Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə48/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   44   45   46   47   48   49   50   51   ...   144

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

211 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

1. Dediyini kim iki etsə idi, sonu heç yaxşı olmazdı. 

2. Mən nə istəsəm, sən də onu edəcəksən və s.  

Dilçilik ədəbiyyatında tamamlıq budaq cümləsini baş cümləyə bağlamağa xidmət edən morfoloji vasitələrdən biri kimi 

– mı, (-mi, -mu, -mü) sual ədatınıda qeyd edirlər. Müasir Azərbaycan dilində baş cümlələrin xəbərində bu ədat işlənmiş 

tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr geniş yayılmışdır. Lakin I.Əfəndiyevin nəsrində belə cümlələrə demək 

olar ki, çox az təsadüf olunur. Məsələn:  

1. Bilmək olmazmı ki, sonuncu dəfə o burda nə vaxt olub? 

Fikrimizcə -mı 4 sual ədatı tamamlıq budaq cümləsinin baş cümləyə bağlanmasında heç bir xüsusi rol oynamır. Bu 

ədat xəbərinə qoşulduğu cümlədə sadəcə olaraq, suallıq anlayışı yaradır. Belə sual məzmunu baş cümlədə digər sual ədatları 

və sual əvəzlikləri vasitəsilə də yaradıla bilər. Məsələn:   

1. Bəs təsəvvür etmirdin ki, burada necə yaşamaq olar? 

2. O haradan biləydi ki, bunlar bir – birilərini sevir. 

Beləliklə dilimizdə  işlənən və tamamlıq budaq cümlələrini bir – birinə bağlayan –mı 4 sual ədatı  və –sa (-sə)  şərt 

şəkilçisi xüsusi bağlanma vasitələri olmayıb, müəyyən üslubi çalarlar yaratmağa xidmət edir.  

 

 

MİRZƏ CƏLİL MƏMMƏDQULUZADƏNİN NƏSRİNDƏ ANTONİMLƏRİN ROLU 

 

Sevinc HACIMƏMMƏDOVA 

Qafqaz Universiteti 



shacimemmmedova@std.qu.edu.az 

 

Ümumdünya  ədəbi qanunları  çərçivəsində  bənzərsiz bədii dil yaratmaqla Cəlil Məmmədquluzadə  nəsri milli 



ədəbiyyatda dərin izlər saldı, o, milli yaddaşımıza uyğun yeni tipli nəsr, yeni üslub, yeni ideya, yeni insan və yeni metod 

yazıçısına çevrildi. Mirzə Cəlil dramatik və faciəvi hadisələrə yeni bir ifadə tipindən yanaşdı. Üslub və metodiki baxımdan 

yumor və satira tipini özündə  əks etdirən dramatik komizmi, bəşəri təffəkkürün mənbəyi olan Şərq  ədəbi aləmini 

yaradıcılığının mayasına, poetikasının bədii ruhuna çevirdi,- desək, yanılmarıq. Fikrimizcə, məhz buna görə onun bədii 

dühası məhəlli çərçivələri aşıb keçdi. 

Sözdən istifadənin bədii-estetik tərzinə, forma və  məzmun zənginliyinə diqqət yetirməklə,  ədəbiyyatı yeni sistemlə 

tanış etməklə onu yüz illərin təsir dairəsindən çıxartdı. Bu yolda C.Məmmədquluzadə yaradıcılığı semantik söz 

qruplarından biri olan antonim sözlərlə  zənginləşirdi. Bildiyimiz kimi leksikanın  əhəmiyyətli  şöbələrindən biri olan 

antonimlər sözün mənasını  dəqiqləşdirməyə xidmət edərək bədii üslubda maraqlı çalarlar yaradır. Antonimlərin 

işlədilməsində əsas məqsəd müqayisə olunan əşyaların əlamət və keyfiyyətləri haqqında aydın təsəvvür yaratmaq, hadisələri 

təzadlı  şərtlər daxilində düzgün dəyərləndirməkdir. Bu halda leksik mənadan doğan ziddiyyət oxucuya güclü təsir 

göstərərək anlayışları qiymətləndirmək baxımından əhəmiyyət kəsb edir. 

Antonimlər təzadlı sözlər olsalar da, onlar kateqorial baxımdan oxşarlıq, eynilik nümayiş etdirir etdirir. Bu ümumilik 

onların leksik-sintaktik paralellər  şəklində  işlənməsinə imkan verir. Bununla yanaşı antonimlərin qeyri-paralel şəkildə 

işlənməsi də mümkündür. 

Dil vahidlərinin inkişafı zamanı birinci növbədə  şifahi xalq ədəbiyyatında təşəkkül tapan tapan antonimlər xalq 

dilindən bəhrələnən Mirzə  Cəlil yaradıcılığında da öz əksini tapmışdır. Antonimlər Cəlil Məmmədquluzadənin 

yaradıcılığında bədii-estetik təsir gücünü artıran leksik vahid kimi mühüm yer tutur. Ədib həm öz təhkiyə dilində, həm də 

obrazların nitqində antonimlərdən istifadə edərək  əsərə canlılıq gətirir, maraqlı  və qüvvətli kontrastlar yaradır, onların 

vasitəsilə əsərin ideya məzmununu açır, obrazları səciyyələndirir. 

Mirzə Cəlilin dilində mənaca bir-birinin tam ziddini təşkil edən sözlərə, mütləq antonimlərə rast gəlinir ki, bu zaman 

eyni mənanın zidd tərəfləri daha kəskin  şəkildə göstərilir. R.Məhərrəmovanın da dediyi kimi əslində antonimlər zidd 

mənalar, anlayışlar bildirən sözlər deyil, əksinə, eyni mənanın, eyni anlayışın müxtəlif əks cəhətlərini qarşılaşdırma yolu ilə 

bildirən sözlərdir.  Oyza-buyza  məkan,  qoca-cavan yaş,  kasıb-dövlətli maddi durum, göyçək-çirkin xarici görünüş 

anlayışlarının bir-birinə zidd olan tərəfləridir. 

Oyza çöndü, buyza çöndü və axırı bir mətləbdə gəldi dayandı. 

Üçüncü də Zeynəb ondan ötrü Xudayar bəyə bu cavabı verdi ki, necə övrət ola, - ya kasıb, ya dövlətli, ya cavan, ya 



qoca, ya göyçək, ya çirkin, - razı olar yüz il ərsiz qalsın, amma üzünü Xudayar bəyin adama oxşamaz üzünə və iri burnuna 

sürtməsin. 

Mirzə Cəlil yaradıcılığında işlənmiş antonim sözlər arasında əksmənalılığın dərəcəsi heç də eyni deyildir. Bəzi sözlər 

arasında  əkslik münasibəti dil sistemində  də mövcuddur; bəzi sözlər arasında  əkslik münasibəti üslubi tələbatla  əlaqədar 

yazıçı qələmi altında formalaşır ki, bu da mətnin çərçivəsindən kənarda antonim kimi fəaliyyət göstərə bilmir. Antonimlərin 

bu xüsusiyyəti haqqında S.Cəfərov yazmışdır: “Antonimlik də sözlərin mənası ilə bağlıdır. Bu nöqteyi-nəzərdən müasir 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

212 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Azərbaycan dilindəki antonim sözləri, xüsusən də əks məna ifadəetmə cəhətindən yoxladıqda aydın olur ki, belə sözlərin bir 

çoxunda əksmənalılıq şərti və nisbi haldır”. Onların antonim kimi işlənməsi polisemiya və məcazilik funksiyası daşıması ilə 

bağlıdır. 

-  Ay rəhmətlik oğlanları, axı, siz buraya işləməyə gəlibsiniz, ya davaya

Işləmək sözü mətndən kənarda dava sözü ilə antonim deyildir. Ilkin mənasına görə bu leksik vahidin antonimi istirahət 

etmək sözüdür. Lakin mətn daxilində dini mövqe ilə bağlı ziddiyyətlər daxilində işləmək sözü, həm də dinc şəraitdə işləmək 

mənasında çıxış edərək dava sözü ilə antonimlik kəsb edir. 

Yazıçı hadisə  və obrazları  səciyyələndirmək, aralarındakı kontrastları daha kəskin göstərmək üçün nominativ 

funksiyasına görə antonim olmayan sözləri məcazi mənada qarşı-qarşıya qoyur, beləliklə təsirli təzadlar yaradır. 

-  Molla dadaş, sən bu namərd dünyanın işinə bax ki, bu əyləşən dostlarım bir-iki il bundan qabaq hərəsi bir neçə 

milyona pul demirdi. Amma indi Allahdan gizli deyil, səndən niyə gizli olsun ki, Şura hökuməti indi bu biçarələri 

papirus puluna möhtac eləyibdi

Bunun rəvayətindən məlum oldu ki, bunların biri bakılı Hacı Həsəndir ki, Oktyabr inqilabından qabaq onun Bakıda 14 



karvansarası  və 137 tikilisi vardı ki, indi hökumət hamısını  əlindən alıb və bu qoca kişini indi 

yomiyyəruzusunahəsrətqoyub

“Bəlkə  də qaytardılar” hekayəsindən olan bu parçada keçmiş Bakı milyonçularının acınacaqlı  vəziyyəti  əks olunur. 

Adi halda heç bir antonimlik kəsb etməyən  milyonlar və papiruspulusaysıztikililər və yomiyyəruzusu keçmiş ilə indinin 

müqayisəsində əvəzolunmaz təzaddır. 

Ədib canlı  və inandırıcı portret yaradarkən; təbiət təsvirində  və obrazın fərdi keyfiyyətlərini, fərqli cəhətlərini 

qarşılaşdırarkən; müəyyən  şəraitdən asılı olaraq psixoloji vəziyyətinin təsvir edərkən; sinfi fərqləri, maddi vəziyyəti, dini 

baxışlardakı ziddiyyətlərin ifadə edərkən antonimlərin üslubi rolundan yaradıcı şəkildə istifadə etmişdir. Ədib hətta “Şəhər 

və kənd” əsərinin adında antonimlərdən istifadə edərək oxucunun diqqətini cəlb etməklə bərabər, əsər haqqında müəyyən 

təsəvvür də yaradır.  

 

 



TABU SÖZLƏRİN FONO-SEMANTİK XÜSUSİYYƏTLƏRİ 

 

Sahilə İBRAHİMOVA 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 

sahila.ibrahimova@yahoo.com 

 

Tabu-insan davranışlarının müəyyən hal və vəziyyəti ilə əlaqədar olaraq müqəddəs və ya toxunulmaz hesab edilən çox 

güclü sosiyal qadağalara deyilir. Tabu terminini ingilis kapitanı J. Kuk, 1777-ci ildə Tonqa adasında təsbit etmişdir. Sakit 

okean səyahətlərini məruzə edərkən «tabu» kəlməsini işlətmiş və ondan sonra bu söz Avropa etnoqrafçıları tərəfindən geniş 

araşdırılmışdır. 

Avropa andropoloqu G.J.Freyzer tabunu ümumbəşəri dini kateqoriya kimi tədqiq etmişdir. Ona görə tabu, qədim 

mədəniyyətlərdən dini və sosial cəmiyyətin təməlidir. R. Maret tabunu sözlərin, məfhumların neqativ mənalarını ifadə edən 

termin kimi xarakterizə edirdi. Müasir Totemizm elmində çevrilişlər edən K.Levi Strauza görə tabu simvolik bir sistemdir. 

V. Vundit, tabunu bəşəriyyətin «bəşəriyyətin ilk yazılmamış qanunu» kimi qiymətləndirmiş  və  bəşəriyyətin ilk cəza 

sisteminin də bu tabuya uyğun olaraq həyata keçirildiyini irəliyə sürmüşdür. 

Ziqmund Freydin «Totem və Tabu» adlı kitabında  isə tabu sözü belə izah olunur: «Tabu «Polineziya dilində istifadə 

edilən bir sözdür. Bu sözün bir-birinə zidd iki mənası var. Bir mənası «müqəddəs»,  daha doğrusu «müqəddəsləşdirilmiş»-

dir. Digər mənası isə «qorxunc, təhlükəli, çirkli, qadağan» anlamını daşıyır. Bu sözün məna dərinliyi içində «sirr» və «təyin 

oluna bilməyən güc» anlayışları da var.  

Beləliklə  də XIX əsrin sonu, XX əsrin  əvvəllərində tabu dinlərdən  əvvəlki inanc sistemi kimi qəbul edilmiş müasir 

dövrümüzdə isə mövhümatla bağlı hər bir xalqın mental xüsusiyyətlərinə görə dəyişən kəlmə  mənasını ifadə etməkdədir. 

Məsələn: polineziyalılarda ruhlara aid bütün müqəddəs şeylərdən, başçılara və kahinlərə məxsus əşyalardan istifadə etmək 

qadağan idi. Mövhumi təsəvvürlərə görə, tabunun pozulması guya fövqəltəbii qüvvələr tərəfindən cəzalandırılırdı. Tabu 

insan həyatının mühüm sahələrini tənzimləyirdi.Totemizmlə bağlı olan tabu ehtimal ki, fərdin davranışını kollektivin 

mənafeyinə tabe etmək təlabatı ilə əlaqədar yaranmışdır. Tabunun qalıqları müasir dinlərdə də mövcuddur. 

Dilçilikdə dini etiqad, mövhumat, kobud ifadə  işlədilməsi qorxusu və s. ilə  əlaqədar qadağan olunmuş sözlərə tabu 

sözlər deyilir. Belə ki, bəzi qədim tayfalarda ölümün, xəstəliklərin, bütlərin, ruhların və s. adını  çəkmək yasaq sayılırdı. 

Əxlaq normalarına zidd sözlər də tabuya daxildir. Tabuları əvəz etmək məqsədilə evfemizmlərdən istifadə olunur. 

Ziya Göyalpın bildirdiyinə görə  qədim türklərdə tabu məfhumu «Qoruğ» sözü ilə ifadə olunurdu. Bu soz «qor» 

kəlməsindən yaranmışdır və «qorumaq» felindən gəlir. Türk xalqlarının inanclarında–şamanizm  və mifologiyasında tez-tez 

təsadüf edilən bu qadağalara Koru və ya Korı də deyilir.  


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

213 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Qədim tüklər ibadətgahlara «tapınağ», ibadət etməyə isə «tapmaq» deyirdilər. Bu isə çox güman ki məhz tabu 

sözündən irəli gəlmişdir. Hətta müasir türk dilində də bu söz geniş istifadə edilməkdədir. 

İnsanlar dövr keçdikcə tabu ilə qadağan olunmuş  məfhumları, sözləri başqa sözlərlə  əvəz etməyə başlamışlar. Bu 

sözlər də dilçilikdə evfemizm adını almışdır.  

Evfemizmlər-hər hansı bir sərt və ya kobud məna ifadə edən sözü yumşaltma, vulqarlıqdan çıxarma, qarşıdakını 

incitməmək, kobudluq etməmək, nəzakətli davranmaq üçün istifadə edilir. Eyni zamanda evfemizmdən istifadə etmək bir 

siyasətdir. Məsələn ölmək sözü yerinə  rəhmətə getmək işlədilməsi. Evfemizm yunan sözü olub-eu-«yaxşı» və phemi-

«danışıram» kəlmələrindən götürülmüşdür. Beləliklə də evfemizm tabuya antonim olan sözləri özündə ehtiva edir.  

Evfemizm vasitəsilə ifadə olunan tabu sözlərin fono-semantik xüsusiyyətlərində belə inçəlik, yumşaqlıq duyulur. 

Misal üçün «ölmək», «gəbərmək»  sözlərinü evfemizmlərlə əvəz etsək: rəhmətə getmək, ömrünü bağışlamaq, vəfat etmək 

kimi birləşmələrdən istifadə olunur. Bu sözlərdəki səslər öz mülayim çalarları ilə sözlərə zəriflik, fikir incəliyi gətirir. İslam 

dinin gəlişi ilə dilimizə daxil olan bu sözlərdə  həm də xeyir dua çalarları da var. Çünki həyatını  dəyişən insanın rəhm 

olunub olunmamasını heç bir bəşər bilmək  iqtidarında deyil. Lakin «rəhmətə getdi» ifadəsi ilə danışan bir növ ölüyə «Allah 

rəhmət etsin!» xeyir duasını da edir. «Ölmək» sözünü əvəz edən «ömrünü bağışladı» ifadəsi də belə mənanı verir. Belə ki, 

«ömrünü bağışladı» birləşməsi ölmüş insanın həyatını onun övladlarının davam etdirməsi kimi yozulur. Yəni, onun ömrünü, 

nəslini övladlar indi yaşayır. «Vəfat etdi» kəlməsində isə gördüyümüz kimi vəfa  sözü  var.  Bu  isə insana əmanət olmuş 

«canın tapşırılması», «canının Allaha təslim etməsi, qaytarılması» ilə izah olunur. «Canını təslim» edərkən ruh aid olduğu 

nura dönür və buna görə də Vahid nura vəfa etmiş olur. 

Rəhm sözü tibbdə insanı ana bətnində formalaşan gündən, dünyaya gələn günə qədər yerləşdiyi yerə də deyirlər: Ana 

rəhmi 40 həftə boyunca dölü saxlayar və qoruyar.  

Rəhm etmək, rəhm qılmaq – yazığı gəlmək, halına acımaq, ürəyi yanmaq, mərhəmət etmək: 

Vaqifə rəhm eylə, bari, ilahi; 

Agah et dərdindən ol üzü mahi. 

Bütün deyilənlərdən bu nəticəyə  gəlirik ki, tabu və evfemizləri ifadə edən sözlərin fone-semantik xüsusiyyətləri 

onların məna çalarları ilə bilavasitə  əlaqədədir. Tabu sözlərin mənalarını yumşaltmaq məqsədilə  işlədilən evfemizlərin 

özlərində belə bir incəlik, yumşaqlıq duyulur. Bu da şübhəsiz ki, həmin sözləri təşkil edən səslərin fonosemantik 

xüsusiyyətlərindən irəli gəlir. Deməli, evfemizlər təsadüfi sözlərdən təşkil olunmadıqı kimi, bu sözlər hər hansı  səs 

yığımının da məcmusu deyil. Burada hər bir səsin özünün ifadə etdiyi məna çalarları evfemizm məqsədilə istifadə edilən 

fikrə xidmət edir. 

 

 



 

AZƏRBAYCAN DİLİNDƏ “ZAMAN” KONSEPTİNƏ DAXİL OLAN ANLAYIŞLARIN 

QARŞILAŞDIRMASINA ƏSASLANAN KONTRASTİV SEMANTIKALI FRAZEOLOJİ 

VAHİDLƏR 

 

Samirə NƏBİYEVA 

Gəncə Dövlət Universitetinin 



kontensiv.frazeologiya@yandex.com 

 

İstənilən dilin frazeoloji sistemi həmin dildə danışan toplumun tarixini, etnoqrafiyasını, məişət vərdişlərini, həyat 

şərtilikləri və standartlarını metaforik biçimdə əks etdirir. Y.Qrimin “Bizim dilimiz – eyni dərəcədə də bizim tariximizdir” 

(Гримм  Я.  О  происхождении  языка. // Хрестоматия  по  истории   языкознанияXIX-XX  веков  в  очерках  и 

извлечениях, М.,1956; с.64.) ifadəsi özünü tam dolğunluğu ilə məhz frazeoloji sistem inventarında təzahür etdirir. Həmin 

“qısa ifadələrdə  əks olunmuş  və  əcdadların gələcək nəsillərə miras qalmış  mənəvi qanun, eləcə  də, sağlam düşüncə” 

(Буслаев Ф. И. Русские пословицы и поговорки, собранные и объясненные. М.: Русский язык 1954; с.37) bu və ya 

digər xalqın etnopsixoloji özəllikləri haqqında dolğun məlumat  əldə edilməsinə  də yardımçı olur. İnsanın mənəvi 

kimiliyinin seçim anında bəlli olduğunu ortaya qoyan ekzistensional fəlsəfənin məntiqindən çıxış edərək belə bir perifrza da 

yol verə bilərik: xalqın mənəvi kimiliyi onun müqayisə  və qarşılaşdırmalarında ortaya çıxır. Bu mənada istənilən dilin 

kontrastiv semantikalı frazeoloji vahidləri (KSF) həmin dil daşıyıcılarının mənəvi prioritetləri, zövq seçimi və s. haqqında 

qiymətli məlumatları ehtiva etməsi danılmazdır. Həmin qrup frazeoloji vahidlər dil daşıyıcılarının hər hansı bir hadisəyə, 

prosesə, anlayışa və ya xüsusiyyət və əlamətə mümasibətinin konkret ifadəsinə yönəlmiş frazeologizmləri əhatə edir. Belə 

ki, KSF-lərdə dil daşıyıcıları müqayisə obyektini və ya müqayisə ilə  səciyyələndirilən obyekti konkret verilmiş limit 

çərçivəsində müəyyənləşdirir. Məsələn,  Ac  qalmaq  borclu  olmaqdan yaxşıdır, Adamın  adı  çıxınca,  canı  çıxsa yaxşıdır 

KSF-lərdən birincisində maddi durumla bağlı iki vəziyyət, ikincisində isə insanın sosial portreti məsələsi ilə bağlı 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

214 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

qarşılaşdırma aparılmışdır. Azərbaycan mentallığının daşıyıcıları üçün minnətli çörək anlayışı  ağır və  hətta təhqiramiz 

gəldiyindən, ac olmaq borclu olmaqdan üstün tutulmuşdur.  İkinci halda isə insanın adının mənfi yöndə hallanmasının 

cəmiyyətdəki nüfuza xələl gətirməsi konkret müqayisə vasitəsilə ifadə tapmışdır. Müqayisə üçün deyək ki, Borc odlu 

köynəkdir. – ifadəsində müqayisə verilmədiyindən borc anlayışının neqativ tutumunun sərhədləri yayğındır. Deməli həmin 

frazeologizmin interpretasiyası  fərdə görə  dəyişə bilər. Lakin kontrastiv semantikalı frazeologizmlərdə isə konkret 

qarşılaşdırma aparıldığından səciyyələndirmə obyekti ilə bağlı məlumat və ya ona münasibət bəlli çərçivədə qərarlaşır.   

Azərbaycan dilinin frazeoloji sistemindəki KSF-lər arasında “zaman” konseptinə daxil olan anlayışların 

qarşılaşdırmasına əsaslanan ifadələr xüsusi maraq doğurur. Həmin frazeologizmlərdə zaman konseptinin ifadə formaları ilə 

bağlı müəyyən qruplaşdırma aparmaq olar. 

İlk olaraq, zaman konseptinə daxil olan leksik vahidlərin nominasiya xarakterinə görə  aşağıdakı qruplaşdırmanı 

aparmaq olar: 

1.  Bilavasitə zaman anlayışı ifadə edən leksik vahidlərin (məsələn: gec – tez; axşam – səhər, dünən – bü gün; bahar – 

qış və s.) qarşıladırmasına istinad edən KSF-lər; 

2.  Zaman anlayışına aidiyytaı metaforik dillər ifadə tapan söz və ya söz birləşmələrinə istinad edən KSF-lər. 

Birinci qrup daxilində a) mütləq zaman qarşılaşdırmalarına və b)nisbi zaman qarşılaşdırmalarına istinad edən KSF-ləri 

də  fərləndirmək lazımdır. Birinci yarımqrupda “Axşamın xeyrindən,  səhər (sabahın)  şəri daha yaxşıdır”,  səhər gedər 

naxıra,axşam  gələr axıra,  bu günün qarı,  sabahın barı,ərincəyin işi bitməz,  yaz  gəlsədə  qışı bitməz (geçməz),  xəsisdən 

qışda buz, yayda köz almaq çətinqışın işi, yazın yemişi bol olur. və s. bu kimi frazeologizmləri nəzərdən keçirmək olar. 

İkinci yarımqrupda isə bir "indicə", on "sabahdan" yeğdirİgid bir dəfə, qorxaq hər dəfə ölər və s. İkinci yarımqrup say 

etibarilə mütləq zaman qarşılaşdırmalarına istinad edən KSF-lər yarımqrupundan azlıq təşkil edir. 

Nümunələrdən də aydın göründüyü kimi, əksər hallarda “zaman” konseptinə daxil olan sözlər digər anlayışlarda 

paralel şəkildə qarşılaşdırmaya cəlb edilirlər və bunula da ikiqat kontrastivlik meydana çıxır.Məsələn, yayı kölgə xoş, qışda 

çuval boş; yayın kölgə kovan, qışın qarnın oğar frazeologizmlərində yay – qış qarşılaşdırması işgüzarlıq və tənbəllik anla-

yışlarının qarşılaşdırması ilə paralel şəkildə ifadə tapmışdır. 

Zaman anlayışına aidiyytaı metaforik dillər ifadə tapan söz və ya söz birləşmələrinə istinad edən KSF-lərdə xronoloji 

qarşılaşdırma bəlli zaman zərfləri və müvafiq ifadələr vasitəsilə deyil, xalqqa özəl olan spesifik metaforalarla reallaşır. 

Məsələn, bu qrup daxilində “Nikolayı taxtda, şah Abbası qundaqda görmək” ifadəsini qeyd etmək olar. Məlumdur ki, 1688-

1747-ci illərdə yaşamış olan Nadir şah 1736-1747-ci illərdə  İran  şahı olmuşdur. Afşarlar sülaləsindən olan şah Nadirin 

davamçıları olan hökmdarlar arasında Abbas adlı şəxs olmadığına görə, frazeoloji vahiddə adı çəkilən tarixi şəxsin Nadir 

şahın oğlu Rzaqulunun tapşırığı ilə qətlə yetirilmiş səkkiz yaşlı III Abbas olduğunu əminliklə söyləmək olar.  



Hamısının bir fikri oldu ki, bu sözlər "Nadiri taxtda, şah Abbası qundaqda görənlərə aiddir". 18-10-2010 “Gündəlik 

Bakı” qəzeti 

Bu ifadənin tarixi yanlışlığa yol verilmiş variantının da istifadə edildiyi məlumdur:  

..."kabuslardan" (şah Abbası taxtda, Nadir şahı qundaqda görmüş çekistlərin gizli ləhcəsində rəsmən ölmüş sayılan, 

əslində isə mövcud olan və başqa ad-soyadlarla fəaliyyət göstərən çekist kadrlar belə adlanırdı) birinin şifroqramına əsasən 

uçub gəlmişdi. 

Bu ifadənin daha fərqli tarixi personajların yer aldığı müxtəlif variantlarına da təsadüf etmək olar:  

Şah İsmayılı taxtda, Şah Abbası qundaqda görən adam kimi hələ bir dəfə görməmişəm ki, Rusiyanın telekanallarında 

bizim səfirliyimizin etirazı səsləndirilsin. 

Kişi Şah Abbası qundaqda görməsə də, Nikolayı taxtdagörüb. 

 

 

“ DƏDƏ QORQUD ” DASTANLARINDAKI  MÜRƏKKƏB  FELLƏRİN ƏRƏB 

MƏNŞƏLİ  KOMPONENTLƏRİNDƏ FONETİK ADAPTASİYA 

 

Sevinc ƏLİYEVA 

AMEA, Dilçilik İnstitutu 



sevinc-aliyeva@yandex.com 

 

“Dədə Qorqud” dastanlarının dilindəki  ərəb alınmalarını ilk olaraq tələffüz və imla fərqliliyinə görə  fərqləndirmək 

lazımdır.Bəzi  ərəb alınmaları orijinal səslənişə tam adekvatlığı qoruyub saxlamağa müvəffəq olduğu halda, bir sıra  ərəb 

komponentli fellərin fərqli tələffüzə malik olduğunu təsbit etmək mümkündür. Bir qisim hallarda isə  alınma sözlərin 

orijinala adekvatlığı zamanla dəyişimə  məruz qalmış olur. Bu baxımdan  aşağıdakı bölgünün aparılmasını  məqsədəuyğun 

hesab edirik: 

1)  orijinal imla və  tələffüzə maksimum yaxın olan ərəb alınmalı mürəkkəb fellər: a) imlası günümüzədək 

mühafizə edilənlər: həll etmək,  əmr etmək, xəbər vermək, ibrət almaq; b) imlasında və  tələffüzündə müəyyən dəyişikliyə 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

215 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

məruz qalanlar: 



əqli getmək, əqli şaşmaq. “KDQ”dakı variantda orijinala adekvatlıq zamanla aradan 

qalxmışdır: ağlı getmək, ağlı çaşmaq

2)  orijinal imla və  tələffüzdən fərqlənən  ərəb alınmalı mürəkkəb fellər. Bu qrup mürəkkəb fellər rəngarənglik 

nümayiş etdirir. Belə ki, irəlidə daha təfsilatlı şəkildə izləyəcəyimiz kimi, bu qrupda həm ərəb emfatik və boğaz samitlərinin 

Azərbaycan fonetik sisteminə uyğunsuzluğu, həm dilimizdə uzun saitlərin mövcud olmaması səbəbiylə yaranan fərqliliklər, 

həm də  ərəb diftonqlarının Azərbaycan dilinə sirayət etməməsində törəyən müxtəlifliklər və s. oxşar hallar nəzərdən 

keçirilir. 

 “KDQ” dastanlarının dilində yer alan ərəb-fars mənşəli fellərin ən mühüm fonetik adaptasiya özəlliyi onların 

müəyyən qisminin tranzit dilin təsirinə məruz qalması ilə bağlıdır. Dastanda 

işlədilən zərb eyləməkzərb etməkzərb urmaq mürəkkəb fellərinin tərkibindəki  zərb zərbə” ərəb mənşəli söz orijinalda 

[darb] transkripsiyasına malikdir. Üçüncidə kəndüyə zərb eylədi, qanı toldı,Kafər təkur qarmalayıb,zərb etdiAlplar başı 

Qazana zərb urdıQazan bəg buna dəxi bir zərb urdı. 

Müqayisə üçün deyək ki, müasir Azərbaycan dilindən fərqli olaraq  müasir türk dilində darbe indirmek “zərbə 



vurmaq”, darbelemek, darbetmek “zərbə endirmək” fellərində orijinal transkripsiya mühafizə olunur. Fars dilinin təsiri ilə 

Azərbaycan dilində d > z keçidi yaşamış digər “KDQ” feli qəza gəlmək, başına qəza gəlmək feli frazeoloji birləşmələrdir. 

Lakin zərb urmaq, zərb etmək fellərindən fərqli olaraq bu fel müasir türk dilində  də d > z keçidinə  məruz qalmışdır. 

Bununla bərabər, müasir tükcənin fonetik quruluşuna uyğun olaraq anlaut konsonantının dəyişimi baş vermişdir. q > 



Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin