II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
231
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
təsadüf etməməsi haqqında fikirləri vardır. O qeyd edir ki, may ayında daha çox yas mərasimləri keçirilərdi. Buna
misal olaraq bir şeirin məzmununda göstərilir ki, cavan qızlar və dul qadınlar bu mövsümdə ailə qurmaqdan
çəkinirdilər. Çünki may ayında evlənmək ” gənc yaşında ölümə yaxınlaşdırır. Ona görə də xalq arasında belə bir məsəl
var. “ Yalnız pis, zülümkar qadınla may ayında evlənə bilərsən “ kimi inanc xalq adətinə daxil olmuşdur. İngiltərədə bu
günə kimi belə bir inanc vardır ki, may ayında olan kəbin və yaxud qurulan ailə bədbəxtliklə nəticələnir.(2.66)
Azərbaycanda may ayında toy edilməməsi ənənəsi rusların və ermənilərin Azərbaycana gəlişindən sonra başlanıb. Səbəbkar
ruslar və ermənilərdir. Çünki ruslar, eləcə də ermənilər arasında da bu ayın uğursuzluğu ilə bağlı mif var. Mayya Yunan
mifologiyasında dağ nimfasıdır (dağ pərisidir), Atlant Pleymonanın yeddi qızından böyüyüdür. Arkad dağının mağarasında
Mayya Zevslə izdivaca girmiş, ondan Hermes adlı oğlu doğulmuşdur. Mayya adının mənası “Ana” və ya “Süd anası”dır. Bu
onun əmizdirmək və tərbiyə etmək funksiyasına işarədir. Belə ki, Mayya Zevsin Pəri Kallıstodan olan oğlu Arkadi tərbiyə
etmişdir. Mayya bacıları ilə birlikdə ulduzlara çevrilərək göydə eyni adlı bürcü yaratmışdır. Romalılar bu Pərini İtaliya
ilahəsi Mayya və ya Maesta ilə eyniləşdirirdilər. Bu İlahə məhsuldar torpağın himayədarı hesab edilirdi. Mayın birində
ona qurbanlar kəsilərdi. May ayı Roma təqvimində həmin İlahənin şərəfinə adlandırılmışdır. (3. 82)
Sosioloqların sözlərinə görə, may aralıq ay sayılır. Bu ay iki fəsil arasında keçid ay rolunu oynayır. Həm yayın, həm
də yazın xüsusiyyətlərini özündə birləşdirir. Bu iki fəslin gözəlliyini özündə birləşdirən may ayı haqqında bu fikirləri irəli
sürmək çox yanlış olardı. Ümumiyyətlə, bu tilsimi qırmaq lazımdır.
Dinşünas alim Elşad Miri mayda toy keçirilməməsinin dinlə heç bir əlaqəsinin olmadığını bildirdir: “Düzü, bu
qadağanın haradan qaynaqlandığı haqda dəqiq məlumatım yoxdur. Heç islam dinində də hansısa ayın ağır və ya yüngül
olması kimi bir anlayış mövcud deyil. Hətta islamda Ramazan və Məhərrəmlik ayında belə toy keçirilməsinə icazə vardır.
Sadəcə, indiki toylarda spirtli içkilərdən də istifadə edildiyinə görə, adlarını çəkdiyimiz müqəddəs aylarda toy keçirilmir. Bu
heç də dini qadağadan irəli gəlmir. Sadəcə, insanlar bununla özlərinə bəraət qazandırmış olurlar. Ramazan ayı müqəddəs
ibadət ayı olduğuna və toy da islam dinində ibadət mərasimi kimi dəyərləndirildiyinə görə, bu ayda toy keçirmək heç də
günah sayılmır. Dinimizdə nə Ramazan, nə Məhərrəmlik, nə də may ayında toy keçirmək olmaz kimi bir qadağa yoxdur”.
Zabrat cümə məscidinin axundu Hacı Bəxtiyar da mayda toy keçirilməməsinin dinlə heç bir əlaqəsinin olmadığını
bildirdi: “İslamda may ayında toy etmək olmaz kimi bir qadağa yoxdur. İmam Hüseynin şəhadət günü gəlib düşüb may
ayına. Məhərrəmlik ayı maya düşəndə camaat toy eləməyib. Bu da bir dəfə baş verib. Amma dini baxımdan may ayında
xeyir işin keçirilməməsi ilə bağlı heç bir qadağa yoxdur. Məhərrəm ayı başqa aylara da düşüb. May ayına da. Bir il may
ayında Məhərrəmlik olub”. İnsanlar da elə başa düşürlər ki, mayda ümumiyyətlə toy keçirmək olmaz.
Fikrini öyrəndiyimiz astroloq Firudin Qurbansoy may ayının heç bir dini, psixoloji, astroloji əsasının olmaması ilə
bağlı maarifləndirmə işləri aparılmasının vacibliyini bildirdi: “May ayının toy etməməyə heç bir dəxli yoxdur. Toyu hansı
ayda istəsən, keçirə bilərsən. Hansı ayda olur-olsun, Allahın sənə qismət etdiyi ağıllı və ya ağılsız övladlar dünyaya gələcək.
Xristianlıqdan gələn adət-ənənələrə riayət etmək xalqımız üçün düzgün deyil. Xoşbəxtlik, tale Tanrının yazısıdır, heç bir
aydan, gündən asılı deyil. Ümumiyyətlə, xoşbəxtliyi ayla və ya havanın isti-soyuqluğu ilə ölçmək düzgün deyil. Xoşbəxtlik
hər kəsin öz əlindədir. İşində, gücündə, əməlindədir. May ayında dünyaya gələn insanların hamısı ağıllı, müdrik olurlar”
Ümumiyyətlə, mayda toyların keçirilməməsi xəbərlərini yaymaq doğru deyil. Əvvəlki illərə nisbətən bu ayda toyların
keçirilməsi xeyli çoxalıb. Həm fəsil, həm də ay baxımından mayda toy etmək yaxşıdır. Mən elə ailələr tanıyıram ki, toyu
may ayında olub, hazırda həmin ailənin üç övladı var, xoşbəxt də yaşayırlar. May ruzi-bərəkət ayıdır. Təbiətin ən gözəl
ayıdır. Bu ayda insanlar yavaş-yavaş bağ tədarükü görürlər. Bağda dincəlmək üçün ən münasib aylardan biri də may ayıdır.
Astroloq Səbuhi Rəhimli may ayında toy olmamasını “erməni soyqırımı“ ilə əlaqələndirdi: “Ümumiyyətlə, “mayda toy
qadağandır“ deyilən bir adət yoxdur. Nə dində, nə də astrologiyada belə bir qanunauyğunluq mövcud olmamışdır. Bu ənənə
qondarma erməni soyqırımı ilə bağlı yaranıb. Halbuki bu miflə gerçəklik bir-birinin əksidir. Erməni faktoruna gəlincə
düşmənlərimiz bu ayda özlərinin qondarma soyqırım hadisələrinə 40 gun yas saxlayırlar ki, bu da aprelin 24-dən başlayaraq
bütünlüklə may ayını əhatə edir. Həmin bu yasın əsas hissəsi may ayına düşür. Həmin “ənənə“ özümüz də bilmədən bizim
xalqın adətində hələ də saxlanılır. Başqa heç bir səbəb yoxdur. Tibbi və ya elmi cəhətdən də may ayında toy olmaması üçün
heç bir səbəb göstərilmir. Bu cahillik əlamətidir“. Bu ənənə aradan götürülməli, təbliği ilə məşğul olunmalıdır.
Azərbaycanda may ayında toy edilməməsi ənənəsi rusların və ermənilərin Azərbaycana gəlişindən sonra başlanıb.
Səbəbkar ruslar və ermənilərdir. Çünki, ruslar eləcədə ermənilər arasında da bu ayın uğursuzluğu ilə bağlı mif var.
Bütün bu faktlara əsaslanaraq belə nəticəyə gəlirik ki, may toy etmək üçün çox əlverişli bir aydır.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
232
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
NAZİM HİKMƏT POEZİYASI VƏ 60-80-CI İLLƏR AZƏRBAYCAN ŞEİRİNDƏ YENİ
POETİK TEXNİKA – MODERNİST TƏMAYÜLLƏR
Aqil İSLAMLI
Sumqayıt Dövlət Universiteti
aqilislam@hotmail.com
Keçən əsrin 80-ci illər poeziyası haqqında ziddiyyətli fikir və mülahizələrin olmasına baxmayaraq bu poeziya özündən
əvvəlki və sonrakı onilliklərin poetik sistemindən müəyyən cəhətləri ilə fərqlənir və seçilir. Məsələ burasındadır ki, adı
keçən zaman çərəyində sovet dövrü olsa da türk şeirinə, xüsusi ilə Nazim Hikmət poeziyasına maraq ciddi formada idi və
bu böyük ustadın qoyub getdiyi poetik ənənələr daha çox məktəb, nümunə rolunu oynayırdı. 80-ci illərdə poeziyaya gələn
Əlisəmid Kür, Vaqif Bəhmənli, Aydın Uluxanlı, Adil Mirseyid və başqaları 70-cilərdən fərqli olaraq bu ənənənin içinə
nüfuz etmək, ordan öyrənmək, dərs almaq istəyirdilər. Ən önəmli cəhətlərdən biri də budur ki, fikrimizcə, bu nəslin şairləri
həmin dərsi qələmi yerə qoyaraq keçməyə üstünlük verirdilər. Çünki o cür axıcı, insanın ruhunu dərhal ələ alan şeirlər
yazmaq üçün bu üslubu şərtləndirən komponentlərin dərindən dərki lazım idi. Bu dərslər daha sonralar adını çəkdiyimiz və
çəkmədiyimiz şairlərin ədəbiyyata, poeziyaya münasibətlərinin formalaşmasına da ciddi təsir göstərdi. Nazim Hikmət
ənənələrinin mahiyyətcə daha çox bu nəslin şairlərinə təsirini mütləqləşdirmədən deyə bilərik ki, bu təsadüfdə Nazim
Hikmətin şerinin havası, intonasiyası və ritmi deyil, onun mahiyyəti, şeiri necə “qurmaq”, şeirin mövzusunu necə işləmək
və poetik məqamın tutulması ilə bağlı xarakterik nüanslar qabarıqlaşırdı.
Azərbaycan poeziyasında modernist təmayülün tarixi keçən əsrin altmışıncı illərinə təsadüf edir. Rəsul Rzanın 60-cı
illərdə qələmə aldığı, yeni şeirə aqressiv münasibətə həsr edilən poetik mətnləri indi məhz poetika baxımından o qədər də
aktual olmasa da, o dövrdə daha çox hansı şeirin “yazıldığını” anlamaq mənasında xarakterikdir. Rəsul Rzanın həmin
mətnlərində “yeni şeiri” tanıtmaq, oxutdurmaq və bir sözlə meydanı tutmaq üçün ənənəvi şeirin səciyyəsi və ona tənqidi
münasibət ifadə edilirdi. Bu mətnlərin əsas ideyası bu idi ki, yeni mətləbi köhnə donda ifadə etmək mümkün deyildir, çünki
yeni mətləb ifadə baxımından tam yeni, köhnə formanı inkar edən forma tələb edir. Bu cəhətlər şübhəsiz ki, modernist
meyllər idi, ancaq günü bu gün də Azərbaycan poeziyasında modernizmin olması sual altındadır və bu ciddi tədqiqatlarla
sübuta yetirilməmişdir. Rəsul Rzanın adı keçən mətnlərində modernizmin yalnız bolluca “inkar ruhu” iştirak edirdi ki, bu da
sadəcə “dozasına” görə modernizmlə səsləşirdi.
Ancaq bütün bu cəhdlərin sayəsində şeirimiz artıq trafaret halına keçmiş şablonlardan, enerjisini itirmiş bədii təsvir
vasitələrindən, məzmunçuluqdan xilas olmağa çalışmış, yeni təsvir üsullarına üz tutmuşdur. Rəsul Rza və digər
altmışıncıların sayəsində şeirimizə xas olan assosiativ sistem dərinləşməyə başladı. Xüsusən, “Rənglər” silsiləsi şeirdə
mənalandırma, məlum qəliblərdən kənarda mətn qurmaq kimi yeni keyfiyyətlər ənənə kontekstinə daxil olur, sonrakı illərdə
hətta heca şeirinin təcrübəsinə də daxil olurdu. 70-ci illərdə Məmməd İsmayılın yazdığı bir çox şeirlərdə poetik assosiasiya
ümumən bədii mətnin qurulma prinsipinə çevrilmişdi. Mərhum şair Məstan Əliyevin 70 və 80-ci illərdə qələmə aldığı
şeirlərdə meydana çıxan çox maraqlı proseslər təəssüf ki, tənqidin diqqətini çəkmədi. Onun məşhur “İlyana” poemasında
“heca mühafizəkarlığı” demək olar ki, yox dərəcəsindədir, poemanın strukturu, bir neçə intonasiya modelindən uğurlu
istifadə, poetik auranı genişləndirmək cəhdləri bu lirik ruhlu poemanın çox ciddi mətləbləri ifadə etməsinə yardımçı oldu.
Qeyd etmək zəruridir ki, bu proseslərin kökündə həm də Nazim Hikmət və çağdaş türk şeirinin sağlam təsiri dayanırdı.
Yaradıcılığı əllinci illərin sonundan altmışıncı illərin sonuna qədərki dövrə təsadüf edən Əli Kərimin poeziyasına
diqqət yetirsək, bunun əyani şahidi olarıq. Üzdə olan cəhət budur ki, Əli Kərim doğrudan da şeirə təzə təşbehlər,
metaforalar, qəfil və gözlənilməz deyimlər gətirmişdi. Ancaq onun orijinallığı təkcə bununla bitmirdi və ölçülmürdü. «Deyə
bildiklərinin, demək istədiklərinin az, çox az bir hissəsini» (R.Rza) deyə bilən Əli Kərim şeirimizdə ilk olaraq “küyün
həddini” sıfıra qədər azaltdı. Nəyin sayəsində? Bədii mətnə nəsr, prozaik elementlər daxil etməklə. Ancaq burda bir məsələ
də var ki, bu iş mexaniki səciyyə daşımırdı, elə bizim təcrübədə o qədər hallar var ki, bu elementlər sayəsində poetik mətn
ümumən keyfiyyətini itirir və oxunmaz hala gəlir. 60-80-ci illər poeziyası bu hallarla dolu idi. Məsələ burdadır ki, Əli
Kərimin sistemi mövcud poetik prinsiplərlə əkslik təşkil edirdi. Nə mənada? Əli Kərim Moskvada Qorki adına Ədəbiyyat
institutunda təhsil aldığı zaman həm Nazim Hikmətlə şəxsən görüşmüş, həm də dünya və rus ədəbiyyatı ilə yanaşı türk
poeziyasını, Nazim Hikmət şeirini dərindən öyrənmişdi. Əli Kərim türk şeirindən poetik mətni parlaq məkan obrazları
üzərində qurmağı əxz etmişdi. Gözəl, orijinal təşbehlərlə və digər poetik fiqurlarla yanaşı onun şeirinin ilkin
strukturyaradıcı elementi metonimiya, bu fiqurun poetik mətn sistemində əsaslı rolu idi. Diqqət yetin:
Otuzdan çox yaşamışam…
…Sevgi toranında,
Mühazirə salonunda.
Sevgilimlə bir-birimizə deyəcəyimiz
iki söz arasında.
Xəstə olarkən
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
233
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Həkimin mənə etdiyi çarəsində.
Bəzən baş tutmayan şeirmin
Dağılmış divarlarının xarabasında,
Bəzən söz yarışında.
…Elə saatım var ki, ağac olub
Bir dost bağında,
Hər dəqiqəsi bir meyvəyə dönüb
Göy budağında.
Boynuna qol salıram saatımın
Otururam ömrümün
Bir parçasının kölgəsində;
Düzürük qızıl yanaqlı dəqiqələri
On dörd günlük ay-boşqaba,
yeyirik şirin-şirin.
“...Beləliklə, altmışıncı illərin poeziyası sözün yeni ifadə çalarlarını, obrazlı deyim tərzinin rəngarəng üsullarını
aşkarladı. Məlum oldu ki, «sevgi toranı» ola bilərmiş, «ölüm sözünün polyar qışı» o qədər də əcaib ifadə deyilmiş, necə ki,
insan anının bir dost bağında ağaca dönməsi kimi (Əli Kərim)…Məlum oldu ki, yağış gölməçəsinə «sərçələrin soyuq
hamamı» demək (İsa İsmayılzadə) heç də qəbahət sayılmamalıdır. Hətta «milyon kilometrlərlə ömür sürmüşəm» (Ə.Kərim)
ifadəsi də diqqət yetiriləndə anlaşılmaz və mücərrəd deyil. Sadəcə olaraq, stereotip təfəkkürdən xilas olub, əşyalar və
hadisələr arasında ilk baxışda nəzərə çarpmayan bu bənzəyişləri görmək və duymaq lazımdır. O zaman gənc şairlərdən
F.Qocanın, F.Sadığın, İ.İsmayılzadənin, Ə.Salahzadənin şeirləri haqqında da dumanlı ifadələr, qərəzli sözlər işlədir, onları
tutduqları yoldan çəkindirmək istəyirdilər.” (4, 190)
Modern şeir, tədqiqatçıların təsdiq etdiyi kimi, heç də maksimum dərəcədə köhnə təsvir üsullarından, gerçəkliyi şablon
yolla əks etdirməkdən imtina etmək demək deyildir. Bu proses onsuz da milli ədəbiyyatın inkişafında üzə çıxır, yəni,
hardasa onun immanent xüsusiyyətidir. Bu, hər şeydən qabaq köhnə ənənəni, mövcud poetik sistemi inkar etməklə dünyaya,
gerçəkliyə yeni münasibət sərgiləməkdir. Bu proses bizim poeziyada klassik şəkildə getməmişdir, biz yalnız onun bizim
ədəbiyyata bu və ya digər dərəcədə təsirindən bəhs edə bilərik.
60-80-ci illər poeziyasında Nazim Hikmətin birbaşa təsirindən çox, yuxarıda qeyd etdiyimiz kimi, ondan dərs almaq,
ümumiyyətlə poeziyanı ən mükəmməl nümunələr əsasında öyrənmək cəhəti daha qabarıq idi. Əgər Nazim Hikmətin
şeirində hissin, duyğunun təbii, azad axışını yaratmaq, qəsdən heç bir fikir ifadə etmədən, daha doğrusu fikir, mühakimə
qəlibləri təklif etmədən söz demək... əsas idisə, 60-80-ci illərdə ədəbiyyatda imzalarını təsdiq etmiş Azərbaycan şairləri bu
“modelin” üzə çıxmayan tərəflərini, perspektivdə olan komponentlərini qurmağa çalışırdılar və əksər hallarda buna nail
olurdular. Məsələn,
Seviyorum seni
ekmeği tuza banıp yer gibi
Geceleyin ateşler içinde uyanarak
ağzımı dayayıp musluğa su içer gibi
Ağır posta paketini
neyin nesi belirsiz
telaşlı, sevinçli, kuşkulu açar gibi
Seviyorum seni
denizi ilk defa uçakla geçer gibi
İstanbul’da yumuşacık kararırken ortalık
içimde kımıldayan birşeyler gibi
Seviyorum seni
Yaşıyoruz çok şükür der gibi.
Təsdiqdə adətən rus şairi Xlebnikova bənzədilən Ələkbər Salahzadənin şeirlərində yuxarıda ifadə etdiyimiz
mülahizənin təsdiqini görürük. Şair Nazim Hikmətin poetik sisteminə başqa bir yöndən yanaşaraq, onun “yaddan çıxardığı”
cəhətləri qabardır. Ümumi, geniş havanın içində bir komponenti seçərək poetik vurğunu onun üzərinə salır və nəticədə
insanın dünya haqqında təsəvvürlərini genişləndirən Nazim Hikmət modelinə gəlir. «Saz» şeirinə diqqət yetirək:
Sinəsindən yuxarı,
sinəsindən aşağı
axır gümüşü çaylar;
bir teli Kür,
bir teli Araz,
bir teli Samur,
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
234
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
bir teli də Sarı Aşıq-
Əriyə-əriyə sarı simə dönüb axır…
Simdən-simə,
səsdən-səsə barmaqlar-bərə.
Alışır Araz simi,
Kür boşvalır haraya:
qoşur yanğısına sərin səsini,
səs daşqını alır bütün simləri.
Yaxud Ə.Salahzadənin «Səttar Bəhlulzadə» şeirində « böyük rəssamın sənətindən, bu sənətin qüdrətindən bircə kəlmə
də danışılmır. Şair sadəcə olaraq, Səttar Bəhlulzadənin əllərini təsvir edir,bu əllərə quşlar, çiçəklər yığışır, güllər, otlar,
ağaclar bu əllərdən tutub yamac-yamac yayılır, çəmən-çəmən yallı gedirlər ». (4, 37) Bu əllərin budaqları yarpaqlayır, çiçək
açır, bu əllərdən sellər axır. Şair, rəssamın əlini təbiətlə müqayisə edir və bu müqayisədə RƏSSAM-TƏBİƏT obrazı
yaranır. Daha doğrusu, Səttar Bəhlulzadə haqqında düşünürkən təbiət bütün gözəllikləri ilə gözlərin qarşısında canlanır,
Təbiət haqqında düşünürkən Səttarın lövhəlri xəyala gəlir.
AVESTA MƏTNLƏRİNİN TOPLANMASI VƏ TƏDQİQİ
Arzu XASIYEVA
AMEA, Şərqşünaslıq İnstitutu
arzu.aydin@mail.ru
“Müqəddəs yazılar “ olaraq adlandırılan Avesta ( orta fars dilində Apastak) Zərdüştlərin ideologiyasıının ümumi
məcmusunu verən müqəddəs kitabıdır. Avesta mətnləri avesta və ya avestan adlı xətt ilə yazılmışdır. Artıq e.ə.I minillikdə
bu dil ölü dil hesab olunurdu. Qeyd edək ki, Avesta əlifbası kahinlər tərəfindən müqəddəs mətnlərin yazılması üçün e.ə. IV
və VI əsrlərdə yaradılmışdır. 21 nəsk kitabı e.ə. 522-486-cı illərdə hökmranlıq edən Əhəməni kralı I Daranın babası
Viştasba (Güştasb, Gərşasb) verildi, kral Viştasb və ya Dara Darayan müxtəlif yerlərdə gizlədiləcək iki əlyazma hazırladır.
Ancaq Makedoniyalı İskəndər e.ə. 331-cü ildə Persepola hücum edərək ölkəni viran edir və avesta mətnlərinin hamısının
yandırılmasını əmr edir. Belə güman olunur ki, Avestanın mətnlərinin yenidən bərpası Parfiya çarı Vuləxş I ( Vologeses) ,
Vuləxş VI dövründə baş verir. Məhz onlardan sonra şifahi şəkildə mövcud olmuş mətnlərin yazıya köçürülməsi ənənəsi
yaranır. Əhəmənilər dövründə isə Avesta mətnləri 12 000 inək dərisi üzərinə qızıl xəttlə yazılır. Bəzi əfsanələrdə qeyd
olunmuşdur ki, guya İskəndər əmr edir ki, həmin mətnlər əvvəlcə yunan dilinə tərcümə olunsun və daha sonra orijinal
mənbə məhv edilsin.
III və IV əsrlərdən sonra isə Avesta yaddaşlardan yazıya alınır. Avesta mətnləri yaddaşlardan toplandıqda bir növ
folklor abidələrini xatırladırdı. Belə ki, yalnız dini mətnlər deyil, qəhrəmanlıq, təbabət və s. sahələrə aid mətnlər də bu
abidələrə əlavə olunurdu. Bu mühüm cəhd nəticəsində Avestanın ən mühüm hissəsi Videvdad tamamlanır. Müqəddəs
mətnlərin bərpası işi Sasani şahı I Ərdəşir, I Şahpur, və I Xosrov Ənuşirəvan dövründə də davam etdirilir.
Arşakilər dövrünün yazılı mətnlərində göstərilir ki, Avesta mətnlərinin toplanmasında kahin Tansarın ( Tusar) böyük
rolu olmuşdur. I Ərdəşir Babəkanın vəziri olan Tansarın məsləhətinə əsasən əldə olan mətnlər saraya gətirilir və Tansar bu
mətnləri saxta və əsli olmaqla qruplaşdırır. Kartir ( Kirdar) isə ensiklopedik mənbə yaratmaq üçün Avestaya təbabət,
astronomiya, coğrafiyaya aid məlumatları daxil edir. Zərdüşt mətnlərinin tərtibi və oradakı qanunlara əməl olunması işində
atılacaq ilk addım “kahinlər kahini”ni təyin etmək idi və bu məqama layiq görülən ilk şəxs əfsanə və rəvayətlərə əsasən II
Şahpur dövründə Aturpat Məhrəspəndan oldu. Növbəti kahinlər kahini Kartir idi. ( əgər Tansar Kartirin vəzifəsinə təyin
edilmişdirsə o, ikinci kahinlər kahini idi və əgər təyin edilməmişdirsə üçüncü kahinlər kahini hesab olunur.) Mətnləri
qaydaya salmaq işində mövcud cəhdlərə baxmayaraq, İran və Hindistanda yaşayan zərdüşt icmalarının nəql etdiklərindən
savayı digər bir hissə bizə gəlib çatmamışdır.
Avestanın ən son mətni tərtibi isə I Xosrov Ənuşirəvan ( 531-579) zamanında baş verir. Avesta haqqında geniş
məlumatları əhatə edən “Dinkerd”də bu haqda qeyd mövcuddur. Əldə olan ən qədim Avesta mətninin 1278-ci il tarixinə aid
olduğu fikrinə dünya avestaşünasları gəlmişlər. Avesta mətnləri nəsk (kitab, hissə) şəklində mövcud idi. Bu nəsklərin
sayının 21 olduğunu zərdüştlük duaları olan “ Ahura varya”ya əsasən demək olar. Ancaq Dinkerddə bu nəsklərin 3 ədəd
olduğu göstərilir: 1) qasanik 2) hadag-mansərik 3) dadik.
1287-ci ildən etibarən isə Avesta mətnləri tam bütöv bir şəkildə elm aləminə məlum olur. Ancaq qərb dünyası bu
mətnlər ilə XVII əsrdən maraqlanmağa başlayır. 1630-cu ildə Henry Lord “ The Religion of Parsees” ( Farsların dini) adlı
tədqiqat işini tamamlayıb çap etdirir. 1734-cü ildə isə Anketil Düperron Avestanın “Vendidad” mətnlərinin tədqiqi ilə
məşğul olmaq üçün Hindistana yola düşür və bu mətnlərin tərcüməsi ilə ciddi məşğul olur, 1771-ci ildə Parisda fransızca
tərcümədə çap olunur. Günümüzə çatan Avestanın tərkibi isə “ Videvdad” , “Visperad” , “Yasna”, “Yəşt” , “Xorde Avesta”
, “ Siruza” hissələrdən ibarətdir.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
235
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
RUS ƏDƏBİYYATINDA QAFQAZ VƏ ÇİNAR ASSOSİASİYASI
Aynur İSRAFİLOVA
Bakı Dövlət Universiteti
israfilova-aynur@mail.ru
Anna Axmatova və Qafqaz mövzusunu tədqiq edərkən ilk növbədə Axmatovanın “Qafqazsayağı” (“Кавказкое”) şeiri
haqqında danışmaq lazımdır. 1927-ci ildə Kislovodskidə qələmə alınan bu şeir Puşkinə, Lermontova təsir göstərən ecazkar
Şərq aləminin incisi olan Azərbaycanın da aid olduğu qoca Qafqazı tərənnüm edir:
Здесь Пушкина изгнанье началось
И Лермoнтова кончилось изгнанье.
Здесь горных трав легко благоуханье,
И только раз мне видеть удалось
У озера, в густой тени чинары,
В тот предвечерний и жестокий час –
Сияние неутоленных глаз
Бессмертного любовника Тамары.
Sətri tərcümə:
Buradan Puşkinin sürgünü başladı
Və Lermontovun sürgünü bitdi.
Burada dağ otlarının lətif, xeyirli rayihəsi var.
Və yalnız bircə dəfə görmək mənə müyəssər olub
Gölün yanında, sıx çinarlar kölgəsində,
O axşamqabağı və qəddar saatda –
Usanmayan gözlərin işartısını
Tamaranın ölməz sevgilisinin.
Bu şeirdə XIX əsr rus ədəbiyyatında yaşanan intibahın əsas ilham mənbəyi kimi üzə çıxan Şərqin ədəbi-mədəni
mühitinin füsünkar təsiri sətiraltı mənada ifadəsini tapmışdır. Burada Azərbaycan sözü olan – “çinar”ın işlədilməsi, Qafqazı
ən dolğun boyalarla tərənnüm etməklə onun şəninə söylənilən ən gözəl təriflərdən birinin – “Qafqaz” şeirinin müəllifi olan
Puşkinin adının çəkilməsi, milli ədəbiyyatımızdan bəhrələnərək “Aşıq Qərib” poemasını yaradan Lermontovun xatırlanması
və ismi verilməsə də, “ölməz” deyə anılan kraliça Tamaranın sevgilisi şair Rustavelinin yada salınması şairin Qafqaza nə
qədər dərindən bələd olmasını göz önündə canlandırır.
Mənbələrdən bəllidir ki, Gürcü çarı III Georginin qızı Tamara (1184-1207) XII əsrin 2-ci yarısında Gürcüstan çariçası
olmuş, onun zamanında ölkənin hərbi-siyasi qüdrəti yüksəlmiş və ərazisi genişlənmişdir. Tamaranın həm Rusiya, həm də
Azərbaycan tarixi ilə müəyyən bağlılığı olmuşdur. O, Vladimir-Suzdal knyazı Andrey Boqolyubskinin oğlu Yuriyə ərə
getmiş və iki il sonra boşanıb geri dönmüş, Şirvanşah I Axsitanla, Atabəy Məhəmməd Cahan Pəhləvanın oğlu Ömərlə
dostluq etmişdir. Şota Rustaveli “Pələng dərisi geymiş pəhləvan” poemasını bu cazibədar hökmdar qadına həsr etmişdir.
Şeirdə işlədilən türk mənşəli “çinar” sözünə gəlincə, onu da vurğulamaq yerinə düşərdi ki, bu rus ədəbiyyatı üçün ye-
nilik deyildi. Şairin yuxarıda göstərilən əsərində adı çəkilən rus klassik ədəbiyyatının məşhur simalarından biri olan
M.Y.Lermontovun 1841-ci ildə qələmə aldığı “Листок” – “Yarpaq” şeirində də çinar obrazı var. Şerin bir bəndinə nəzər
yetirək:
У Чёрного моря чинара стоит молодая,
С ней шепчется ветер, зелёные ветви лаская,
На ветвях зелёных качаются райские птицы;
Поют они песни про славу морской царь-девицы
Tərcüməsi:
Dəniz sahilində cavan bir çinar vardı,
Pıçıldaşan küləklər oxşayırdı telini.
Yaşıl budaqlarına cənnət quşu qonardı,
Öyərdi nəğməsində bir dəniz gözəlini.
Bu, şeirin ikinci bəndidir. Şeirdə söhbət palıd yarpağının doğma budaqdan qopub rüzgarla çölləri dolandıqdan sonra
saralmış şəkildə Qara dəniz sahilində bir çinar kölgəsində sığınacaq tapmasından gedir. Fikrimizcə, burada palıd yarpağı və
çinarın mükaliməsi əsasında yaradılan lirik təhkiyə mətnaltı məna ifadə edir. Belə ki, Lermontovun lirik qəhrəmanı
soyuqdan, bürküdən və qəmdən saralıb-solan palıd yarpağını, yaşıl yarpaqlı çinar ağacının kölgəsi isə qoca Qafqazı təmsil
edir. Şair bu obrazları yaratmaqla Qafqaza sürgünü zamanı burada mehribanlıqla qarşılansa da, Vətən həsrətilə saralıb-
solduğunu metaforik dillə təcəssüm etdirir. Məlumdur ki, şairin Qafqazla tanışlığı hələ altı yaşlı uşaq ikən olmuşdu və bu
|