Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə53/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   49   50   51   52   53   54   55   56   ...   144

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

236 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

onun təfəkküründə silinməz iz buraxmışdı. Sonralar on bir yaşında da Şimali Qafqazda yay tətilini keçirdiyindən sonralar 

sürgün zamanı o, qafqazlılar arasında özünü o qədər də yad hiss etməmişdi.  Əbəs yerə o, “Qafqaz” şeirində bu yerlərin 

əzəməti haqqında: “Чтоб вечно их помнить, там надо быть раз (Onları əbədi xatırlamaq üçün bir dəfə orada olmaq)”, − 

demir.  

 “Qafqazsayağı”  şeirində  də Anna Axmatovanın Qafqazın gözəlliyinə heyran olduğu, buradakı çinar ağaclarını göl 

qırağında görüb təsirləndiyi açıq-aşkar sezilir. Bilərəkdən, ya bilməyərəkdən Lermontovu xatırlayan  şair yəqin ki, ölməz 

şairin məşhur “Yarpaq” şeirini də yada salır və  əsərinə  “У  озера,  в  густой  тени  чинары” (Gölün yanında, sıx çinarlar 

kölgəsində) misrasını daxil edir. 

Təsadüfi deyil ki, məşhur Ukrayna yazıçısı Pavlo Zaqrebelnıy “Roksolana” romanında Zaqafqaziyanın  ən məşhur 

şəhərlərindən biri olan Gəncəni təsvir edərkən onun məscid, minarə, bazar, sənətkarları haqqında danışır və məhz “dünyada 

bənzəri olmayan çinarlar”ını vəsf edir. 

 

 

1930-CU İLLƏR AZƏRBAYCAN ƏDƏBİ TƏNQİDİNDƏ MƏHƏMMƏD FÜZULİNİN YERİ 



 

Aysel QULİYEVA 

Azərbaycan Müəllimlər İnstitutu 



a_guliyeva@hotmail.com 

 

Azərbaycan şeiri orta əsrlər dövründə özünün ən uca zirvəsinə Məhəmməd Füzuli yaradıcılığı ilə yüksəlmişdir. İrfani 



və fəlsəfi həqiqətlərə mərifətinin olması, dini və etiqadi elmlərə sahib olması Füzuli yaradıcılığını mükəmməl və ölümsüz 

etmişdir. Bu ülvilik onun həm nəzm, həm də nəsr əsərlərində aydın görünür. Onun “Mətlə ul itiqad fi mərifəti Məbdəi vəl 

Məad” adlı nəsr əsəri tələbələrin yox, alimlərin bəhrələnəcəyi bir elm əsəridir. Divanları və digər nəzm əsərləri isə irfanın 

və  təsəvvüffün bütün incəlikləri ilə  şərhinə yetəcək genişlikdədir. Nəzm və  nəsrin qarışığı olaraq yazdığı “Hədiqət us 

Süəda” əsəri isə bu özəlliklərdən əlavə tarixi bir əsərdir və təbir ilə desək, Füzuli yaradıcılığının “şah beyt”idir. Füzulinin 

yaratdığı əsərlər istər irfani və fəlsəfi sirlərlə, istərsə də bədii ifadə vasitələri zənginliyi ilə əsrlərdir ki, mərifət və söz əhlinin 

ruhunu, könlünü oxşamaqdadır. 

1930-cu illərdə  fəaliyyət göstərmiş  ədəbi tənqidimizin görkəmli simalarından olan  Ə.Nazimin, M.K.Ələkbərlinin, 

B.Çobanzadənin, M.Quliyevin, M.B.Məmmədzadənin məqalə  və  əsərlərində  də M.Füzuli yaradıcılığının bir çox aktual 

məsələlərinə  nəzər yetirilmişdi. M.K.Ələkbərli dahi Füzulinin əsərlərini “türk şeirinin örnəyi”,  Ə.Nazim  isə “türk 

ədəbiyyatının böyük klassiki”, “bütün dəhası və ustadlığı ilə əsrinin fikri xüsusiyyətlərini əks etdirən” bir qüdrətli şair hesab 

edirdi.  

Dövrün görkəmli tənqidçisi M.Quliyev 1930-cu ildə çap etdirdiyi “Oktyabr və türk ədəbiyyatı” adlı kitabını M.Füzuli 

ilə başlayır. Tənqidçi hər  şeiri misilsiz fikir daşıyan  şairin hər bir obrazında geniş  həyati bilik, psixologiya, təbiət 

hadisələrinin dərin təhlilinin bədii  əksini tapdığını göstərirdi. M.Quliyev göstərirdi ki,  M.Füzuli poeziyasının sehri onun 

dərin xəlqiliyindədir və “bütün mədəni Şərqdə məşhur olan” bir şair kimi M.Füzuli poeziyası onu ana dilində oxuyan hər bir 

kəs üçün doğmadır.  

Tənqidçi B.Çobanzadə, M.K.Ələkbərli şairin türk dilində yazmağa üstünlük verməsi məsələsi ilə bağlı maraqlı fikirlər 

söyləmişlər. B.Çobanzadə Füzulinin şeirlərinin çoxunu türkcə yazmasının təsadüfi olmadığını vurğulayırdı. Çünki şair 

farsca daha gözəl yazıldığının və “farsca daha ziyadə ədəbi modada bulunduğunun fərqində” idi. Tənqidçi fəxrlə bildirirdi 

ki, M.Füzuli də  “Aşıq Paşa, Əlişir Nəvai, Yunus İmrə ...kibi digər bir çox qüvvətli türk şairləri kibi türkcə kibi işlənməmiş 

bir dil ilə gözəl  şeir yazmaq mümkün olduğunu iləri sürmüşdür”. M.K.Ələkbərli isə bu baxımdan “Azərbaycan 

ədəbiyyatının mayeyi-iftixarı” hesab etdiyi şairin vaxtilə  “ərəb və fars sözləri ilə zibillənmiş  olan  türk  bədii dilinin 

inkişafında” çox böyük bir rol oynadığını qeyd edirdi. Bu mənada ana dilli ədəbiyyatımızın, dilimizin inkişafında Füzuli 

sənətinin xidməti misilsiz dəyərə malikdir.    

M.Quliyev M.Füzuli yaradıcılığına forma nöqteyi-nəzərindən yanaşanda isə əruz, heca vəzni haqqında nihilist mövqe 

nümayiş etdirirdi. Bu məqamda tənqidçi Füzuli şeirlərindəki yüksək bədiiliyi, sənətkarlıq qüdrətinin layiqli dəyərini ifadə 

edə bilmirdi. Marksist tənqid bədii formanı yüksəltməyi formalizm kimi qəbul edirdi.  Tənqidçi “yeni ədəbiyyat, yeni 

mündəricə ilə köhnə şəkil, köhnə qəlib kifayət deyildir”, -  deyərək əruz və hecanın yararsız olduğunu yazırdı. Qeyd etmək 

lazımdır ki, bu hal bu dövrdə zamanın təsir və tələbindən irəli gələrək bir çox tənqidçilərin fikirlərində özünü göstərirdi.  

Tənqidçi Ə.Nazim isə dahi romantik olan Füzuliyə realizm tərəfdarı nöqteyi-nəzərindən yanaşırdı. Məlumdur ki, 1930-

cu illərdə romantizmə münasibət birmənalı olmamışdı. Bu baxımdan  Ə.Nazimin də Füzuli yaradıcılığına yanaşmasında 

müəyyən ziddiyyət özünü göstərirdi. Tənqidçinin fikrincə, “Füzulinin tərənnüm etdiyi hisslər, əməllər eşq və onun min bir 

variantı real bir eşq və hisslər deyil, mücərrəd, mütləq, müncəmid, “əzəli” və  “əbədi” bir eşqdən başqa bir şey deyildir; 

yalnız bəzi acı istehza, satira və kinayəli  əsərlərində bir sıra real cizgilər verən Füzuli öz stili etibarilə yenə  də  Şərq 

klassisizminin ədəbi səliqəsindən, qaşılı köşklərindən xaricə çıxmamışdı”. 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

237 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Tənqidçi M.K.Ələkbərli “Azərbaycan  ədəbiyyatı” kitabında  şairin “Padşahi-mülk” qitəsini xüsusi qiymətləndirirək 

şairin burada “fütuhat hərəkətini və feodalların tendensiyalarını” ifşa etdiyini, nüfuzlu bir baxışla gələcək sarsıntıları 

gördüyünü yazırdı. Vaxtilə böyük alim B.Çobanzadə də “Füzuli və onun yeri” adlı məqaləsində bu qitənin, eləcə də şairin 

yaradıcılığından bəzi nümunələrin mükəmməl şərhini vermişdi.  

M.K.Ələkbərli şairin əsas yaradıcılıq, şeir forması olan qəzəllərinin usta bir sənətkarlıqla yazıldığını, bu gün də geniş 

xalq kütləsi tərəfindən sevilə-sevilə oxunduğunu bildirirdi. Tənqidçi şairin dünya şöhrətli poeması olan “Leyli və Məcnun”a 

xüsusi önəm verərək yazırdı ki, “Leyli və  Məcnun” adlı dahiyanə  əsərində Füzuli qadın və erkəklərin bərabər hüquqda 

olmasını  təbliğ edir və zamanının bütün mürtəce  ənənələrini ifşa edir. Böyük bir sənətkarlıqla verilmiş Leyli və  Məcnun 

obrazları dünya ədəbiyyatı tarixində uzun müddətlər yaşayacaqdır”. 

Mühacirət  ədəbiyyatşünaslığımızın görkəmli nümayəndəsi M.B.Məmmədzadə “bir türk milliyyətçisi” adlandırdığı 

böyük Füzulinin “tikandan gül çıxarmaq” surətilə türk şeir və  ədəbiyyatında açdığı “novbahar”ın saçdığı rayihələrin 

Azərbaycanda bütün lətafətilə hər zaman duyulmaqda olduğunu bildirirdi.  

Mövlana Məhəmməd Füzulinin yaradıcılığı haqqında bunu demək kifayət edər ki, onun bir qəzəli bütün külliyyatıni 

ehtiva edəcək qədər geniş, lakin bütün külliyyatı bir qəzəlinin  şərhinə yetərsizdir. Belə bir bədii irslə bağlı 1930-cu illər 

ədəbi tənqidimizin görkəmli nümayəndələrinin fikirlərinin, şərhlərinin araşdırılması bu gün üçün də gərəkli, aktualdır. 

 

 

 



ABDULLA BƏY ASİNİN YARADICILIĞINDA HƏCV 

 

Aytən HACIYEVA 

Azərbaycan Dillər Universiteti 



ayten@gmail.com 

 

XIX əsr Azərbaycan ədəbiyyatı tarixində poeziyanın ictimai mübarizə silahına çevrilməsində, satirik şeir cərəyanının 

zənginləşməsində Qarabağ  ədəbi mühiti nümayəndələrinin yaradıcılığında müəyyən xidmətləri olan həcv nümunələri də 

mühüm yer alır. Onların poetik örnəklərində subyektiv məzmunlu həcvlərlə yanaşı, ictimai-siyasi məzmunlu satirik şeir 

nümunələri də üstünlük təşkil edir. Buna örnək olaraq Nəvvabın S.Ə.Şirvaniyə ünvanladığı və yaradıcılığının maraqlı, eyni 

zamanda ziddiyətli məqamlarından biri kimi meydana çıxan həcv nümunəsini göstərmək olar.  S.Ə.Şirvani aşura günü yaşlı-

cavan-hər kəsin başını çapıb özünü al-qana qəltan etməsini qətiyyətlə pisləyərək bunu cəhalət və nadanlıq nişanəsi kimi 

dəyərləndirirsə, Nəvvab təziyadarlığa tam mühafizəkar mövqedən yanaşır. S.Ə.Şirvani öz şeirlərində-istər Hadi Sultanova, 

istərsə  də  Həsən Qara Hadiyə ünvanladığı  həcvlərində bu adəti kəskin tənqid edir ki,  şairin bu münasibəti Nəvvabın 

qəzəbinə düçar olur və o öz şirvanli həmkarını həcv etməkdən çəkinmir. Maraqlıdır ki, S.Ə.Şirvani bu məsələ ilə bağlı heç 

bir şeirində Nəvvabın adını anmadığı halda, sonuncu onun Hadiyə ünvanlanan həcvinə cavab yazmaq qərarına gəlmişdir ki, 

bu da ədibin maarifçi şəxsiyyətinin ziddiyyətindən xəbər verir. 

“Məclisi-Fəramuşan”ın fəal üzvlərindən olan Baxış bəy Sabur da şeirin qarşısına ciddi tələblər qoyan bir sənətkar kimi 

dəyərsiz  əsərlər qələmə alan, sxolastik poeziyanın təsirindən yaxa qurtara bilməyən Dizaq mahalının  şairlərini tənqid 

edərkən həcv janrına üstünlük vermişdir. O, “elmdən xəbərsiz”, “qəribə geyimli”,  “əxlaq işlərindən qafil” olan Tahir,  

Soltan,  Məmməd,  Naib,  Rza,  Bülbül kimi sənətkarları “təbii şairlərin tullantısından yoğrulan” , “ bilik atı ləng olan” , 

“şeirin sirlərinə vaqif olmayan” hərzəkarlar kimi qiymətləndirir. Sənətdən yaşadığı müasir cəmiyyəti əks etdirməyi, həyatda 

gördüyü nöqsanları tənqid etməyi tələb edən şair bu cür sənətkarlara “şeirə rövnəq yerinə rəxnə salmaları”, “şeir mülkünü 

viran etmələri” səbəbindən özlərinə başqa bir peşə tapmağı məsləhət görür.  

Ümumiyyətlə, XIX əsrdə Azərbaycanda feodal pərakəndəliyinin hökm sürməsinə baxmayaraq ,  müxtəlif  bölgələrdə 

fəaliyyət göstərən ədəbi məclislər həmin dövrün obyektiv şərtləri daxilində kifayət qədər sabit əlaqələr saxlamağa müvəffəq 

olmuşlar. Konkret olaraq, Qarabağ ədəbi məclisləri ilə bağlı qeyd edə bilərik ki, bu bölgənin sənətkarları Qarabağ vilayəti 

ilə kifayətlənməyərək Azərbaycanın digər bölgələri, o cümlədən  Şirvan  şairləri ilə yaradıcılıq  əməkdaşlığı etmiş, onlar 

dünyada və bölgələrdə baş verən sosial-siyasi hadisələrə münasibət bildirməklə yanaşı,  bir-birlərinə qarşı giley-güzarlarını 

da izhar etmiş,  hətta yeri gəldikcə bir-birini həcv etməkdən belə  çəkinməmişlər. S.Ə.Şirvaninin Q.Zakirin qız  nəvəsi 

Abdulla bəy Asiyə  ünvanladığı    həcv də bu qəbildəndir. Sözügedən poetik nümunə Asinin Natəvanı  həcv etməsi 

münasibətilə  qələmə  alınmışdır.  

XIX  əsr Qarabağ  sənətkarlarının yuxarıda haqqında bəhs etdiyimiz  subyektiv münasibətlərdən doğan  şəxsi zəminli 

əsərlərinin böyük əksəriyyəti uzun müddətdən bəri bir - birilə yaradıcılıq  əlaqələri saxlayan sənətkarlar arasında nifaq 

toxumu səpməkdən savayı heç bir əhəmiyyətə malik olmayan nümunələrdir. Çox ehtimal ki, sözügedən örnəklərin böyük 

əksəriyyətinin günümüzədək işıq üzü görməməsinin başlıca səbəbi də məhz bununla bağlı olmuşdur.  

 

 



 

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

238 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

MÜASİR ZƏNCAN ƏDƏBİ MÜHİTİNDƏ ŞEİRİN CƏRƏYANLARI 

 

Böyükağa MOLLAYİ

 

Bakı Dövlət Universiteti 



b.mollayi@gmail.com

 

 

Məşrutə inqilabı  İran mədəniyyətinə,  ədəbiyyatına, eləcə  də sosial-siyasi vəziyyətinə   geniş  təsir etmişdı. Həmin 



dönəmin şeiri ənənəvi tərzdən yeni şeirə bir keçid olmuşdu. İran ədəbiyyatı Qərb ədəbi mühitinin novator üslubundan ilham 

alaraq dünyada baş verən yenilikləri özündə ehtiva etmişdir. Azərbaycan ədəbiyyatının ayrılmaz bir qolu olan Zəncan şeiri 

də, Məşrutə inqilabından bəri  İranın yeni şeir cərəyanlarından təsirlənərək müxtəlif yollara bölünmüşdür. Biz bu ədəbi 

axınları yığcam şəkildə aşağıdakı kimi təqdim edə bilərik: 



1-Klassik üslubda yaranan şeirlər: 

Zəncan  ədəbi mühitində  ənənəvi  şeirin ilk örnəklərinə  Xəlil  Şirvanının “Nüzhətul-məcalis” adlı  təzkirəsində 

rastlaşırıq. Bu kitabda IX və XI əsrlərdə yaşayan  ədəbi simalardan Sədr, Tac və Utanc Zəncanidən bir sıra  şeirlər gəlib 

günümüzə çatmişdır. Bu ədəbi mühitdə əsrlər boyu çoxlu şairlər klassik üslubda dəyərli əsərlər yazıb-yaradıblar. Çağımıza 

qədər gəlib çatan bu şeir cərəyanı hələ də işlək olaraq  müasir şairlər tərəfindən yaranmaqdadır. Müasir dövrdə Zəncanda 

klassik üslubda yazan  şair çox olsa da, onların ən önəmli nümayəndələri Məhəmməd Hidəci, Xaksari Əbhəri, Əmir Xosröv 

Darai və Hüseyn Münzəvidir. Lakin, indi ənənəvi üslubda olan əsərlərin çoxu zamana uyuşmadan, oxucu tərəfindən qəbul 

edilmir və qəliz, quru, və yeknəsəq olduğundan ədəbi pasport ala bilmir. Şair zamanın həqiqi həkimi kimi, yeni xəstəliklərə 

yeni resept yazmalıdır. Şair yeni məzmun yaratmasa, yeni şövq paylamasa, adı ürəklərdə və əsəri tarix səhifələrində qala 

bilməz.  



2- “Şəhriyar məktəbi”nin təsiri: 

1952-ci il  Novruz bayramı  ərəfəsində M. H. Şəhriyar (1905-1988) öz xalqına  " Heydərbabaya salam” adlı bir 

əbədiyaşar  bayramlıq vermişdi. Həcmcə kiçik, məzmunca  çox böyük olan bu poema tezliklə dillər  əzbəri olmuş, 

ümumxalq rəğbəti qazanmış, türkdilli ölkələrdə geniş yayılmış, qısa müddətdə çox dillərə  tərcümə olunmuş, az zamanda 

ona mahnılar bəstələnmiş  və müxtəlif nəzirələr yazılmışdir.  Şəhriyarın “Heydərbabaya salam” və “Səhəndiyyə”si 

Azərbaycan  ədəbiyyatı ocaqlarından olan Zəncan  ədəbi mühitində geniş  təsirlər yaratmış, milli hissi ortaya çıxarmış, 

qayıdış  hərəkatını gücləndirmiş, ölkənin  ədəbi tarixində dönüş nöqtəsi olmuşdu. Biz ən önəmli nəzirələrdən Prof. 

Qülamhüseyn Bəydili,  Əbdülvase  Şəhidi, Hüşəng Cəfəri, Hüseynəli  Şahab və  Məhəmməd Münzəvinin  əsərlərinin adını 

çəkə bilərik.  

3-Lirik şeir: 

Hər bir ədəbiyyat öz ətraf mühiti və o mühitdə yaşayan yaradıcılar ilə qarşılıqlı  təsirdədir. Güney bölgələr ilə  sıx 

əlaqədə olan Zəncan  ədəbi mühiti isə Müasir Cənub Azərbaycan  şairləri ilə rabitədədirlər. Zəncanın çağdaş lirikasında 

Ərdəbilli Səhər xanım, Təbrizli Kərim Məşrutəçi və Həbib Sahir (1903-1985) yaradan izləri çox şairlərin əsərlərində görə 

bilərik.  İndi bu sahədə  Pərviz Sudi və  Əli Kərimi kimi güclü qəzəlçilər duyğulu ifa və  dərin düşüncə daşıyan  qəzəllər 

yaradaraq lirik şeirdə yeni təcrübələr yaratmaqdadılar.  



4-Yeni şeir: 

İranda türk-fars ədəbiyyatının qovuşuq nöqtəsi olan Zəncan ədəbi mühiti iki mühitlə qarşılıqlı təsirə malikdir. Misal 

üçün biz iki dildə yaranan ədəbiyyatın təsirini bu bölgədə görürüksə, farsca yeni qəzəlin zirvəsində olan Zəncanlı Hüseyn 

Münzəvi və Həkim Hidəcinin izlərini ümumiyyətlə İran və özəlliklə güney poeziyasında şahid ola bilirik. Zəncan şairiləri, 

Tehranda daha çox fars üslubu olan nimayi və sərbəst şeirdən yaralansalarda, Təbrizdə yaranan Tağı Rüfət məktəbindən və 

Həbib Sahir şeirlərindən bəhrələnsələr də, XX əsrin sonunda yeni təcrübələr qazanmaqla, özlərinə məxsus izlər qoymaqla 

Güney  şairlərinin ilham mənbəyinə çevrilməkdədilər. Ölkədə  gənc  şairlərin ocağı olan sərbəst və nimayi şeir geniş 

yayılaraq Əlirza Bazərqan, Əlirza Sultani, Nəstərən Vüsuqi, Seyid Heydər Bayat və Nəsim Cəfəri kimi şairlərin yaradıcılığı 

ilə zirvələrə doğrulmaqdadır.  

5. Mərsiyə şeiri:  

Mərsiyə  şeiri folklorumuzda olan ağı janrı ilə eyni mahiyyət daşıyaraq  əsrlər boyu ədəbi tariximizdə yaranıb-

yaşanmışdır. Çağdaş Güney ədəbiyyatında olduğu kimi Zənacan  şairləri arasında da mərsiyə, növhə  və başqa müsibət 

şeirləri böyük şöhrət tapmışdır. Cənub mərsiyəsi Zəncan və Ərdəbil ağı ocaqlarından istilənərək bu iki bölgənin yollarını 

izləməkdədirlər. Vafid, Asim, Dilkeş, Səfai, Vəliulla Kəlami Zəncani və başqa ağıçılar var quvvələrini bu şeir üslubuna sərf 

etmiş, söz sənətinin bütün üsulları  və qaydalarında qıdlanmış, xalq arasında hissi təsir yaratmış  və onları dünyadan əl 

üzməyə, axirətə fikirləşməyə və mənəviyyata yönəltməyə çalışmışlar.    

6. Satirik şeir:  

XX əsrin əvvəllərində Azərbaycanin sosial-siyasi olayları ilə yanaşı, şeirdə də böyük dəyişikliklər əmələ gəlmişdi. Bu 

dəyişkliklərin təsiri altında bir sıra  şairlər  ənənəvi mövzulardan aktual ictimai və  mədəni mövzulara keçib xalqın zəruri 

məsələlərilə yaşamağa başladılar. Quzeydə Q.  Zakir, C. Məhəmmquluzadə, və M. Ə. Sabir kimi satrik ədiblər və güneydə 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

239 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

də Möcüz Şəbüstəri və Marağalı Kərimi kimi yazıçılar  ən gərgin günlərdə oyanış carçısı olaraq həm xalqı azadlıq, bilik, 

ədalət və  mədəniyyətə çağıraraq, həm də    zülm,  cəhalət, gerilik və bütün mənəvi xəstəlik və eybəcərliyi tənqid ediblər. 

Müasir Zəncan ədəbiyyatındə satira məktəbinin davamçıları bu istiqamətdə bir sıra yeniliklər meydana gətirməklə, siyasi, 

ictimai və dini səhnələrdə satira mövqeyini daha gücləndirib və meydanını çox genişləndirmişlər.  Zəncanda bu yolun 

davamçısı    olan  Əhməd Sadiqi, Huşəng Cəfəri və Abbas Babayi kimi öncül tənqidi  əsərləri müxtəlif sosial siniflər 

tərəfindən ləyaqətlə alqışlanır. Qənaətimiz budur kı, Müasir Zəncan  ədəbi mühiti bir çox yeniliklərə qucaq açaraq 

günümüzdə bir çoxşaxəli ədəbiyyat ocağıdır. 

 

 

 



XƏLİL RZA ULUTÜRK  POEZİYASININ ÖZÜNƏMƏXSUS XÜSUSİYYƏTLƏRİ 

 

Brilyant Quliyeva 

Bakı Slavyan Universiteti 



brilyant.guliyeva@gmail.com 

 

Xəlil Rza Ulutürk Azərbaycan ədəbiyyatında türkçülük, vətənçilik, azərbaycançılıq, istiqlalçılıq məfkurəsinin davamçısı 

kimi çıxış etmişdir. O, milli ideallarla yanaşı  bəşəri düşüncələrini də    öz  poeziya  nümunələrində  filosof, şair qələmilə 

təqdim edirdi. Şair  müxtəlif zaman kəsiklərində qələmə aldığı  şeirlərində türkçülüyə bağlılığını, türklüyü ilə öyündüyünü 

açıq–aşkar büruzə vermişdir. Türkçülüyün əsas elementlərinin qorunub saxlanılması baxımından X.RUlutürkün əvəzsiz 

xidmətləri sırasında onun  şeirlərində qədim türk dastanlarına və dastan qəhrəmanlarına münasibətini izləyə bilərik.    

X.R.Ulutürk həm heca vəzninin qayda–qanunlarına, həm də  əruzun  əsas prinsiplərinə  dərindən bələd olmuş 

şairlərimizdəndir. Onun  poeziyası dahi Azərbaycan şairi N.Gəncəvi və digər klassik ədəbiyyatın nümayəndələrinə istinad 

etməklə ən yüksək zirvəyə çatmışdır. Yaradıcılığının ilk illərində şair məişət mövzularına üstünlük vermiş, “Övlad həsrəti”, 

“Ata əlləri”, “Doğma ev”  və s. şeirlərini qələmə almışdır.  

XX  əsrin 50-60-cı illərində X.R.Ulutürk bir ömür uğrunda mübarizə aparacağı azadlıq ideayalarını  şeirlərinin 

mövzusuna və mayasına hopdurmağa çalışmışdır. Bu dövr yaradıcılığının bir qismini təbiət şeirləri təşkil etmiş, rəngarəng 

duyğu və düşüncələrini ifadə etmişdir.  Qələmini xalqın mənəviyyatına  əl uzadanlara  istiqamətləndirən  şair didaktik və 

fəlsəfi mahiyyətli şeirləri ilə də hər bir oxucunun qəlbinə yol tapmışdır. Sənətkarın şeirlərindəki əyanilik, obrazlılıq, bədii 

sözün qüdrəti, sərrastlıq və  səlislik  onun həm folklorumuza, həm də klassik ədəbiyyatımıza mükəmməl bələd olmasının 

məhsuludur: 

                                                    Kişi mənliyindən başlanır vətən,  

                                                    Vətən susdurulmaz kişi ruhudur,  - 

deyən X.R.Ulutürk XX əsrin 70-80 ci illər yaradıcılığına “Vətən” şeiri ilə başlamış, bu mövzuda yazdığı “Yurdum sənin 

sağlığına”, “Təbrizim mənim”, “Torpaq”, “Mən–Azərbaycanam”, “Azərbaycan” kimi şeirləri ilə davam etdirmişdir. Milli 

şüur, milli istiqlal carçısı X.R.Ulutürk dünya xalqlarının azadlığı, istiqlalı  uğrunda  daima mübarizə apardığı üçün haqlı 

olaraq onu XX əsrin I yarısının ilk istiqlal şairi kimi qiymətləndirmişlər.  XX əsrin 80-ci illərinin sonlarında   şair özünün ən 

ünlü  əsərlərindən olan “Davam edir 37” şeirini yazaraq 37-ci il repressiyasının qurbanı olan ədiblərimizi xatırlayır.  İş 

başında savadsız vəzifəpərəstlərin olduğu müddətcə bu hadisələrin davam edəcəyini, xalqımızın əzab çəkəcəyini, bu biganə 

başçıların isə baş verənlərə göz yumacağına inandığını bildirir. X.R.Ulutürk  şeirlərinin məhz cinayətlərlə mübarizə etdiyini 

və özünün bir gün bu hadisələrin qurbanına çevriləcəyini təxmin edirdi. Elə buna görə də alovlu misralarına görə  şair həbs 

olunur və  bir ilə yaxın Moskvanın Lefortovo zindanında saxlanılmışdır. Zindanda olduğu müddətdə  də  şair qələmini 

qoymur, yenə yaşadığı, lakin yaşamaq istəmədiyi  anları şeirlərində əks etdirir. O, dahi  şəxsiyyətlərin canına qənim kəsilən, 

soyuq, qaranlıq zindanla vidalaşır, onu zindana həbs etməklə, ilhamının susacağına inananları məyus edir: 

                                                 Əlvida, ey cəhənnəm, bircə budur təsəllim: 

                                                 Sənə cismimi verdim, ilhamımı vermədim.  

Şair sərbəst vəzndə yazdığı şeirləri ilə özündən əvvəl bu vəzndə yazmış şairlərin ənənələrini davam etdirməklə yanaşı, 

yaradıcılığının  əsas qayəsi olan millilik elementlərini də  şeirlərinin məzmununa hopdurmuşdur.  Şeirlərində əruz vəzni ilə 

hecanı çarpazlaşdıraraq hər iki vəznə ardıcıl olaraq yer verən şair, “Hara gedir bu dünya” adlı şeirinin “İki qardaşın söhbəti” 

bölməsində hər üç vəznə müraciət etmişdir. Bu da onun  şeir dilini digər şairlərimizin əsərlərindən fərqləndirərək, onlara 

sillabik–tonik səslənmə xüsusiyyəti vermişdir.  

X.R.Ulutürkün ilk şeirləri “Bahar gəlir” (1967)  kitabında  isıq üzü görmüşdür. Şairin poetik manifesti “Azadlıq” şeiri 

isə ilk dəfə  “Ədəbiyyat və incəsənət” qəzetinin  24 dekabr  1960-cı  il buraxılışında “Afrikanın səsi” adı altında dərc 

olunmuşdur. Məhz bu xüsusiyyətlərinə görə həqiqətləri və ziddiyyətləri poeziyasına gətirdiyi üçün onu dramatik  taleli şair 

də adlandıranlar vardır. 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

240 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Ədibin 90-cı illər yaradıcılığını Qanlı 20 Yanvar hadisələrini özündə əks etdirən şeirlər və poemalar təşkil edir. Onun 

poeziyasında mübariz döyüşçü ruhu açıq-aydın hiss olunmaqdadır.  “Qanım bayrağımdadır” poemasında o, sovet 

imperiyasının xalqımıza qarşı törətdiyi soyqırımını ifşa etmişdir. Qarabağ hadisələrini təsvir edərkən  şair  təşbehlərin 

mükəmməl formalarından istifadə edərək : 

                                    Qarabağ-Ürəyimdir, Şuşa-gözüm qarası,  

                                    Gözlərimə tuşlanıb bu gün düşmən gülləsi, -  

deyərək o dövrün mənzərəsini yaratmağa müvəffəq olmuşdur. 

X.R.Ulutürkü daim yaşadığı zamanın  problemləri düşündürmüş, zamanla qələmini yüksək ustalıqla uyuşdurmağı 

bacarmış, müasirlik carçısı olmuşdur. Xalqı mübariz olmağa, vətənin hər qarış torpağını göz-bəbəyimiz kimi qorumağa, heç 

nədən qorxmamağa səsləyən şair özü də onların ön sırasında çıxış etdiyini sübut etməklə, onu birliyə, bütövlüyə səsləmişdir. 

“Döyüşlərdə gəncləşirəm” şeirindən gətirdiyimiz aşağıdakı beyt  də məhz bu  fikirlərimizi təsdiqləməkdədir. 

                            Bu qıvrılan zəncirləri biz qırmasaq, kim qıracaq?  

                            Hayqırmasam, hayqırmasaq, yermi, göymü hayqıracaq? 

 

 

 



Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin