və ya yunan mənşəli sözlər ardıcıllığı əsasında yarana bilir, məs. to ask-to question-to interrogate; to end-to finish-to
complete; to gather-to assemble-to collect və s. [13, 176]
Hər iki dildə alınma sinonim sözlərin dilə inteqrasiyası bir çox hallarda o səviyyəyə çatır ki, bu “ sözlərin bir çoxunun
müasir dilimizdə gəlmə olduğunu müəyyənləşdirmək çətin olur” [7, 75], adi dil daşıyıcıları işlətdikləri sözün alınma
olduğunun fərqinə vara bil mir və gündəlik ünsiyyət prosesində onlara daha çox müraciət edir. Bu hal ərəb və fars mənşəli
alınmalarda özünü daha çox göstərir. Yəni adi dil daşıyıcıları dilimizdə işlədilən başcı-rəhbər, sevgi-məhəbbət, sübut-dəlil,
güc-qüdrət, səs-səda, yaz-bahar, yığıncaq-məclis, çiçək-gül, qanacaq-mərifət kimi sinonim cütlüklərdə birinci tərəfin milli
sözlər, ikincinin isə ərəb və fars alınması olmasından və ya günah-təqsir, səcdə-sitayiş, adam-insan-şəxs, hal-əhval, inkişaf-
tərəqqi, hörmət-nüfuz və s. kimi antonim cütlüklərdə hər iki tərəfin ərəb və fars mənşəli sinonim sözlərdən təşkil
olunmasından bixəbər bu sözləri dilimizin öz sözləri kimi qəbul edir və işlədirlər. Məsələnin mahiyyəti isə yalnız dil sahəsi
ilə bağlı müvafiq mənbələrə baxdıqda, bu sözləri hər hansısa bir məqsədlə tədqiq edən zaman aydınlaşır.
Məsələnin bu tərəfi ilə bağlı M.Hüseynzadənin fikirlərini deyilənlərin bir növ təsdiqi kimi qiymətləndirə
bilərik:“Ərəb-fars-türk sözlərinin böyük bir hissəsi başqa sözlərlə birgə bu günə qədər müasir dilimizdə işlənməkdədir.
Həmin sözlər həm şəkil, həm məzmunca tamamilə azərbaycanlaşmış sözlərdir ki, bunlar ümumxalq dili sözləri içərisində
qaynayıb-qarışmış, xəlqiləşmişdir” [4, 25].
Burada rus və Avropa mənşəli sinonimlərlə bağlı vəziyyətin bir qədər fərqli olmasına da diqqət verməkdə yarar var.
Belə ki, bu mənbələrdən götürülmüş sözlərin dildə “yad” element kimi təsbiti daha asandır. Zənn edirik ki, xalqımızın uzun
müddət rus imperiyasının əsarətində olması və nəticə etibarilə bu dilin ümümişlək lüğət fonduna məxsus olan sözləri yaxşı
tanıması bunun əsas səbəblərindəndir.
İngilis dilində də adi dil daşıyıcısı üçün vəziyyət belədir. Burada da, alınma sözlə milli sözlər arasındakı bəzi
fərqləndirici əlamərtlərdən xəbəri olmayan sadə ingilis üçün heç bir şey dəyişmir, o, dildə sinonim cərgəyə daxil olan əcnəbi
sözləri milli mənşəli sözlərlə bərabər tutur, onlardan dildə eyni tezliklə istifadə edirlər.
Qeyd edək ki, alınma sözlərin dilə gətirilməsi bir tərəfdən dilin lüğət fondunun daha zəngin, rəngarəng olmasına,
genişlənməsinə xidmət baxımdan müsbət qiymətləndirilsə də, bəzən dilin öz milli sözlərinin ikinci plana keçirilməsi,
unudulması və nəticədə dildə istifadədən çıxarılması kimi mənfi hallara da səbəb ola bilir. Dilimizdə masa, soba, çıraq,
təqaüd, çarpayı, həbsxana, gözlük kimi milli sözlərin əvəzinə bu sözlərin stol, peç, lampa, krovat, türmə, oçki kimi rus
mənşəli alınma sinonimlərinin daha çox işlədilməsi bu halın bariz nümunəsi kimi qiymətlındirilə bilər .
Sinonim sözlərin alınma və ya milli mənşəli olması onun üslubi xüsusiyyətlərinə də təsir edir. İngilis dilinin
sinonimliyi üzrə müəlliflərdən T.Mizin bu barədə yazır: “Bədii dildə təsadüf edilən sinonimlərin çoxu alınma mənşəli
olduğu halda, ədəbi xalq dilində istifadə olunan sinonim sözlər əsasən milli mənşəlidir” [14]
Bənzər fikir A.Volkova və Y.Timofeyeva tərəfindən də irəli sürülür. Alınma sözləri sinonimliyin ən güclü və
əhəmiyyətli mənbəyi hesab edən müəlliflər ingilis dilinin latın, yunan, alman və skandinav dillərindən alınma sözlərlərdən
ibarət sinonim cütlüklərlə zəngin olduğunu qeyd edirlər. Müəlliflər milli mənşəli sinonimləri bir qayda olaraq daha ümumi
denotativ mənaya malik olub, məxsusi konnatasiyaya malik olmayan və neytral üslubda, nitqdə daha ümümi şəkildə, tez-
tez istifadə edilən sözlər kimi səciyyələndirirlər. Bu sözlərin latın, yunan və ya fransız dilindən alınma sinonimlərinin isə
adətən üslubi işarəviliyə malik olub, kitab üslubuna, dilinə aid olduğunu vurğulayırlar [15, 61-62].
İ.V.Arnold da hər bir dildə sinonimliyin xarakterik nümunələri olduğunu qeyd edir. Dilçi ingilis dilində bunun milli
sözlərin üslubi cəhətdən neytral sadə, fransız mənşəli alınmaların bədii, yunan-latın mənşəli olanların isə dəqiq (elmi)
xarakterdə olmasında öz əksinin tapdığını qeyd edir və bunu şərti olaraq aşağıdakı üçlü üslubi “keyboard”da göstərməyi
mümkün hesab edir:
Milli sözlər Fransız dilindən alınmalar Latın dilindən alınmalar
to ask to question to interrogate
belly stomach abdomen
to gather to assemble to collect
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
198
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
empty deviod vacuous
teaching guidance instruction
Daha sonra dilçi “ bu verilmiş üslubi əlaqələr nümunəsi tipik olsa da, universal deyil. Belə ki, valley, act, beautiful
kimi alınma sözlərin də dale, deed, fair kimi milli poetik variantları mövcuddur” sözlərini əvvəldə söylədiyi fikrinə əlavə
edərək, sözlərin semantik və üslubi xüsusiyyətlərinin mütləq xarakter daşıdığını bir daha göstərmiş olur [11, 204].
Azərbaycan dilində isə ərəb və fars sözləri müxtəlif çalarlıqda olduğundan üslubi cəhətdən bədii, elmi, mətbuat
üslublarında və canlı danışıq dilində işlədilir [10, 38].
Alınma T.Əfəndiyevanın təbirincə “əcnəbi” leksikadan bədii əsərlərin dilində geniş istifadə edilir. Burada əcnəbi
sinonimlərin də üslubi məqsədlərlə istifadə halları məxsusi olaraq qiymətləndirilməli, bu sinonim sözlərin bədii əsərin
spesifikasından asılı üslubi imkanları qeyd edilməlidir.
Hər şeydən əvvəl qeyd edək ki, əksər dilçilər alınma sinonim sözlərin bədii dildə ilkin, öncəlik daşıyan funksiyasını
yazıçının təkrardan qaçmaq, əsərin dilinə yenilik, təravət qatmaq arzusu ilə əlaqələndirirlər. Lakin fərqli mənbələrdən olan
sinonimlər bununla yanaşı, həm də “bədii əsərin tematikası və spesifikasından asılı olaraq bir sıra başqa məqsədlər –
qüvvətli tipikləşdirmə və fərdiləşdirmə aparmaq, milli və etnik kolorit yaratmaq, müəyyən dövrü və mühiti təsvir etmək,
tarixi kolorit yaratmaq və s. üçün də istifadə oluna bilər” [3, 206-215].
Beləliklə, alınma sinonim sözlər dilin lüğət tərkibini genişləndirən vasitələrdən biridir, onlar istənilən dilə birdən-birə
yox, tarixin müəyyən bir dövründə, müəyyən zəriri ictimai-siyasi, mədəni şərtlər və təlabatlar nəticəsində tədricən daxil
olurlar və bəlli bir zaman çərçivəsində özlərinə həmin dildə “vətəndaşlıq” hüququ qazanaraq onun leksikasının tərkib
hissəsinə çevrilirlər. Bəzən isə bu alınma sinonimlər dilə o dərəcədə siraət, inteqrasiya edir ki, onu əcnəbi olması daşıyıcıları
tərəfindən təsbit belə oluna bilmir.
Alınma sinonim vahidlər dilin bütün üslubi laylarında işlədilsə də, onların üslubi imkanları əsasən bədii əsərlərin
dilində üzə çıxır, “bədii əsərlərin mətnlərindəki alınma söz-terminlər xüsusi üslubi vəzifə yerinə yetirirlər” [10, 40].
Ədəbiyyat:
1. Cəfərov S.Ə. Müasir Azərbaycan dili. II hissə, Leksika. Bakı: Şərq-Qərb, 2007, 191s.
2.Dəmirçizadə Ə.M. Azərbaycan dilinin üslubiyyatı.Bakı: Azərtədrisnəşr, 1962, 271s.
3. Əfəndiyeva T.Ə. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı: Azərtədrisnəşr, 1962,268s
4. Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı: Maarif, 1970
5.Xəlilov B. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı: Nurlan, 2008, 442s.
6. Qurbanov A.M. Müasir Azərbaycan Ədəbi dili. Bakı: Maarif, 1985, 405s.
7. Məmmədov N. N. Dilçiliyin əsasları. Bakı: Maarif, 1961, 258s
8. Mustafayeva Q.H. Azərbaycan dilinin üslubiyyatı. Bakı: Elm, 2010, 388s.
9. Müasir Azərbaycan Dili, 3 cilddə, I cild, Bakı: Elm 1978, 322s.
10. Seyidəliyev N. Müasir Azərbaycan dilində üslubi sinonimlər. Bakı, “Elm və təhsil”,
2012,116 s
11. Arnold I.V. The English Word. Moscow, 1966, 300p
12. Ginzburg R.S., Khidekel S.S., Knyazeva G.Y., Sankin A. A A course in Modern
English Lexicology, 2-nd edition, Moscow: Vysšaja Škola, 1979, 262p.
13. Hajıyeva A. English Lexicology. Bakı: Elm və təhsil, 2011, 248p.
14. Mizin T.O. Lectures in Contrastive Lexicology of the English and Ukrainian
Lexicology,Kyiv – 2005, 66p.
15. ВолковаА.А. English Lexicology: Theory and Practice. Владивосток :Издательский
дом Дальневост. федерал. ун-та, 2012, 235 с.
SUBSTANTİVLƏŞMƏ HAQQINDA
Mehriban MAHMUDOVA
Azərbaycan Dövlət Pedoqoji Universiteti
meran1966@list.ru
Leksik- semantik konversiyanın bir növü olan substantivləşmə hadisəsinə digər türk dillərində və Azərbaycan dilində
rast gəlinir. Dilimizin morfoloji sistemində elə sözlər vardır ki, kontekstdən asılı olaraq öz əvvəlki mənasından - əlamət,
keyfiyyət, miqdar və s. bildirmək keyfiyyətindən uzaqlaşır, isimləşir- substantivləşir.
Substantivləşmə ingiliscə “ substanje”, “substantive” sozlərindən olub, əşya, isim mənası verir. Bu termin özündə sifət,
say, fel və əvəzliyin əşyalaşaraq ismə məxsus olan morfoloji əlamətləri öz üzərinə götürməsi prosesini – ismə keçidini əhatə
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
199
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
edir. Azərbaycan dilinin izahlı lüğətində “substantivləşmə” dilçilikdə digər nitq hissələrinin isim kateqoriyasına keçməsi,
isim xüsusiyyətini qazanması, yəni isimləşmə anlamındadır. Bəzi mənbələrdə isə substantivləşmənin latın mənşəli
“substantium” sözündən götürüldüyü və isim mənası ifadə etdiyi göstərilir. “Substantivləşmə’ sözlərin digər qrammatik
siniflərdən hər hansı sözdüzəldici vasitələri (affiks, kökün dəyişməsi) tətbiq etmədən isim siniflərinə keçidi qədim
zamanlardan məlumdur”. Baskakov substantivlik və atributivlik kateqoriyasını vəzifəvi- qrammatik kateqoriya adlandırmış,
bunun bir çox nitq hissələrində özünü göstərdiyini, eyni qrammatik mənaya malik olduğunu söyləmişdir.
Q. Kazımovun 2010- cu ildə işıq üzü görən “Müasir Azərbaycan dili” (Morfologiya) dərsliyində morfologiya ilə bağlı
bir çox qaranlıq məqamlara aydınlıq gətirmişdir. Kitabda dil sistemində nitq hissələrinin konversiyası haqda dərslik
səviyyəsində ilk dəfə məlumat verilir. Sifətin substantivləşməsi, adverbiallaşmasında semantik və qrammatik mövqedən
yanaşılır. Çünki dilin semantik inkişafı özünü yalnız leksik vahidlərdə yox, həm də müxtəlif sözdəyişdirici göstəricilər
vasitəsilə başqa nitq hissələrindən əmələ gəlmiş sözlərdə də əks etdirir. Müəllifin fikrincə, “Substantivləşmə maddi varlığa,
materiyaya xas olan əlamətin , keyfiyyətin dildə maddi varlığı, materiyanı əvəz etməsi hadisəsinə deyilir”. Abdullayev Ə.
Mübtədanın ifadə vasitələrindən bəhs edərkən substantiv- ləşməni xüsusi olaraq qeyd edir və bu zaman nitq hissələrinin
təmamilə ismə keçməyib müvəqqəti olaraq ismin morfoloji əlamətlərini ( kəmiyyət, mənsubiyyət və hal şəkilçiləri ) qəbul
etməklə əşyalıq məzmunu əldə edib, ismin sintaktik vəzifəsində çıxış etdiyini vurğulayır.). Substantivləşmənin daimi (gənc,
qoca,dost ) və müvəqqəti olduğunu (qırmızılar, ağlar, bizimkilər və s.) da diqqətə çatdırır. R. Abdullayev də eyni fikirlə
razılaşır və substantivləşməni tam və natamam olmaqla iki yerə bölür. Tam substantivləşmədə ismin bütün əlamətləri
təqdim edilən nitq hissəsinə keçir: tox adam; ac uşaq və s. birləşmələrdə olduğu kimi.
Natamam substantivləşmədə isə idarə əlaqəsinin əlamətləri özünü göstərir: “sarıya çalan yarpaq” tipli birləşmələri
müəllif nümunə göstərir.
F. Zeynalov substantivləşmə zamanı sözlərin tamamən ismə keçmədiyini göstərərək yazır: “...substantivləşmə prosesi
qəti şəkildə birnitq hissəsini digər nitq hissəsinə çevirmir. Burada zahiri bir dəyişiklik baş verir. Əslində isə substantivləşən
nitq hissəsi öz əvvəlki daxili məzmununu saxlayır, müəyyən bir cümlə daxilində müvəqqəti dəyişikliyə uğrayır”. C. Cəfərov
F. Zeynalovun fikirlərini əsas gətirərək, keçid prosesinin tam və müvəqqəti olması fikrini qəbul etmir, bu prosesin özünün
tamamilə müvəqqəti, kontekstual xarakter daşıdığını söyləyir. Eyni fikirlə biz də razılaşırıq ki, əgər söhbət semantik sferada
dəyişmədən söhbət gedirsə, bu, yalnız mətn daxilində mümkündür, kontekstdən asılıdır. Kontekstdən kənarda həmin sözlər
yenə öz əvvəlki qrammatik xsusiyyətlərini saxlayır.
Dilçilik ədəbiyyatında, müxtəlif tədqiqat işlərində bəzən substantivləşməni semantik üsulla yaranan düzəltmə leksik
vahidlər hesab edirlər.. S. Abdullayeva isə bu prosesi başqa nitq hissələrinin isim xüsusiyyəti qazanması kimi xarakterizə
edirSubstantivləşməyə daha çox meylli olan nitq hissələri sifət, say, (əvəzlik?) və feldir (feli sifətlər). Məhz bu cəhətləri
nəzərə alsaq, o zaman substantivləşmə- nin aşağıdakı istiqamətləri müəyyənləşir:
Sifətin
Zərfin
Sayın
Felin
Əvəzliyin
Substantivləşmə
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
200
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
MƏTN VƏ OXUCU: RETROSPEKTİV (GERIYƏDÖNÜK) DÜŞÜNCƏNİN OXUMA
PROSESİNDƏ FUNKSİONALLIĞI
Maral YAQUBOVA
AMEA, Ədəbiyyat İnstitutu
yaqubova.maral@mail.ru
Mətnlərarası münasibətlərdə fəal oxucu amili əsasdır, çünki, bu zaman oxucu nəinki oxuduğu mətndə intermətn
münasibətlərin olduğunu dərk edəndir, hətta onun identifikasiya və şərh etmə hüququna malikdir. Rolan Barta görə, mətn
fərqli mədəniyyətlərdən gələn, biri digəriylə dialoji, parodik, mübahisəvi münasibətlərə girən çeşidli yazı növlərindən
qurulur, ancaq bu çoxluq müəyyən nöqtədə fokuslanır ki, bu nöqtə artıq müəllif deyil, oxucudur. Oxucu o məkandır ki,
burada yazını təşkil edən hər şey vahid sitata qədər həkk olunur; mətn vahidliyini törənişindən deyil, yönəldiyində qazanır,
amma bu yönlənmə şəxsi ünvanı nəzərdə tutmur; oxucu – tarixi, bioqrafiyası, psixologiyası olmayan bir kəsdir, o yalnız
yazılı mətnin təşkil olunduğu ştrixləri bir araya gətirib birləşdirən şəxsdir.
Mətnlərarası münasibtələr özünü mətndə aşkar (eksplisit) və (impilisit) şəkildə göstərə bilər. Eksplisit formalar mətndə
açıq şəkildə, tipoqrafik işarələr (kursiv, dırnaq işarəsi, yəni sitatın gözə görünən şəkli) və semantik göstəricilərlə üzə çıxır,
göndərmə edilən tanış mətn və ya müəllif adları, məlum obraz və surətlərin təkrarlanması və s. açıq şəkildə mətnin başqa
mətnə göndərmədə olduğunu müəyyənləşdirir. Kamal Abdullanın “Yarımçıq Əyazma” romanında “Dədə Qorqud”
personajlarınınn adları, Anarın “Ağ Qoç və Qara Qoç” əsərində nağıl qəhrəmanları və s. buna nümunədir. İntermətnin üzə
çıxmasının implisit formasında isə, göstəricilər qeyri-müəyyən və müxtəlifdir. Bu özünü mətndə, müxtəliftərkiblilik,
leksik-semantik və sintaktik bütövlüyün - eynicinsliliyin pozulması, nəsrdə nəzm nümunələrinin yer alması, janrların
qarışımı və s. şəklində təzahürünü tapa bilər. İmpilisit göstəricilər oxucudan xüsusi erudisiya tələb edir. Oxuduğu mətndə
intermətni sezgisini duyan oxucu həmin intermətni yaradan başqa mətnləri yaddaşında axtarır. Oxucunun yaddaşı
intermətnin müəyyənləşməsi üçün əsas vasitəyə çevrilir. İntermətni müəyyənləşdirən və onu deşifrə etməyə çalışan oxucu
öz fərdi yaddaşı ilə məxsus olduğu toplumun yaddaşı arasında zəncirvari bir əlaqə yaradır, belə ki, toplumun yaddaşı
özündə milli, dil və ədəbi ənənənin canlılığını, tarixi-mədəni, ictimai-siyasi inkişafın fasiləsizliyini nümayiş etdirir. Yaddaş
verbal strukturdur, diaxron özüldür. Mətn oxuma prosesində, intermətnin deşifrəsi üçün vasitənin seçilməsi, əlaqələri
tənzimləyən digər mətnlərin mənbəyinin müəyyənləşməsi – obyektin tapılması yaddaşda dərininə hərəkətlərlə müşaiyət
olunur. Nümunə üçün, Anarın “Ağ Qoç və Qara qoç” romanında ən ilkin intermətnin mövcudluq işarəsi adın– bildiyimiz bir
nağıldan gələn motivə əsaslanmasındadır. Təbii olaraq, mətnin oxunuşuna qədər oxucu beynində, ona məlum olan mətnin
(nağıl mətninin) qeyd edilən motivə dayanan ümumi təsəvvürü dərhal formalaşır və bu təəssürat mətnlə, onun oxunuşuna
təsir edəcək bir şəkildə proqnoz yönlü əlaqələndirici reaksiyaya girir. Mətnlə indiki anı bölüşən introspektiv şüurda ani
dayanma və geriyə dönmə baş verir, yaddaşdan gələn informasiya indiki ana ötürülən kimi, dayanma aradan qalxır və
hərəkət (oxuma) qaldığı yerdən davam edir. Amma bu proses bir dəfə baş vermir, mətnin bütün oxunuşu prosesində -
personajların adları, yer adları, məkan adları, kimi eksplisit göndərmələr və mətndə hiss olunan implisit cəhətlər (romanla
C.Məmmədquluzadənin “Anamım kitabı” əsəri arasındakı motiv yaxınlaşması ilə əlaqədar XX əsrin əvvəllərində baş veən
hadisələrə göndərmələr və s.) sayəsində yaddaş və hal-hazırkı an arasında get-gəlmələrdə retropekstiv düşünmə tərzi vasitəsilə
gerçəkləşir. (əvvəlki mətnlərlə yanaşı, bu göndərmələr eyni zamanda mətndən kənar gerçəklikdə, oxucunun milli və etnik tarixi
kontekstindəki, istək və proqnozlara ünvanlandığı üçün prospektiv düşüncələr də mövcuddur.). Elçin Hüseynbəylinin “Metro
vadisi” (2006) romanında belə bir hissə var: “... Axırda Arazın qırağından qırmızı gəmi tapdım. Rəngi solmuşdu. Araz onu
haralardansa gətirib sahilə atmışdı. Gəminin altı yox idi, qopmuşdu, mən ona konserv qutusundan altlıq düzəltdim və Araza
buraxdım. O dərhal batdı.... Dəqiq bilirdim ki, o gəmini də mənim kimi bir oğlan nə zamansa tapacaq, bəlkə də ömründə heç
oyuncaq görməyən və Arazın qırağında quzu otaran uşaq... sonra Çingiz Aytmatovun “Ağ gəmi”sini oxudum, mənə elə gəldi
ki, o əsərdəki həmin balaca uşaq mənəm...” Müəllif burada altından xətt çəkdiyimiz cümləni yazmasaydı gəmi və uşaq impilisit
göndərici statusuna malikdir, yazıçının və əsərinin adını açıq şəkildə bildirdiyinə görə, bu eksplisit işarələrdir.
Ümumiyyətlə oxucunun oxuma prosesində retrospektiv düşünməsini təmin edən xüsusiyyət yalnızca, mətn çoxluğu ilə
əlaqədar deyil. Konkret bir əsərin (roman, hekayə və s.) oxunuşu zamanı da, mətnin əvvəlinə və sonuna bağlı olaraq, oxuma
prosesinin müəyyən anında daha əvvəlki ana münasibət kimi də üzə çıxa bilər. Bu tip münasibət retropeksiyanın mətnin
linqvistik təhlillərindəki şərhi ilə üst-üstə düşür. Linqvistik təhlillərdə adətən, mətnin qrammatik kateqoriyaları kimi şərh
olunan retrospeksiya və prospeksiya müəllif-mətn-oxucu kontekstindən kənarda mövcud olmur. Retrospektiv kateqoriya
oxucuya mətndə təsvir edilən hadisələri bir daha nəzərdən keçirməyə, onları daha dəqiq dərk etməyə əlavə imkan verir.
Mətnlərin çoxunda retrospeksiya impilisit çəkildə təzahür edərək, insan (oxucu) yaddaşının əvvəlki məlumatı (verilən
xəbəri) hafizədə qorumaq və sonuncu təhkiyə kəsiyində cərəyan edənlərlə, xəbər verilməkdə olanlarla əlaqələndirmək
qabiliyyəti kimi çıxış edir. Retrospeksiya təhkiyə ardıcıllığının yaradıcı fərdi qavrama hadisəsinin nəticəsi kimi (subyektiv)
və ya müəllifin mətnin əvvəlki hadisələrinə diqqətininin yönəldilməsi, onları xatırlamasının nəticəsi (obyektiv) kimi qəbul
edilə bilər.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
201
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
FARSLARIN İSTİFADƏ ETDİYİ MİXİ ƏLİFBA ŞUMERLƏRİN
ƏLİFBASINDAN NƏ İLƏ FƏRQLƏNİR?
Nərmin İSMAYILOVA
Qafqaz Universiteti
nermin_tofiq@mail.ru
E.ə təxminən ıv minilliyin sonlarında meydana gələn mixi yazı paz şəkilli (bir şeyi parçalamaq üçün ucu nazik,
getdikcə yoğunlaşan taxta və ya dəmir parçası) xətlərin müxtəlif kombinasiyalarından formalaşmış qədim yazı növlərindən
biridir. Mixi yazı əvvəlcə paza bənzər olmamış, işarələr xalis şəkli və müxtəlif əşyalar formasında olmuşlar. Həmin yazı
üçün istifadə olunmuş gil lövhələr yazılandan sonra qurudulur, bəzən də bişirilirdi. Yumşaq gil lövhə üzərinə nazik çubuqla
həkk olunan şəkillər yazı prosesində mıxşəkilli təsvirlərə, ayrı – ayrı işarələrə çevrilmişdir. Qədim mixi işrələrini yaradan
şumerlilərin ilk yazısı piktoqrafik xarakterli olmuş və VI minilliyə qədər bu yazı növündən istifadə etmişlər. Sonradan
assuriyalılar və urartulular mixi yazını sadələşdirərək onu müəyyən sistemə salmış və yazını şaquli istiqamətə keçirmişlər.
Mixi əlifbanın farsların tərəfindən qəbul olunması və Əhəməni hökmdarlarının bu yolda atdığı addımlar mixi yazının
yenidən yüksəliş yoluna qədəm qoymasına səbəb oldu. Qədim fars yazısı I Daradan III Artakseriksə qədər Əhəmənilərin
yazılarında tətbiq edilmişdir. Fars mixi yazısı hibrid səciyyəlidir, onda loqoqrafik, sillabik və əlifba yazı sisteminin ünsürləri
öz əksini tapmışdır. Bu əlifbada 36 hərf, 8 ideoqram (رﺎﮕﻧ ﻪﺸﻳﺪﻧا), 2 sözayırıcı işarə vardır. İdeoqramlar aşağıdakılardır:
XŠ = ﻩﺎﺷ- xsayasiya
DH = ﻦﻴﻣزﺮﺳ - dahyauş
BG = اﺪﺧ ، ﻎﺑ - baga
AM, AMha = ادﺰﻣارﻮها – ahuraməzda
BU = ﻦﻴﻣز ، مﻮﺑ - bumiş
Uzun saitlər: ā, ū, ī
Qısa saitlər: a, i, u
Diftonqlar : qısa – ai, au
Uzun – āi, āu
Bəzi samitlər qısa saitlərin hamısı ilə işlənir: də, di, du, mi, mu, mə. Bəziləri isə iki və ya biri ilə işlənir: gə, gu, kə, ku,
rə, ru.
Fars dilindəki 22 samitdən 13 – ü bir işarə, 7 samitin hər biri iki işarə, iki samitin isə hər biri üç işarə ilə təqdim olunur.
Elə bu səbəbdən alimlər bu xətti “ xətt – e hecayi” adlandırırlar. Qədim fars əlifbasını (mixi) şumer əlifbasından
fərqləndirən əsas xüsusiyyətlər:
1) 2 mıxdan (nişanə) az və 5 mıxdan çox ( istisna olaraq Əhurəmazda və zəmin sözləri ) söz əlifbada təsadüf olunmur
2) 4 üfüqi mıxdan çox söz yoxdur ( Əhurəmazda istisna olaraq )
3) 3 şaquli mıxdan çox söz yoxdur
4) “Vey” sözündən başqa heç bir sözdə 2 mıx şaquli istiqamətdə bir- birini kəsmir .
Tələffüz məxrəcinə, yəni əmələ gəlmə yerinə görə samitlərin bölgüsü belədir:
ﯽﺒﻟ = p, b, f, m
ﯽﻣﺎﮑﻣﺮﻧ = k, g, x
ﻧاﺪﻧد
ﯽ
= t, d, n, θ
ﯼﺮﻴﻔﺻ = s, ç, z, š
ﯽﻣﺎﮐ = c, j
ﯼﺮﮕﻳد و = h, v, y, l, r
Qədim fars dilində olan samitlər mixi əlifbanın qaydalarına uyğun olaraq assimilyasiya, dissimilyasiya kimi fonetik
hadisələrə məruz qalmışdır. Dilə və mixi əlifbasına müəyyən yeniliklər gətirməsinə baxmayaraq qədim fars əlifbası (mixi)
Əhəmənilər sülaləsinin süqutundan sonra öz tənəzzül dövrünü yaşadı.
|