçimini 
təmin edir. Sərvətin olması ev təsərrüfatının əmək bazarından asılılığını azaldır, 
onların şəxsi rifahının artımını, ailə biznesini həyata keçirmək yolu ilə özlərinin 
inkişaf imkanlarının reallaşdırılmasını təmin edir. Deməli, ev təsərrüfatının şərvəti 
fərdin iqtisadi və sosial-mədəni fəallığını şərtləndirərək, bütövlükdə bazar iqtisadiy-
yatının dinamik inkişafına təkan verir. Ev təsərrüfatları arasında sərvətin bölgüsü, 
necə deyərlər «iqtisadi hakimiyyətin diffuziyasi» onların rəqabətli bazar 
münasibətlərinə cəlb edilməsinə imkanlar yaradır. 
Yeni iqtisadi münasibətlərin formalaşması əhalinin pul gəlirləri və xərcləri 
statistikasının təkmilləşdirilməsini, onun sferasına məlumatların iqtisadi-riyazi mo-
delləşdirilməsi və ekspert qiymətləndirilməsi metodlarının fəal cəlb edilməsini zəruri 
etmişdir. Lakin araşdırma göstərir ki, ev təsərrüfatlarının seçmə tədqiqatı prosesində 
təsərrüfat fəaliyyətinin yeni növləri ilə bağlı olan əhali qrupu (sahibkarlıq dairələrinin 
müxtəlif şəxsləri, maliyyə - kredit təşkilatlarının nümayəndələri, ikili məşğuliyyəti 
olanlar və s.) öz əksini tapmır. Bu, ev təsərrüfatı statistikasının məlumatlarının 
reprezentalivliyinə əhəmiyyətli təsir göstərir. Odur ki, ev təsərrüfatlarının seçilməsi 


10 
təsərrüfatın bütün tiplərinin seçməyə düşməsinin bərabər imkanlarını təmin edən 
təsadüfi seçmə metodu ilə ərazi prinsipi üzrə həyata keçirilməsi məqsədəuyğundur. 
İstənilən cəmiyyətin əsas təbəqəsi orta sinfidir. Məhz əhalinin bu hissəsinin 
həyat səviyyəsinin öyrənilməsi ilə ailə büdcələri statistikası məşğul olmalıdır. Dün-
yanın inkişaf etmiş ölkələrində də belədir. Varlıların əsas hissəsi gəlirlər haqqında 
deklarasiya təqdim etməlidir. Bu xidmətin materiallarından statistika orqanları 
ümumiləşdirici təhlil üçün istifadə edə bilər. Bunun gedişində yarana biləcək 
problemləri minimuma endirmək üçün vergi xidmətinin səmərəli fəaliyyəti təmin 
edilməlidir. 
Müasir şəraitdə diqqəti cəlb edən əsas məsələlərdən biri də ev təsərrüfatı 
büdcələrinin balans metodu ilə qurulmasından əl çəkilməsi və əhalinin cari xərcləri 
və yığımı vastəsilə pul gəlirlərinin həcminin hesablanmasının həyata keçirilməsidir. 
Müşahidəyə və təhlilə daxil edilən göstəricilər dairəsinin yeniləşdirilməsi də zə-
ruridir: qida məhsullarının, qeyri - ərzaq mallarının alınmasına, xidmətlərə görə ev 
təsərrüfatlarının gündəlik xərcləri; ev təsərrüfatı üzvlərinin əldə etdiyi müxtəlif 
dotasiya və güzəştlər, müstəqil sahibkarlıq fəaliyyətinin aparılması xərcləri və s. 
Bu günə qədər seçməyə düşən ev təsərrüfatlarının tədqiqi sorğunun ekspedisiya 
metodu ilə (ev təsərrüfatının qeydləri və müsahibəsi nəzərə alınmaqla) həyata 
keçirilir. Lakin respodentlərin vaxtını və əmək məsrəflərini minimumlaşdıran sorğu-
nun daha mütərəqqi növlərindən istifadə edilməsinə keçid dövrün ən zəruri tələbidir.
Hər nəfərə düşən orta gəlirin səviyyəsinə görə əhalinin (ev təsərrüfatının) 
bölgüsü müxtəlif dövrlər üçün hər ay, hər rüb, hər il həyata keçilə bilər. Ona görə də 
böyük ədədlər qanunu baxımdan ev təsərrüfatının daha reprezentativli (etibarlı) 
bazası bütövlükdə il üzrə informasiyadır. Gəlirlərin səviyyəsinə görə əhalinin (ev 
təsərrüfatının) bölgüsü haqqındakı informasiyanın daha etibarlı olmasına əmin olmaq 
üçün gəlir üzrə əhalinin (ev təsərrüfatının) bölgüsü modelinin təkmilləşdirilməsi 
zəruridir (4,6). 
Bazar iqtisadiyyatı şəraitində ölkənin mühüm və mürəkkəb problemlərindən biri 
regional ev təsərrüfatlarının statistikasıdır. Bu onunla bağlıdır ki, əhalinin həyat 
səviyyəsində regionlararası diferensasiya çox yüksəkdir və artmaqda davam edir. Ona 


11 
görə də region səviyyəsində obyektiv informasiyanın əldə edilməsi birinci dərəcəli 
vəzifədir.
Bərabər şərtlər daxilində gəlirlərin səviyyəsi və diferensasiyası əhalinin ayrı-ayrı 
qruplarının həyat səviyyəsinin tənzimlənməsinin həlledici amili kimi çıxış edir. 
Beləliklə, araşdırma göstərir ki, mülli hesablar sisteminin mühüm sektoru kimi 
ev təsərrüfatlarının büdcəsinin tədqiqi nəticələrindən bir çox məsələlərin həllində, o 
cümlədən əhaliyə kompensasiya ödəmələrinin həcminin müəyyən edilməsində
gəlirlərin indeksləşdirilməsi mexanizminin işlənib hazırlanmasında, yaşayış 
minimunun və minimum əmək haqqının, pensiya və yardımların elmi cəhətdən 
əsaslandırılmış həcminin hesablanmasında, sosial proqram tədbirlərinin işlənib 
hazırlanmasında istifadə edilir.

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin