Microsoft Word mag. Secme -times new roman doc



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix13.05.2023
ölçüsü0,66 Mb.
#113055
1   2   3   4   5   6   7   8   9   ...   24
FARZALIYEV-MAG (1)

 
Azərbaycanda ev təsərrüfatlarının büdcəsinin seçmə metodu ilə öyrənilməsi 
təcrübəsini araşdırmaq; 
- seçmə müşahidənin məlumatları əsasında ev təsərrüfatlarının gəlir və xərc-
lərinin həcmini, səviyyəsini, quruluşunu və dinamikasını statistik təhlil etmək. 
Tədqiqatın obyekti Azərbaycan Respublikasının ev təsərrüfatlarıdır. 
Tədqiqatın predmetni Azərbaycan Respublikasında ev təsərrüfatlarının büd-
cəsinin kəmiyyət və keyfiyyət tərəfləri təşkil edir. 
Tədqiqatın nəzəri və metodoloji əsasını ev təsərrüfatları büdcəsinin tədqiqi 
sahəsində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin və əlaqədar bey-
nəlxalq qurumların metodoloji sənədləri, habelə ev təsərrüfatları büdcəsinin aspekt-
lərinin statistik qiymətləndirilməsi məsələlərini tədqiq edən iqtisadçı alimlərinin elmi 
əsərləri təşkil edir. 
Ev təsərrüfatlarının gəlir və xərclərinin tədqiqinin informasiya bazasını Azər-
baycan Respublikası Dövlət Statistika Komitəsinin illik məcmuələri, ev təsərrü-
fatlarının xüsusi seçmə tədqiqatlarının materialları və s. təşkil edir. 
Tədqiqat prosesində seçmə, dinamika sıralarının təhlili, orta və nisbi kəmiy-
yətlər, qrafik və s. kimi statistik metodlardan istifadə edilmişdir. 
Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir: 
- iqtisadiyyatın mühüm sektoru kimi ev təsərrfatının yeri və rolu müəyyən-
ləşdirilmişdir,
-statistik registirlərin seçmə müşahidəsinin həyata keçirilməsinin əsasını təşkil 
etməsi əsaslandırılmışdır, 
-statistik registirlərin qarşılıqlı əlaqəsi, bu sahədəki dünya təcrübəsi araşdırılmış 
və onun Azərbaycanda aparılması xüsusiyyətləri müəyyənləşdirilmişdir,
- ev təsərrüfatlarının seçmə tədqiqatında yaranan xətanın mənbələri araşdırılmış 
və onun qiymətləndirilməsi metodikası verilmişdir, 



ev təsərrüfatlarının tədqiqi nəticələrinin statistik təhlilinin istiqamətləri müəy-
yənləşdirilmişdir, 
-seçmə metodu ilə əldə edilən informasiya əsasında Azərbaycanda ev təsər-
rüfatlarının büdcəsi bu və ya digər aspektdən statistik qiymətləndirirlmişdir. 

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin