k (kaza yapmak, kaza etmek).
“KDQ” dastanlarının dilində 3 dəfə fərqli söz-forma tərkibində işlədilmiş ğeyrət sözünün müasir yazılışının abidədəki
imladan fərqliliyi də dilimizin fonetik quruluşu ilə diktə edilir. Belə ki, ğeyrət etmək felindəki alınma komponentin anlaut
konsonantı, abidə mətnində doğru olaraq qeyd edildiyi kimi, [ğ ] səsidir və müvafiq olaraq həmin mövqedə “ğaynun”
hərfinin işlədilməsi labüd idi. “KDQ”da yer alan qəzəb etmək felinin ərəb mənşəli komponentində müasir orfoqrafiya
normasına uyğun imla müşahidə edilir: Qatı qəzəb edərəm şimdi sana! – dedi .
Dastan mətnindən göründüyü kimi, “KDQ”nın yazıya alındığı dövrdə ğeyrət “qeyrət” sözü tam fonetik adaptasiya
keçməmışdır. Lakin artıq müasir orfoqrafik, izahlı və s. lüğətlərdə həmin ərəb alınmasının q inisial hərfli variantı ədəbi dil
norması kimi qeydə alınmışdır.
Azərbaycan dilindəki ərəb alınmaları sırasında qısa sait əlavə edilmiş fikir (fikri, fikrə), ağıl (ağlı, ağ-
la), isim(ismi, ismə), sinif (sinfi, sinfə) və s. sözləri qeyd etmək olar. Maraqlıdır ki, əql sözü yalnız bir müddət sonra
dilimizin müvafiq fonetik quruluş özəlliyinin diqtəsilə iki hecalı olmuşdur, lakin digər ərəb alınması hələ “KDQ” dastan-
larının mətnində müvazi işləklik nümayiş etdirərək həmin qaydanın icrasına “cəhd göstərmişdir”. Söhbət şükr etmək, şükr
qılmaq fellərinin tərkibindəki ərəb alınmasından gedir. Həmin ərəb alınması həm şükr, həm şükür variantında işlədilmişdir.
Müqayisə üçün deyək ki, digər mürəkkəb fel tərkibində yer alan ərəb alınmasında qısa saitin iştirakı müşahidə edilmir
və həmin leksem müasir dildəki işlək variantından fərqli fonetik cild nümayiş etdirir. «Ol iki həlala yüz qırq yıl ömr ver-
dim», –dedi. Müasir Azərbaycan dilində “həyat vermək, can vermək, yaşatmaq” mənalarını ifadə edən ömür vermək feli
ilə yanaşı, eyni alınmanın iştirakı ilə yaranmış ömrü uzanmaq, ömrü vəfa etməmək, ömür keçirmək mürəkkəb fel və feli
frazeoloji birləşmələri də vardır ki, onların bəzilərində qısa saitin iştirak etdiyini, bəzilərində isə reduksiyaya uğradığını
görürük. Dastan mətnində müasir variantından fərqli olaraq, qısa saitsiz işlənən digər ərəb alınması isə fikr sözüdür.
“KDQ”-da həmin alınmanı fikr etmək mürəkkəb felinin tərkibində izləyirik: Oğlan fikr eylədi, aydır: «Bir tama dirək
ururlar, ol tama tayaq olur. Bən bunın alnına niyə tayaq olurbən-tuturbən» -dedi.
“KDQ” dastanlarının dilində yer alan ərəb alınmalarında “uzun sait” amilini də yaddan çıxarmaq olmaz:
ərəbcə tələffüz azərbaycanca tələffüz
şəhi:d şəhid
va:sil vasil
ha:cət hacət
işa:rət işarət
iqra:r iqrar
salava:t salavat
həla:k həlak
təma:m təmam
Müqayisə üçün qeyd edək ki, Azərbaycan dilinin orfoqrafik qaydaları həmin sait uzunluqlarının fərqləndirilməsini
labüd saymadığı halda, müasir türk dilinin yazı sistemi ərəb - fars mənşəli alınmaların sait uzunluqlarının fiksə edilməsi
üçün xüsusi işarənin tətbiqini vacib sayır. Belə ki, türk yazı sistemində tətbiq edilən ^ simvolunun ifadə etdiyi funksiyaya
alınma sözlərdəki uzunluqların işarə edilməsi də daxildir (âmâ , lâzım).
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
216
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
RƏSUL RZA DİLÇİ ALİM KİMİ
Sevda KAZIMOVA
Bakı Slavyan Universiteti
kazimovasevda1990@gmail.com
Rəsul Rza ana dilinin əsas lüğət fondunu qorumaqla bərabər, onun inkişaf etdirilməsini, zənginləşdirilməsini əsas
vəzifələrdən sayırdı: “ Dilimizin lazım olmayan kəlmələrlə zibilləndiyindən danışmaq heç də dili qıfıl altında saxlayaraq,
ona heç bir yeni kəlmə və terminin gəlməsinə yol verməmək deyil “. O, özü dilimizin lüğət tərkibini 10-larla, bəlkə də
yüzlərlə yeni söz və deyimlərlə ( ifadələrlə) zənginləşdirmişdi.
Şairin bir dilçi alim kimi ana dilinin qrammatik quruluşu, şəkilçiləri, söz birləşmələri haqqında da dəyərli fikirləri var.
Onun “ Mülahizələr” adlı məqaləsi başdan –başa qrammatikaya aid aktual məsələlərə həsr edilmişdir. Məsələn, öz təyini
əvəzliyinin işlənmə məqamları üzrə onun çox dəqiq müşahidələri var. Həmin müşahidələrdən biri: “ Hələ də bir məntiqi və
semantik gərək olmadan təsdiqedici əlavə sözlər bol-bol işlədilir. Özü, özünün, özünə və bu kimi. Müşavirə işini qurtardı
yerinə “ Müşavirə öz işini qurtardı” yazırıq, deyirik. Əhməd oğluna nəsihət elədi yerinə “ Əhməd öz oğluna nəsihət elədi”.
Şair- alim öz sözünün işlənmə yerini dəqiq müəyyənləşdirir: “ Bəzən bu “ öz” sözü gərək olur. Məsələn, belə bir
cümlədə: “ Əhməd uşaqların mübahisəsinə qulaq asdı, öz oğlunu danladı” və ya “ Əhməd kitablar arasından öz kitabını
götürdü”.
Dilimizin sifət nitq hissəsində sifətləndirmə dərəcəsinin əlaməti üzrə onun müşahidəsi diqqətə layiqdir: “ qırmızı”, “
düz”, “ yaşıl” sözlərinə “ qıp”, “düm”, “yam” əlavələr etməklə onların mənasında yeni şiddət, daha artıq məna çalarları
yaranır: “qıpqırmızı”, “ dümdüz”, “ yamyaşıl”. Burada tədqiqi və izahı gərək olan bir hal da var. Bütün belə
qoşalaşdırmalarda əlavə hissə əvvəl, sözün əsli sonra gəlir – “ yumyumşaq”. Yalnız ağ sözündə əlavə ikinci sıraya keçir: “
Ağappaq”. Niyə? Məgər apağ demək düzgün sayılmaz? Dilçi alim ağappaq sözünün əvəzinə apağ sifətinin işlədilməsini
məqsədəuyğun hesab edir.
Dildə mövcud çərçivəliliyi dağıtmaq, yenilik axtarışı, seçmə, əvəzetmə, sözlərə yeni məna vermə Azərbaycan yazıçısı,
alimi üçün xüsusilə vacibdir. Ona görə ki, məlum olduğu üzrə ötən əsrlərdə dilimizə daxil olan bir çox lüzumsuz əcnəbi söz,
ifadə, tərkiblər dilimizin öz doğma sözlərini sıxışdırıb unutdurmuş, üstü örtülü xəzinə halına salmışdır. Bu nöqteyi-nəzərdən
Azərbaycan yazıçısının lazım olduğu yerdə ləhcə, şivə və dialektlərə müraciət etməsi məqsədəuyğundur. Bu baxımdan
Rəsul Rzanın dilində də maraqlı dialekt örnəkləri vardır. Məsələn, yüyrük ( beşik), gənimək ( rəngi qaçmaq), köbər ( dik
yer), bəlləmək ( müəyyənləşdirmək), idim ( forma) və s. Rəsul Rzanın yaradıcılığı təsdiq edir ki, bədii dildə dialektlərə
müəyyən qədər yer vermək dilin axıcılığına, rəvanlığına səbəb olur və yeri gəldikcə gizli xəzinə materialı olan dialektləri
üzə çıxartmaq faydalı nəticələr verir.
FRAZEOLOGİZMLƏRİN MƏNİMSƏNİLMƏSİ ZAMANI YARANAN PROBLEMLƏR
Şəfiqə SAVALANOVA
Bakı Slavyan Universitetinin
damladrop@mail.ru
Frazeoloji vahidlərin yaranması bir qayda olaraq, dilin milli-mədəni spesifikası ilə əlaqələndirilir. Hər bir dilin milli
xüsusiyyətlərindən asılı olaraq frazeoloji vahidlərin özünəməxsus cəhətləri ola bilər və bu da təbiidir. Frazeologizmlər dilin
zəngin ifadə vasitələrindən biridir və onların səmərəli şəkildə istifadəsi, nitqi daha ifadəli, rəngarəng edir, estetik baxımdan
gözəlləşdirir. Nitq aktında frazeologizmlərdən istifadə etmək xarici dili mükəmməl bilməyin göstəricilərindən biridir. Sözlər
kimi bütövlükdə bir anlayış ifadə edən frazeoloji vahidlər də dilin lüğət tərkibinin zənginləşməsində böyük rol oynayır və
ünsiyyət vasitəsi kimi nitqdə istifadə edilir. Bir dilin frazeoloji vahidlərini bilmədən o dili mükəmməl öyrənmək mümkün
deyil. Bu bir daha frazeologizmlərin öyrədilməsinin vacibliyini göstərir.
İngilis dilini xarici dil kimi öyrənənlər frazeologizmlərin mənimsənilməsində bir sıra çətinliklərlə üzləşirlər, çünki, hər
bir dil sistemi həm qrammatik modellərin strukturu, həm də leksik material baxımdan müəyyən qanunauyğunluqlar üzərində
qurulmuşdur. Bir halda ki belədir, deməli bu qanunauyğunluqlar frazeoloji vahidlərin yaranmasına da təsir göstərir. Hər bir
frazeoloji vahid fərdi yaranır və bu şəkildə də dilin frazeoloji tərkibinə daxil olur. Dilin bir hissəsi olmaqla, frazeoloji
vahidlər onun əsas cəhətlərini və xüsusiyyətlərini özündə cəmləşdirir. Məsələn, əgər dildə isimlərin hallanması varsa,
frazeoloji tərkiblərdə də müxtəlif hallarda işlənmiş isimlər iştirak edir; əgər hər hansı bir dildə artikl mövcuddursa, bu
element frazeoloji birləşmələrin formalaşmasında da iştirak edir. Xüsusilə, ingilis dilinin frazeologizmlərində sözönülərə,
artikllara daha çox rast gəlirik. Hətta bəzi frazeoloji birləşmələr yalniz artikl işlənməsinə görə sərbəst söz birləşməsindən
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
217
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
fərqlənir. Buna misal olaraq, “to go to the sea” və “to go to sea” söz birləşmələrini göstərmək olar. Bu birləşmələrdən
birincisi sərbəst söz birləşməsidir və onu təşkil edən komponentlərin həqiqi mənasını özündə ehtiva edərək, “dənizə
getmək” mənasını ifadə edir, ikincisi isə frazeologizmdir “dənizçi olmaq” mənasını verir.
İngilis dilində olan frazeologizmlərin bəzilərinin ekvivalenti dilimizdə mövcud deyil. Frazeoloji birləşmələri təşkil
edən komponentlərdən biri və ya hər ikisi öz həqiqi mənasında deyil, məcazi mənada işləndikdə, onun mənasını
müəyyənləşdirmək daha da çətinləşir. Məsələn, “to strike one’s colours” söz birləşməsinin komponentlərinə nəzər salsaq,
diqqətimizi ilk olaraq cəlb edən “strike” sözü olacaq ki, bu da əsasən “məğlub etmək” “zərbə endirmək” mənasında işlədilir,
lakin, bu söz birləşməsinin komponentləri birlikdə vahid bir frazeoloji birləşmə kimi bu sözə tamamilə antonim olan “təslim
olmaq” mənasını ifadə edir. Deməli, frazeologizmlərdəki bu cür çaşdırıcı məqamlar, xüsusən də yeni dil öyrənənlər üçün
mənimsəmədə çətinlik törədə bilər.
Leksik vahidlər, yəni sözlər, kimi frazeologizmlər də omonimlik təşkil edə bilirlər. Bir söz birləşməsi konteksdən asılı
olaraq həm sərbəst söz birləşməsi, həm də frazeoloji birləşmə kimi başa düşülə bilər. Məsələn, ən çox işlədilən ifadələrdən
biri “don’t mention it”-həm adi söz birləşməsi kimi “mənə bunu xatırlatma”, həm də frazeoloji birləşmə kimi “dəyməz,
buyurun” mənasında işlənə bilər. Digər bir misal, “to throw the book at somebody” söz birləşməsi onu təşkil edən
komponentlərin həqiqi mənasında işləndikdə “kiməsə kitab atmaq”, məcazi mənada işləndikdə isə “kiməsə ömürlük həbs
cəzası kəsmək” mənasını ifadə edir.
Frazeologizmlərin mənimsənilməsi zamanı xarici dil öyrənənlər müxtəlif çətinliklərlə qarşılaşa bilərlər ki, yuxarıda
göstərdiyimiz məqamlar sadəcə bunların bir qismini əhatə edir. Onu da qeyd etmək lazımdır ki, istənilən bir linqvistik
materialın mənimsənilməsi zamanı yaranan problemlər və onların aradan qaldırılması məsələsi, öyrənənlərin bu və ya digər
dil sistemində mövcud olan qanunauyğunluqları qavraya bilmək, onları öz ana dillərinə assimilyasiya edə bilmək
bacarığından asılıdır. Ancaq frazeologizmlərin unikallığı və fərqliliyi ondan ibarətdir ki, frazeoloji vahidləri mənimsəmək
üçün dili, onun qramatikasını, leksikasını və digər aspektlərini bilmək kifayət etmir, bu həm də öyrənənlərdən xarici dil
daşıyıcılarının mədəniyyətini, adət-ənənəsini, ümumxalq dilini bilməyi və öyrənməyi tələb edir. Çünki, hər bir yeni dilin
mənimsənilməsi ilk növbədə yeni bir mədəniyyətin mənimsənilməsi deməkdir.
HÜSEYN CAVİDİN “BİR ZAMANLAR” ŞEİRİNİN LİNQVİSTİK TƏHLİLİ
Şövkət İSMAYILOVA
Qafqaz Universiteti
sismayilova@std.qu.edu.az
Bir zamanlar
Bir zamanlar sənin pəmbə kölgəndə,
Pək bəxtiyar idim, nazlı dilbərim.
Hənüz bəxtiyarlıq duyulmaz bəndə
Yalnız gülümsərdi məhzun gözlərim.
Ayrılıq nə yaman dərd imiş, aman!
Sənsiz halım gündən-günə pərişan
Vüslət dəmlərini anar da hər an,
İzlər yollarını yorğun gözlərim.
Sənsiz bütün duyğularım bunalmış,
Zehnim, fikrim durmuş həp dona qalmış.
Uyqum çəkilmiş, gönlümü qəm almış
Yalnız arar səni vurğun gözlərim.
H.Cavidə məxsus yuxarıdakı “Bir zamanlar” şeirinin linqvistik təhlilini aparmağımızda əsas məqsəd şairin ümumişlək
sözlərlə necə gözəl poetik nümunə yaratdığını isbat etməyə çalışamaqdır.
Əsərin ideyası. Şeirin məzmununu əsasən sevgilisindən ayrılan aşiqin çəkdiyi həsrət və izdirabın tərənnümü təşkil
edir. Burada aşiqin keçmiş günlərdə sevgilisiylə keçirdiyi anlardakı bəxtiyarlığını, araya düşmüş ayrılığa etdiyi sitəmləri,
keçmiş günləri anaraq çəkdiyi əzabları görürük. Şeirdə şair aşiqin dilindən sanki sevgilisiylə üz-üzə dayanaraq söhbət edir,
ürək sözlərini ona çatdırır.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
218
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Əsərin quruluşu və kompozisiyası. Hər misra 11 hecadan, hər bənd 4 misradan ibarətdir. Bəndlər bir-birilə məzmunca
bağlanaraq bütöv, tamamlanmış bir əsər əmələ gətirmişdir. Birinci bənddə 1-ci və 3-cü misralar bir, 2-ci və 4-cü misralar isə
bir qafiyələnmişdir. Digər bəndlərdə isə 1,2,3-cü misralar bir qafiyələndiyi halda 4-cü misra isə birinci bəndin 2-ci və 4-cü
bəndi ilə həmqafiyədir: 1-ci bənd abab, 2-ci və 3-cü bəndlər isə aaab.
Şeirin bəndlərində aşiqin həsrətdən çəkdiyi izdirab yüksələn xətt üzrə inkişaf etmiş ikinci bəndin ilk misrasında
kulminasiya nöqtəsinə çataraq sonrakı misralarda alçalan xətt üzrə davam etmişdir.Vurğun gözlərinin hələ də onu
axtardığını, dolayısıyla qəlbində onun yerinin hələ də qaldığını bildirməklə şeiri nəticələndirmişdir.
Fonetik xüsusiyyətlər. Şeirdə kar samitlər sadəcə 37 ədəd olduğu halda, cingiltili samitlər 169 ədəd, bununla yanaşı,
qalın saitlər 56 ədəd olduğu halda, incə saitlər isə 360 ədəd təşkil edir. Beləliklə şair incə saitlərlə cingiltili samitlərin
ahəngini yaratmış və bunun vasitəsilə şeirin dilinin daha ritmik, daha axıcı və daha təsirli olmasına müyəssər olmuşdur.
Şair misralardakı sözlərdə bədii mətnlərdə ritmiklik və emosionallıq yaradan və üslubi forma kimi formalaşan
allterasiya və assonans hadisələrindən də ustalıqla istifadə etmişdir. Məsələn pəmbə-kölgə, məhzun-gözlər, yaman-
aman,anar-hər an, duyğularım-bunalmış, durmuş-dona qalmış, çəkilmiş-qəm almış və s.
Leksik xüsusiyyətlər. Şeirin dilində 58-ə qədər leksik vahid işlənmişdir. İlk baxışda nəzəri Osmanlı türkcəsində
işlənmiş sözlər cəlb edir: pəmbə, pək, hənüz, bəndə, bunalmış, dona qalmış, həp, uyqum. Şeiri təşkil edən digər sözlər
arasında həm alınma, həm də öz sözlərimiz də vardır.
Şeirdə açar sözlər, yəni şairin sevimli sözləri olaraq “sənsiz” və “gözlərim” sözləri diqqəti cəlb edir. Bir sözlə şair
şeirin əsas mövzusu olan sevgilisinə olan həsrətinin və ayrılığın verdiyi əzabın təsvirini bu sözlərin ətrafında digər
kəlimələri hörməklə vermişdir.
Şeirdə işlənən sözlərin əksəriyyəti ümumişləkdir. Bu sözlərin arsında sinonimlərə də rast gəlinir.Məsələn vaxt, zaman
məfhumunu ifadə etmək üçün şair birinci bənddə “zaman” sözündən istifadə etdiyi halda, ikinci bənddə “dəm” və “an”
ifadələrini işlətmişdir.
Bir zamanlar sənin pəmbə kölgəndə ....
Vüslət dəmlərini anar da hər an ....
Eyni zamanda kədəri, qüssəni bildirmək məqsədilə ikinci bənddə “dərd”, üçüncü bənddə isə qəm sözündən istifadə
etmişdir :
Ayrılıq nə yaman dərd imiş, aman!...
Uyqum
çəkilmiş, gönlümü qəm almış....
Qəmi, dərdi daşıyan, kədərli mənasında isə birinci bənddə “məhzun” sözünü işlətməyi lazım bilmişdir:
Yalnız gülümsərdi məhzun gözlərim ....
Üçüncü bənddəki “zehin” və “fikir” sözləri də sinonimlik təşkil etmiş və eyni zamanda yanaşı işlənmişdir:
Zehnim, fikrim donmuş, həp dona qalmış ....
Şair belə sinonimlərdən istifadə etməklə şeirin dilini canlı və mənalı etmiş, təsvir olunan hadisəni böyük incəlik, zərif-
liklə, rəngli boyalarla verməyə müvəffəq olmuş, şeirin emosional təsirini artırmış, cansıxıcı təkrarlardan xilas olmuşdur.
Sinonimlərlə yanaşı şair antonimlərdən də məharətlə istifadə etmişdir. Məsələn, birinci bənddə özünün bəxtiyar,
gözlərinin isə məhzun olduğunu söyləyən şair, belə bir ziddiyyətlə maraqlı bir situasiyanı ortaya qoymağa müvəffəq olmuşdur.
İkinci bənddəki ayrılıq və vüslət sözlərini də antonim hesab etmək olar. Şair ayrılığın yaman dərd olduğunu vurğulayaraq, bu
ayrılıqda gözlərinin hər an vüslət dəmlərini andığını bildirir. Burdakı vüslət sözünü eyni zamanda bədii əsərlərin dilində
işlənən, təmtəraqlı üslubi rəngə malik olan leksik vahidlərdən sayılan poetizimlərdən biri kimi də qələmə vermək olar.
Qeyd etdiyimiz kimi H. Cavidin bu şeirində bədii təsvir vasitələri nisbətən məhdud saydadır. Nəzəri yalnız bir-iki
bədii təyin cəlb edir. Şairin şeirdəki sevimli sözü sayılan gözlərim hər bəndin sonunda müxtəlif sözlərlə birləşmə əmələ
gətirərək maraqlı təyinlərin yaranmasına səbəb olmuşdur : məhzun gözlərim, yorğun gözlərim, vurğun gözlərim
Eyni zamanda birinci bənddə işlənmiş pəmbə kölgə birləşməsi də çox maraqlı təyindir və demək olar ki, bu şairin
şeirdə yaratdığı ozünəməxsus bir ifadədir. Bilindiyi kimi, sevən insan ətrafındakı, həyatındakı hər şeyi türklərin ifadəsiylə
desək, “pəs-pəmbə” görür. Bəli, şair də sevgilisiylə birlikdə yaşadığı həyatı pəmbə görür. Lakin burada bir ayrıntı, bir fərq
var ki, bu pəmbə həyat gerçək deyil, bir kölgədən ibarətdir. Buna baxmayaraq şair bu yalançı həyatda belə sevgilisi yanında
olduğu üçün özünü bəxtiyar hesab edir.
Frazeoloji xüsusiyyətlər. Şeirdə bir sıra frazeoloji məzmunlu vahidlər də işlənmişdir. Bu vahidlərin bəzisi məhz H.
Cavidin özünə məxsusdur. Şairin yaratdığı xüsusi frazeoloji vahidlər şeirdə yüksək obrazlılıq kəsb edir. Məsələn, “duyğu-
larım bunalmış” , “zehnim, fikrim durmuş”, “zehnim, fikrim dona qalmış”. Bununla yanaşı “uyqum çəkilmiş” , “gönlümü
qəm almış” da frazeoloji vahidlər cərgəsinə daxildir.
Qrammatik xüsusiyyətlər. Qrammatik xüsusiyyətlərin arasında sintaktik paralelizm mühüm yerə malikdir.Təhlilini
apardığımız şeirdə paralelizmin distant-məsafəli növünə rast gəlirik:
Yalnız gülümsərdi məhzun gözlərim.
İzlər yollarını yorğun gözlərim.
Yalnız arar səni vurğun gözlərim.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
219
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Xitablar cümlə ilə yüksək seqmentli sintaktik vasitələrlə (ritmik intonasiya ilə) əlaqələnirlər. “Bir zamanlar” şeirində
bir xitab işlənmişdir. Bu da aşiqin sevgilisinə etdiyi xitabdır:
Bir zamanlar sənin pəmbə kölgəndə,
Pək bəxtiyar idim, nazlı dilbərim.
Eyni zamanda şeidə müxtəlif duyğuların- hiss və həyacanın, istək və arzuların ekspressiv yolla ifadə edilməsini təmin
edən nidadan da bir yerdə istifadə olunmuşdur:
Ayrılıq nə yaman dərdə imiş, aman!.....
Onu da qeyd edək ki, bu H.Cavidin sadəcə bir şeirinə qısa bir baxış idi. Onun bütün yaradıcılığı incələndikdə
əsərlərinin ideya və məzmun dərinliyi ilə yanaşı bu məzmunla uzlaşan bir dil zənginliyinin olduğunu da rahatlıqla müşahidə
etmək olar.
TARİXİ MƏNBƏLƏRDƏ ŞƏRUR OYKONİMİ
Şəbnəm QULİYEVA
AMEA, Naxçıvan bölməsi
nazli.irem000@gmail.com
Naxçıvan Azərbaycanın ən qədim yurd yeri, inzibati və mədəniyyət mərkəzlərindən biridir. Bura bəşəriyyətin məskən
saldığı bir ərazi kimi çoxəsrlik tarixi, zəngin təbii şəraitivə əlverişli coğrafi mövqeyi, ictimai, siyasi, iqtisadi qüdrətinə görə
şan-şöhrət tapmış, öz maddi mədəniyyət abidələri ilə dünya mədəniyyəti tarixinə daxil olmuşdur.
Türk-Azərbaycan mədəniyyəti abidələrinin zəngin olduğu qədim Naxçıvan torpağında yerləşən yüzlərlə yer-yurd
adları, onların yaranma tarixi hələ də tamamilə oyrənilməmişdir. Belə adlardan biri də qədim tariximizin izlərini bu
günümüzədək qoruyub saxlayan “Şərur” oronim (Şərur düzü), xoronim (Şərur rayonu) və oykonimdir (Şərur şəhəri).
Şərurun salındığı tarix hələ dəqiq müəyyənləşdirilməsə də, buranın hələ eramızdan əvvəl yaşayış məntəqəsi kimi sa-
lındığı məlumdur. Qədim Şərur yaşayış yeri tikililərin altında qaldığından burada geniş arxeoloji tədqiqatlar aparılmamışdır.
Şərur sözünə oykonim (yaşayış məntəqə adı) kimi V əsr müəllifləri Eqişe və Moisey Xorenlinin (Movses Xorenasi)
əsərlərində eradan əvvəlki hadisələrdən söhbət açılarkən rast gəlirik
Şərur toponimi canlı danışıq dilində bəzən Şəril şəklində işlənib, ədəbi dildə isə Şərur formasında işlənib və
işlənməkdədir. Xalq etimologiyası ilə bağlı Şərur-Şəril sözlərinin müxtəlif izahları vardır. Araz və Arpaçayın bu ərazidən
keçdiyin nəzərə alıb Şəruru “şəhri rur”, yəni “çaylar şəhəri” mənasını verən söz kimi izah edirlər. Şərur sözünün “şər” və
“el” sözlərindən əmələ gəldiyini söyləyənlər də var. Şərur sözünü elmi cəhətdən izah etməyə çalışan bir çox tədqiqatçılar bu
sözün müxtəlif mənbələrdən gəldiyini iddia edirlər.
Əcdər Fərzəli “Şərur düzü” ifadəsini əvvəl “Şirur düzü” olduğunu iddia edir. “Şirur” sözündəki “Şir” hissəsinin
“Avestadakı” Şirvinlə əlaqələndirir. O qeyd edir ki, Şərur (Şirur) düzü ifadəsindəki “şər//şir” – od, “ur2 isə nəsil, soy
bildirir. Məhəmməd Elli isə “Şərur” sözünün mənasını qədim Şumer əsatiri ilə əlaqələndirərək onun Ninurtanın ilahi
nizəsinin adı olduğunu iddia edir. Onun fikrincə nizə qara qüvvənin qənimidir və şəri urub (vurub) öldürür. “Şərur” sözünün
etnotoponim olması şübhəsizdir. “Divanü-lüqət-it-türk” əsərində oğuzların mövcud olan 22 boyundan birinin Çaruk
adlandığı yazılır. Bu əsərin müəllifi Mahmud Kaşğarlının fikrinə əsaslanan bəzi tədqiqatçılar Çarukun Şərur
etnotoponiminin yaranmasında əsas rolu olduğunu düşünürlər.
Nadir Məmmədovun da qeyd etdiyi kimi türk dillərində ç-ş səs əvəzlənməsi geniş yayılmışdır. Bunun nəticəsində də
Çaruk sözü Şaruk şəklinə düşmüş, sonra yenidən fonetik dəyişikliyə uğramış, Çaruk - Şaruk - Şəruk - Şərur kimi
formalaşmışdır. “Kitabi – Dədə Qorqud” dastanlarının onuncu boyunda adı çəkilən Şəruk yurdunun Naxçıvan vilayətində
olan indiki Şərur olması ehtimalı da yüksək qiymətləndirilir.
Tədqiqatçı A. Imanlı özünün “Onomastika məsələləri” adlı kitabında Şərur oykoniminin tədqiqinə geniş yer verərək
qeyd edir ki, Şərur sözünə qədim və möhtəşəm abidəmiz olan, onomastik vahidlərlə, yəni xüsusi adlarla zəngin olan “Kitabi
– Dədə Qorqud” dastanlarında rast gəlirik. Bu söz Həmid Araslının tərtib etdiyi “Kitabi – Dədə Qorqud” un “Uşun qoca
oğlu Səkrək boyunu bəyan edər” adlı onuncu boyunda “Şəruk” kimi verilmişdir: “Meyxanədə beş gün yemə-icmə oldu.
Ondan Şərukun ucundan Göycə dənizə təkin el çarpdı. Qələbə doyum oldu. Yolu Əlincə qələsinə oğramışdı” . Müəllif digər
Azərbaycan alimləri Fərhad Zeynalov və Samət Əlizadənin birlikdə tərtib etdikləri “Kitabi - Dədə Qorqud” da isə Şərur
sözü tamamilə fərqli olaraq “Şirokuz” kimi göstərilmişdir: “Meyxanədə beş gün yemə - içmə oldı. Andan Şirokuz ucundan
Gökcə dənizə dəki el çarpdı. Ğalaba toyım oldı. Yolu Əlincə qələsinə uğramışdı” .
Ümumiyyətlə Şərur toponimini müxtəlif alim və tədqiqatçılar tam fərqli şəkildə oxumuşlar. Bu toponimi Bartold
“Şerüküz”, O. Gökyay və E. Rossi “Şürük”, M. Ergin “Şiroquvan” (Şirokavan), H. Araslı “Şərük”, E. Cəmşidov “Şərur”
kimi oxumuşlar.
|