II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
202
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
MƏTBUAT DİLİNDƏ İŞLƏNƏN ALINMALAR HAQQINDA
Nailə MƏHƏROVA
Bakı Slavyan Universiteti
naile_en@mail.ru
Kütləvi informasiya vasitələrindən biri olan mətbuat mühüm informasiya mənbəyidir. Mətbuat cəmiyyətdə baş verən
hadisələri ən sadə bir dildə və üslubda təqdim edir. Azərbaycanda mətbuatın meydana gəlməsi və inkişafına qədər alınmalar
özünü daha çox bədii sözdə göstərmişdir. XX əsrin əvvəllərində mətbuatın güclü inkişafı alınmaların dilə daha intensiv
müdaxiləsinə gətirib çıxarmışdır. Son dövrlərdə mətbuatda dilimizin öz sözləri ilə yanaşı başqa dillərdən keçən sözlərdən də
geniş şəkildə istifadə olunur. Alınmaların əsasən üç növü göstərilir: 1.Leksik alınmalar; 2.Morfoloji alınmalar; 3. Sintaktik
alınmalar. Bu alınmalar əsasən ərəb, fars, rus və avropa mənşəli alınmalardır. Eyni zamanda türkizmlərin işlədilməsi də son
dövrlərdə geniş yayılmışdır.
Bu və ya digər dilin hər hansı bir dildən sözlər alması prosesinə dildaxili və dilxarici amillər təsir göstərir. Sözalma
üçün şərait yaradan, bu prosesi sürətlındirən amillərdən biri sözalan dildə quruluş baxımından analoji sözlərin yaradılmasına
olan ehtiyacdır. Başqa dildən söz alma yad dilin sözlərini mexaniki şəkildə öz dilimizə daxil etmək demək deyil. Alınma
sözlər bizim dilimizə daxil olduğu zaman onların mənası dəyişə bilər, müəyyən fonetik və morfoloji dəyişikliyə məruz qala
bilər. Eyni zamanda alınma söz və morfemlər vasitəsilə yeni sözlər yaratmaq da mümkündür. Alınmalar özünü daha çox
leksikada göstərir. Leksik alınmaların dilə daxil olması dil əlaqələri ilə sıx bağlıdır. Leksik alınmalar dilin lüğət tərkibini
zənginləşdirməyin əsas yollarından biridir. Leksik alınma dildə sinonimliyin inkişafına və dilin öz sözlərində ilkin
dəyişikliklər baş verməsinə səbəb ola bilər.
Alınmalar baxımından dilin qrammatik quruluşunda morfologiya və sintaksis fərqlənir: morfologiyada alınmaların
təsiri yox dərəcəsindədir, sintaksis isə xarici təsirlərə qarşı həssasdır. Morfologiyada alınmalar baş verdikdə bu, morfoloji
sistemin zənginləşməsinə deyil, sadələşməsinə səbəb olur. Belə hallarda mənanın morfoloji üsulla ifadəsi leksik yaxud
sintaktik üsulla əvəz edilir ki, bu da morfoloji kateqoriyaların tərkibinin xeyli kasıblaşmasına səbəb olur.
Sintaksis sahəsində alınmalar iki amildən asılıdır: 1.Sintaktik quruluşda sərbəstlik, yəni qrammatik mənaların ifadə
ağırlığı sintaksisin yox, morfologiyanın üzərinə düşürsə, onda sintaksis alınmalar üçün açıq olur. Yəni, dillərin qarşılıqlı
təsiri nəticəsində dilin sintaktik sistemində dəyişikliklər baş verə bilər; 2.Qrammatik mənanın ifadə ağırlığı sintaksisin
üzərinə düşərsə, onda dilin sintaktik sistemi xarici təsirin üzünə qapanır və orada çox cüzi dəyişikliklər baş verə bilər.
Dilin başqa sistemlərinə nisbətən fonetik sistem xarici təsirə daha çox müqavimət göstərir.Ona görə də uzun müddət
dilçilik ədəbiyyatında bu sistemin hətta morfoloji sistemə nisbətən də xarici təsirə qarşı qapalı olması fikri irəli sürülürdü.
Son zamanlar isə qeyd olunur ki, fonetik sistem xarici təsirə qarşı leksik və sintaktik sistemlərə nisbətən qapalı olsa da,
morfoloji sistemə nisbətən açıqdır.
Söz və terminlərin bir dildən digərinə keçməsi daha çox zərurət nəticəsində baş verir. Alınma sözlər bir dildən digər
dilə müxtəlif yollarla keçir. Bu baxımdan dilin lüğət tərkibindəki alınmaları iki qrupa ayırmaq olar: a) zəruri alınmalar; b)
məcburi alınmalar. Mətbuatın dilində məcburi alınmaları mənşəyinə görə aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Rus mənşəli məcburi alınmalar: aboy-divar kağızı, atopleniya-qızdırıcı sistem, çaşka-fincan, krovat-çarpayı, kraska-
boya,uçot-qeydiyyat, veşelka-asılqan, qorox-noxud, zamok-qıfıl, zontik-çətir və s.
2. Avropa mənşəli alınma sözlər: antipatiya-pis münasibət, kley-yapışqan, kommentariya-şərh, bint-tənzif, lüstr-
çılçıraq, matç-oyun, balkon-eyvan, pilot-təyyarəçi, avariya-qəza, protest-etiraz və s.
3. Türk mənşəli məcburi alınmalar: öndər-başçı, izninizlə-icazənizlə, zorunda-məcburiyyətində, yazar-yazıçı, sorumlu-
məsul, katib, nədən-niyə, diləkçə-ərizə, dərgi-qəzet, jurnal, dönəm-vaxt, önəmli-vacib və s.
4. Ərəb, fars mənşəli məcburi alınmalar: bahəm-yanaşı, birlikdə, mərəz-xəstəlik, təhdid-təzyiq, bəhməz-doşab,
məmləkət-ölkə, qayət-əlbəttə və s.
Zəruri alınmalar isə adından da göründüyü kimi, tarixi zərurət nəticəsində dilə daxil olur. Bu cür alınmalar elmi-
texniki tərəqqinin nəticəsində yaranır.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
203
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
TƏDRİS PROQRAMINDA MONOLOJİ NİTQ QARŞISINDA DURAN VƏZİFƏLƏR
Nərmin SİYABLI
Bakı Slavyan Universitetinin
narmin.siyabli@mail.ru
Azərbaycan təhsil islahatında ingilis dilinin tədrisi cəmiyyətin və iqtisadiyyatın mövcud olan qloballaşması mühüm rol
oynayır.Lazımi tədris üsullarına təsir edən əsas amil dedikdə, şagirdlərin inkişaf dövrünün xüsusiyyətləri ilə
qabiliyyətlərinin kamilləşməsi nəzərdə tutulur. Xarici dilin (ingilis dilinin) tədrisini bir daha təkmilləşdirmək məqsədi ilə
lazımi tədris üsullarının, yeni vasitələr sisteminin ingilis dilinin tədrisində xüsusilə də şifahi nitqin inkişafında rolu düzgün
və effektli metodiki yanaşma vasitəsilə açıqlanmışdır. Nitqə yiyələnmək, xarici dildə danışmağı və başa düşməyi bacarmaq
hər hansı bir danışıq şəraitində fikrini sərbəst və yaradıcı şəkildə ifadə etməyi bacarmaq deməkdir.
Tədris prosesində müəllimin rolu kifayət qədər vacib və məsuliyyətlidir. Bu səbəbdən tədris fəaliyyəti şagirdin tənqidi
və yaradıcı təfəkkürünün inkişafına yönəlməlidir.
Yazılı nitqdə olduğu kimi şifahi nitqin inkişaf etdirilməsində də əsas işi orta məktəb aparır.Şübhəsiz ki, ünsiyyətin
yaranması üçün şagirdin lüğət ehtiyatının zənginliyi zəruri şərtlərdən biridir. Bəzi linqvistlər, məsələn, Q.Müller ünsiyyət
prosesi üçün 1800 sözü leksik vahid kimi kifayət sayır və yazır: " Biz nə qədər çox biliriksə, özümüzü müxtəlif sahələrdə
bir o, qədər də rahat hiss edə bilərik "
Şagirdlərdə monoloji nitq mədəniyyətinin inkişaf etdirilməsi üçün müəllim öz nitqi ilə şagirdlərə ədəbi tələffüz
nümunələrini verməli, şagirdlərin orfoepik səhvlərini müntəzəm olaraq islah etməli və səhv söylədikləri sözlərin
variantlarını onlara təkrar etdirməli, məktəblərdə düzgün orfoqrafiya və düzgün tələffüz rejimi yaratmaqla, bədii əsərləri
ifadəli oxumağa, zəngin nitqə yiyələnmək üçün şagirdləri mütaliə etməyə, verilmiş dərsləri ardıcıl surətdə danışmağı
bacarmağa alışdırılmalıdır. Hər bir müəllim buna həm dərsdə, həm dərsdənkənar işlərin icrası zamanı nail ola bilər.
Müasir dövrdə şifahi nitq vərdişləri təkmilləşdikcə şagird ana dilinin köməyi olmadan xarici dildə danışmağa
başlayır.Proqramlarda göstərilir ki, şagirdlər monoloq formalı niqt vasitəsi ilə qısa, ardıcıl, məqsədəuyğun və düşünülmüş
məlumatlar verməyi, dialoq formalı nitqlə isə xarici dildə söhbət aparmağı bacarmalıdır.
Təhsildə yeni texnologiyaların tətbiqi təhsilin keyfiyyətini və müasir dünyada tələb olunan biliklərə və bacarıqlara
yiyələnmək istəyən şagirdlərə birbaşa təsir edir.Təhsil sahəsinin çağdaş texnologiya ilə təminatı və informasiyalaşdırılması
keçici bir mərhələ deyildir. O, inkişafın tələbidir. İnformasiyalaşdırılmış cəmiyyət isə hər bir insana bütün həyat boyu
keyfiyyətli təhsil almaq imkanı verməlidir. Elə bu səbəbdən ümumtəhsil məktəblərinin tədris planı və proqramlarının əsas
istiqamətləri müqayisəli şəkildə təhlil olunur,tədris planlarının üstünlükləri, çatışmamazlıqları araşdırılı,yeni proqramlar
yaranır.Bu proqramlar əvvəlki proqramlardan müəyyən cəhətlərinə görə fərqlənir:
-yeni proqramlar dövrün tələbləri baxımından yeni texnika və texnologiya ilə bağlı bilik, bacarıq və vərdişləri aşılamaq
imkanına malikdir. Azərbaycan islahatlar gündəliyində ingilis dili ən vacib yerlərdən birindədir. Ümumtəhsil məktəblərində
istər ibtidai təhsil pilləsində, istər əsas təhsil və ya orta təhsil pilləsində siniflərdə daha çox səmərəli, müasir və lazımi
dərəcədə ingilis dili tədrisini inkişaf etdirmək üçün qərara alınmışdır ki, müəlllimlərin təkmilləşdirilməsinin inkişaf
etdirərək, treninqlərin məktəblərdə işləyən müəllimlər tərəfindən təcrübədə istifadə etməsinə aparacaq və bu treninq müasir
dərslərə dəyişiklik gətirəcəkdir.
Son illər beynəlxalq təhsil stadartlarına uyğun olaraq bir neçə təhsil layihələri həyata keçirilmişdir. Bu layihələrdə
ingilis dilinin tədrisi də daxil olmaqla bütün sahələrdə müasir təlim metodlarından istifadə etməyə həvəsi artırır. Ən vacib
ünsiyyət vasitəsi olduğu üçün ingilis dilinin tədrisi mühüm bir işdir.
Yeni təlim metodları çox bilik və əmək tələb edir. Buna baxmayaraq yeni dərsliklər bu innovativ metodları tətbiq
etmək üçün yararlıdır.Onlar müxtəlif siniflər üçün geniş miqyaslı tədris materialları təklif edir ki, bunlar da keçilən dərsləri
daha maraqlı və effektiv edir.
FELİ SİFƏTİN ƏMƏLƏ GƏLMƏ YOLLARI
Nərmin QURBANOVA
Bakı Slavyan Universiteti
nermin_q@hotmail.com
Feli sifətin ilkin xüsusiyyətlərinə həm fel,həm də sifət xüsusiyyətlərinə malik olması və müxtəlif cümlə üzvləri
vəzifəsində çıxış edə bilməməsi uzun müddət onun tədqiqi işini çətinləşdirmiş.Feli sifət həm türkologiya, o cümlədən
Azərbaycan dilçiliyində bəzən aparıcı nitq hissəsi kimi götürülmüş,bəzən fel,bəzən sifət kateqoriyasına aid edilmişdir.Feli
sifət Azərbaycan dilçiliyində 1839-cuildən 1924-cüilədək fel,1924-cüildən 1936-cı ilədək sifət,1936-cı ildən1938-ci ilədək
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
204
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
fel,1938-1959-cu illərdə sifət,bundan sonra fel bəhsinə daxil olmuşdur.Lakin feli sifət felin təsriflənməyən formalarından
biri kimi fel bəhsində öyrənilir.Azərbaycan dilinin feli sifət haqqında ilk və ətraflı məlumat məşhur türkoloq prof. M.Kazım
bəy tərəfindən verilmişdir.
Müasir Azərbaycan ədəbi dilində feli sifət aşağıdakı şəkilçilərlə düzəlir.
-An,-ən,-mış,-miş,-muş,-müş,-dıq,-dik,-duq,-dük,-acaq,-əcək,-ası,-əsi,-malı,-məli,-ar,-ər,-r,-maz,-məz.Bunlardan -an,-
mış,-dıq,-acaq şəkilçiləri feli sifət düzəltməklə məhsuldardır və felə məxsus xüsusiyyətləri ifadə etmək işində daha geniş
imkanlara malikdir.-Ası,-malı şəkilçiləri bunlara (-an,-mış,-diq,-acaq)nisbətən,-ar,-maz isə -malı şəkilçisinə nisbətən həm
fel xüsusiyyətlərini ifadə etməkdə,həm də feli sifət düzətməkdə daha məhdud imkanlara malikdir.
Feli sifətlər zaman forması ifadə edən şəkilçi qəbul etmir və konkret zaman anlayışı bildirmir.Lakin ayrı-ayrı feli
sifətlərdə ümumi zaman anlayışı öz əksini tapır.Bu baxımdan onları aşağıdakı kimi qruplaşdırmaq olar:
1.-An,-ən şəkilçisi dilimizdə keçmiş və indiki zaman məzmuna malik feli sifət şəkilçisidir:deyilən söz,yazılan
məktub,doğan günəş və s.-An,-ən şəkilçi ilə düzələn feli sifətlər həm fel,həm də sifətə məxsus xüsusiyyətləri ifadə edir.Bu
şəkilçi mənşəyi etibarı ilə -qan,-kən,-ğan formasından törənmişdir. Hal-hazırda bir çox türk dillərindəqədim forma
saxlanılır.Məs.: özbək,oyrot,noğay,şor,tatar dillərində..Bu şəkilçilər mürəkkəb sözlərin əmələ gəlməsində böyük rol
oynayır.Məs.:günəbaxan,polsilən və s.Qalxan,ayran isimlərində olan –an ünsürü forma etibarı ilə--an feli sifət şəkilçinə
oxşayır ki,bəzi mənbələrdə bunların bir mənşədən olduğu güman edilir.Nəzərə almaq lazımdır ki,zahiri cəhətdən bir-birinə
oxşayıb,məzmunca fərqlənən bu ünsürlərin bir mənbədən olması hələ tamamilə aydınlaşmamışdır.
2.-mış,-miş,-muş,-müş şəkilçisi həm keçmiş zaman məzmuna malik feli sifətlər,həm də nəqli keçmiş zaman şəkilçisi
vəzifəsində işlənir.
a)Feli sifət şəkilçisi vəzifəsində-yazılmış məktub,gəlmiş qonaq və s.
b)Felin nəqli keçmiş zaman şəkilçisi vəzifəsində-Məktub yazılmışdır.Qonaq gəlmişdir.
Bu şəkilçi feli bağlama şəkilçisi də olur.Məs.:Konsertə bir gün qalmış onlar məşq etməyə başladılar.
3.-dıq,-dik,-duq,-dük.Müasir dilimizdə
həmişə
mənsubiyyət
şəkilçisi ilə
işlənir və feli sifət
düzəldir.Məs.:dinlədiyim,yazdığım,verdiyim,qurduğum və s.Bu şəkilçi felin şühudi keçmiş zamanını düzəldən -dı,-di,-du,-
dü şəkilçi ilə bir mənbədən təşəkkül tapmışdır.Məhz buna görə -dıq şəkilçisi feli sifətlərdə şühudi keçmiş məzmunu daha
qabarıq şəkildə özünü göstərir.Azərbaycan dilində bu şəkilçiyə mənsubiyyət şəkilçisi qəbul etmədən təsadüf edilmir.Lakin
türkmən,qaqauz dillərində bu şəkilçi mənsubiyyət şəkilçisiz işlənə bilir.
4. -acaq, -əcək şəkilçisi müasir dilimizdə gələcək zaman məzmununa malik feli sifət,həm də qəti gələcək zamanı
düzəldir. Məs.: yığılacaq dəftər-feli sifət,dəftər yığılacaq-fel.Bu şəkilçi həm də isim düzəldir.Yanacaq,dayanacaq, gələcək
və s.
5. -malı,-məli şəkilçisi feli sifət,felin vacib formasının şəkilçisidir:yazılmalı məktub-feli sifət,məktub yazılmalıdır-felin
vacib forması.Tarixi nöqteyi-nəzərdən -malı,-məli şəkilçisi son dövrün məhsuludur.Ə.Dəmirçizadə göstərir ki,bu şəkilçiyə
yeni ədəbi dilimizin son dövrlərində təsadüf edilmir.
6. -ar,-ər,-r,-maz.Bu şəkilçili sözlər az da olsa,hərəkət anlayışlı olur,zaman məzmununu ifadə edir və feli sifət yaradır.
Məs.: Axar su, görünməz günlər və s.Bu şəkilçi fellərdən xüsusi,ümumi isim düzəldə bilir.Yaşar,Gülər,Solmaz,Qorxmaz
(xüsusi isim), açar, kəsər, dəyər (ümumi isim) və s.
7. -ası,-əsi. Nisbətən məhsuldar feli sifət şəkilçisidir:gediləsi yer,görüləsi iş və s.Bu şəkilçi –acaq,-əcək şəkilçisi ilə
sinonim ola bilir.baxılacaq kino-baxılası kino.Bu şəkilçi həm də omonim şəkilçidir.Müqayisə edək: görüləsi iş- iş
görüləsidir.
Feli sifət şəkilçiləri haqqında verilmiş izahatdan aydın olur ki,bu şəkilçilərin bir qismi məhsuldar,bir qismi isə qeyri-
məhsuldardır. Bəzi fonetik dəyişmələr nəzərə alınmazsa,feli sifət türk dillərinin hamısında eyni morfoloji əlamətlərlə
düzəlir. Bu morfoloji əlamətlər türk dillərində eyni məna kəsb edir.
ORTA MƏKTƏBLƏRDƏ FELI SIFƏTIN SƏMƏRƏLI ÖYRƏDILMƏSI YOLLARI
Nərgiz ŞAHBAZOVA
Bakı Slavyan Universiteti
www.n.a.r.g.i.z89@mail.ru
Felin təsriflənən formalarından fərqli olaraq, təsriflənməyən formaları konkret zaman bildirməməklə yanaşı şəxsə və
kəmiyyətə görədəyişmir. Belə ki, başqa nitq hissələrinə doğru meyl edən bu kateqoriyalardan məsdər ismə, feli sifət sifətə,
feli bağlama isə zərfə aid bəzi xüsusiyyətləri özündə əks etdirir.
Orta məktəblərdə feli sifətin tədrisinə məsdərdən sonra başlanılır. İlk olaraq şagirdlərə bu qrammatik kateqoriyanın
ikili xarakter, yəni, fel və sifətin xüsusiyyətlərini daşıdığı öyrədilir.Şagirdlərə izah edilməlidir ki, feli sifət əşyanın hərəkətlə
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
205
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
bağlı əlamətini bildirir. Burada əşyanın elə əlaməti nəzərdə tutulur ki, o özlüyündə hərəkət mənası da daşıyır və ya əksinə
eyni zamanda həmin hərəkət başqa bir cəhətdən müəyyən bir predmeti, əşyanı, subyekti də əlamətləşdirmiş olur. Əgər
ağlayan körpə birləşməsinə diqqət yetirilərsə, burada söz birləşməsinin asılı tərəfinin hansı? sualına cavab verdiyi aydın
olacaqdır. Lakin buna baxmayaraq ağlayan sözündə felliyin daha güclü olduğunu, onun hərəkət, hal-vəziyyət məzmunu
daşıdığını da inkar etmək olmaz. Yəni, burada felin təsdiq formada işlənməsi, təsirsiz olması, məlum növdə işlənə bilməsi
şagirdlərə başa salınmalıdır.
Felin təsriflənməyən formalarının hər biri demək olar ki, felə aid eyni xüsusiyyətləri daşıyırlar. Buna görə də
şagirdlərə bu qrammatik kateqoriyaların bəzi xüsusiyyətlərini daşıdığı nitq hissəsinə aid əlamətlərini öyrətmək lazımdır.
Bunu nəzərə alaraq feli sifətin felə aid aşağıdakı əlamətləri üzərində iş aparılmalıdır:
1. Feli sifət də sifət kimi aid olduğu ismin əvvəlində gələrək onun əlamətini bildirir. Lakin qeyd etmək lazımdır ki,
sifət əşyanın daimi hərəkətini bildirdiyi halda, feli sifət əşyanın hərəkətlə ifadə olunmuş müvəqqəti əlamətini
bildirir.
2. Sifət kimi feli sifətlər də necə? nə cür? hansı? suallarına cavab verir.
3. Cümlənin təyini olaraq aid olduğu sözə yanaşma əlaqəsi ilə bağlanır.
Qeyd etmək lazımdır ki, məna və formalaşma xüsusiyyətlərinə görə dildəki feli sifətlər 4 qrupa bölünür Birinci qrupa
felin heç bir zaman və şəkil kateqoriyası ilə uyğunluğu olmayan, həm təsdiq həm də inkar da işlənə bilən -an
2
şəkilçili feli
sifətləri ( üzən, gülən, ağlayan), ikinci qrupa felin keçmiş və gələcək zamanları ilə əlaqədar olan, felin nəqli keçmiş, qəti
gələcək və qeyri-qəti gələcək zaman məfhumlarını özündə saxlayan, -mış
4
, -ar
2
, -acaq
2
şəkilçiləri vasitəsi ilə əmələ gələn
feli sifətləri (yazmış, görüləcək, gülər), üçüncü qrupa felin vacib və lazım şəkilləri ilə əlaqədar olan, zaman etibarı ilə ən çox
gələcək zaman təsəvvürü yaradan və malı
2
şəkilçisi vasitəsi ilə əmələ gələn feli sifətləri (içməli, baxılmalı, yeyilməli),
dördüncü qrupa isə -dıq
4
şəkilçisinə bütün şəxslər üzrə mənsubiyyət şəkilçilərinin artırılması ilə düzələn feli sifətləri
( baxdığım, gəzdiyin, yediyi) daxil etmək olar.Tədris prosesində feli sifətin bu xüsusiyyətləri nəzərə alınmalı, dərs prosesində
qrammatik çalışmalarla müqayisəli iş aparılmalıdır.
Göründüyü kimi, feli sifətlər daha çox felin şəkil şəkilçiləri ilə ortaqlıq təşkil edir. Şagirdlərə izah etmək lazımdır ki,
bu şəkilçilər vasitəsi ilə düzələn feli sifətlər sifət kimi ismin əvvəlində gəldiyi halda, şəkil şəkilçiləri cümlənin sonunda
gəlib, cümlənin xəbəri olur. Bununla yanaşı feli sifətin necə? nə cür? hansı? suallarına, şəkilçi cəhətdən onunla ortaq
görünən fel şəkillərinin isə təsriflənən felin sualları olan nə etmişdir? nə edəcək? nə edəsidir? suallarına cavab verdiyi izah
edilməlidir.
Tədris prosesində onu da qeyd etmək lazımdır ki, feli sifətlər bəzən feldən düzələn sifətlərlə qarışıq salına bilir. Onları
fərqləndirmək üçün sözün təsdiq və inkarda işlənib işlənə bilmədiyini yoxlamaq lazımdır. Belə ki, əgər söz inkarlıq şəkilçisi
ilə işlənə bilirsə feli sifətə, işlənə bilmirsə feldən düzələn sifətə aid ediləcəkdir.
Müəllim şagirdlərə izah etməlidir ki, bütün fərqli cəhətlərinə baxmayaraq felin təsriflənməyən formalarını, bir sıra
xüsusiyyətlərini daşıdığı nitq hissəsinə aid etmək olmaz. Çünki felin bu kateqoriyası felə məxsus ən vacib xüsusiyyətləri
özündə saxlayaraq, hərəkət bildirir, təsdiq və inkarda işlənir, təsirli və təsirsiz olur və ümumi olaraq zaman məfhumu ifadə
edir. Bir-birindən fərqli semantik cəhətlərə, morfoloji əlamətlərə, sintaktik vəzifələrə malik olan bu kateqoriyaları bir-birinə
yaxınlaşdıran da məhz onların daşıdığı fel əlamətləridir.
ANARIN “AĞ QOÇ, QARA QOÇ ” ƏSƏRİNİN MOTİVİ ƏSASINDA AĞ VƏ QARA
RƏNGİN TƏZADI
Nurlanə İSKƏNDƏROVA
Bakı Slavyan Universiteti
nurlanaiskenderova@mail.ru
Həyatımız bir təbiət lövhəsi kimi rəngli və al-əlvandır. Bu rənglərin hər birinin həyatımızda öz xüsusi yeri və xatirəsi
vardır. Hər bir rəng yaşadığımız hər an kimi fərqli və məna doludur. Əgər hər hansı bir şəxsə hər hansı bir rəng haqqında
sual versək, onun həyatında qoyduğu iz qədər fərqli düşüncələri paylaşar. Biz rənglərin bir çox mənalarına ta qədimdən
bələdik və bu rənglərin hər birinin özünəməxsusluğunu və dərin məna kəsb etdiyini bilirik.
Anarın “Ağ qoç, qara qoç ” əsərində də biz ağ və qara rənglərə rast gəlirik. Biz bu rənglərin tarixən bir-birinə zidd
rənglər olduğuna bələdik. Ancaq burada ağ qoç, qara qoç tamamilə simvolik məna daşıyırlar. “Məlikməmməd” xalq
nağılından götürülmüş bu simvolik obrazlar burada ağ- işıqlı dünyanı, qara- qaranlıq, zülmət dünyanı təsvir edir. Burada baş
qəhrəman jurnalist Məlik də bu zülmət arasında işıqlı dünyaya yol tapmağa çalışır. Amma bu heç də asan deyil, əsərdə qeyd
olunduğu kimi “Əvvəla, ağ qoçu qara qoçdan seçə bilmək lazımdır. Sonra da sıçrayıb ağ qoçun belinə minəndə, elə
möhkəm oturmalısan ki, səni qara qoçun belinə ata bilməsin”. Buradan da göründüyü kimi “ağ qoç qara, qoç” dedikdə
“işıqlı və qaranlıq dünyanı, yəni yaxşını pisdən ayırmağı bacarmağı, xeyiri şərdən seçmək nəzərdə tutulur.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
206
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Hələ tarixi dövrlərə nəzər salsaq, Azərbaycanda yaranmış Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin adında da bu
rənglərə rast gəlirik. Heç də təsadüfi deyil ki, bu dövlətlərin də adı “qara və ağ” sözləri ilə qurulmuşdur. Hətta, Qaraqoyunlu
dövlətinin başçısı olan Qara Yusifin də adında bu rəngə təsadüf olunur. Nəyə görə qara? Çünki tarixən bu söz “böyük,
qüdrətli, güclü” anlamını daşımışdır.
Ağ rəng haqqında danışarkən onu da qeyd etməliyik ki, bütün rənglərin ağ rəngdən törəndiyi hesab olunur və bu
səbəbdən o, “ana rəng” adlanır. Bir çox hallarda “ağ” kəlməsi bəzi sözlərə qoşulmaqla həm də “böyük” mənasını verir. Biz
bunu “Kitabi-Dədə Qorqud” dastanında rast gəldiyimiz “Ağ meydan” birləşməsində görə bilərik. Ağ rəng həm də qalibiyyət
mənasındadır. Məsələn, Manasın qalibiyyət bayrağı “Ağ bayraq” adlanırmış. Görkəmli sərkərdə Çingiz xanın da
doqquzqotazlı məşhur bayrağı “Böyük ağ bayraq” olmuşdur. Ağ rəng həm də Tanrı rəngi hesab edilmişdir. Buna görə də o,
uğurgətirən rəng kimi bilinmişdir.
Rənglər simvolikasından danışdıqda onu qeyd etməliyik ki, göründüyü kimi hegemon rənglər kimi ağ və qara rənglər
öz hakimiyyətini tarix boyu qoruyub saxlamışdır. Hər bir xalqın həyatında rənglərin simvolikası fərqli aspektə malikdir.
Məsələn, türk dünyasında qara rəng böyüklük, zülmət, qaranlıq dünya, yas mənasını ifadə edir. Bəzi xalqlarda isə bu
əksinədir. Avropa ölkələrində ağ rəng cavanlığın, təmizliyin, nöqsansızlığın rəngi olsa da, bir çox şərq ölkələrində, o
cümlədən Yaponiya və Çində təhlükə və matəm mənasını ifadə edir.
Onu da qeyd etmək lazımdır ki, ağ və qara rəngin nəinki simvolik mənalar daşıyır, hətta insan həyatına,
psixologiyasına da çox mühüm təsiri olduğu qeyd edilir. Bir çox alimlər belə bir nəticəyə gəliblər ki, ağ rəng insanlarda
enerjini, əhval ruhiyyəni qaldırdıqları halda, qara rəng isə daha mənfi enerjiyə sahib olub insanları pis əməllərə yönləndirən,
qaranlıq dünyaya sövq edən gücə malikdir.
Bir sözlə, “ağ və qara” rənglər qüdrətli rənglər hesab olunub və olunmaqda da qalacaqlar. Anar da öz əsərində bu rəngi
“ağ qoç, qara qoç” simvolu ilə önə çıxarmışdır. Dünya xeyir və şər üzərində qurulduğu üçün bu rənglər daim mübarizə
aparacaq və öz qüdrətlərini daim nümayiş etdirəcək.
Dostları ilə paylaş: |