Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


FONEM VƏ VARİANT MÜNASİBƏTLƏRİ



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə42/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   38   39   40   41   42   43   44   45   ...   144

 

 

                                   FONEM VƏ VARİANT MÜNASİBƏTLƏRİ 

 

Firuzə XATINOVA 

Bakı Slavyan Universiteti 



firuze.pasayeva@mail.ru 

 

Fonemin əsas və köməkçi olmaqla iki variantı vardır. Köməkçi variant iki yarım qrupa bölünür: kombinator və mövqe. 

Kombinator allafonlar onlardır ki, onlar qonşu nitq hissələrinin təsirindən yaranır. Kombinator allafonlar 

assimilyasiyanın akkomodasiyanın nəticəsində baş verir. Mövqe variantları onlardır ki, onlar ənənəvi olaraq dilin orfoepik 

normaları əsasında müəyyən mövqelərdə işlənir.  

Fonem üç aspektin, dialektin birliyindən ibarətdir ;1)material, real ,obyektiv. 2)mücərrət, ümumiləşmiş. 3)funkianal. 

Fonem bu üç aspektin birliyidir, çünki onlar bir biri ilə ayrılmaz sürətdə bağlıdır. Lakin onlar biri digərindən təhlil və təsvir 

etmək məqsədi ilə ayrıla bilər, seqmental fonemlər material aspektə malikdir, bu mənada onlar çoxlu sayda müəyyən 

artikulyator və akustik formada olan nitq səsləri formasında mövcuddur. Onlar ümumi artikulyar və akustik əlamətlərə 

malikdir ki, bu da fonemin material invariantını təşkil edir.  

Material olan eyni zamanda realdır. Odur ki fonem realdır. O, linqivistik realliqdır, çünki fonemlər aktual danışıqda 

mövcuddur. Material və real olan həmçinin obyektivdir. O, fərdi insanların ifadəsindən asılı deyildir. O, müstəqil şəkildə 

mövcuddur. Bu fikrin fonemə tətbiq edilməsi o deməkdir ki, nitq səsləri fonemlərin təcəssümü kimi dil kollektivində onların 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

185 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

hər biri fərdi ifadəsindən aslı olmadan müstəqil şəkildə mövcutdur. Fonemin ikinci aspekti onun mücərrət və ümumilləşmiş 

xarakterdə olmasıdır. Bu ,fonemin izahında dil vahidi kimi öz əksini tapmışdır. Dilin hər bir vahidi fonem, morfem, söz, 

cümlə -aktual söyləmədən mücərrətləşmişdir,nitqdən ümumiləşmişdir. Nitq dilin reallığıdır. Fonemin mücərrətləşmiş  və 

ümumiləşmiş apekti onun aspektləri içərisində ən çətin dərk edilməlidir. İlk baxımdan bu bir qədər ziddiyətlidir.  O, həm də 

variantları olduğu çoxlu sayda nitq səslərinin mücərrədləşməsi və ümumiləşməsidir. Bu da şüursuz olaraq dil kollektivinin 

beynində mövcud olur. 

Fonemin üçüncü aspekti onun funksionallığıdır. Fonem ən kiçik dil vahidi olub sözləri və onların qrammatik 

formalarını bir-birindən fərqləndirməyə qadirdir. Fonemin fərqlənirici funksiyası onun əsas funksiyasıdır. Əgər nitq səsləri 

fərqlənirici funksiyaya malik olmasaydı, bu zaman fonemi xüsusi bir termin kimi ayırmağa ehtiyac olmazdı və nitq səsləri 

konstityutiv və rekoqniativ funksiya yerinə yetirməyə kifayət edərdi. Müxtəlif dil vahidlərindən aslı olaraq fonemin 

fərqlənirici əlamətlərə morfem-fərqlənirici, söz fərqlənirici, cümlə-fərqlənirici funksiyalarına bölünə bilər. 

Fonem fərqləndirici funksiyasını o zaman yerinə yetirə bilir ki, o eyni mövqedə biri digərinə qarşı qoyulur. Məsələn  

pen-ten, pen –fen, pen-ken.  

Fonemin fərqləndirici funksiyasından ayrılmayan ikinci funksiya konstutitiv funksiyadır. Bu funksiya əslində fonem 

vasitəsi ilə deyil,nitq səsləri vasitəsilə yaranır. Madam ki, nitq səsləri fonemlərin realizasiyaları, yaxud materiallarıdırsa, 

onda deyilə bilər ki,konstityutiv funksiyasını morfem- təşkiledici, söz –təşkiledici,cümlə-təşkiledicisi funksiyalara bölmək 

olar. Fonemin üçüncü funksiyası rekoqniativ funksiyasıdır. Bu funksiyalı sözləri, qrammatik formaları  və cümlələri asan 

başa düşməyə imkan yaradır. Madam ki, allofonlar fonemin konkret realizasiyasıdır, bu zaman demək olar ki, rekoqnativ 

funksiya fonem vasitəsi ilə həyata keçirilir. 

 

 

KÖŞƏ YAZILARININ DİL VƏ ÜSLUB XÜSUSİYYƏTLƏRİ 

 

Fərid İBRAHİMLİ 

Qafqaz Universiteti  



ferid_ibrahimli@box.az 

 

Yeni media nədir və özündə hansı  təzahürləri birləşdirir? Yeni media daha çox texnoloji yeniliklərdən istifadədə, 



informasiyanın ötürülməsində yeni metodlardan istifadə  və informasiya alanın (oxucunun) informasiya mübadiləsinə 

birbaşa təsiri kimi  başa düşülür. Yeni texnologiyalardan istifadə ilə yanaşı janrların inkişafına, xarici mətbuat ənənələrinin 

mənimsənilməsinə təsadüf edilir. Respublikamızda yeni media tarixinin başlanması dövlət müstəqilliyimizin bərpası ilə sıx 

bağlıdır.  

Yeni media janrları,  əsasən, vətəndaş jurnalistikasının inkişafı ilə bağlıdır. Belə ki, vətəndaşların informasiya 

mübadiləsində yaxından iştirakı, vətəndaşın müxbir missiyasını daşımaq kimi ictimai yükünün olması  vətəndaş 

jurnalistikasının  əsasını  təşkil edir. Vətəndaş peşəkar jurnalistikaya bloqqerliklə, sosial şəbəkələrlə, fotomüxbirliklə daha 

çox dəlil və sübutlar verir. Vətəndaş jurnalistikası dil baxımından da, peşəkar jurnalistika dilindən az və ya çox dərəcədə 

fərqlənir. Çünki bu işlə məşğul olanların hamısı eyni ixtisasın sahibləri deyil. Buna görə də, dillərində olan fərqliliklər yeni 

media janrlarının fərqləndirici dil xüsusiyyətlərinin yaranmasına səbəb olur. 

Müəllif yazıları,  şərhlər indi öz yerini köşə kimi tanıdığımız yazılara verir. Xarici medianın,  əsasən də, Türkiyə 

mediasının ölkə mediasına təsiri nəticəsində yeni janr kimi köşə  mətbuatımıza daxil olmuşdur. Köşə yazılarında dil daha 

çox mesajvermə, həyəcana gətirmə, oxucunu hərəkətə keçirmə istiqamətində istifadə edilir. Azərbaycan mətbuatında köşə 

janrı tam sabitləşməmiş formadadır. Həmçinin bu janr müstəqil tədqiqata da cəlb olunmamışdır. Mətbuatımızda dil 

baxımından ən zəngin janr olduğu üçün köşə yazılarının tədqiqata cəlb edilməsi elmi əhəmiyyət kəsb edə bilər. Azərbaycan 

ədəbi dilinin inkişafında KİV-lərin rolu danılmazdır. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi mətbuatın dil və 

mədəniyyətimizə  təsirini bu cür qiymətləndirmişdir: “Dil bir şeydir ki, onu söz halında saxlamaq mümkün deyil. Elə ki, 

qaranlıq otağın qapısı açıldı, qeyri tayfalar ilə gediş-gəliş artdı, artıq şeylər ələ gəldi və adətlər dəyişildi, təzə sözlərin qədəri 

günü-gündən artacaqdır, belə sözlərin artmağının dilə zərəri yoxdur, xeyri var. Çünki o sözlər tərəqqi etməyə səbəb olurlar. 

” (Qəzet dilinin leksikası, səh 22, İsmayıl Məmmədov). Həsən bəy Zərdabi yazdığı kimi olan dil və  mədəniyyət 

inteqrasiyası mətbuatın fəal iştirakı ilə olur. Öncə sözlər KİV-lərdə ümumişləklik səviyyəsi qazanır və sonradan ədəbi dilə 

keçir. 


Köşə yazıları mətbuatımıza daxil olarkən artıq mətbuatımızda təbii qaynaqlar var idi. Köşə yazılarından əvvəl müəllif 

yazıları, redaktor seçimi (kalonka redaktora) başlıqları altında spesifik, yəni xəbər yazılarından fərqli  şərh yazıları da 

mətbuatımızda müvcud idi. Satirik dilin inkişafı, “Molla Nəsrəddin” izinin mövcudluğu köşə yazıları üçün əlverişli mühit 

yaratdı. Türkiyə mətbuatında olan köşələrin dilindən də kəskin fərqlənən köşə dili və köşə leksik-semantik sistemi yarandı. 

Molla Nəsrəddin jurnalının Təbrizdə çıxan 3-cü nömrəsində Dəli imzası ilə dərc olunmuş “Qız tərbiyəsi” felyetonundan bir 

nümunəni dil xüsusiyyətləri baxımından təhlil etməklə köşə yazısı nümunələri ilə müqayisə etsək, dil və üslub baxımından 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

186 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

ciddi fərqlərə rast gəlmərik. Buradan belə bir qənaətə  gələ bilərik ki, köşə dili ilə “Mollanəsrəddin Nəsrəddin” satirik 

jurnalının dili arasında zamandan irəli gələn fərqləri nəzərə almasaq, detallı  fərqlərə rast gəlmirik. Deməli, köşə dili öz 

istiqamətini “Molla Nəsrəddin”  ənənəsi istiqamətində inkişaf etdirmişdir. Mətbuatımıza yeni gələn köşə yazılarını bu 

baxımdan dil və üslub cəhətdən yeni hesab etməməliyik. Onda sual oluna bilər. Məzmun və istiqamətcə eyni olan yazıya 

hansı səbəbdən köşə adı veririk? Köşə yazılarının mətbuatımızda əsas əlamətdar fərqi onun mətbuat səhifələrində tutduğu 

yerdir, yəni sütunlar arasında verilən bu yazı yalnız formaca fərqlənir. Hər müəllif yazılarına köşə deyə bilərikmi? Köşə 

yazılarının hazırkı  mətbuat səhifələrində digər janrlardan fərqi  əsasən onun spesifik dil xüsusiyyətinə malik olmasıdır. 

Burada köşə yazarının şəxsiyyəti də mühüm rol oynayır, özünün keçdiyi həyat yolunu, təcrübəsini oxucuları üçün faydalı 

hesab edən müəllif məsləhətvermə, söhbət xarakterli dillə köşəsini yazır.  

Ümumilikdə, mətbuat dili dialekt sözlərindən istifadə etsə də, köşələrin dilində dialekt sözlərindən, xalq dilindən daha 

çox istifadə edilir. Köşə yazılarının dilində  ədəbi dillə dialektlərin qovuşması  nəticəsində yarımdialekt tərkibli bir dil 

yaranır. Köşə dilində alınmaların işlənmə prinsipləri də  fərqlidir. Belə ki, köşə yazılarının dilində  vətəndaşlıq qazanmış 

alınmalarla yanaşı vətəndaşlıq qazanmamış alınmalardan da digər janrlardan daha çox istifadə edilir. Geniş oxucu kütləsinə 

malik köşə yazıları dialektlərdən, alınmalardan, saya danışıq leksikasından istifadə baxımından dilimiz üçün, sanki, 

laboratoriya rolunu oynayır. Sınaqdan çıxmış sözlər yaddaşlara həkk olur və ümumişlək sözlərə çevrilir, dilin fəal lüğət 

fonduna daxil olur. Bu baxımdan köşə yazıları, ümumilikdə yeni media janrları  ədəbi dilimizi zənginləşdirir. Deməli, 

mətbuatımızda satirik dildən qaynaqlanan müstəqil “köşə dili” publisistik üslubun mikroüslubu kimi yaranmışdır. Bu 

üslubun gələcəkdə dil və üslub xüsusiyyətlərini ətraflı aydınlaşdırmağa və tədqiq etməyə böyük ehtiyac var. Ümumilikdə, 

yeni media janrları, vətəndaş jurnalistikasının dili dilimizdə xüsusi üslubi lay təşkil edir ki, bu da ədəbi dilin funksional 

üslublarını bir daha nəzərdən keçirməyə  və yenidən hazırkı dövrümüz üçün qruplaşdırmağa ehtiyac yaranır. Üslubların, 

janrların və mikroüslubların bir-birinə  nəzərən sərhədinin müəyyənləşdirilməsi gələcək tədqiqatların istiqamətini 

müəyyənləşdirməyə və səmərəliliyini artırmağa kömək edər. 

 

 

 

MÜASİR TƏHSİL DİSKURSUNDA LEKSEMLƏR 

 

Fidan RƏHİMOVA 

Bakı Slavyan Universiteti 



mila-88.88@mail.ru 

 

Müasir  ədəbi dil ümumi, vahid milli bir dildən ibarətdir. Bu dil dövlət sənədlərində, elm və sənət əsərlərində əsrin 



yüksək düşüncələrini təmsil edən dil olaraq formalaşır, məktəblərdə tədris edilir, bədii əsərlərdə təkmilləşir və cilalanır. Dil 

ictimai bir hadisədir. O, cəmiyyətlə birlikdə yaşayır və inkişaf edir. İctimai-iqtisadi, siyasi əlaqələrin dəyişməsi, elm, 

texnika və  mədəniyyət sahəsində arası  kəsilməyən yeniliklərin yaranması  və s. bu kimi proseslər dildə  də özünü biruzə 

verir. Dilin lüğət tərkibində daim bir dəyişmə, artma və zənginləşmə prosesi gedir. 

Hər hansı bir adam öz danışığında tez-tez peşəsi, işi və ya sənəti ilə əlaqədar sözlər işlədir. Təhsil sahəsində də işləyən 

əməkdaşlar da öz sahəsinə aid olan sözlər işlədir. Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün 

ən vacib sahədir. “Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli, 

“Azərbaycan  əlifbası  və Azərbaycan dili günü təsis edilməsi haqqında” 09.08.2001-ci il tarixli bəyanat, Azərbaycan 

Respublikasında dövlət dili haqqında fərman və sərəncamlar təhsilimizi dünya standartları səviyyəsinə qaldırdı. 

Təhsil işçilərinin işlətdiyi sözlər dilimizin lüğət tərkibinin bir parçasıdır. Təhsil sahəsində ən çox işlənən kurikulum, 



dissertasiya, monoqrafiya, məruzə, konfrans, proqram, kredit, strategiya, sessiya, şagird, tələbə, seminar, kafedra, 

Boloniya, akkreditasiya, monitorinq, tendensiya, akademik, inteqrasiya, innovativ, perspektiv, metodik və s. bu tipli 

sözlərə tez-tez rast gəlirik.Məsələn, Şagird və tələbələrimiz respublikamızın və dünyanın nüfuzlu təhsil ocaqlarında yüksək 

nəticələr nümayiş etdirir, müxtəlif yerli və beynəlxalq elm olimpiadalarında medallar qazanırlar. Qeyd edək ki, Nazirlər 

kabinetinin yeni qərarına  əsasən fevralın 15-dən  ali məktəblərdə lazımı  qədər  kredit  toplaya bilməyən tələbələr həmin 

krediti toplamaq məqsədilə alt qrupda yenidən dərs keçmələri üçün maliyyə  vəsaiti ödəməlidirlər.Yeni fənn 

kurikulumlarının tətbiqi vəziyyətinin  monitorinqinin aparılması  və  təkliflərinin hazırlanması.  Əksər ali məktəblərdə 

imtahan sessiyasının gedişində kompyuter texnikası istifadə olunması təmin edilmişdir.Proqramlar əsasında maddi-texniki 

bazanın möhkəmləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi. Eyni zamanda bu konfransların  daha səmərəli 

keçirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən respublika konfranslarının keçirilməsi təcrübəsinə başlanılmışdır. 2007-ci 

ildən başlayaraq respublika konfranslarında  Təhsil Nazirinin əsas  məruzəsi təqdimat formasında iştirakçıların diqqətinə 

çatdırılmışdır. “Ən yaxşı müəllim”, “Ən yaxşı məktəb” müsabiqələri təhsil tariximizdə mühüm hadisə olmaqla məktəb və 

müəllimlərin arasında sağlam rəqabəti, innovativ fəaliyyəti gücləndirmişdi. Ali təhsilin inkişafı sahəsində nailiyyətlər əldə 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

187 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

olunmuş, Azərbaycan  Boloniya prosesinə qoşulmuş, Avropa təhsil məkanına  inteqrasiya edilmişdir. Ali məktəblərdə 

çalışan alimlər tərəfindən 2009-cu ildə 33 doktorluq, 145 namizədlik dissertasiyası müdafiə olunmuşdur. Ali məktəblərdə 

çalışan alimlər tərəfindən 323 monoqrafiya, 308 dərslik və s. metodik ədəbiyyat nəşr olunmuşdur. Ümid edirəm ki, kitab 

təhsilin muüasir inkişaf  tendensiyalarını  əks etdirməklə  gələcək  perspektivlərinin reallaşdırılmasında öz töhfəsini 

verəcəkdir. Cavablandırılan suallar arasında prerekvizit olmayan fənn üzrə  akademik borc olduqda əlavə ödəniş 

edilirmi?.Tələbələr üstillərdən fənn ala bilərmi və bu halda tələbə  əlavə ödəniş etməlidirmi?.  Kurikulum islahatı 

müəllimlərin yaradıcılığını  və  təşəbbüskarlığını artırır, müasir təlim  strategiyalarının tətbiqini reallaşdırır,  tədrisin 

keyfiyyətini yüksəldir. Ali təhsildə keyfiyyətin təminatı mövzusunda 10.04.2008-ci il tarixdə beynəlxalq  seminar 

keçirilmişdir. Elə sözlər var ki, başqa sahələrdə də işlənsə də, lakin təhsil sahəsində də bu kimi sözlərə tez-tez rast gəlirik. 

Məsələn, tendensiya, perspektiv, inteqrasiya və s. 

Göstərdiyimiz nümunələrdən görünür ki, işlətdiyimiz nümunələrin əksəriyyəti başqa dillərdən keçən alınma sözlərdir 

və quruluşuna görə sadə sözlərdir. Məsələn, metodik, dissertasiya, seminar  və s. kimi bu tipli sözlər rus mənşəli alınma 

sözlərdir, kafedra sözü yunan mənşəli, akademik latın mənşəli, Boloniya italyan mənşəli alınma sözdür. Lakin quruluşuna 

görə mürəkkəb olan sözlərə də rast gəldik. Məsələn, inkişafyönümlü, rəqabətqabiliyyətli və s. Təhsil tariximizdə ilk dəfə  

olaraq 16 inkişafyönümlü  dövlət proqramı təsdiq olunmuş və uğurla həyata keçirilmişdir. Boloniya prosesinin prinsipinə 

uyğun olaraq Azərbaycan Dillər Universitetində həyata keçirilən tədbirlər müasir dövrdə rəqabətqabiliyyətli kadr hazırlığı 

sahəsində qarşıda duran vəzifələr barədə konfrans iştirakçılarını məlumatlandırdı. 

 

 

 



 

AZƏRBAYCAN DİLİNDƏ FELİ BAĞLAMA TƏRKİBLƏRİNİN STRUKTUR TƏHLİLİ 

 

Fidan HİDAYƏTOVA 

Bakı Slavyan Universiteti 



f.hidayetova@mail.ru 

 

Feli birləşmələrə cümlə daxilində tərkiblər deyilir. Şəxsli fellər kimi, feli sifət, feli bağlama və məsdərlər də təsirli və 

təsirsiz olur, növ kateqoriyası əlamətlərini qəbul edərək dəyişir, ona görə də idarə və yanaşma əlaqələri ilə öz ətrafına çoxlu 

söz toplayaraq cümlə daxilində tərkib əmələ gətirir. Feli tərkiblərin əsas xüsusiyyətləri aşağıdakılardır : 

1. Feli tərkiblərin qurulmasında feli bağlamalar, feli sifətlər və feli isimlər (məsdərlər) əsas rola malikdir. 

2. Feli tərkiblər ən azı bir sözün feli bağlama, feli sifət və feli isimlə birləşməsi nəticəsində əmələ gəlir. 

3. Tərkibin  əmələ  gəlməsində  iştirak edən sözlər feli bağlamadan, feli sifət və  məsdərdən  əvvəl işlənib, onlarla 

qrammatik  əlaqəyə girir və onların obyekti, subyekti, zamanı, yeri, tərzi, kəmiyyəti, səbəbi, məqsədi və s. kimi mənalar 

ifadə edir. 

4. Feli tərkiblər söz birləşməsinin növləri kimi sadə cümlələrə daxil olur; yəni onlar sadə cümlənin tərkib hissəsi 

olurlar. 

5. Feli tərkibli sadə cümlələr bir çox tabeli mürəkkəb cümlələrin sintaktik sinonimi kimi işlənir. 

6. Feli tərkibin növləri onları təşkil edən feli bağlama, feli sifət və feli isimlərin növləri ilə müəyyənləşir. Beləliklə, üç 

növ feli tərkib var: 

 1) Feli bağlama tərkibləri, 2) Feli sifət tərkibləri, 3) Məsdər tərkibləri. 

Feli bağlama tərkiblərinin əsas tərəfi feli bağlamadan ibarət olur. Feli bağlama ayrı-ayrı sözləri öz ətrafına toplayaraq 

onları bir sintaktik vahid halında birləşdirir və beləliklə də, feli bağlama tərkibini yaradır. Məs : “Əlvan çiçəkləri yayaraq 

düzə Bahar xoş  gəlmişdir, xoş  gəlmiş bizə” (M.Dilbazi) ; “Müşavirədə  İlyas Fəxrəddinlə görüşərkən birinci növbədə 

xaqanın göndərdiyi məktubu göstərdi.”(M.Ordubadi) ; “Birdən qız ayaq səsi eşidib geri çəkildi.” (İ.Əfəndiyev) və s. bu 

cümlələrdə əlvan çiçəkləri yayaraq düzə ;Fəxrəddinlə görüşərkən; ayaq səsi eşidib ifadələri feli bağlama tərkibləridir. 

Feli bağlama tərkiblərinin struktur quruluşu barədə danışarkən qeyd etmək lazımdır ki, bu tərkiblərin bir sıra sözlərdən 

ibarət olması, bu sözlər arasında məna və qrammatik əlaqələrin mövcudluğu, tərkibdəki ayrı-ayrı sözlərin müstəqil məna 

daşımaları  və sintaktik vəzifələrinə görə  fərqlənmələri göstərir ki, feli bağlama tərkibləri maraqlı quruluşa malikdir. 

Azərbaycan dilindəki feli bağlama tərkiblərinin quruluşunda mühüm yer tutan bir xüsusiyyəti qeyd etmək lazımdır ki, bu da 

feli bağlama tərkiblərində ismin adlıq halındakı sözlərin iştirak etməsindən ibarətdir. Məhz, bu xüsusiyyətinə görə türk 

dillərinin, eləcə də də Azərbaycan dilinin feli bağlama tərkibləri başqa dillərdəkindən əsaslı şəkildə fərqlənir.Feli bağlama 

tərkiblərində olan adlıq haldakı sözlər,  əsasən, hərəkətin subyektini bildirir və bir qayda olaraq, isim və  əvəzliklə ifadə 

edilir. Məs: “Sən gələrkən hər il bizim vətənə, Can gəlir qəlbə, güc gəlir bədənə” (S.Rüstəm); “Yarat, sən köçəndə ellər 

söyləsin: Dünyadan nə gözəl bir insan gedir” (M.Rahim) cümlələrində sən gələrkən , sən köçəndə feli bağlama tərkiblərinin 

bir tərəfi ismin adlıq halındakı sözlərlə, ikinci tərəfi isə feli bağlamalarla ifadə olunmuşdur. Lakin adlıq hallı feli bağlama 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

188 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

tərkibləri  əmələ  gətirmək cəhətdən feli bağlamaların hamısı eyni deyildir. İsmin adlıq halındakı sözlərlə  əlaqəyə girərək 

adlıq hallı feli bağlama tərkibləri yarada bilmək xüsusiyyətinə görə feli bağlamalrı iki qrupa ayırmaq olar: 

Adlıq hallı feli bağlama tərkibləri yarada bilən feli bağlamalar. Bu feli bağlamalar –anda, -əndə, -dıqda, -dikdə, -

duqda, -dükdə, -dıqca, -dikcə,-duqca, -dükcə, -incə,- ınca, -unca, -üncə, -kən, -alı, -əli, -(ma)mış, -(mə) miş, -ar-maz, -ər-

məz, -madan, -mədən, -a-a, -ə-ə, -dığımdan  şəkilçiləri ilə yaranır və adlıq hallı feli bağlama tərkiblərinin yaranmasında 

mühüm rol oynayır. 

Adlıq hallı feli bağlama tərkibi yarada bilməyən feli bağlamalar. Bu qrupa –ıb, -ib, -ub, -üb, -araq, -ərək şəkilçiləri ilə 

əmələ gələn feli bağlamalar və -mış, -miş, -müş şəkilçilərinin qalmaq, keçmək, ötmək sözlərinə qoşulması ilə əmələ gələn 

feli bağlamalar daxildir. 

Ümumiyyətlə, feli bağlama tərkiblərinin strukturunu öyrənmək üçün onları əmələ gətirən sözlərin xüsusiyyətini, əlaqə 

vasitələrini araşdırmaq lazımdır. Feli bağlama tərkiblərinə daxil olan sözlərin hamısı  həmin tərkibin feli bağlamasına aid 

olur, onu bu və ya başqa cəhətdən izah edir, ya da ona məxsus müəyyən bir əlaməti bildirir. Həmin sözlərin xüsusiyyəti 

müxtəlif və çoxcəhətlidir. Bu sözlər vasitəsi ilə feli bağlama tərkiblərində hal və  hərəkətlə, onların müxtəlif mənaları 

arasında, sintaktik əlaqələr fonunda özünü göstərən leksik-semantik, leksik-qrammatik münasibətlər ifadə edilir. Bu 

münasibətlərdə feli bağlama həmişə izah olunan tərəf, oradakı başqa sözlər isə izah edən, aydınlaşdıran tərəflər kimi qalır. 

Burada proseslə onun subyekti (mən gedəndə), proseslə onun obyekti (kitabı alanda), proseslə onun zamanı (səhər duranda), 

proseslə onun məkanı (kəndə gedəndə), proseslə onun tərzi (asta-asta yeriyəndə), proseslə onun kəmiyyəti (çox gəzəndə), 

proseslə onun səbəbi (sevincdən ağlayanda), proseslə onun məqsədi (öyrənməyə gedəndə) və s. mənalar verilir. Feli 

bağlama tərkibləri iki, üç, dörd və bəzən daha çox sözdən təşkil olunur. Feli bağlama tərkiblərinə nə qədər əlavə söz və söz 

birləşməsi daxil olursa olsun, yenə  də onların hamısı  tərkibin feli bağlamasına aid olur. Feli bağlama yenə  də  tərkibin 

mərkəzləşdirici və müəyyənləşdirci üzvü olaraq qalır. Bir tərkibdə bir neçə  əlavə  mərkəzləşdirici hissə olsa da, bunların 

hamısı yenə də həmin tərkib üçün əsas sayılan bir feli bağlamaya aid olur.Feli bağlama tərkibləri iki sözdən ibarət olanda, 

orada yalnız yuxarıda qeyd etdiyimiz məna  əlaqələrindən biri öz əksini tapır, lakin tərkib çox sözdən ibarət olanda eyni 

tərkib daxilində eyni zamanda bir neçə məna əlaqəsi ifadə edilə bilər. Bu da feli bağlama tərkiblərinin quruluşunun müxtəlif 

olduğu qədər də mürəkkəb olduğunu göstərir.       

 

 

 



AZƏRBYCANIN DÖVRÜ MƏTBUATINDA İNGİLİS ALINMALARIN İŞLƏNMƏSİ 

 

Günel QƏHRƏMANOVA 

Bakı Slavyan  Universiteti 



gahramanovagunel@gmail.com 

 

Azərbaycanın çoxəsrlik həyatında tarixi baxımdan ən önəmli hadisə  1991-ci ilin oktyabr ayının 18-də müstəqillik əldə 

edib yenidən azad yaşamasıdır. Ötən müddət ərzində müstəqil Azərbaycan hüquqi və dünyəvi dövlət kimi yeni demokratik 

təsisatlar yaratmış, bazar iqtisadiyyatlı ölkələrlə qarşılıqlı faydalı münasibətlər, siyasi-iqtisadi və  mədəni  əlaqələr 

qurulmuşdur. Müstəqillik  əldə ediləndən bəri  ən böyük uğurlardan biri isə ölkədə azad, demokratik mətbuatın bərqərar 

olması, cəmiyyətin həyatında kütləvi informasiya vasitələrinin rolunun artmasıdır.  İyirminci  əsrin doxsanıncı illərindən 

etibarən dünyada, o cümlədən Azərbaycanda baş vermiş ictimai-siyasi dəyişikliklər ilk növbədə  mətbuat səhifələrində 

müşahidə olunmuş, yeni siyasi ab-hava demək olar ki, mətbuatı “söz  qaranquşu” adlandırırlar. Qeyd etdiyimiz kimi, son 

illərin müşahidəsi göstərir ki, söz və  mətbuat azadlığı kütləvi informasiya vasitəsilə külli miqdarda əcnəbi termin-sözlər 

gətirmişdir. Nəzərə alsaq ki, mətbuatın dili ədəbi dilimizin lüğət tərkib hissəsidir və bu ədəbi dil sözləri içərisində yeni 

alınma termin sözlərin yeri müəyyən olunmalı, onların izahı verilməlidir, onda yeni termin-sözlərin alınma prosesində 

tərcümə prinsiplərinin müəyyənləşdirilməsinin mühüm əhəmiyyətini görmək mümkündür.  

Yeni alınma termin-söz anlamının gündəmə gətirilməsi isə son illərdə dövrü mətbuatın dili ilə bağlıdır. Mətbuat dili 

həm də publisistik üslub deməkdir. Publisistik üslub milli ictimai təfəkkürü ifadə etmək üçün nitq forması olub, mətbuatda 

funksionallaşır və müxtəlif mövqeləri, maraqları  əks etdirir. Qəzetlərin, jurnal və elmi-kütləvi kitabların, radio və 

televiziyanın dili ədəbi dildə olan alınmaların işlənməsini daha da aktivləşdirir. Məhz belə alınmalara ingilis, rus, fransız, 

yunan, latın, alman mənşəli sözləri aid etmək olar.  

Verilən Avropa mənşəli sözlər arasında ingilis alınmaları daha geniş yayılmışdır. Buna səbəb isə baş verən son 

hadisələrdir. Nəşr olunan qəzetlər arasında işlənən alınmaların sayı sürətlə artmaqdadır. Məhz belə  qəzetlərdən birini 

nümunə kimi qeyd edək. Məsələn, 25 fevral 2014-cü il nəşr olunan “İki sahil “qəzetində işlənən Avropa mənşəli sözlərin 

sayı  yüzdən çoxdur. Məsələn, konqres, orbit, innavasiya, informasiya, şlüz, sosial, humanitar, komitə, konsepsiya, kafedra, 

fakültə, dekan, proffesor, vitse-prezident, akt, form, petisiya, geostrateji, podrot kimi sözlərdir.  İngilis mənşəli sözlər də 

müəyyən qədər çoxluq təşkil edir. Nümunə üçün qeyd edək ki, bu sözlərə internet, transfer, futbol, çempion, monitorinq, 


Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin