Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


k (kaza yapmak, kaza etmek).  “KDQ” dastanlarının dilində  3 dəfə fərqli söz-forma tərkibində işlədilmiş ğeyrət



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə49/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   45   46   47   48   49   50   51   52   ...   144

k (kaza yapmak, kaza etmek). 

“KDQ” dastanlarının dilində  3 dəfə fərqli söz-forma tərkibində işlədilmiş ğeyrət sözünün müasir yazılışının abidədəki 

imladan fərqliliyi də dilimizin fonetik quruluşu ilə diktə edilir. Belə ki, ğeyrət etmək felindəki alınma komponentin anlaut 

konsonantı, abidə  mətnində doğru olaraq qeyd edildiyi kimi, [ğ ]  səsidir və müvafiq olaraq  həmin mövqedə  “ğaynun” 

hərfinin işlədilməsi labüd idi. “KDQ”da yer alan qəzəb etmək felinin  ərəb mənşəli komponentində müasir orfoqrafiya 

normasına uyğun imla müşahidə edilir: Qatı qəzəb edərəm şimdi sana! – dedi . 

Dastan mətnindən göründüyü kimi, “KDQ”nın yazıya alındığı dövrdə ğeyrət “qeyrət” sözü tam fonetik adaptasiya 

keçməmışdır. Lakin artıq müasir orfoqrafik, izahlı və s.  lüğətlərdə həmin ərəb alınmasının q inisial hərfli variantı ədəbi dil 

norması kimi qeydə alınmışdır.  

Azərbaycan dilindəki  ərəb alınmaları  sırasında qısa sait əlavə edilmiş fikir (fikrifikrə), ağıl (ağlıağ-



la), isim(ismiismə), sinif (sinfisinfə) və s. sözləri qeyd etmək olar. Maraqlıdır ki, əql sözü  yalnız bir müddət sonra 

dilimizin müvafiq  fonetik quruluş özəlliyinin diqtəsilə iki hecalı olmuşdur, lakin digər ərəb alınması hələ “KDQ” dastan-

larının mətnində müvazi işləklik nümayiş etdirərək həmin qaydanın icrasına “cəhd göstərmişdir”. Söhbət şükr etmək, şükr 

qılmaq fellərinin tərkibindəki ərəb alınmasından gedir. Həmin ərəb alınması həm şükr, həm şükür variantında işlədilmişdir. 

Müqayisə üçün deyək ki, digər mürəkkəb fel tərkibində yer alan ərəb alınmasında qısa saitin iştirakı müşahidə edilmir 

və həmin leksem müasir dildəki işlək variantından fərqli fonetik cild nümayiş etdirir. «Ol iki həlala yüz qırq yıl ömr ver-

dim», –dedi. Müasir Azərbaycan dilində  “həyat vermək, can vermək, yaşatmaq” mənalarını ifadə edən  ömür vermək  feli 

ilə yanaşı, eyni alınmanın iştirakı ilə yaranmış ömrü uzanmaq, ömrü vəfa etməmək, ömür keçirmək  mürəkkəb fel və feli 

frazeoloji birləşmələri də vardır ki, onların bəzilərində  qısa saitin iştirak etdiyini, bəzilərində isə reduksiyaya uğradığını 

görürük. Dastan mətnində müasir variantından fərqli olaraq, qısa saitsiz işlənən digər  ərəb alınması isə    fikr  sözüdür. 

“KDQ”-da  həmin  alınmanı   fikr etmək  mürəkkəb  felinin tərkibində izləyirik: Oğlan fikr eylədi, aydır: «Bir tama dirək 

ururlar, ol tama tayaq olur. Bən bunın alnına niyə tayaq olurbən-tuturbən» -dedi

“KDQ” dastanlarının dilində yer alan ərəb alınmalarında “uzun sait” amilini də yaddan çıxarmaq olmaz: 



ərəbcə tələffüz                                      azərbaycanca tələffüz 

şəhi:d                                                         şəhid 

va:sil                                                          vasil  

ha:cət                                                         hacət 

işa:rət                                                         işarət 

iqra:r                                                          iqrar 

salava:t                                                       salavat 

həla:k                                                          həlak 

təma:m                                                       təmam 

Müqayisə üçün qeyd edək ki, Azərbaycan dilinin orfoqrafik qaydaları  həmin sait uzunluqlarının fərqləndirilməsini 

labüd saymadığı halda, müasir türk dilinin yazı sistemi ərəb - fars mənşəli alınmaların sait uzunluqlarının fiksə edilməsi 

üçün xüsusi işarənin tətbiqini vacib sayır. Belə ki, türk yazı sistemində tətbiq edilən ^ simvolunun ifadə etdiyi funksiyaya 



alınma sözlərdəki uzunluqların işarə edilməsi də daxildir (âmâ , lâzım). 

 

 

 

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

216 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

RƏSUL RZA DİLÇİ ALİM KİMİ 

 

Sevda  KAZIMOVA 

Bakı Slavyan Universiteti 



kazimovasevda1990@gmail.com 

 

Rəsul Rza ana dilinin əsas lüğət fondunu qorumaqla bərabər, onun inkişaf etdirilməsini, zənginləşdirilməsini  əsas 

vəzifələrdən sayırdı: “ Dilimizin lazım olmayan kəlmələrlə zibilləndiyindən danışmaq heç də dili qıfıl altında saxlayaraq

ona heç bir yeni kəlmə  və terminin gəlməsinə yol verməmək deyil “. O, özü dilimizin lüğət tərkibini 10-larla, bəlkə  də 

yüzlərlə yeni söz və deyimlərlə ( ifadələrlə) zənginləşdirmişdi. 

Şairin bir dilçi alim kimi ana dilinin qrammatik quruluşu, şəkilçiləri, söz birləşmələri haqqında da dəyərli fikirləri var. 

Onun “ Mülahizələr” adlı  məqaləsi başdan –başa qrammatikaya aid aktual məsələlərə  həsr edilmişdir. Məsələn, öz təyini 

əvəzliyinin işlənmə məqamları üzrə onun çox dəqiq müşahidələri var. Həmin müşahidələrdən biri: “ Hələ də bir məntiqi və 

semantik gərək olmadan təsdiqedici əlavə sözlər bol-bol işlədilir. Özü, özünün, özünə və bu kimi. Müşavirə işini qurtardı 

yerinə “ Müşavirə öz işini qurtardı” yazırıq, deyirik. Əhməd oğluna nəsihət elədi yerinə “ Əhməd öz oğluna nəsihət elədi”. 

Şair- alim öz sözünün işlənmə yerini dəqiq müəyyənləşdirir: “ Bəzən bu “ öz” sözü gərək olur. Məsələn, belə bir 

cümlədə: “ Əhməd uşaqların mübahisəsinə qulaq asdı, öz oğlunu danladı” və ya “ Əhməd kitablar arasından öz kitabını 

götürdü”. 

Dilimizin sifət nitq hissəsində sifətləndirmə dərəcəsinin əlaməti üzrə onun müşahidəsi diqqətə layiqdir: “ qırmızı”, “ 

düz”, “ yaşıl” sözlərinə “ qıp”, “düm”, “yam” əlavələr etməklə onların mənasında yeni şiddət, daha artıq məna çalarları 

yaranır: “qıpqırmızı”, “ dümdüz”, “ yamyaşıl”. Burada tədqiqi və izahı  gərək olan bir hal da var. Bütün belə 

qoşalaşdırmalarda əlavə hissə əvvəl, sözün əsli sonra gəlir – “ yumyumşaq”. Yalnız ağ sözündə əlavə ikinci sıraya keçir: “ 

Ağappaq”. Niyə? Məgər apağ demək düzgün sayılmaz? Dilçi alim ağappaq sözünün əvəzinə apağ sifətinin işlədilməsini 

məqsədəuyğun hesab edir.  

Dildə mövcud çərçivəliliyi dağıtmaq, yenilik axtarışı, seçmə, əvəzetmə, sözlərə yeni məna vermə Azərbaycan yazıçısı, 

alimi üçün xüsusilə vacibdir. Ona görə ki, məlum olduğu üzrə ötən əsrlərdə dilimizə daxil olan bir çox lüzumsuz əcnəbi söz, 

ifadə, tərkiblər dilimizin öz doğma sözlərini sıxışdırıb unutdurmuş, üstü örtülü xəzinə halına salmışdır. Bu nöqteyi-nəzərdən 

Azərbaycan yazıçısının lazım olduğu yerdə  ləhcə,  şivə  və dialektlərə müraciət etməsi məqsədəuyğundur. Bu baxımdan 

Rəsul Rzanın dilində də maraqlı dialekt örnəkləri vardır. Məsələn, yüyrük ( beşik), gənimək ( rəngi qaçmaq), köbər ( dik 

yer), bəlləmək ( müəyyənləşdirmək), idim ( forma) və s. Rəsul Rzanın yaradıcılığı  təsdiq edir ki, bədii dildə dialektlərə 

müəyyən qədər yer vermək dilin axıcılığına, rəvanlığına səbəb olur və yeri gəldikcə gizli xəzinə materialı olan dialektləri 

üzə çıxartmaq faydalı nəticələr verir. 

 

 



 

FRAZEOLOGİZMLƏRİN MƏNİMSƏNİLMƏSİ ZAMANI YARANAN PROBLEMLƏR 

 

Şəfiqə SAVALANOVA  

Bakı Slavyan Universitetinin 



damladrop@mail.ru 

 

Frazeoloji vahidlərin yaranması bir qayda olaraq, dilin milli-mədəni spesifikası ilə əlaqələndirilir. Hər bir dilin milli 



xüsusiyyətlərindən asılı olaraq frazeoloji vahidlərin özünəməxsus cəhətləri ola bilər və bu da təbiidir. Frazeologizmlər dilin 

zəngin ifadə vasitələrindən biridir və onların səmərəli şəkildə istifadəsi, nitqi daha ifadəli, rəngarəng edir, estetik baxımdan 

gözəlləşdirir. Nitq aktında frazeologizmlərdən istifadə etmək xarici dili mükəmməl bilməyin göstəricilərindən biridir. Sözlər 

kimi bütövlükdə bir anlayış ifadə edən frazeoloji vahidlər də dilin lüğət tərkibinin zənginləşməsində böyük rol oynayır və 

ünsiyyət vasitəsi kimi nitqdə istifadə edilir. Bir dilin frazeoloji vahidlərini bilmədən o dili mükəmməl öyrənmək mümkün 

deyil. Bu bir daha frazeologizmlərin öyrədilməsinin vacibliyini göstərir.  

İngilis dilini xarici dil kimi öyrənənlər frazeologizmlərin mənimsənilməsində bir sıra çətinliklərlə üzləşirlər, çünki, hər 

bir dil sistemi həm qrammatik modellərin strukturu, həm də leksik material baxımdan müəyyən qanunauyğunluqlar üzərində 

qurulmuşdur. Bir halda ki belədir, deməli bu qanunauyğunluqlar frazeoloji vahidlərin yaranmasına da təsir göstərir. Hər bir 

frazeoloji vahid fərdi yaranır və bu şəkildə  də dilin frazeoloji tərkibinə daxil olur. Dilin bir hissəsi olmaqla, frazeoloji 

vahidlər onun əsas cəhətlərini və xüsusiyyətlərini özündə  cəmləşdirir. Məsələn,  əgər dildə isimlərin hallanması varsa, 

frazeoloji tərkiblərdə  də müxtəlif hallarda işlənmiş isimlər iştirak edir; əgər hər hansı bir dildə artikl mövcuddursa, bu 

element frazeoloji birləşmələrin formalaşmasında da iştirak edir. Xüsusilə, ingilis dilinin frazeologizmlərində sözönülərə, 

artikllara daha çox rast gəlirik. Hətta bəzi frazeoloji birləşmələr yalniz artikl işlənməsinə görə sərbəst söz birləşməsindən 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

217 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

fərqlənir. Buna misal olaraq, “to go to the sea” və “to go to sea” söz birləşmələrini göstərmək olar. Bu birləşmələrdən 

birincisi sərbəst söz birləşməsidir və onu təşkil edən komponentlərin həqiqi mənasını özündə ehtiva edərək, “dənizə 

getmək” mənasını ifadə edir, ikincisi isə frazeologizmdir “dənizçi olmaq” mənasını verir.  

İngilis dilində olan frazeologizmlərin bəzilərinin ekvivalenti dilimizdə mövcud deyil. Frazeoloji birləşmələri təşkil 

edən komponentlərdən biri və ya hər ikisi öz həqiqi mənasında deyil, məcazi mənada işləndikdə, onun mənasını 

müəyyənləşdirmək daha da çətinləşir. Məsələn, “to strike one’s colours” söz birləşməsinin komponentlərinə nəzər salsaq, 

diqqətimizi ilk olaraq cəlb edən “strike” sözü olacaq ki, bu da əsasən “məğlub etmək” “zərbə endirmək” mənasında işlədilir, 

lakin, bu söz birləşməsinin komponentləri birlikdə vahid bir frazeoloji birləşmə kimi bu sözə tamamilə antonim olan “təslim 

olmaq” mənasını ifadə edir. Deməli, frazeologizmlərdəki bu cür çaşdırıcı  məqamlar, xüsusən də yeni dil öyrənənlər üçün 

mənimsəmədə çətinlik törədə bilər. 

Leksik vahidlər, yəni sözlər, kimi frazeologizmlər də omonimlik təşkil edə bilirlər. Bir söz birləşməsi konteksdən asılı 

olaraq həm sərbəst söz birləşməsi, həm də frazeoloji birləşmə kimi başa düşülə bilər. Məsələn, ən çox işlədilən ifadələrdən 

biri “don’t mention it”-həm adi söz birləşməsi kimi “mənə bunu xatırlatma”, həm də frazeoloji birləşmə kimi “dəyməz, 

buyurun” mənasında işlənə bilər. Digər bir misal, “to throw the book at somebody” söz birləşməsi onu təşkil edən 

komponentlərin həqiqi mənasında işləndikdə “kiməsə kitab atmaq”, məcazi mənada işləndikdə isə “kiməsə ömürlük həbs 

cəzası kəsmək” mənasını ifadə edir. 

Frazeologizmlərin mənimsənilməsi zamanı xarici dil öyrənənlər müxtəlif çətinliklərlə qarşılaşa bilərlər ki, yuxarıda 

göstərdiyimiz məqamlar sadəcə bunların bir qismini əhatə edir. Onu da qeyd etmək lazımdır ki, istənilən bir linqvistik 

materialın mənimsənilməsi zamanı yaranan problemlər və onların aradan qaldırılması məsələsi, öyrənənlərin bu və ya digər 

dil sistemində mövcud olan qanunauyğunluqları qavraya bilmək, onları öz ana dillərinə assimilyasiya edə bilmək 

bacarığından asılıdır. Ancaq frazeologizmlərin unikallığı və fərqliliyi ondan ibarətdir ki, frazeoloji vahidləri mənimsəmək 

üçün dili, onun qramatikasını, leksikasını  və digər aspektlərini bilmək kifayət etmir, bu həm də öyrənənlərdən xarici dil 

daşıyıcılarının mədəniyyətini, adət-ənənəsini, ümumxalq dilini bilməyi və öyrənməyi tələb edir. Çünki, hər bir yeni dilin 

mənimsənilməsi ilk növbədə yeni bir mədəniyyətin mənimsənilməsi deməkdir. 

 

 

 

HÜSEYN CAVİDİN “BİR ZAMANLAR” ŞEİRİNİN LİNQVİSTİK TƏHLİLİ 

 

Şövkət İSMAYILOVA 

Qafqaz Universiteti  



sismayilova@std.qu.edu.az 

 

Bir zamanlar 

Bir zamanlar sənin pəmbə kölgəndə, 

Pək bəxtiyar idim, nazlı dilbərim. 

Hənüz bəxtiyarlıq duyulmaz bəndə 

Yalnız gülümsərdi məhzun gözlərim. 

 

Ayrılıq nə yaman dərd imiş, aman! 



Sənsiz halım gündən-günə pərişan 

Vüslət dəmlərini anar da hər an, 

İzlər yollarını yorğun gözlərim. 

 

Sənsiz bütün duyğularım bunalmış, 



Zehnim, fikrim durmuş həp dona qalmış. 

Uyqum çəkilmiş, gönlümü qəm almış 

Yalnız arar səni vurğun gözlərim. 

 

H.Cavidə məxsus yuxarıdakı “Bir zamanlar” şeirinin linqvistik təhlilini aparmağımızda əsas məqsəd  şairin ümumişlək 



sözlərlə necə gözəl poetik nümunə yaratdığını  isbat etməyə çalışamaqdır. 

Əsərin ideyası.  Şeirin məzmununu  əsasən  sevgilisindən ayrılan aşiqin çəkdiyi həsrət və izdirabın tərənnümü təşkil 

edir. Burada aşiqin keçmiş günlərdə sevgilisiylə keçirdiyi anlardakı bəxtiyarlığını, araya düşmüş ayrılığa etdiyi sitəmləri, 

keçmiş günləri anaraq çəkdiyi əzabları görürük. Şeirdə şair aşiqin dilindən sanki sevgilisiylə üz-üzə dayanaraq söhbət edir, 

ürək sözlərini ona çatdırır. 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

218 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Əsərin quruluşu və kompozisiyası. Hər misra 11 hecadan, hər bənd 4 misradan ibarətdir. Bəndlər bir-birilə məzmunca 

bağlanaraq bütöv, tamamlanmış bir əsər əmələ gətirmişdir. Birinci bənddə 1-ci və 3-cü misralar bir, 2-ci və 4-cü misralar isə 

bir qafiyələnmişdir. Digər bəndlərdə isə 1,2,3-cü misralar bir qafiyələndiyi halda 4-cü misra isə birinci bəndin 2-ci və 4-cü 

bəndi ilə həmqafiyədir: 1-ci bənd abab, 2-ci və 3-cü bəndlər isə aaab. 

Şeirin bəndlərində  aşiqin həsrətdən çəkdiyi izdirab yüksələn xətt üzrə inkişaf etmiş ikinci bəndin ilk misrasında 

kulminasiya nöqtəsinə çataraq sonrakı misralarda alçalan xətt üzrə davam etmişdir.Vurğun gözlərinin hələ  də onu 

axtardığını, dolayısıyla qəlbində onun yerinin hələ də qaldığını  bildirməklə şeiri nəticələndirmişdir. 

Fonetik xüsusiyyətlər.  Şeirdə kar samitlər sadəcə 37 ədəd olduğu halda, cingiltili samitlər 169 ədəd, bununla yanaşı, 

qalın saitlər 56 ədəd olduğu halda, incə saitlər isə 360 ədəd təşkil edir. Beləliklə  şair incə saitlərlə cingiltili samitlərin 

ahəngini yaratmış və bunun vasitəsilə şeirin dilinin daha ritmik, daha axıcı və daha təsirli olmasına müyəssər olmuşdur.  

Şair misralardakı sözlərdə  bədii mətnlərdə ritmiklik və emosionallıq yaradan və üslubi forma kimi formalaşan 

allterasiya və assonans hadisələrindən də ustalıqla istifadə etmişdir. Məsələn pəmbə-kölgə, məhzun-gözlər, yaman-

aman,anar-hər an, duyğularım-bunalmış, durmuş-dona qalmış, çəkilmiş-qəm almış və s. 

Leksik xüsusiyyətlər.  Şeirin dilində 58-ə  qədər leksik vahid işlənmişdir.  İlk baxışda nəzəri Osmanlı türkcəsində 

işlənmiş sözlər cəlb edir: pəmbə, pək, hənüz, bəndə, bunalmış, dona qalmış, həp, uyqum. Şeiri təşkil edən digər sözlər 

arasında  həm alınma, həm də öz sözlərimiz də vardır. 

Şeirdə açar sözlər, yəni  şairin sevimli sözləri olaraq “sənsiz” və “gözlərim” sözləri diqqəti cəlb edir. Bir sözlə  şair 

şeirin  əsas mövzusu olan sevgilisinə olan həsrətinin və ayrılığın verdiyi əzabın təsvirini bu sözlərin  ətrafında digər 

kəlimələri hörməklə vermişdir. 

Şeirdə işlənən sözlərin əksəriyyəti ümumişləkdir. Bu sözlərin arsında sinonimlərə də rast gəlinir.Məsələn vaxt, zaman 

məfhumunu ifadə etmək üçün şair birinci bənddə “zaman” sözündən istifadə etdiyi halda, ikinci bənddə “dəm” və “an” 

ifadələrini işlətmişdir. 

 

 



Bir zamanlar sənin pəmbə kölgəndə .... 

  

Vüslət dəmlərini anar da hər an .... 



Eyni zamanda kədəri, qüssəni bildirmək məqsədilə ikinci bənddə “dərd”, üçüncü bənddə isə  qəm sözündən istifadə 

etmişdir : 

  

Ayrılıq nə yaman dərd imiş, aman!... 



  

Uyqum 


çəkilmiş, gönlümü qəm almış.... 

Qəmi, dərdi daşıyan, kədərli mənasında isə birinci bənddə “məhzun” sözünü işlətməyi lazım bilmişdir: 

  

Yalnız gülümsərdi məhzun gözlərim .... 



Üçüncü bənddəki “zehin” və “fikir” sözləri də sinonimlik təşkil etmiş və eyni zamanda yanaşı işlənmişdir: 

 

 



Zehnim, fikrim donmuş, həp dona qalmış ....   

Şair belə sinonimlərdən istifadə etməklə şeirin dilini canlı və mənalı etmiş, təsvir olunan hadisəni böyük incəlik, zərif-

liklə, rəngli boyalarla verməyə müvəffəq olmuş, şeirin emosional təsirini artırmış, cansıxıcı təkrarlardan xilas olmuşdur. 

Sinonimlərlə yanaşı  şair antonimlərdən də  məharətlə istifadə etmişdir. Məsələn, birinci bənddə özünün bəxtiyar

gözlərinin isə məhzun olduğunu söyləyən şair, belə bir ziddiyyətlə maraqlı bir situasiyanı ortaya qoymağa müvəffəq olmuşdur. 

İkinci bənddəki ayrılıq və vüslət sözlərini də antonim hesab etmək olar. Şair ayrılığın yaman dərd olduğunu vurğulayaraq, bu 

ayrılıqda gözlərinin hər an vüslət dəmlərini andığını bildirir. Burdakı vüslət sözünü eyni zamanda bədii  əsərlərin dilində 

işlənən, təmtəraqlı üslubi rəngə malik olan leksik vahidlərdən sayılan poetizimlərdən biri kimi də qələmə vermək olar. 

Qeyd etdiyimiz kimi H. Cavidin bu şeirində  bədii təsvir vasitələri nisbətən məhdud saydadır. Nəzəri yalnız bir-iki 

bədii təyin cəlb edir. Şairin  şeirdəki sevimli sözü sayılan gözlərim hər bəndin sonunda müxtəlif sözlərlə birləşmə  əmələ 

gətirərək maraqlı təyinlərin yaranmasına səbəb olmuşdur : məhzun gözlərim, yorğun gözlərim, vurğun gözlərim 

Eyni zamanda birinci bənddə  işlənmiş  pəmbə kölgə birləşməsi də çox maraqlı  təyindir və demək olar ki, bu şairin 

şeirdə yaratdığı ozünəməxsus bir ifadədir. Bilindiyi kimi, sevən insan ətrafındakı, həyatındakı hər şeyi türklərin ifadəsiylə 

desək, “pəs-pəmbə” görür. Bəli, şair də sevgilisiylə birlikdə yaşadığı həyatı pəmbə görür. Lakin burada bir ayrıntı, bir fərq 

var ki,  bu pəmbə həyat gerçək deyil, bir kölgədən ibarətdir. Buna baxmayaraq şair bu yalançı həyatda belə sevgilisi yanında 

olduğu üçün özünü bəxtiyar hesab edir. 

Frazeoloji xüsusiyyətlər.  Şeirdə bir sıra frazeoloji məzmunlu vahidlər də  işlənmişdir. Bu vahidlərin bəzisi məhz H. 

Cavidin özünə məxsusdur. Şairin yaratdığı xüsusi frazeoloji vahidlər şeirdə yüksək obrazlılıq kəsb edir. Məsələn, “duyğu-

larım bunalmış” , “zehnim, fikrim durmuş”, “zehnim, fikrim dona qalmış”. Bununla yanaşı “uyqum çəkilmiş” , “gönlümü 

qəm almış” da frazeoloji vahidlər cərgəsinə daxildir.  

Qrammatik  xüsusiyyətlər. Qrammatik xüsusiyyətlərin arasında sintaktik paralelizm mühüm yerə malikdir.Təhlilini 

apardığımız şeirdə paralelizmin distant-məsafəli növünə rast gəlirik: 

             

Yalnız gülümsərdi məhzun gözlərim. 

 

 

İzlər yollarını yorğun gözlərim. 



  Yalnız arar səni vurğun gözlərim. 

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

219 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Xitablar cümlə ilə yüksək seqmentli sintaktik vasitələrlə (ritmik intonasiya ilə) əlaqələnirlər. “Bir zamanlar” şeirində 

bir xitab işlənmişdir. Bu da aşiqin sevgilisinə etdiyi xitabdır: 

 

 



Bir zamanlar sənin pəmbə kölgəndə, 

 

 



Pək bəxtiyar idim, nazlı dilbərim.   

Eyni zamanda şeidə müxtəlif duyğuların- hiss və həyacanın, istək və arzuların ekspressiv yolla ifadə edilməsini təmin 

edən nidadan da bir yerdə istifadə olunmuşdur: 

  

Ayrılıq nə yaman dərdə imiş, aman!..... 



Onu da qeyd edək ki, bu H.Cavidin sadəcə bir şeirinə  qısa bir baxış idi. Onun bütün yaradıcılığı incələndikdə 

əsərlərinin ideya və məzmun dərinliyi ilə yanaşı bu məzmunla uzlaşan bir dil zənginliyinin olduğunu da rahatlıqla müşahidə 

etmək olar. 

 

 

TARİXİ MƏNBƏLƏRDƏ ŞƏRUR OYKONİMİ 

 

Şəbnəm QULİYEVA 

AMEA, Naxçıvan bölməsi 



nazli.irem000@gmail.com 

 

Naxçıvan Azərbaycanın ən qədim yurd yeri, inzibati və mədəniyyət mərkəzlərindən biridir. Bura bəşəriyyətin məskən 

saldığı bir ərazi kimi çoxəsrlik tarixi, zəngin təbii şəraitivə əlverişli coğrafi mövqeyi, ictimai, siyasi, iqtisadi qüdrətinə görə 

şan-şöhrət tapmış, öz maddi mədəniyyət abidələri ilə dünya mədəniyyəti tarixinə daxil olmuşdur. 

Türk-Azərbaycan mədəniyyəti abidələrinin zəngin olduğu qədim Naxçıvan torpağında yerləşən yüzlərlə yer-yurd 

adları, onların yaranma tarixi hələ  də tamamilə oyrənilməmişdir. Belə adlardan biri də  qədim tariximizin izlərini bu 

günümüzədək qoruyub saxlayan “Şərur” oronim (Şərur düzü), xoronim (Şərur rayonu) və oykonimdir (Şərur şəhəri). 

Şərurun salındığı tarix hələ dəqiq müəyyənləşdirilməsə də, buranın hələ eramızdan əvvəl yaşayış məntəqəsi kimi sa-

lındığı məlumdur. Qədim Şərur yaşayış yeri tikililərin altında qaldığından burada geniş arxeoloji tədqiqatlar aparılmamışdır.  

Şərur sözünə oykonim (yaşayış məntəqə adı) kimi V əsr müəllifləri Eqişe və Moisey Xorenlinin (Movses Xorenasi) 

əsərlərində eradan əvvəlki hadisələrdən söhbət açılarkən rast gəlirik  

Şərur toponimi canlı danışıq dilində  bəzən  Şəril  şəklində  işlənib,  ədəbi dildə isə  Şərur formasında işlənib və 

işlənməkdədir. Xalq etimologiyası ilə bağlı Şərur-Şəril sözlərinin müxtəlif izahları vardır. Araz və Arpaçayın bu ərazidən 

keçdiyin nəzərə alıb Şəruru “şəhri rur”, yəni “çaylar şəhəri” mənasını verən söz kimi izah edirlər. Şərur sözünün “şər” və 

“el” sözlərindən əmələ gəldiyini söyləyənlər də var. Şərur sözünü elmi cəhətdən izah etməyə çalışan bir çox tədqiqatçılar bu 

sözün müxtəlif mənbələrdən gəldiyini iddia edirlər. 

Əcdər Fərzəli “Şərur düzü” ifadəsini  əvvəl “Şirur düzü” olduğunu iddia edir. “Şirur” sözündəki “Şir” hissəsinin 

“Avestadakı”  Şirvinlə  əlaqələndirir. O qeyd edir ki, Şərur (Şirur) düzü ifadəsindəki “şər//şir” – od, “ur2 isə  nəsil, soy 

bildirir. Məhəmməd Elli isə  “Şərur” sözünün mənasını  qədim  Şumer  əsatiri ilə  əlaqələndirərək onun Ninurtanın ilahi 

nizəsinin adı olduğunu iddia edir. Onun fikrincə nizə qara qüvvənin qənimidir və şəri urub (vurub) öldürür. “Şərur” sözünün 

etnotoponim olması  şübhəsizdir. “Divanü-lüqət-it-türk”  əsərində  oğuzların mövcud olan 22 boyundan birinin Çaruk 

adlandığı yazılır. Bu əsərin müəllifi Mahmud Kaşğarlının fikrinə  əsaslanan bəzi tədqiqatçılar Çarukun Şərur 

etnotoponiminin yaranmasında əsas rolu olduğunu düşünürlər. 

Nadir Məmmədovun da qeyd etdiyi kimi türk dillərində ç-ş səs əvəzlənməsi geniş yayılmışdır. Bunun nəticəsində də 

Çaruk sözü Şaruk  şəklinə düşmüş, sonra yenidən fonetik dəyişikliyə  uğramış, Çaruk - Şaruk - Şəruk - Şərur kimi 

formalaşmışdır.  “Kitabi – Dədə Qorqud” dastanlarının onuncu boyunda adı çəkilən Şəruk  yurdunun Naxçıvan vilayətində 

olan indiki Şərur olması ehtimalı da yüksək qiymətləndirilir. 

Tədqiqatçı A. Imanlı özünün “Onomastika məsələləri” adlı kitabında Şərur oykoniminin tədqiqinə geniş yer verərək 

qeyd edir ki, Şərur sözünə qədim və möhtəşəm abidəmiz olan, onomastik vahidlərlə, yəni xüsusi adlarla zəngin olan “Kitabi 

– Dədə Qorqud” dastanlarında rast gəlirik. Bu söz Həmid Araslının tərtib etdiyi “Kitabi – Dədə Qorqud” un “Uşun qoca 

oğlu Səkrək boyunu bəyan edər” adlı onuncu boyunda “Şəruk” kimi verilmişdir: “Meyxanədə beş gün yemə-icmə oldu. 

Ondan Şərukun ucundan Göycə dənizə təkin el çarpdı. Qələbə doyum oldu. Yolu Əlincə qələsinə oğramışdı” . Müəllif digər 

Azərbaycan alimləri Fərhad Zeynalov və Samət Əlizadənin birlikdə tərtib etdikləri “Kitabi  - Dədə Qorqud” da isə Şərur 

sözü tamamilə fərqli olaraq “Şirokuz” kimi göstərilmişdir: “Meyxanədə beş gün yemə - içmə oldı. Andan Şirokuz ucundan 

Gökcə dənizə dəki el çarpdı. Ğalaba toyım oldı. Yolu Əlincə qələsinə uğramışdı” . 

Ümumiyyətlə  Şərur toponimini müxtəlif alim və  tədqiqatçılar tam fərqli  şəkildə oxumuşlar. Bu toponimi Bartold 

“Şerüküz”, O. Gökyay və E. Rossi “Şürük”, M. Ergin “Şiroquvan” (Şirokavan),  H. Araslı “Şərük”, E. Cəmşidov “Şərur” 

kimi oxumuşlar. 



Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin