Microsoft Word mag. Secme -times new roman doc



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix13.05.2023
ölçüsü0,66 Mb.
#113055
1   ...   9   10   11   12   13   14   15   16   ...   24
FARZALIYEV-MAG (1)

n
ρ
- ə vurulur. 
Burada 
n
bir qeydiyyatçıya düşən orta işləmə yükünü göstərir. 10 sorğulu işləmə 
yükü 0.02 həcmində 
ρ
əmsalı dispersiyanı 18%, 25 sorğulu işləmə yükü isə 48% 


44 
artırır. Deməli, hətta 
ρ
-nun kiçik qiyməti tədqiqatın statistik nəticələrinin dəqiqliyini 
əhəmiyyətli şəkildə aşağı sala bilər. Praktiki və iqtisadi baxımdan qeydiyyatçı həmişə 
böyük həcmdə işin yerinə yetirilməsi tapşırığını alır. Nəticədə qeydiyyatçı sistematik 
xətalara yol verir ki, bu da dispersiyanın kəmiyyətinə əhəmiyyətli təsir göstərir. Onu 
da qeyd edək ki, mövcud elmi ədəbiyyat yaxşı qeydiyyatçının xarakterik xüsu-
siyyətlərini aşkar etməyə praktiki olaraq kömək etmir (3,12).
Tədqiqatın təşkilatçısı qeydiyyatçının hazırlığını təmin etmək, gördüyü işi mü-
şahidə etmək və iş yükünün bölgüsünü idarəetmək vasitəsilə müəyyən dərəcədə 
qeydiyyatçının yol verdiyi xətalara nəzarət etməyə qadirdir. Sorğunun həyata keçiril-
məsi metodlarının və yeniliklərin öyrədilməsini əhatə etməyə imkan verən hazırlığın 
kifayət qədər uzun proqramı, həmçinin konkret tədqiqat baxımından informasiyanın 
verilməsi müəyyən mənada sorğu prosesini standartlaşdırmağa kömək edir. Bir 
çoxları hesab edir ki, sorğu qaydasının standartlaşdırılması qeydiyyatçının bu prosesə 
təsirini aşağı salır.
Fəaliyyətin nəticələrini izləmək məqsədilə müşahidə, statistik məlumatların 
toplanması, onun səmərəliliyi, həmçinin problemli sualların aşkar edilməsi məsələləri 
də qeydiyyatçının işinin keyfiyyətinə nəzarət sisteminin mühüm tərkib hissəsindən 
hesab edilir. Ayrı-ayrı qeydiyyatçının işinin keyfiyyətini qiymətləndirmək üçün 
təkrar sorğu və yerində müşahidənin aparılması proqramları həyata keçirilir. 
Qeydiyyatçı ilə bağlı dispersiyanın səmərəliliyinin azaldılmasının digər üsulu orta iş 
yükünün aşağı salınmasıdır. Optimal iş yükü qeydiyyatçıya xərclərin funksiyasıdır. 
Eyni tədqiqat çərçivəsində ayrı-ayrı qeydiyyatçılar üçün korrelyasiyanın qiyməti 
müxtəlif olur. Ona görə də təcrübədə hansı iş yükünün optimal olmasını müəyyən-
ləşdirmək olduğca çətindir.
Sorğu edilən şəxs qoyulan suala düzgün cavab verməməklə xətanın yaran-
masına səbəb ola bilər. Ümumiyyətlə, tədqiqat prosesində sorğu edilən şəxsin cavab-
larının formalaşdırılması və təqdim edilməsinin beş ardıcıl mərhələsi bir-birindən 
fərqləndirilir. 
-informasiyanın kodlaşdırılması, 
-tədqiqat prosesində verilən sualın mahiyyətini başa düşmək, 


45 
-yaddaşdan informasiyanı çıxarmaq, 
-lazım olan cavab haqqında fikr yaratmaq, 
-cavabı bildirmək. 
Sorğu edilən şəxsin seçilməsi qaydası cavabların alınması prosesində mühüm 
rol oynayır. Əgər tədqiqat çərçivəsində ev təsərrüfatı haqqında informasiyanın 
toplanması həyata keçirilirsə, müxtəlif soruşulan şəxslər üçün cavablar fərqli ola-
caqdır. Ona görə də bu prosesdə ən sorğulu və etibarlı şəxslərdən informasiyanın top-
lanması məqsədəuyğun hesab edilir. Bu iki kateqoriya arasındakı fərqlilik tədqiqatın 
məzmunundan asılıdır. 
Sualların formalaşdırılması və mürəkkəbliyi, həmçinin sorğu vərəqəsinin struk-
turu sorğu edilən şəxsin həmin sualları başa düşməsinə və anlamamsına təsir edə bi-
lər. Sorğu edilən şəxsin suallara düzgün cavab vermə hazırlığı verilən sualların tipinə, 
sualların seçilməsi məsələsinin mürəkkəbliyinə, həmçinin sorğu edilən şəxsin həmin 
cavabın sosial lazımlılığı haqında təsəvvürünə təsir göstərir.
Qeydiyyatçının yaş, cins, keyim, üzün ifadəsi, tükünün rəngi, danışıq tonu, 
intonasiyasının dəyişməsi və s. kimi xüsusiyyətləri də sorğu edilən şəxsin sualları 
anlamasına da təsir edə bilər.
Təcrübədə seçmə tədqiqatında yaranan xətanı kəmiyyətcə qiymətləndirərkən 
müxtəlif yanaşmalardan (hissələrə ayrılmış eksperiment, koqnitiv tədqiqat və s.) 
istifadə edilir.
Hissələrə ayrılmış eksperiment xətanın qiymətləndirilməsinin daha çox istifadə 
edilən metodudur. Təcrübədə tədqiqat həyata keçirən mütəxəsislər bu metod müxtəlif 
cür (qarşılıqlı təzahür edən seçmələr, hissələrə ayrılmış seçmə ilə eksperiment, his-
sələrə ayrılmış qruplarla eksperiment, ixtiyari yarımseçmələrlə eksperiment, hissələrə 
ayrılmış sorğularla eksperiment) adlandırırlır. Bu metoddan sorğu vərəqəsinin 
həcminə təsirlərin testləşdirilməsində də istifadə edilir.
Son 20 il ərzində koqnitiv tədqiqat metodunun tətbiq dairəsi xeyli 
genişlənmişdir. Bu metodla xətanın qiymətləndirilməsində əsas hədəf sorğuda iştirak 
edən şəxslərin tədqiqatın mahiyyətini başa düşməsidir. Sorğu edilən şəxslər sorğu 
təşkilatçılarına sorğu vərəqəsinin ayrı-ayrı maddələrinin izahı haqqında informasiya 


46 
verirlər. Bu cür yanaşma böyük xərc tələb etdiyindən o, kiçik həcmdə seçmə üçün 
tətbiq edilir. Ən çox istifadə edilən metodlar verbal protokollara əsaslanır. Sorğu 
edilən şəxsə sorğu vərəqəsinin layihəsini doldurmaq və onun hər bir maddəsinin necə 
başa düşdüyünü təsvir etmək təklif edilir. Bu metodun üstünlüyü ondan ibarətdir ki, 
qeydiyyatçı tərəfindən təhriflərin ortaya çıxmasına yol verilmir. Çatımazlığı isə az 
səmərəli olmasıdır.
Digər yanaşma sorğu edilən şəxsə fokus -qrup şəraitində tədqiqat sənədlərini 
doldurmağa imkan verir. Fokus-qrupun üstünlüyü qrup üzvülərinin qarşılıqlı təsir 
imkanının olmasıdır.
Əvvəl sorğu edilən şəxsə təkrar sualların verilməsi ilə bu və ya digər vahidin 
təkrar qiymətləndirilməsi təkrar sorğu adlanır. Bu sorğu bir qayda olaraq böyük 
həcmdə olmayan seçmə (adətən 5% ətrafında təşkil edilir) üzrə həyata keçirilir. 
Təkrar sorğu aşağıda sadalanan bi yaxud bir neçə məqsədlərə nail olmaq üçün 
aparılır. 
- məlumatları saxtalaşdıran qeydiyyatçıları aşkar etmək, 
- əlavə hazırlığa ehtiyacı olan və müvafiq prosedurları düzgün başa düşməyən 
qeydiyyatçıları aşkar etmək, 
-cavabların sadə dispersiyasını qiymətləndirmək, 
-cavablarda sistematik xətaları qiymətləndirmək. 
Birinci iki məqsədə nail olunması qeydiyyatçıların təsiri nəticəsində yaranan 
xətanın qiymətləndirməsi haqqında informasiya verir. Son iki məqsədin reallaş-
dırılması bütün dörd mənbənin (qeydiyyatçı, sorğu vərəqəsi, sorğu edilən şəxs və mə-
lumatların toplanması qaydası) birgə təsiri nəticəsində olan xətanın qiymətləndiril-
məsi haqqında informasiya əldə etməyə imkan verir. 
Qeydiyyatçı bir neçə üsulla tədqiqatın nəticələri təhrif edə bilər. Saxtalaşdırma 
hallarını aşkar etmək üçün təkrar sorğu aparılması məqsədilə seçmə müəyyənləşdirilir 
və bir qayda olaraq sorğu nəzarətedici heyət tərəfindən həyata keçirilir. Təkrar sorğu 
tədqiqatı nəticəsində saxtalaşdırma əmsalı hesablanılır. Həmin əmsal sorğunu sax-
talaşdıran qeydiyyatçıların xüsusi çəkisini xarakterizə edir.


47 
Sadə dispersiyanın qiymətləndirilməsi məqsədilə təkrar sorğu müstəqililik 
əsasında əvvəl sorğu edilənin təkrar sorğusu qaydasıdır. Əvvəlki sorğuda rəhbər tu-
tulan prinsiplər, qaydalar və proseslər maksimum imkan dərəcəsində təkrar sorğunun 
gedişində təkrar edilir.
Ev təsərrüfatlarının seçmə tədqiqatı təcrübəsində cavabların sadə dispersiyasını 
qiymətləndirmək üçün mühüm statistik göstərici kimi ümumi kənarlaşmanın xüsusi 
çəkisi (GDR) hesablanılır. Bu göstərici əvvəlki və təkrar sorğunun cavabları arasın-
dakı orta kvadratik kənarlaşmanı xarakterizə edir. Ümumi kənarlaşmanın xüsusi 
çəkisi göstəricisini 2-yə bölməklə cavabların sadə dispersiyası hesablanılır (SRV).
Cavabların sadə dispersiyasının qiymətləndirilməsi məqsədilə digər mühüm 
statistik göstərici uyğunsuzluq əmsalı hesablanılır (IOI). Bunun köməyi ilə ümumi 
dispersiyanın cavabların sadə dispersiyasına aid hissəsinin xüsusi cəkisi qiymət-
ləndirilir və düstur şəklində aşağıdakı kimi ifadə edilir. 
2
2
2
1

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin