ELEKTRON MUSİQİ ÖYRƏTMƏ SİSTEMİ
Dilarə RÜSTƏM-ZADƏ
Qafqaz Universiteti
dilara.rustamzade@gmail.com
AZƏRBAYCAN
Son zamanlar kompyuter texnologiyalarının inkişafı nəticəsində səs sistemləri avtomatlaşdırılmış, nəinki nitqin hətta
musiqi səslərinin tanınması həyata keçirilmişdir. Buna əsaslanaraq da musiqi əsərlərinin quraşdırılmış tanınma programı
vasitəsilə kəsilməz səsin nota çevrilmə prosesi illər ötdükcə daha çox real şablona uyğun gəlir, və bu sahədə tədqiqatçılar
müəyyən uğurlara imza atmışdılar. Cari tezisdə musiqi aləmindəki bütün növ səslərə xas olan əlamətlərin analizinə mənim
yanaşmam və yeni tədbiq etdiyim musiqi öyrənmə sistemi haqqında söz açılır.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
551
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Öncəliklə, prototip olaraq musiqi çalğı alətləri üzərində apardığımız tədqiqat işləri nəticəsində məlum olmuşdur ki,
alətin simli və ya klavişli, gur səsli və ya aşağı səsli olmasından, alətlərin növ çoxluğundan asılı olmayaraq məlum not
səslərinin tezlikləri bütün çalğı alətlərində eynidir. Musiqi əsərinin asasını təşkil edən 7 not ahənginin fortopianodakı 9
müxtəlif tezlikli növü, digər musiqi alətlərindəki 7 not səs tezliyinə bərabərdir (və ya çox yaxındır). Əldə etdiyimiz bu əsas
nəticə işimizi düşündüyümüz qədər asanlaşdırsa da digər bir tərəfdən bir neçə problemlər ilə üzləşdirdi.
Beləki, bildiyimiz kimi insan eyni anda yalnız bir tezlikli səs ifa etdiyi halda, musiqi alətində eyni an daxilində bir neçə
notu sıxaraq müxtəlif səs tezliklərindən alınan səs ahəngini, harmoniyasını əldə etmək olur. Bunu musiqi səslərinin tanınma
sisteminə yeritmək üçün o da öz növbəsində alətdə bir səsin yox, bir neçə səsin eyni zamanda ifa olunduğunu duymalı,
onları fərqləndirməyi bacarmalıdır.
Ümumiyyətlə, hazırki tədqiqat işində mən musiqi səsinin tanınma sisteminə bir musiqi (mahnı) şablonu yeritməklə
canlı ifanın həmin şablon ilə müqayisəsinə nail olmuşam. Beləki, yuxarda musiqi alətlərindəki eyni anda müxtəlif tezlikli
səs vermə xüsusiyyəti insanlara xas olmadığına görə insan səsinin ifası üzərində test mərhələsinə başladıq. Qeyd edim ki,
mövcud problem üzərində hal hazırda işlər gedir, və gələcəkdə nəinki solist vokal səsin, həm də duet, xor ifaları üzərində
sistemi kökləməyə nail olacağımıza şübhəm yoxdur.
Elektron musiqi öyrənmə sistemi gənc vokal tələbələri, və ya mahnı ifa etmə savadını elektron olaraq kompyuterdən
almaq üçün nəzərdə tutulmuş səs tanıma sistemidir. Vokal tələbələri bu sistem vasitəsilə ev şəraitində sistemə öncədən
tanıdılmış, istənilən musiqi parçasını ifa etməklə səs qüsurları barədə məlumatlanacaqlar.
Beləki, elektron musiqi öyrənmə sistem bazasına öncədən musiqi parçalarının düzgün səs tonallıqları (tezlikləri)
tanıdılır. Furye çevirməsi, Bayes klassifikasiyasına əsaslanan metodumuz vasitəsilə canlı ifa zamanı istifadəçinin ifası real
notlar ilə müqayisə olunur. Sistem ifaçının mahnının düzgün oxuyub oxumamasını səs şkalası üzərində göstərir. Beləki,
sistemə bərkidilmiş səs qrafiki iki hissədən ibarətdir:
-
Düzgün (oxunması lazım olan) səs tezliklərinin qrafiki
-
İfaçının cari oxuduğu səs tezliklərinin qrafiki
Əgər ifaçı seçdiyi mahnını düzgün ifa edirsə onun səs qrafiki yaşıl rəngdə, deton (yalnış səs) olduğu təqdirdə ifaçının
səs qrafiki qırmızı rəng ilə işarə olunur. Bundan başqa ifaçının detonallığı anında sistem avtomatik olaraq ifaçıya onun
normal notdan neçə ton yalnış oxuması barədə xəbər verir, və ona nə qədər səsinin zilə qalxızması və ya bəmə endirməsi
barədə məsləhət mesajı göstərir.
İstifadəçi musiqinin sonunda ifası barədə faiz göstəricisi vasitəsilə qiymət alır. Bu faiz göstəricisi ifaçının həmin musiqi
parçasının real notlarından (tezliklərindən) yığılmış şablon ilə olan müqayisəsi nəticəsində əldə olunmuş bir göstəricidir.
Beləki, ifaçı mahnını nə dərəcədə yaxşı (düzgün) oxuması barədə xəbərdar olmuş olur.
Ümumiyyətlə, səs sistemi üzərində apardığımız bu tədqiqatlar, nəticələr bununla kifayətlənməyəcək. Məqsədim real
zaman daxilində canı ifadakı səs qüsurlarını aradan qaldırmaq, onların canlı oxumasının eyni zamanda heç bir deton
olmadan səlis ifalarına nail olmasının təminatçısı olmaqdır.
Musiqi səs tanıma sistemi bir gün bütün dünyanın qulağa xoş gəmiyən ahəngini aradan qaldırıraq səs aləmini fəth
edəcək.
İNFORMASİYA MÜHAFİZƏSİNİN KRİPTOQRAFİK ƏSASLARI
Mübariz XƏLİLOV, Nigat HACIYEVA
Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Texnikomu
Khalilov@bsu.az, hajiyeva.ragina@gmail.com
AZƏRBAYCAN
Kriptologiya informasiya mühafizəsi üsullarının hazırlanması haqqında, kirtoqrafiya isə məlumatın məxfiliyinin neçə
təmin olunmasını öyrənməklə, məxfi məlumatlar mübadiləsinin bütün aspektlərini əhatə edir. Kriptoqrafiyanin inkişaf
dövrü XIV əsrin sonuna təsadüf edir. Siyasətdə, diplomatiyada və hərbi işlərdə ənənəvi tətbiqi ilə yanaşı kriptoqrafiya
intellektual mülkiyyətin qorunmasinda və ya piratçiliğin qarşisini almaqda və s. kimi işlərdə də istifadə olunur.
Kriptoqrafiya informasiyanın çevriləməsinə elə imkan verir ki, onun oxunması (bərpası) müəyyən açarın (parolun)
məlumluğu halında mümkün olur. Şifrələmə və deşifrələməyə məruz qalan informasiya dedikdə müəyyən əlifba əsasında
tərtib olunmuş mətn nəzərdə tutulur. Əlifba informasiyanın kodlaşdırılması üçün sonlu sayda işarələr çoxluğudur. Mətn isə
bu əlifbanın elementlərindən təşkil olunmuş ardıcıllıqdır.
Şifrə dedikdə verilmiş açar və kriptoqrafik çevirmə alqoritmi vasitəsi ilə açıq məlumat toplusunu (çoxluğunu)
şifrələnmiş məlumat toplusuna çevirən dönümlü (bərpa qabiliyyətinə malik olan və ya ilk vəziyyətinə qayıtmaq
qabiliyyətinə malik olan) çeviricilər məcmuusu başa düşülür.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
552
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Açarların idarə olunması və paylanması termini istifadəçilər arasında açarların təşkili və yayılmasından ibarət olan
informasiya emalı sistemindəki proseslərə aid olunur.
Elektron (rəqəmli) imza qəbul edən tərəfindən müəlliflik və əslliyini yoxlamaq məqsədilə məlumata əlavə olunmuş
kriptoqrafik informasiyanı təsvir edir.
Müasir kriptoqrafiya dörd mühüm bölməni əhatə edir:
1.
Simmetrik kriptosistemlər.
2.
Açıq açarlı kriptosistemlər.
3.
Elektron imza sistemləri.
4.
Açarların idarə olunması.
Kriptoqrafik sistemlər o məqsədlə yaradılır ki, şifrin bərpası elə də asan olmasın. Kriptosistem, istənilən həçmli
informasiya vahidi üzərində ikitərəfli kriptoqrafiki cevirmə aparmaq və məlumatın göndərilmə vaxtını təsdiq etmək
imkanlarına, nəqli kodlama vasitəsinə, parol və acarların hasil edilməsi mexanizmlərinə malik olan tamamlanmış kompleks
modeldir. Kriptosistemlər üc əsas funksiya yerinə yetirir:
informasiyamühafizəsiningüçləndirilməsi;
istifadəçilərtərəfindənkriptoalqoritmlərləişinasanlaşdırılması;
digərproqramtəminatlarıiləinformasiyaselininbirgəliyinintəminolunması.
Kriptosistemin funksiyalarınıreallaşdırankonkretproqramlarkriptopaketləradlanır.
Rəqəmlərin uzun ardıçıllığından ibarət acarı yadda saxlamağa istifadəçiləri məçbur etməmək ücün kriptosistemlərdə
istənilən həçmli işarələr sətrini (parolunu) əvvəlçədən məlum olan ölcüyə malik baytlar blokuna cevrilməsi üsulları işlənib-
hazırlanmışdır. Bü üsulların əksəriyyətində heş funksiyalarından istifadə olunur. Heş funksiyası verilənlər bloku üzərində
riyazi və ya alqoritmik cevirmə olub, aşağıdakı xassələrə malikdir:sonsuz təyin oblastına; sonlu qiymətlər oblastına;
cevrilməyən heş-funksiyasına (funsiyanın qiymətinə görə arqumentin qiyməti təyin olunmur)
ilk informasiya selində birçə bit dəyişiklik, yekun informasiya selinin yarıdan coxunu, yəni heş-funksiyanın
nətiçəsinin (qiymətinin) dəyişməsinə səbəb olmasına.
Bu xassələr heş-funksiyanın girişinə parol, yəni istənilən milli dildə, ixtiyari uzunluqlu mətn sətrini daxil etmək və
funksiyanın qiymətlər oblastını [0..2
N
-1] diapazonu ilə məhdudlaşdıraraq, cıxışda bu coxluğa kifayət qədər müntəzəm
paylanmış N sayda bit uzunluqlu informasiya bloku - acar almağa imkan verir.
Kriptoqrafik heş-funksiya həmcinin rəqəmli imza yaradərkən məlumatın qısa məzmununu (dayçest) hasil etmək ücün
istifadə edilir. Heş-funksiya heş-qiymət (hash value) ölcüsündə mətnləri bu ədədə görə mümkün məlumatlar coxluğuna
müntəzəm paylayır. Bu zaman kriptoqrafik heş-funksiya elə hesablanır ki, verilmiş sənəddən fərqli ayrı bir heş-qiyməti
almaq mümkün olmur. Kriptoqrafik heş-funksiya adətən 128 bit və daha artıq uzunluqlu qiymətə malik olurlar. Müasir
kriptoqrafiyada təsadüfi ardıçıllıqlar hasilediçiləri kriptosistemlərin davamlığının təkmilləşdirilməsi baxımından mühüm
əhəmiyyət kəsb edirlər. Şifrləmə prosesinin təsadüfiləşdirilməsi iki metodikaya əsaslanır:
şifrlənən faylın başlanğıçına deşifrləmə zamanı nəzərə alınmayaçaq təsadüfi bitlərin yerləşdirilməsi,
faylın təsadüfi acarla şifrlənməsi.
Ədəbiyyat.
1. Гаврилов О.А. Курс прпвовой информатики. М.,2011.
2.Соловьев Э.Я. Коммерческая тайна и ее защиты. М.,2009.
MÜASİR DÖVRÜN TƏLƏBİ – ERP SİSTEMLƏRİ VƏ SAP
Elvin BƏKİROV
Qafqaz Universiteti
elvin.bekirov@socar.az
AZƏRBAYCAN
Bugünkü rəqabət mühitində müəssisələr inkişaf etmək məqsədi ilə qurulma prosesindən tutmuş istifadəsinə qədər bir
çox çətinliklərin olduğu ERP sistemlərinə üz tuturlar. İlk öncə qeyd etməliyəm ki, hər şeydən əvvəl bəzən böyük maliyyət
tələb edən ERP sonda həmişə uğurla istifadə edilə bilmir. Buna görə də ERP sistemi qurulmazdan qabaq müəssisənin
böyüklüyü nəzərə alınmaqla tətbiqinin müəssisəni uçuruma aparıb-aparmayacağı analiz edilməlidir. ERP sistemlərindən
istifadə etmək yalnız proqram təminatını əldə etməklə bitmir. Hansı sistemə üstünlük verməyi qərarlaşdırmaq, bu sistem
üçün zəruri olan avadanlıqların alınması, sistemin müəssisəyə uyğun şəkildə sazlanması, istifadəçilərin proqramdan istifadə
edə bilmələri üçün təlimlər böyük miqdarda maliyyə vəsaiti, əzmkarlıq və artıq iş saatları tələb edir. Həmçinin şirkət
daxilində bu sistemlərin inzibatçılığı, master məlumatların daxil edilməsi, proqramda gələcəkdə baş verə biləcək
nasazlıqların aradan qaldırılması ilə məşğul yeni şöbələr açılmalı, həmçinin onların təlimlərdə iştirak etmələri təmin
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
553
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
olunmalıdır. Düzgün istifadə edildiyi təqdirdə ERP sisteminin müəssisəyə verdiyi üstünlük əvəzedilməzdir. Adi halda
hazırlanması aylar çəkən bir hesabatın daha dəqiq və az bir zamanda əldə edilməsi buna misal ola bilər. Məlumatlar sistemə
bir dəfə daxil olunur və digər şöbələr tərəfindən də asanlıqla əldə olunur.
ERP sistemlərinin tətbiqi müəssisələrə aşağıdakı nəticələrin əldə olunmasına səbəb olur:
İdarəetmə qərarlarının verilməsi üçün lazım olacaq informasiyaların operativ və daha dəqiq əldə edilməsi imkanı;
Dəqiq planlaşdırmanın aparılması və faktiki nəticələrə daha yaxın olan büdcələrin qurulması və yerinə
yetirilməsinin izlənilməsi;
Rəhbərliyin əməliyyatlara istədikləri məhdudiyyətləri qoya bilməsi;
Ayrı ayrı şöbələr arasında daha rahat inteqrasiya qurmağa imkan verməsi;
İstehsal tsiklinin 30-40 % aşağı salınması;
Anbar sahələrinin 25-30 % azaldılması;
Əmtəə-material ehtiyatlarının dövriliyinin 60-70 % artırılması;
Məhsulun çatdırılması ilə bağlı olan gecikmələrin 40-50 % aşağı salınması;
Sığorta ehtiyyatlarının 30-40 % azaldılması;
İdarəetmə xərclərinin 25-30 % aşağı salınması və s.
Forbes jurnalının verdiyi məlumata görə 2012-ci il üzrə ERP sistemləri bazarında öndə gedən ilk 5 dünya şirkəti və
bazar payları aşağıdakı kimidir:
1.SAP - 25% 2.Oracle Corporation - 13% 3.SAGE - 6% 4. INFOR - 6% 5. Microsoft (MBS) - 5% Digərləri – 45
%. ERP bazarında ilk şirkətlərdən olan SAP uzun illərdir ki öz liderliyini qoruyub saxlayır. SAP şirkəti öz büdcəsinin 10
%-ini Tədqiqat və İnkişaf məqsədləri üçün xərcləyir. SAP proqramı digər ERP sistemlərindən fərqli olaraq öz daxilində
modullara ayrılmışdır. Proqramın operativ qaydada işləyə bilməsi üçün bu modulların hamısının tətbiq olunması vacib
deyildir. SAP-da ən çox istifadə olunan modullar aşağıdakılardır.:
SAP FI: SAP-ın mühasibat və maliyyə moduludur. Hesab-faktura, müştərilərlə və satıcılarla olan hesablaşmalar,
bank əməliyyatları, əsas vəsaitlərin uçotu, vergi əməliyyatları bu modulda aparılır. Rəhbərlər istədiyi zaman sistemə daxil
olaraq alıcılar və ya satıcılar üzrə debitor və ya kreditor borcların siyahısını əldə etmək imkanına malik olurlar. Bu modulun
digər modullardan əvvəl tətbiq olunması daha məqsədəuyğundur.
SAP MM: SAP-ın materialların idarə edilməsi moduludur. Material kodları və bu materiallara aid bütün
məlumatların saxlanıldığı moduldur. İstehsalatla məşğul olan və ya hər hansı bir məqsədlə öz anbarında mal-material
ehtiyatı saxlayan şirkətlər bu moduldan istifadə edirlər.
SAP HR: SAP-ın insan resurslarının idarəedilməsi moduludur. Bu modulda işçilərə aid məlumatlar saxlanılır və
istifadə olunur.
SAP SD: SAP-ın satış moduludur. Şirkətin satışla bağlı etdiyi əməliyyatlar, müştəril məlumatları, satış sifarişləri
ilə bağlı məlumatların saxlanıldığı moduldur.
SAP PP: SAP-ın istehsalatın planlanması moduludur. İstehsalat xarakterli müəssisələr tərəfindən istifadə olunur.
Ayrı-ayrı məhsulların istehsalına aid məlumatların toplandığı moduldur.
SAP CO: SAP-ın nəzarət moduludur. Bu modul digər modullarla əlaqəli olaraq işləyir və müvafiq kriteriyalara
uyğun xərclərin hesablanması üçün istifadə olunur. İstehsal olunan məhsulun və ya göstərilən xidmətlərin maya dəyərinin
hesablanması bu modul vasitəsilə həyata keçirilir.
SAP-ın əsas üstünlüklərindən biri də həm Beynəlxalq Maliyyə Hesabatları Standartları, həm də vergi
qanunvericiliyinə uyğun olaraq paralel uçot aparmaq imkanı verməsidir. Azərbaycanda fəaliyyət göstərən ARDNŞ,
DəmirBank ASC, Norm MMC, Azərbaycan CocaCola Bottlers LTD MMC, Azercell Telekom MMC, Azərsun Holdinq
MMC kimi iri şirkətlər də SAP sisteminə üstünlük verirlər. Hal-hazırda Azərbaycanda ERP sistemlərinin tətbiqi daha çox
xarici məsləhətçi şirkətlər tətərfindən aparılır ki, onların arasında PWC və Ernst & Young şirkətləri daha çox bazar payına
malikdirlər. SAP şirkəti bütün modullar üzrə keçirtdiyi təlimlərlə istifadəçi şirkətlərə öz işçilərinin biliklərini daha da
artırmaq imkanı verir. ERP sistemləri uğurlu gələcəyi olan bir sahə olduğundan xarici ölkələrdəki bəzi Universitetlərdə
tədris planına daxil edilir və bu sahədə kadr yetişdirirlər. Lakin ölkəmizdə hələ də bu sahədə çox işlər görülməlidir.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
554
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
MÜASİR İNTERNET BANKİNG SİSTEMİNDƏ
TƏHLÜKƏSİZLİYİN PRİORİTET MƏSƏLƏLƏRİ
Şəhanə İBRAHİMZADƏ
Qafqaz Universiteti
imrahimzada.sh@hotmail.com
AZƏRBAYCAN
Hücum Metodları
Klassik Hücumlar.
Burada biz tarix boyu istifadə edilmiş klassik və geniş yayılmış hücumlardan bəhs edecəyik.
Tapmaca və ya şifrə-tapmaca hücumçunun sizin şifrənizi tapmağa çalışdığı lüğət əsaslı hücumdur. Əsasən sadə və tez-
tez istifadə edilən açar sözlərindən ibarət olan lüğətlər bazasından istifadə olunur. Hücum lazımi nəticəni almadıqda bir
istifadəçidən digərinə yönləndirilir.
Dərin-axtarış və ya Brute-force kimi tanınan hücum növü isə çox geniş sayda (mümkün ola biləcək şifrə sözlərin
hamısı) şifrə nümunələri bazası ilə işləyir. Hücum lazımi şifrə tapılana və ya aşkarlanana kimi davam etdirirlir.
Dinləmə hücumu istifadəçini məlumatlandırmadan lazımi informasiyaların dinlənilməsi və köçürülməsi prosesidir.
Yeni Hücumlar
Malware. Qərəzli proqram təminatı adlandırılan bu hücum növünün adı ingilis dilindəki Malicious və Software
sozlərinin birləşməsindən əmələ gəlmişdir. Malware-in tərkibinə müxtəlif viruslar, troyan atlar, cəsus proqramları və digər
arzuolunmaz software-lər aiddir.
Phishing hücumu dedikdə,istifadəçilərin aldadılaraq maliyyə hesabları haqqında vacib informasiya və şifrələrinin əldə
edilməsi nəzərdə tutulur..
İdentifikasiya metodları və onları zəif cəhətləri.
Şifrə. Bu metod ən sadə identifikasiya metodu hesab edilməklə yanaşı həm də ilk yaranan hesab edilir. Burada
istifadəçiyə sistem tərəfindən verilən və ya şəxsi qaydada təyin edilən istifadəçi adı və yenə də istifadəçi tərəfindən
yaradılan şifrədən istifadə edilir.
Şifrə+SSl Kanal. Bank və ya təşkilat tərəfindən generasiya edilmiş sertifikatlar istifadəçi adlarına müvfiq qaydada
qeydiyyatdan keçirilir və bununla da təhlükəsizliyi təmin edən 3-cü birr amil də yaranmış olur. Bəzən tranzaksiyanın
müxtəlif mərhələlərində bir deyil bir neçə sertifikatdan istifadə oluna bilər.
PİN. Bu qısa şifrələr eyni zamanda login bank tərəfindən generasiya edilir və istifadəçiyə xüsusi bürokratik
təhlükəsizlik qaydalarına əməl olunaraq çatdırılır, lakin PİN-lərin sonrakı təhlükəsizliyi sırf istifadəçinin məsuliyyətindən
asılı olur.
Grid Card tranzaksiya kodları qeyd edilmiş kağız kart. Istifadəçi verilənləri ardıcıllıqla sistemə daxil edir.
PKI kriptoqrafik açıq açar identifikasiya sistemidir. Yəni, identifikasiya xüsusi kodlaşdırılmış informasiya ilə həyata
keçirilir.
Token etibarlı qurğularla identifikasiya metodudur.
Cədvəl 1.
Tapmaca
Dərin Axtarış
Dinləmə
Malware
Phishing
Malware+Phishing
Şifrə
Şifrə+SSL
PIN
Grid Card
PKI
Token
Nəticə
Təbii, yuxarıda sadalanan faktlar müəyyən bir elmi analizin nəticəsidir. Lakin elmi məqaləmizin məqsədi analiz
deyil analiz nəticəsində ən effektiv, müasir və ən əsası daha təhlükəsiz bir identifikasiya növünü müəyyən etməkdir.
Beləliklə, biz araşdırdığımız ən təhlükəsiz identifikasiya metodlarının zəif cəhətlərini aradan qaldıraraq köhnə baza əsasında
yeni bir metod yaratmağa çalışacayıq.
Əvvəla gəlin ən təhlükəsiz hesab etdiyimiz Token identifikaisya metodunun zəif cəhətini yada salaq:
1) Portativ (asan daşınan, mobil) olmaması;
2) Ayrıca təşkil olunan qurğuların külli miqdarda maliyyə tələb etməsi.
Bu halda asan daşınan və əlavə xərc tələb etməyən qurğunu necə əldə etməli və ya daha dəqiq desək nə ilə əvəz etməli?
Sualımızın cavabı çox sadədir:
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
555
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
“Hər kəsin istifadə etdiyi Mobil Telefonlar”
Bəli, mobil telefonlar etibarlı qurğu (trusted device) rolunu oynaya bilən ən sərfəli vasitədir. Müasir mobil telefonların
ölçü və funksionallıq cəhətdən hər daim insanların yanında olması problemin 80% həlli deməkdir. Geriyə qalan əsas
məsələlərdən biri kütləvi istifadə olunan bu qurğunu modelindən asılı olmayaraq necə etibarlı qurğu halına gətirmək olar?
Bu məsələnin də həlli sadədir. Provayderin SMS xidmətindən istifadə edərək həyata keçirilən hər bir tranzaksiyada
istifadəçi adı, sertifikat və şifrə ilə yanaşı həm də qeydiyyatdan keçirilmiş telefon nömrəsinə göndərilən sistem tərəfindən
dinamik generasiya edilən şifrə də tələb edilsin. Yəni istifadəçi internet banking xidmətini aktivləşdirən zaman əlavə olaraq
öz telefon nömrəsini də qeydiyyatdan keçirir və hər hansı bir tranzaksiya həyata keçirilərkən sistem avtomatik olaraq həmin
nömrəyə dinamik ( hər bir tranzaksiya zamanı dəyişən) şifrə göndərir və bu informasiya yalnız nömrə sahibinə məlum
olduğu üçün təhlükəsizlik təmin edilmiş olur.
Qeyd: sistemdə qeydiyyatdan keçirilmə zamanı üç hal mümkündür:
1) Sim karta, daha dəqiq desək sadəcə mobil nömrəyə etibarlılıq statusunun verilməsi
2) Mobil nömrə ilə yanaşı mobil qurğunun da İdentik Mac ünvanının qeydiyyatdan keçirilərək qeydə alınması.
3) Mobil Nömrə və qurğu ilə yanaşı həm də mobil qurğudakı brovzer proqramının da qeydiyyatdan keçirilməsi.
Aydındır ki, üçüncü hal ən təhlükəsiz qeydə alma sistemi hesab edilir.
İndi isə gəlin bu sistemi texniki cəhətdən mümkün ola biləcək hücum növləri əsasında təhlükəsizlik baxımından təhlil
edək:
1) Tapmaca və Dərin axtarış. Bu şifrələrin Tapmaca (brute-force) üsulu ilə deşifrə edilməsinin qarşısını almaq
məqsədilə təyin edilən dinamik şifrə hər dəfə səhv daxil edilərkən dəyişdirilir və üçdən artıq səhv yığılarsa istifadəçi adı
bloklanır. Beləliklə, həm istifadəçi gələn ilk SMSlə həmən andaca təşkil edilmiş hücumdan xəbər tutur, həm də sistem
üçdən artıq cəhd zamanı avtomatik bloklama əməliyyatını yerinə yetirirək daha sonra yalnız istifadəçinin müraciətindən
sonra istifadəçi adı aktivləşdirilir.
2) Malware və Phishing. Bu hücumları imkansız etmək üçün ilk növbədə açılan tranzaksiya səhifəsinin eynisinin başqa
bir qurğuda açılmasının qarşısı alınır. Yəni, tranzaksiya səhifəsi eyni bir ödəniş üçün identik və yeganedir.
Beləliklə, araşdırmamızın nəticəsində məlum olduki internet bankinq sistemində təhlükəsiz və rahat tranzaksiyaların
yerinə yetirilməsi üçün köhnə baza əsasında tətbiqini tapan SMS Code metodu 90%-ə qədər təhlükəsizliyi təmin edir.
Dostları ilə paylaş: |