tı
4
şəkilçisindən istifadə olunmuşdur.
-alım, -əlim şəkilçisi müasir Azərbaycan dilində işlənməsə də, Türkiyə türkcəsində öz izlərini qoruyub saxlaya
bilmiş və hal-hazırda da I şəxsin cəminin şəxs şəkilçisi kimi işlənməkdədir. Digər şəkilçi olan -tı
4
şəkilçisi isə felin əmr
formasının I şəxsinin cəminin şəxs şəkilçi kimi deyil, yəni qrammatik şəkilçi kimi deyil, feldən fel düzəldən leksik şəkilçi
kimi dilimizdə işlənməkdədir. Əsərdə isə II şəxsin və III şəxsin təkində, I şəxsin cəminə dair nümunələrə daha çox rast
gəlinir.
2) Əmr formasının inkarı morfoloji yolla -ma
2
şəkilçisinin iştirakı ilə yaranır: oxunmasın, yazılmasın.
“Türk-kün tapun, tənqrigə boynamağıl,
Korkup anqar eyməkü oynamağıl,
Gecə-gündüz tanrıya tapın, boyun qaçırma
Ondan qorxub çəkinərək oynama. (2-DLT, III, 326).
Karşıp adın üdürmə = Ona qarşı çıxma, başqasını seçmə (2-DLT, III, 18).
Başlığ közüg yapsama,
Yaşı onun sawrukar,
Yaralı gözü qapama,
Onun yaşı fışqırar. (2-DLT, I, 312).
Dəniz olup taşma, Əlimdən gəlməyəcək işə tolaşma (4-106).
Sultan aydır vəzirə: Çok söyləmə,
Qarşı durub bana cavab söyləmə (4-49).
Dürtüşürkən ala köndərin ufanmasın! (5-30).
“Divani lüğət-it-türk” əsərində, o cümlədən digər türk dilli yazılı abidələri olan “Oğuznamə”, “Kitabi -Dədə Qorqud”
və “Mehri və Vəfa” əsərlərindən gətirilən nümunələrdə əmr formasının inkarı morfoloji yolla -ma
2
şəkilçisinin iştirakı ilə
yaranmışdır. Onu da qeyd etmək lazımdır ki, türk dilli əsərlərdə morfoloji yolla felin inkarlığının yaranması üstünlük təşkil
edir.
3) Felin əmr forması gələcək zaman məzmunu ilə bağlı olur. Çünki əmr olunan hər hansı bir iş gələcəkdə icra olunur.
“ Kuşka” etin, kəlsə kalı kutluğ yay,
Tün, kün keçə alkınur ödhlək bilə ay”
Qışa hazırlaş sən, gəlsə qutlu yay,
Gecə-gündüz keçərək başa çatar zamanla ay (2-DLT, I, 418)
Təgür məninq sawınu bilgələgə, ay = Çatdır mənim sözümü bilgələrə de. (2-DLT, III, 158).
ƏDƏBİYYAT
1. B.Xəlilov “Müasir Azərbaycan dilinin morfologiyası”, II hissə,Bakı 2007.
2.”Divani lüğət-it-türk”, I cild, 2006.
3. H.Mirzəzadə “Azərbaycan dilinin tarixi”, Bakı, 2010.
4. K.Şərifli, A.Şərifli “Mehri və Vəfa”, Bakı, 2001
5. “Kitabi-Dədə Qorqud”, Bakı, 1978
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
176
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
ALTAY DİLLƏRİNDƏ KƏMİYYƏT ŞƏKİLÇİLƏRİNİN QRAMMATİK PARALELLİYİ
Aysel ƏHMƏDOVA
Bakı Dövlət Universiteti
aysel_009@mail.ru
Altay dillərində (türk, monqol, tunqus-mancur) ismə aid olan qrammatik kateqoriyalar paralellərlə zəngindir. Bu
cəhətdən kəmiyyət kateqoriyası da istisna deyil.
Altay dillərində cəm şəkilçilərini iki qrupa bölmək olar. Birinci qrupa daxil olan şəkilçilər bu dillərin əksəriyyətində
işlənir, yaxud müxtəlif sözlərin və şəkilçilərin tərkibində öz izini saxlamışdır. Buraya daxil olan şəkilçilər, əsasən, bir
samitdən və ya samitlə saitin birləşməsindən ibarətdir. Bunlar Altay dilləri üçün ilkin kəmiyyət şəkilçiləri hesab oluna bilər.
Bu şəkilçilər aşağıdakılardır:
1. -n şəkilçisi. Bu şəkilçi monqol dillərində cəm şəkilçisidir: yorçiqun yabuqun elçin “ora-bura gedən çaparlar”,
moritan “atlılar”. Müasir dövrdə yalnız ordos dili -n şəkilçisini saxlamışdır. Tunqus-mancur dillərində -nasal şəkilçisinin
tərkibində mövcuddur. Türk dillərində ilk dəfə M.Kaşğari tərəfindən ärän və oğlan sözlərində cəm şəkilçisi kimi
göstərilmişdir. Ärän qırqın “oğlanlar və qızlar”, örtän “alovlar” (ört “alov”) sözlərində, suvarin, kuman etnonimlərində də
işləndiyi qeyd edilir. Bodun “xalq” sözü bod~boy “tayfa, qəbilə” sözünün cəm formasıdır.
2. -r şəkilçisi. Bu şəkilçi tunqus-mancur dilləri üçün səciyyəvidir: kuŋakār “körpələr” (evenk), elür “bunlar” (solon),
mamari “nənələr” (mancur). Burada limāgir, çapōgir tayfa adlarında da saxlanmışdır. Monqol dillərində -nar, türk
dillərində -lar şəkilçilərinin tərkibində qalmışdır.
Rotatizm hadisəsinə görə digər Altay dillərindəki r samitinə türk dillərində z samiti uyğun gəlir. Buradan çıxış edərək,
türk dillərində cəmlik bildirən z elementini də bu şəkilçi ilə bağlamaq olar. Bu element müxtəlif sözlərin (göz, iz, biz), şəxs
və mənsubiyyət şəkilçilərinin (-ŋız, -mız, -ız: ataŋız, änäŋiz, barıŋız “gedin”, barıdımız, veririz) tərkibində saxlanmışdır.
Eyni mövqedə bəzi türk dillərində -r elementini görmək mümkündür: qolıŋar “əliniz” (qırğız), tonuŋar “xəziniz” (Tuva),
turaŋar “eviniz” (xakas), balağar (Altay). Bir fikrə görə, ı saitindən sonra gəldikdə r palatallaşaraq z samitinə çevrilmiş, a
saitindən sonra gəldikdə isə dəyişməmişdir.
3. -t şəkilçisi. Bu şəkilçi monqol dillərində işləkdir: kürgen “kürəkən” – kürged, bulağ “bulaq” – bulağūd (qədim
monqol), nom “kitab” – nomuud (buryat). Türk dillərində bir neçə sözdə bunun izlərini görmək olar: tigit “şahzadələr”, erät
“kişilər, əsgərlər”, orut “yerlər” (qədim türk), toyot “bəylər”, xotut “xanımlar” (yakut), narat “şam ağacları” (tatar). Qədim
türk dilində -ğut şəkilçisi də işlənmişdir: alpağut “cəsurlar”, uruŋut “döyüşçülər”. -t elementini telengit, soyot, bürüt tayfa
adlarında görmək olar. Yakut dilində -ttar cəm şəkilçisi (-t+-lar) işlənir: ärättär “kişilər”, kırqıttar “qızlar”. Bu dildə
mənsubiyyət şəkilçilərində də -t elementi var: ağabıt “atamız”, ağağıt “atanız”. Tunqus dillərində bu şəkilçi əvəzlikdə
(nuŋartan “onlar”), üçüncü şəxsin cəmində (aknilten “onların böyük qardaşları”, qaçatin “götürdülər”), hunāt “qızlar”
sözündə, braŋgat, buldet tayfa adlarında görünür. Mancur dilində -ta/-te cəm şəkilçisi var: amata “atalar”, amcita “əmilər”.
4. -l şəkilçisi. Tunqus-mancur dilləri üçün səciyyəvidir: qūlel “evlər” (evenk), dukul “evlər” (orok). Qədim monqol
dilində də işlənmişdir: kimul “dırnaqlar”, daba al “dağ keçidləri”. Müasir monqol dillərində -tşūl cəm şəkilçisinin tərkibində
mövcuddur: bagatşūl “uşaqlar” (xalxa). Türk dillərində bu şəkilçi bəzi sözlərin (ükil~üküş “çox, çoxluq”) və şəkilçilərin (-lar)
tərkibində işlənir. Tarixən birinci şəxsin cəmində işlənmiş -alım/-älim şəkilçisinin tərkib hissələrini belə göstərmək olar: -a
(arzu şəkli göstəricisi)+ -l (cəm şəkilçisi)+ -ım (birinci şəxs şəkilçisi). Ayaq, bilək kimi sözlərdə -q/-k şəkilçisinin cəm şəkilçisi
kimi götürülməsindən çıxış edərək, yenə onlar kimi cüt məfhumları ifadə edən əl, qol sözlərindəki -l elementini də cəm şəkil-
çisi hesab etmək olar. Başqa bir fikir isə türk dillərində çoxluq da bildirən -ş şəkilçisinin tunqus dillərindəki -l şəkilçisinə uy-
ğunluğudur (lambdaizm hadisəsinə görə digər Altay dillərindəki l samitinə türk dillərində ş uyğun gəlir). -ş şəkilçisinin çoxluq
bildirməsinə bunları misal göstərmək olar: yış“meşəli dağ” – yı “ağac”, ödüş “sutkanın vaxtları” – öd “vaxt”, oğuş “qəbilə”.
5. -s şəkilçisi. Monqol dilləri üçün səciyyəvidir: kilince “günah” – kilinces, yeke “böyük” – yekes (qədim monqol).
Tunqus dillərində -sa topluluq bildirir: mōsa “meşə”. Mancur dilində -sa/-se/-so, -si cəm şəkilçisi işlənir: abakan “böyük” –
abakasi “böyüklər”. Türk dillərində qədim şəkilçilərdən biri kimi göstərilir. Bir neçə tayfa adının tərkibində qalmışdır:
ışbaras, töläs, tardus(ş), türgäs(ş)~türgis(ş). Üçüncü şəxs mənsubiyyət şəkilçisini bununla əlaqələndirsələr də, bu düzgün
deyil, çünki həmin şəkilçi cəmlik bildirmir. Digər tərəfdən, s samitli variantın yalnız saitlə qurtaran sözlərə artırılmasına
əsaslanaraq demək olar ki, s bitişdirici samitdir.
İkinci qrup şəkilçilər mürəkkəb şəkilçilərdir. Bunlar bir neçə şəkilçinin birləşməsindən yaranmışdır və bu dillərin
inkişafının sonrakı dövrünə aid edilir. Bunlara türk dillərindəki -lar (-l+-ar), monqol dillərindəki -nar (-na+-r), -nad (-na+-
d), -nuğūd (-nu+-ğud), tunqus dillərindəki -sal (-sa+-l), -nasal (-na+-sal) şəkilçilərini misal göstərmək olar. Monqol
dillərində işlənən -nar şəkilçisi də qədim türk dilindəki -lar şəkilçisi kimi yalnız insan məfhumu bildirən sözlərə
artırılmışdır: axanar “böyük qardaşlar”. -sal şəkilçisinin izini türk dillərində də görmək olar: qumsal “qumluq yer”.
Altay dillərində cəm şəkilçiləri (xüsusi adlara artırıldıqda) “o və başqaları”, “o və onun kimilər” mənalarını da ifadə
edir. Məsələn, annemler, teyzemler (türk), nökör Sükebağāturnar “yoldaş Süxebatar və başqaları” (monqol). Yapon
dilindəki –taçi şəkilçisi də oxşar məna bildirir.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
177
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
QARABAĞIN BƏZİ HİDROTOPONİMLƏRİNİN ETİMOLOGİYASI
Aynurə ƏLİYEVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
aynura.aliyeva.1977@mail.ru
Açar sözlər: toponim, hidronim, oykonim, antroponim, hidrotoponim.
Hidronim və hidronimik vahidlər əsasında yaranan toponimlər hidrotoponim adlanır. Ağdam və Füzuli bölgəsində
mövcud olan Şahbulaq və Xatınbulaq oykonimləri bu qrupa daxil olan coğrafi adlardandır.
Şahbulaq kəndi Ağdam rayonunun Maqsudlu inzibati ərazi vahidində, Qarabağ düzündə yerləşir. Oykonim kəndin
ərazisindəki qədim bulağın – “Şahbulağ”ın adı ilə adlanmışdır. “Mənbələrə görə, XVII əsrdə I Şah Abbasın dayandığı
(düşərgə saldığı) yer və oradakı bulaq Şahbulaq adlanırdı. Qədim Qafqaz Albaniyasının VII əsrdən məlum olan Tuçkatak
dairəsinin (mahalının) sonrakı adının Şahbulaq olduğu ehtimal olunur” [1, 564-565]. Şahbulaq hidronimi ”böyük bulaq”,
“kür sulu bulaq” mənasındadır.
Şahbulaq kəndi yaxınlığında Şahbulaq dağ silsiləsi və XVIII əsrə aid eyniadlı qala var. Qalanı Qarabağ xanlığının
banisi Pənahəli xan tikdirmişdir. Mirzə Camal Cavanşirin yazdığına görə, Pənah Əli xan Bayat qalasının strateji baxımdan
zəif olduğunu və orada qoşun saxlamağın çətinliyini, iqlimin istiliyini nəzərə alaraq yeni müdafiə qalasını Tərnəküt adlanan
yerdə Şahbulaq qalasını tikdirməyi qərara aldı. Arxa tərəfdən Şahbulaq dağının təbii müdafiə əhəmiyyəti, Şahbulağın bol
və təmiz suyu burada yaşayış üçün əlverişli şərait təyin edirdi. 1748-ci il Bayat müharibəsindən az sonra Bayatı tərk etmək
üçün sürətlə Şahbulaq qalası tikildi və Pənah xan öz iqamətgahını buraya köçürdü: “İndi Şahbulağın adı ilə məşhur olan
Tərnəküt qalasının binası qoyuldu. Məsləhətə görə Bayat qalasını tərk etdilər. Şahbulağındakı böyük çeşmə yanında qala
tikərək, onun ətrafında yüksək yerdə geniş hasar hördülər, bazar, çarsu (meydan), hamam və məscid tikdilər. Müsəlman
(tarixi ilə) 1165 (1751/52)-ci ildə el camaatının bütün evləri – böyüklərin, sənətkarların, xanin yaxın adamlarının və
xidmətçilərinin (ailəsi) Şahbulağı qalasına köçürüldü” [4,113]. Pənahəli xan öz iqamətgahını Şuşaya köçürdükdən sonra
Şahbulaq qalası tədricən tərk edildi.
Yaşayış məntəqəsindən bir qədər kənarda Şahbulaq dağ silsiləsi yerləşir. Şah sözü toponimiyada yüksəklik, ucalıq,
hündürlük, bəzən də böyüklük anlamlarında işlənir.
Azərbaycanda şah sözü ilə yaranan toponimlər çoxdur. Məs.; Şahdağ (Qusar r-nu), Şahbulaq dağı (Göranboy r-nu),
Şahsevən kəndi (Ağcabədi, Kürdəmir rayonları), Şahbuz kəndi (Şahbuz r-nu), Şahkərəm kəndi (Daşkəsən r-nu), Şahqaya
dağı (Qaradağ r-nu) və s.
Türk mənşəli bulaq sözü ilə yaranan toponimlərimiz də çoxdur: Aydınbulaq (Şəki), Qarabulaq (Gədəbəy, Xankəndi,
Qax, Oğuz), Daşbulaq (Şamxor, Şəki, Xankəndi), Ağbulaq (Cəlilabad, Laçın, Tovuz, İsmayıllı, Xankəndi), Soyuqbulaq
(Kəlbəcər, Laçın, Qazax), Xanbulaq (Yardımlı) və s.
Bildirək ki, Azərbaycan ərazisində bulaq komponentli hidrooykonimlərin sayı 50-yə yaxındır.
Xatınbulaq. Füzuli rayonunda Qarakollu inzibati-ərazi vahidində, Qarabağ silsiləsinin ətəyində yerləşir. Xatınbulaq
kənd adı Xatın və bulaq sözlərinin birləşməsindən ibarət olur, “Xatının bulağı” anlamını verir.
“Kitabi-Dədə Qorqud” dastanında “xatın” sözü həm arvad, həyat yoldaşı”, həm də “qadın, xanım” anlamlarında
işlənmişdir. Məs.: “Böylə digəc Dirsə xan xatununa cavab vermədi” (KDQ., B., 1988, s.38); “Qırq incə bellü qız ilə həlalın
– Boyu uzun Burla xatun ağlayuban şundan keçdi” [KDQ., s.45]; “Qısırca yengə derlər bir xatun vardı, ana
ayıtdılar”[(KDQ., B., 1988, s.64].
Ə.Tanrıverdiyev qeyd edir ki, “xatın” titulu müasir ədəbi dilimizdə apelyativ kimi arxaikləşmişdir. “Xatın” fonetik
variantında müasir Azərbaycan antroponimləri və toponimləri sistemində mühafizə olunmuşdur. Qadın adları sistemindəki
Xatın, Xatun, Ayşaxatun və s. toponimlər sistemindəki Xatıncan, Xatınlı (Tovuz), Xatınbulaq (Füzuli) və s. vahidlər
dediklərimizi təsdiqləyə bilər. Qeyd olunan oykonim və hidronimlərdə “xatun” titullu (Xatun) antroponim əsasında
formalaşmışdır” [2, 105].
Füzuli rayonundakı Xatunbulaq kəndi öz adını bulaq adından almışdır.
Ədəbiyyat
1. Azərbaycan toponimləri. Bakı, 2000.
2. Ə.Tanrıverdiyev. Türk mənşəli Azərbaycan antroponimləri. Bakı, 1996.
3. “Kitabi-Dədə Qorqud”. Bakı, 1988.
4. Qarabağnamələr. I kitab, Bakı, 1989.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
178
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
FLEKTİV DİLLƏRDƏKİ AQQLÜTİNATİV ELEMENTLƏRİN STRUKTUR-TIPOLOJİ
VƏ XRONOLOJİ ÖZƏLLİKLƏRİNƏ DAİR
Aytən HACIYEVA
Azərbaycan Dillər Universiteti, Nəsimi adına Dilçilik İnstitu
ayten-haciyeva@yandex.ru
Dil sistemində kök – aqqlütinasiya – flekstiv quruluşların bir-birini əvəzləməsilə struktur-tipoloji təkamülül ardıcıllğı-
nın kodlaşması ideyası bu və ya digər nəzəri konsepsiyalar müstəvisində hələ XIX əsr dilçiliyində səsləndirilməyə
başlamışdır. A.Şeyxerin naturalist dilçiliyində bir qədər ifrata varılan (bax: A.Axundov Ümumi dilçilik,B.,1979, s.26),
N.Marrın stadial təkamül ideyalarında isə demək olar ki, vulqarizmə yuvarlanan (bax: Марр Н.Я. Яфетическая теория.
Программа общего курса учения о языке. Б., 1927, müqayisə et: Алпатов В.М. История одного мира. Марр и
марризм. М.,1991) bu ideyalar əslində özlüyündə sağlam məntiq rüşeymini ehtiva edirdi. Belə ki, dil təkamülü ilə bağlı
filogenestik ehtimallar, eləcə də ontogenestik müşahidələr bəşər dilinin ilkin mərhələdə üzvlənməyən və situativ xarakterə
malik simpraktik söz-cümlələrdən, daha sonra isə qeyri-situativ və qeyri-diffuz sözlərdən ibarət olduğunu söyləməyə əsas
verir. Zamanla insan təfəkkürünün inkişafı söz>şəkilçi keçidini mümkün edir, daha sonra isə qrammatik məna sözün
daxilinə doğru irəliləyərək flektiv elementləri törəyir. Bu mənada heç şübhəsiz ki, bütün flektiv təmauyüllü elementlərin
qısa və ya üzunmüddətli, tarixə bəlli olan və ya olmayan aqqlütinativ “keçmiş”inin olduğunu söyləsək, düşünürük ki, heç də
yanılmarıq. Konkret olaraq, Hind-Avropa dillərinin tarixi-tipoloji inkişaf mərhələlərini izləmiş V.V.İvanov və bir çox
başqaları adıçəkilən dillərin flektivliyinin aqqlütinativlikdən sonrakı mərhələni təcəssüm etdirdiyini önə sürürlər.(bax:
Иванов В.В. Об агглютинации в индоевропейском основообразовании и формообразовании / Понятие агглютина-
ции и агглютинативного типа языков. Л., 1961; s.24-28). Maraqlıdır ki, hətta sami dillər kimi daxilə pərçimlənmiş qəliz
daxili fleksiya strukturuna malik dillər haqqında da təxmini oxşar fikir səsləndirilir, bu dillərdəki flektivliyin
aqqlütinasiyaya yaxın mahiyyət kəsb etdiyi iddia edirlir.
Flektiv quruluşlu dillərdəki aqqlütinativ elementləri əks etdirdikləri struktur-tipoloji özəlliklərə və xronoloji
spesifikaya görə aşağıdakı qruplar çərçivəsində nəzərdən keçirmək olar:
1) Erkən, yəni tipoloji baxımdan öncəki mərhələnin rudiment formaları kimi təzahür tapan faktlar
Əslində, ərəb və digər sami dillərindəki struktural anomaliya hallarının mövcud olması ilə bağlı müəyyən
şübhələr doğuran faktları təhlil edən V.Məmmədəliyev flektiv dillərlə aqlütinativ dillər arasında heç bir
keçilməz «Çin səddi»nin olmadığını qeyd edir (Məmmədəliyev V.Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil
kateqoriyaları. B., 1992. ;s.110). Ərəb, akkad və digər qohum dillərin strukturunda yer alan aqqlütinativ xarakterli
tipoloji sapma hallarının tədqiqində L.A.Lipin, N.V.Yuşmanov, Y.Q.Titov, V.P.Starınin, V.M.Məmmədəliyevvə
digər dilçilərin araşdırmaları məstəsna rol oynadığını söyləmək olar.İstənilən halda qeyd etməliyik ki, müəyyən
təzadlı mülahizələrin yer almasına baxmayaraq, İ.A.Melçukun araşdırmaları da ərəb dilindəki aqlütinativ
ünsürlərin tədqiq işində işində önəmli rol oynamış və hətta ümumi dilçilik nəzəriyyəçilərinin bu dillərin
bərmənalı flektivliyi ilə bağlı səsləndirdikləri fikirlərində yanıldıqlarını etiraf etməsinə (məsələn, bax:
Реформатский А.А. Введение в языковедение. М., 1967; s.269; 285-286) təkan vermişdir). Müqayisə üçün deyək
ki, C.Layonz isə ingilis dilindəki -s morfeminin ( [-s]; [-z]; [-iz] allomorfları ilə birgə) yarımaqlütinasiya (və ya
«yarımfleksiya») hadisəsini təcəssüm etdirdiyini bildirmişdir (Лайонз Дж. Введение в теоретическую
лингвистику. К.: Прогресс, 1978 ;s.250). Rus dilində növ kateqoriyasının formatı kimi orta əsrlərdən etibarən
geniş işləklik qazanmış –ся affiksi bir çox rus dil tarixçiləri, o cümlədən N.A.Yanko-Trinitskaya tərəfindən
aqqlütinasiya elementi kimi dəyərləndirilmişdir (daha ətrafl bax: Лукина С.Л.Русские возвратные глаголы и их
английские
эквиваленты
http://www.dissercat.com/content/russkie-vozvratnye-glagoly-i-ikh-angliiskie-
ekvivalenty). Xatırladaq ki, ся affiksi məhz iltisaqi mexanzim qaydalarına uyğun olaraq, söz>şəkilçi keçidinin
məhsulu kimi ortaya çıxmışıdır. Belə ki, fel postpozisiyasında qərarlaşan həmin affiks, əslində orta Şərqi
slavyancadakı qayıdış əvəliyinin enklitik formasından başqa bir şey deyil.
2) Postflektiv xarakterli aqqlütinasiya faktları kimi meydana çıxan iltisaqi quruluş elementləri
Son dövr araşdırmalarında analitik-flektiv quruluşlu dillərdə təkrar iltisaqiləşmə tendensiyalarının müşahidə edildiyi
qeyd edilir. Konkret olaraq, A.V.Şirokova (daha ətraflı bax: Широкова А.В. Сравнительная типология разноструктур-
ных языков, М., 2000; s.120) müasir Hind-Avropa dillərində gedən tipoloji prosesləri bu nöqteyi-nəzərdən dəyərləndirir.
Dilçi, zənnizmizcə, tam haqlı olaraq, flektiv quruluş çərçivəsində cərəyan edən analitikləşmə prosesi ilə bu dillərdəki
iltisaqiləşmə tendensiyaları arasında üzvi bağlılığın olduğunu qeyd etmiş və sintetik-flektiv strukturlu rus dilinin timsalında
fuziyon affiksasiyanın “morfem müstəqilliyini azaltdığına diqqət çəkmişdir” (Широкова А.В.; s.89, 113). Məhz,
analitikləşmə prosesi nəticəsində qrammatik və ya leksik məna daşıyıcısı olan səs əvəzlənməsinin sözdən xaric edilməsi,
analitik-flektiv strukturun leksik vahidini quruluş etibarilə kökdaxili fonetik metamorfozlardan kənar olan iltisaqi sözə
yaxınlaşdırır. Bir çox tədqiqatçılar sintetik-flektiv dillərdəki analitizmə istiqamətlənən tendensiyaların əslində iltisaqiləşmə
meyllərinin güclənməsi ilə müşayət edildiyini xüsusilə qeyd edirlər (ВидановЕ. Ю. Аналитизм в именном
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
179
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
словообразовании современного русского языка, aвтореферат, Омск,2011, c.7-15 ). Konkret olaraq , Y.Y.Vidanov,
Y.A.Jdanova rus dilinin sözyaradıcılığında XX əsrin sonlarında cərəyan edən prosesləri məhz analitikləşmə və
iltisaqiləşmənin müştərək fəaliyyəti kimi dəyərləndirirlər.
Başqa sözlə desək, söz və affiksal morfem arasındakı, habelə birləşmə təşkil edən iki söz arasındakı morfem
“tikiş”inin pozulmaması analitikləşmə, yəni qrammatik və ya leksik mənanın söz(əsas) daxilinə sintetizmlə müdaxilə
etməməsi kimi dəyərləndirilə bilər. Eyni zamanda bu proses məhz morfem sərhəddinin toxunulmazlığı ilə müşayət
edildiyindən iltisaqilik mexanizminin təzahürü kimi də səciyyələndirilə bilər.
TEONİM KOMPONENTLİ FRAZEOLOJİ VAHİDLƏRİN SEMANTİK
QRUPLAŞDIRMASINDA FRAZEOSEMANTİK SAHƏ METODUNUN TƏTBİQİNƏ DAİR
Aytən SADIQOVA
Azərbaycan Texniki Universiteti
sadiqovayten@gmail.com
Özlüyündə xeyir və şər qüvvələrinin ən mütləq ifadə formalarını əks etdirən teonimik və demonimik obrazların
frazeoloji sistemdəki “davranışı” gözlənildiyi kimi birmənalı və şəffaf deyil. Azərbaycan dilinin frazeoloji sisteminin təhlili
belə burada teonim komponentin fərqli semantik sahələri əhatə etdiyini ortaya qoyur:
a) pozitiv anlamlı: Allah yanından yan ötməyib, Allah heç nəyini əsirgəməyib; Allah – Təala mağmun etməyib; Allah
adamı və s.
b) neqativ anlamlı: Allah ağıl paylayanda, kənarda qalıb, Allahın gici, Allahın tənbəli; Allahın bəlası; Allah elə bil
gözünü yumub və s.
Teonim komponentli frazeoloji vahidlərin ən geniş spektri məna yükünə malik olması bu növ frazeologizmlərin
semantik sahə metodu üzrə təhlili məsələsində müəyyən çətinliklərə yol aça bilir. Belə ki, bəzi hallarda tədqiqatçılar teonim
komponetli frazeoloji vahidlərin transformasiya özəlliklərini nəzərə almadan, habelə onların polifunksional mahiyyətini
diqqətdə saxlamadan bölgü aparırlar ki, bu da son nəticədə qeyri – adekvat semantik qruplaşdırmaların ortaya çıxmasına
rəvac verir.Azərbaycan dilinə tətbiqən, onu demək olar ki, bu semantik bölgü dilimizn frazeoloji sistemindəki “Allah”
komponentinin semantik sahəsini dolğunluğu ilə açmır, daha dəqiq desək, bir çox linqvokoqnitiv özəlliklər həmin bölgünün
tətbiqini bir qədər çətinləşdirir. İlk olaraq, onu deyək ki, Azərbaycan frazeoloji sistemində “Allah” komponentinin İlahi
qüvvə olaraq dərkindən qaynaqlanan semantika, onun (Tanrının) mütləq həqiqəti simvolizə etməsinin etirafı ilə eyni
məcrada mümkün olur. Lakin əlavə altməna kimi, fərqli semantik konnatasiya kimi “Allah” komponentinin təkcə ilahi
qüvvə anlamında deyil, ilahi ədaləti gerçəkləşdirən varlıq kimi daha seçkin məna yükündə təqdimatı mümkündür. Məsələn,
Bizim də Allahımız var, Yetimin də Allahı var və s. bu kimi ifadələr də Tanrının “Yeri – Göyü Yaradan” və mütləq Həqiqət
kimi ali instansiya olması etiraf edilsə də, teonim komponentin aidliyinin əvəzliklərə müvafiq dəyişə bilməsi fərqli
mətləbləri də ortaya qoyur. Belə ki, məlum olur ki, bu ifadənin istifadəsi danışanın adresata və ya hər hansı bir üçüncü
tərəfə ünvanladığı 1) təhdid (məs: “Eybi yox, bizim də Allahımız var! Görək kiminki gətirəcək”); 2) təsəlli, təskinlik ( məs:
“Qəm yemə! Bizim də Allahımız var! Hər şey düzələr!”) altmənalarını impilsit inikasına xidmət edə bilər. Bədii əsərlərdə və
mətbuatda yer alan nümunələr teonim komponentinin “özəlləşdirilməsi” halları ilə bağlı maraqlı faktlar ortaya qoyur.
Varlının pulu varsa, bizim də biliyimiz və Allahımız var (Pərviz).
Çünki bizim Allahımızamerikalıların Allahından daha yaxşıdır
Dini inanc baxımından, ilk baxışdan paradoksal görünə biləcək bu ifadə də, məhz, dərin qatda yerləşən həmin İlahi
ədalətin zəfəri ilə bağlı əminliyin frazeoloji qəlibdəki əks-sədası, verbal inikasıdır.I s k ə n d ə r x a n . Allah əgər mənim
Allahımdır, bu yazını pozar (N.Vəzirov). Sözsüz ki, dini dəyərlər prizmasından baxıldığında, “Allah mənim Allahımdırsa”
xarakterli ifadə, ümumiyyətlə, inancsızlıq kimi dəyərləndirilə bilər. Lakin frazeoloji sistem kontekstində belə bir ifadənin
istifadəsi ateistik yanaşma və ya bir olan Allahın gücünə,qüdrətinə şübhəli münasibət kimi dəyərləndirilmir. Bu, sadəcə,
frazeoloji metafora keçididir və burada teoloji dissonans, uyğunsuzluq axtarmaq lazım deyil. Digər tərəfdən, İslamı
dəyərlərə görə bir olan Allahın kiməsə aidliyi məsələsi ümumiyyətlə müzakirə mövzusu ola bilməz. Deməli, “bizim”,
“sənin”,“mənim”, “yetimin” və s. aidiyyatılılığın ortaya qoyulması artıq yüksək instansiyanın özünə deyil, onun həyata
keçirdiyi ilahi ədalətə işarədir. “İngilis, rus, tatar və türk dillərində “Allah” konseptini reprezentasiya edən frazeoloji
vahidlərin materialına istinadən frazeosemantik sahələrin konstruktiv təhlili”ni aparmış L.V.Bazarova bu dillərdəki müvafiq
komponentli frazeologizmlərin aşağıdakı frazeosemantik sahələrdə təmsil olunduğunu qeyd edir: “xarakteristika – səciyyə-
ləndirmə”; “fəaliyyət”; “münasibət”; “hal – vəziyyət” . L.V.Bazarova birinci frazeosemantik sahə (qısaca olaraq, FSS)
olan “səciyyələndirmə”də müsbət – mənfi altqruplarını, “fəaliyyət” FSS-də isə “yaratma”, “bağışlayan / verən/bəxş edən”,
“müraciət”, “minnətdarlıq”, “qayğı”, “bağışlama”, “ziyan”, “cəza”, “söyüş”, “təhdid” mikrosahələrini fərqləndirir. Hətta
digər iki makrosahə daxilindəki bölgüyə nəzər salmadan, onu demək olar ki, dilçi semantik sahə fərqləndirməsində bir
|