Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə41/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   37   38   39   40   41   42   43   44   ...   144

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

180 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

qədər sistemsizdir. Bu sistemsizlik sayəsində L.V.Bazarova bəzən yaxın məna spektrlərini ayrı – ayrı qruplar çərçivəsində 

fərqləndirir, bəzən isə tam fərqli və FSS-yə aidiyyatsız olan mikrosahəni fərqləndirir. Lakin daha dərindən nəzər saldıqda, 

bu iki makrosahədə fərqləndirilən bir çox kiçik semantik sahələrin bir – biri ilə dərin bağlarla əlaqəli olduğu və bu səbəbdən 

də ortaq məna spektrinə daxil edilməli olduğu ortaya çıxır. Bu isə öz növbəsində, teonim kompoentli frazeoloji vahidlərin 

məna növlərinə görə qruplaşdırmasının demonim komponentli frazeoloji vahidlərin analoji xarakterli təsnifi ilə müqatyisədə 

daha həssas münasibət tələb edən araşdırma olduğunu  əyaniliklə sübuta yetirir. Belə ki, Tanrı  İlahi  ədalətin təcəssümü 

olduğundan, Ali Yaradan kimi qavranıldığından arzu – istək, yardım, rica, xahiş, təhdid, çağırış və s. kimi obyektli və ya, 

bir növ, semantik “boşalmaya” məruz qalan ritorik müraciətlərin ünvanı  və ya “iştirakçısı” kimi çıxış edir (məs:  Allaha 

bax; Tanrıya bax; Allahı sevərsən; Sən, Allah “xahiş” mikrosahəsi; Allah haqqı, Tanrı haqqı, Allahın adı haqqı; Allah 

bir, söz bir “şahidlik – inandırma” mikrosahəsi və s. ).  

 

 



 

AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİNDƏ BİR ŞƏKİLÇİNİN YAZILIŞI 

HAQQINDA 

 

Aqil CƏFƏROV 

AMEA Nəsimi adına Dilçilik İnstitutu



 

dr.agil_jafarov@mail.ru 



 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 12 yanvar tarixli məlum sərəncamından sonra 

bir sıra lüğətlər hazırlandı ki, onlardan biri də gərgin axtarışlar nəticəsində ərsəyə gələn və ən işlək olan «Azərbaycan dilinin 

orfoqrafiya lüğəti» geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır. Azərbaycan müstəqillik  əldə etdikdən sonra tərtib 

edilən bu lüğət dilimizin 80 min sözünü özündə ehtiva edir. Dilimizin orfoqrafik qayda-qanunlarına söykənən bu lüğətdə 

digər lüğətlərdə gözdən yayınan sözlərin dəqiq yazılış formasına və  bəzi mübahisəli sözlərin dəqiqləşməsinə nail 

olunmuşdur. Lakin bəzi mübahisə doğuran sözlər də lüğətdə yer almışdır. 2008-ci ildə  təkrar nəşr olunan «Azərbaycan 

dilinin orfoqrafiya lüğəti»ndə  əvvəlki mübahisəli sözlər yenə  də özünə yer tapmışdır. Hazırda isə 100 mindən çox sözü 

əhatə edən yeni bir orfoqrafiya lüğətimiz çapa hazırlanır ki, 1-ci və 2-ci nəşrdə olan nöqsanların bəziləri eynilə qalmışdır. 

Lakin nəzərə alsaq ki, bu lüğət hər bir azərbaycanlının tez-tez müraciət edib tapındığı lüğətdir, burada mübahisəyə səbəb 

olan sözlərin dəqiqləşməsinə  zəruri ehtiyac vardır. Bu baxımdan biz -varı; -vari şəkilçisinin sözlərə qoşularaq necə 

yazılması barədə danışmaq istərdik. 1975-ci ildə çapdan çıxmış «Azərbaycan dilinin orfoqrafiya lüğəti»nin 15-ci 

səhifəsində bu şəkilçi ahəng qanununa tabe edilməyərək bir cür yazılan  şəkilçi kimi -varı formasında verilir. Məsələn; 

buynuzvarı, qalxanvarı, zolaqvarı, yüngülvarı, üzükvarı, halqavarı. Həmin  şəkilçi 2004-cü ildə  nəşr olunan «Azərbaycan 

dilinin orfoqrafiya lüğəti»nin 8-ci səhifəsində bir cür yazılan sözdüzəldici şəkilçi olaraq -vari şəklində verilsə də, nədənsə 

lüğətin içində -varı kimi verilir. Məsələn; buynuzvarı (2, s.106), halqavarı (2, s.259), qalxanvarı (2, s.366), üzükvarı (2, 

s.666), yüngülvarı (2, s.711) və s. 2008-ci ildə yenidən nəşr olunan lüğətdə göstərilən nöqsanlar eynilə qalmışdır. Lakin 

2006-cı ildə çapdan çıxmış 4 cildlik «Azərbaycan dilinin izahlı lüğəti»ndə bu şəkilçi bir cür yazılan -vari formasında verilir. 

Məsələn: Buynuzvari – sif. Görünüşcə buynuza oxşayan, buynuz kimi (I, s.366); Halqavari – sif. Halqa, çənbər, çevrə 

şəklində; dairəvi, halqaşəkilli (II, s.326); Qalxanvari – sif. Şəkilcə qalxana oxşayan (III, s.22); Üzükvari – sif. Üzük şəklində 

olan; halqavari. Üzükvari detal (IV, s.453); Yüngülvari – sif. 1. Bir qədər yüngül. Əl çamadanı boyda, yüngülvari bağlama 

əlimə aldım (M.Cəlal). 2. Çətin olmayan, çox mürəkkəb olmayan, çox zəhmət, bilik, bacarıq tələb etməyən; asantəhər. 

Yüngülvari bir iş (IV, s.634) və s. İzahlı lüğətdə bu şəkilçinin bir cür – vari formasında göstərilərək izah olunması məşhur 

türkoloq-alim E.V.Sevortyanın «Аффиксы именного словообразования в Азербайджанском языке» əsərinə əsasən belə 

verilmişdir. Belə ki, o, bu əsərində yazır: «Fars dilindən alınma -vari («oxşar») sifəti Azərbaycan dilinin söz yaradıcılığında 

oxşatma-kiçiltmə  mənasında öz əksini tapmışdır. Məsələn, vintvari (neologizm), yüngülvari və s. Birinci sifəti (vintvari) 

nəzərə alsaq, -vari forması hələ də Azərbaycan dilində məhsuldar ola bilər» (7, s.183-184). 

 Azərbaycan dilinin nəzəri dilçilik ədəbiyyatında Ə.Dəmirçizadə «Müasir Azərbaycan dili» kitabının I hissəsində bu 

şəkilçini -varı formasında bir cür yazılan şəkilçi kimi verir. Məsələn; qalxanvarı, yüngülvarı, üzükvarı (6, s.295). Görkəmli 

dilçi alim Ə.Dəmirçizadənin bu fikri ilə razılaşmaq olmaz. Çünki bu şəkilçi qeyd etdiyimiz kimi -vari formasında fars 

dilindən alınmışdır. Bu şəkilçinin sözlərə qoşularkən -varı, yoxsa -vari kimi yazılmasını  dəqiqləşdirib fikrimizi 

əsaslandırmaq üçün bu tipli şəkilçilərin sözlərə artırılarkən necə yazılmasına diqqət etmək lazımdır. Belə ki, B.Xəlilov 

«Müasir Azərbaycan dilinin morfologiyası»  əsərinin II hissəsində yazır: «Ərəb və fars isimlərindən son şəkilçilər vasitəsilə 

düzəltmə sifətlər əmələ gəlir. -ı (-i, -u, -ü) şəkilçisi: badamı (göz), palıdı (rəng), armudu (stəkan), gümüşü (saç) və s.» (5, s.97).  

Ə.Dəmirçizadə «Müasir Azərbaycan dili» kitabının I hissəsində yazır: «Samitlə bitən sözlərdə -stan şəkilçisindən 

əvvəl sözün son hecasındakı saitə uyğun olaraq qapalı saitlərdən biri – ı, i, u, ü əlavə olunur: Dağıstan, Özbəkistan, 

Kürdüstan, Monqolustan və s.» (6, s.295). 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

181 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Beləliklə, bütün yuxarıda söylədiyimiz fikir və  dəlillər bizə  əsas verir deyək ki, şəkilçinin saiti ahəng qanununa 

uyğun olaraq artırılsa, daha məqsədəuyğun olar.Yəni sözün son hecasındakı sait incə olduqda ona qoşulan şəkilçinin də son 

saiti incə (üzükvari, yüngülvari), qalın olduqda isə ona qoşulan  şəkilçinin də son saiti qalın (buynuzvarı, halqavarı, 

qalxanvarı) olsa, daha dəqiq və düzgün olar. Belə olduqda sözün tələffüzündə də ağırlıq yaranmaz. 

 

 



AZƏRBAYCAN DİLİ DƏRSLƏRİNDƏ 

MƏTN ÜZƏRİNDƏ İŞİN TƏŞKİLİ YOLLARI 

Aygün ZAMANOVA 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



aygun_zaman@mail.ru 

Hər hansı bir fikri tam ifadə etmək, müəyyən hadisəni bütövlükdə nəql etmək və ani bir mənzərəni ətraflı təsvir etmək 

üçün söz və cümlə ilə müqayisədə  mətn daha geniş imkanlara malikdir. Mətn mühüm linqvistik anlayış olub aşağıdakı 

xüsusiyyətlərə görə səciyyələndirilir: 

• mətn fikir bitkinliyi ifadə edir; 

• giriş, əsas və nəticə olmaq üzrə müstəqil hissələrə ayrılır; 

• şifahi və yazılı şəkildə ifadə oluna bilir; 

• müxtəlif yanrları əhatə edə bilir. 

• nəqli, təsviri və mühakimə xarakterli olur. 

Mətndə danışanın təsvir olunan obyektə, nəql edilən hadisəyə  və irəli sürülən mülahizəyə münasibəti də aydın  əks 

olunur. Mətnin qeyd edilən hissələri, xüsusən abzasları arasında məntiqi və qrammatik bağlılıq olmalıdır ki, bu da verilən 

məlumatın dinləyiciyə (oxucuya) daha asan və anlaşıqlı çatmasına xidmət edir. Hər hansı bir dilin linqvistik mahiyyəti, yəni 

səs sistemi, lüğət tərkibi və qrammatik quruluşu məhz mətn vasitəsilə müəyyənləşə bilir. Mətn təlim prosesində həm elmi, 

həm də didaktik materialların ən optimal verilmə formasıdır. 

Şagirdlərin nitq və linqvistik bacarıqlarının hansı vasitələrlə formalaşdırılması Azərbaycan dili təliminin başlıca 

məsələlərdəndir. Uzun illər dil materialı kimi söz və cümlələr üzərində iş aparıldığından gözlənilən nəticələr təlim prosesin-

də reallaşdırıla bilmirdi. Lakin mətnə məxsus xüsusiyyətlər onu əsas dil vahidi kimi götürməyə imkan yaratdı. Məzmun və 

struktur bütövlüyü ilə səciyyələnən mətn həm də linqvistik bacarıqların kompleks inkişafı üçün səmərəlidir. 

Azərbaycan dili dərslərində  mətn üzərində  iş  məzmun və onu təşkil edən linqvistik elementlərin qavranılması 

məqsədilə aparılır. Məzmun üzərində aparılan iş vasitəsilə aşağıdakı bacarıqların formalaşmasına nail olmaq mümkündür: 

1)  verilmiş mətnin mövzusunu və burada nəzərə çatdırılan əsas ideyanı müəyyənləşdirmək; 

2)  mətndə fikir daşıyıcısı olan açar sözləri seçmək; 

3)  tanış olmayan sözlər üzərində iş aparıb lüğəvi mənasını aydınlaşdırmaq; 

4)  mətnə yeni başlıq seçmək və onun məzmununu müvafiq hissələrə (giriş. əsas hissə, nəticə) ayırmaq; 

5)  mətnin planını tutub məzmununu danışmaq; 

6)  mətnə yaradıcı yanaşıb onu yeni sonluqda tamamlamaq; 

7)  mövzuya uyğun əlavə mənbələrə istinad edib inşa yazmaq və s. 

Ümumtəhsil məktəblərində aparılan Kurikulum islahatı  əsasında hazırlanmış müasir dərsliklərin təhlili və yaradıcı 

müəllimlərin iş  təcrübəsi göstərir ki, bədii və elmi-kütləvi səpkidə yazılmış  mətnlər üzərində  iş  şagirdlərin rabitəli nitq 

vərdişlərinin formalaşmasında və ünsiyyət bacarıqlarının inkişafında başlıca amil rolunu oynayır. Bu mətn nümunələri 

təlimə maraq hissini gücləndirir,  şagirdlərin həyat hadisələrini dəyərləndirmək, konkret hadisə ilə bağlı  şəxsi mövqe 

nümayiş etdirmək qabiliyyətlərinə müsbət təsir göstərir. 

Dil dərslərində mətn üzərində iş yalnız məzmunun qavranılması və bu əsasda kommunikativ bacarıqların yaranması və 

inkişafı ilə yekunlaşmamalıdır.  Şagirdlərin idraki qabiliyyətlərinin mühüm komponenti sayılan linqvistik bacarıqlarının 

mərhələ-mərhələ sadədən mürəkkəbə, asandan çətinə doğru inkişafı da bu proseslə paralel olaraq həyata keçirilməlidir. Bunun 

üçün şagirdin linqvistik təfəkkürünün formalaşmasına xidmət edən aşağıdakı üsullara müraciət olunması məqsədəuyğun sayılır: 

konkret dil fakt və hadisəsi ilə bağlı şərhli məlumatların verilməsi; 



mübahisəli məsələlərin müzakirə olunmaqla açıqlanması; 

tanınmış dilçi alimlərin elmi əsərlərinə  müraciət olunması; 



dil haqqında yaradıcı inşaların yazdırılması. 

Mətn üzərində  iş  həmin biliklərin praktik tətbiqinə imkan açmaqla şagirdlərdə  ən zəruri linqvistik bacarıqların 

yaranması, möhkəmlənməsi və  dərinləşməsi ilə  nəticələnir. Məqsədyönlü və intensiv şəkildə aparılan bu işlər fonetik, 

leksik, qrammatik təhlil nümunələri vasitəsilə ayrı-ayrılıqda aparıla bilindiyi kimi, kompleks şəkildə də təşkil oluna bilir.  

Ümumiyyətlə, mətn üzərində aparılan işlər təlim prosesində  şagirdlərin idraki fəallığına zəmin yaratmaqla yanaşı, 

bədii-estetik zövqlərinin sinifdən-sinfə keçdikcə yüksəlməsini təmin edir. 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

182 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

BEYNƏLMİLƏLSÖZVƏTERMİNLƏRİN MƏNŞƏYİ VƏ MƏNBƏYİ 

 

Esmira AĞAMİRZƏYEVA 

AMEA  Nəsimi adına Dillər İnstitutu 

invisible7@list.ru 

 

Hər bir dilin lüğət tərkibində alınma və dilin öz sözləri vardır. Yeni terminlər dilin bu iki leksiklayının elementləri 



hesabına formalaşır. Terminin yaradıldığı dil bu terminin mənşəcə  həmin dilin vasitələrindən təşkil olunacağına zəmanət 

vermir. Ona görə də termin mənşəcə yayarandığı dilin özünə, yabaşqabirdilə, ya da komponentlərinə görə müxtəlif dillərə 

aid ola bilər. Müxtəlif terminləri təhlilə  cəlb etsək, terminlərinkomponentlərininmənşəyinəgörə müxtəlif qruplara ayıra 

bilərik: 1) terminvəonutəşkiledənkomponentlərimənşəcəeynibirdiləaidolur; 2) terminin komponentləri mənşəcə iki və daha 

artıq dilə aid olur. Termininformalaşdığıvəyaradıldığıdilmənbədiladlanır. Termin və onun komponentlərinin mənşəcə hansı 

dilə aidliyini mənbə dil prizmasından təsnif etsək aşağıdakı qrupları təyin etmək olar: 

1. Terminvəyaonunkomponentlərimənşəcəmənbədiləaiddir. Qeydolunancəhətbeynəlmiləlterminlərdə, eləcəbeynəlmiləl 

sözlər dədəözünüeynişəkildəgöstərir. Konkretmisallaramüraciətedək.  

Mimoza – ot, kol, ağacnövüdür. Botanikaterminidir. Azərbaycandilində «küsdümağacı» terminvariantıdavardır. Yunan 

«mimos» sözündəndüzəlmişdir.  Yunansözününmənası «görünüşünüdəyişmədir».  İngildis dilinə  və bir çox başqa dillərə 

eyni şəkildə keçmişdir. İngilisdilindəyazılışı «mimosa», oxunuştranskripsiyası «mi`mouzə» şəklindədir. Söz yunan dilində 

yaranmışdır. Termindəyunandilinəmənsubdur. Deməli, həmmənbə, həmdəmənşədileynidir. Bununla belə bir çox dillərdə 

“mimoza” kimi işlənir. 

2. Termininbirkomponetimənşəcəmənbədilə, digərkomponetibaşqabirdiləaiddir. Dezinfeksiyasözü «xüsusi dərmanlar 

və cihazlar vasitəsiiləhəşaratlarınməhvedilməsi» kimiizaholunur. Sözikikomponentdənibarətdir: dez+infeksiya. Dez- 

önşəkilçisifransızdilinəaiddir. Buönşəkilçivəyasözlərinəvvəlinəartırılanelementdir. «Dez-» əlavəolunduğusözə «məhvetmək, 

çıxartmaq, yoxetmək, rəddetmək» mənalarınıartırır. Bubaxımdandezinfeksiya «infeksiyanıməhvetmək, infeksiyanı aradan 

qaldırmaq»  mənasınıverir.  

İnfeksiyalatındilindən «inficere»sözündənolubmənası «korlamaq, xarabetmək», «yoluxdurmaq»-dır. Terminin mənbə 

dili də latın dilidir.  

3. Termininheçbirkomponentimənşəcəmənbədiləaiddeyildir.  

Dezinteqrasiya – fransız «dez», latın «integratio» sözləriəsasındaformalaşmıştermindir. Latın «integratio» - 

«bərpaetmək», «doldurmaq» mənalarınıverir. 

Dezinteqrasiyasözüingilisdilində «disintegration», fransızdilində «désintégration» rusdilində «dezinteqrüiə» 

formasındaişlənir. Azərbaycandilinərusdilindənkeçmişdir.  İngilisdilindənrusdilinəkeçidzamanı «-tion» elementi «-ция» 

iləəvəzolunmuşdur. Azərbaycandilinəkeçidzamanı «-ция»  şəkilçisiAzərbaycandilininuyğungələnqrafemləriiləverilmişdir. 

Terminingilisdilindəfransızvəlatınmənşəlikomponentlərəsasındaformalaşmışdır.  

Beləliklə, beynəlmiləlterminləritariximənbələrinəgörəaşağıdakıqruplaraayırmaqolar: 1)ayrı-ayrıdillərinöztörəmələri; 

2)başqadillərdənalınanterminlər; 3)başqadillərvasitəsiləalınanterminlər; 4)müəyyənbirdilindaxilində müxtəlif beynəlmiləl 

söz elementləri  əsasında yaranmış terminlər. Hər hansı sözün beynəlmiləl termin statusu almasının  şərtlərindən biri də 

həmin terminin beynəlxalq dillərdə işlənməsi götürüləbilər. Termin ingilis, fransız, alman, rus, ispan dili  kimi beynəlxalq 

miqyasda yayılmış dillər də işlənməlidir.  

Mədəniyyətlərarası kommunikasiya mürəkkəb və çox cəhətli olduğu kimi, xarici sözlərin alınması  səbəbləri də 

müxtəlifdir. Bununla belə müasir Azərbaycan dilində alınmaların iki vacib qrupunu fərqləndirməkolur: 1) terminologiya 

(kompüter dili, iqtisadiyyat, maliyyəişi, menecment. Məsələn, kompüter, sayt, internet, internetprovaider, konsaltinq, 

konsensus, brifinq vəs.); 2) alınmanındəbxatirənişlədilməsi (prezentasiya, reytinq, şop-tur, killervəs.). 

Əslindəbuikiqruparasındadəqiqsərhədyoxdur. Alınmalarınçoxuterminolmaqlayanaşı, onların müəyyən qisminin 

işlədilməsi dəbdəndə irəli gəlir (şoumen, tok-şou, breyn-rinqvəs.). Bu cür sözlər çox zaman müəyyən müddətdən sonra 

dildən çıxır.  

 

 



 

 

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

183 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

AZƏRBAYCAN VƏ RUS DİLLƏRİNDƏ SOMATİK KOMPONENTLİ  (ƏL,AYAQ) 

FRAZEOLOJİ VAHİDLƏRİN TƏHLİLİ 

 

Elnarə MƏMMƏDOVA 

Bakı Slavyan Universiteti 

mamedova.elnara@lenta.ru 

 

Qədim yunanlar bədənin “ölümə məhkum hissəsini” soma adlandırırdı. Terminoloji mənası bədənə aid olan “somatik” 



sözü də buradan götürülmüşdür. Müasir anlayışlar və terminlərin qısa lüğəti somatizm sözünü bədənlə (psixika istisna 

olaraq) bağlı olan insan orqanizminin hadisə və sistemlərinin mənasını ifadə etmək üçün müəyyənləşdirmişdir. Somatizmlər 

baş, üz, ürək, qan, sümük və s.dir.  Somatik frazeologizmlər öz sabitliyinə rəğmən fasiləsiz olaraq dəyişir və inkişaf edirlər. 

F.Vaqq somatik frazeologizmlərin üç dəyişmə yolunu göstərir: arxaik, köhnəlmiş materialın itirilməsi, yeni 

frazeologizmlərin və ya onların variantlarının yaranması, mövcud frazeologizmlərin semantik əvəzlənməsi. 

Alim O.Nazarov yalnız insanın bədən üzvləri adlarının vahidlərini somatik termin hesab edir. Alim jest və mimiki 

sözləri somatik vahidlər qrupuna daxil etmir.  İnsan və heyvan bədən üzvlərini xarici üzvlərə və daxili orqanların adlarına 

bölmək olar. Xarici üzvləri (göz, baş, əl, ayaq) asanlıqla görmək və müşahidə etmək olur, lakin daxili orqanlar(ürək, qan) 

insan nəzərindən kənarda qalır.  İnsan bədəninin orqanlarını müxtəlif əlamətlərinə görə bir-birindən fərqli  formada təsnif 

etmək, qruplara ayırmaq olar. Məsələn, informasiyanı xaricdən qəbul edən baş, göz, qulaq, burun kimi orqanlar var. Bu 

prosesdə əksinə qarın, çiyin, ayaqlar iştirak etmir. Somatizmləri üç qrupa bölürlər: 1) somatizmlərin birinci qrupuna daxil 

olanlar (baş, təpə, üz, göz, göz qapağı, burun, qulaq, ağız, dodaq, diş, qaş, çənə və dil); 2) somatizmlərin ikinci qrupuna aid 

olanlar (boyun, boğaz, sinə, qarın və çiyin); 3) yuxarı və aşağı ətrafları bildirən somatizmlər.      

 

РУКА/Əl – Somatik komponent olan əl insan əməyini, fiziki fəaliyyətini, ustalığını və bacarığını göstərir. Azərbaycan 



və rus dillərində  əl polisemantik xüsusiyyət daşıyır. Lüğətlərdə  əl sözünün yalnız bir həqiqi mənası qeyd olunmuşdur: 

“qolun biləkdən dırnaqlara qədər olan hissəsi ” və ya rus dilində    “каждая  из  двух  верхних  конечностей  человека  от 

плечевого сустава до кончиков пальцев”. Əl sözünün digər mənaları isə məcazi mənada işlənir və frazeologiyalaşmış söz 

birləşmələrinin yaranmasında iştirak edirlər. Rus dilində рука sözü iki məna bildirir:əl və qol. Нога/Ayaq – Lüğətlərdə ayaq 

sözünün aşağıdakı formada mənaları  verilmişdir: 1) İnsan və heyvanın aşağı  ətraflarından biri;2) Nəyinsə (mexanizmin, 

qurğunun, mebelin) dayağı, aşağı hissəsi.  

Ayaq 

komponentli 



frazeoloji 

birləşmələr də aktual və  məhsuldardır. Bu 

komponentdən ibarət olan frazeologizmlər azərbaycan və rus dillərində sayına görə dördüncü yerdə durur. Sabit söz 

birləşmələrində ayaq komponenti əsasən öz həqiqi mənasını, məhz insanın hərəkət vasitəsini ifadə edir. 

 

 

Frazeoloji birləşmələrin bir dildən digərinə  tərcümə edilməsi işi mürəkkəb məsələ olduğundan xüsusi yanaşma və 



təcrübə tələb edir. Çünki tərcümə prosesindəonların semantik bütövlüyü, metaforikliyi və milli xüsusiyyətləri itir,  orijinalda 

ifadə edilən emosiyanallıq, ekspressivlik,obrazlılıq ikinci dilə ötürülə bilmir. Bu səbəbdən frazeoloji birləşmələrin böyük 

əksəriyyəti  ikinci bir dilə  təcümə edilə bilmir. Qeyd edək ki, frazeoloji birləşmələrin tərcüməsi nəinkiqohum olmayan, 

eləcə də qohum dillərdə çox zaman üst-üstə düşmür. Bu vəziyyəti qismən aradan qaldırmaq üçün də onların tərcüməsində 

adekvat məna köçürülməsindən istifadə olunur. Frazeoloji birləşmələrin ekvivalent və analoji tərcümə üsulları mövcuddur. 

Ekvivalent frazeoloji birləşmələrdə birinci dildə olan məna və komponentlərin quruluşca tərkibi üst-üstə düşür. Qarşı-

qarşıya qoyulan dillərdə ekvivalentlik tam və natamam olur və ya ümumiyyətlə ekvivalentlik olmur. Analoji frazeoloji 

birləşmələr eyni məzmuna malik olsalar da,  quruluşca  və komponentlərin tərkibinə görə bir-birindən fərqlənirlər. 

 

 

AZƏRBAYCAN DİLİNİN FRAZEOLOJİ SİSTEMİNDƏ SOMATİK 



FRAZEOLOGİZMLƏRİN YERİ 

 

Elzadə  SADIQOVA  

Bakı Slavyan Universiteti 



sadiqli.elya@mail.ru 

 

Dilin frazeoloji tərkibi  dilçilik tədqiqatlarının obyekti kimi həmişə diqqət mərkəzində olmuşdur.Frazeologiyanın 

dilçiliyin digər sahələrinə nisbətən tədqiq tarixi gənc olsa da, bu sahədə saysız-hesabsız tədqiqat əsərlərinə rast gəlmək olar.      

Xalqın məişətini, etnoqrafiyasını, mədəniyyətini özündə əks etdirən frazeoloji  ifadələr tarixin dərinliklərindən gələrək 

öz milli dəyərləri ilə onun həyatında, dilində yaşamış, daim zənginləşmiş, yenilənmiş, dilin milli keyfiyyətlərini qoruyan bir 

amil kimi sabitləşmişdir.  

Frazeologiya dilçiliyin digər sahələrindən fərqli olaraq, nəsildən-nəsilə, demək olar ki, dəyişikliyə uğramadan ötürülür. 

Məlumdur ki, frazeologizmlər  şərti bazis kimi qiymətləndirilə bilən dil səviyyələrinin (fonetik, leksik, morfoloji və 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

184 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

sintaktik) tam təşəkkülü zəminində yaranır. Bu baxımdan dilin frazeoloji vahidlərini dərindən öyrənmək o dilin 

qanunauyğunluqlarını mənimsəmək deməkdir. 

Dilin semantik sistemindən asılı olaraq, somatik frazeoloji birləşmələrin komponenti kimi müxtəlif somatizmlər çıxış 

edir (somatizm termini yunan mənşəli soma “bədən, bədənə aid” sözündən yaranmışdır). 

Azərbaycan dilində insanın bədən üzvlərinin adlarını bildirən sözlər leksikanın ən qədim hissəsini təşkil edir. Onların 

müxtəlif xüsusiyyətləri linqivistik ədəbiyyatda dəfələrlə işıqlandırılmışdır. Dildəki somatik frazeologizmlərin çoxu bu dilin 

lüğət tərkibini təşkil edən başqa dil vahidləri kimi qədim tarixə malikdir və bu xüsusiyyət onları lüğət fondundakı somatik 

leksemlərə yaxınlaşdırır. Bununla belə, somatik ifadələri dilin lüğət fondunun tərkib hissəsi hesab etmək düzgün olmaz

çünki lüğət fondunu təşkil edən sözlər dildə yeni sözlər yaratmaq üçün istifadə olunur. Somatik frazeologizmlər isə dildə 

“daşlaşmış” ifadələr olduğundan yeni sözlər yaratmaq xüsusiyyətinə malik deyildir. 

Somatik frazeoloji birləşmələrə daxil olan sözlər bir-birilə əlaqəyə girmir. Onlar yalnız genetik cəhətdən, mənşəcə söz 

birləşməsi hesab edilə bilər, çünki onlar konkret bir söz birləşmələrinin, yaxud cümlələrin mənasının dəyişdirilməsi 

nəticəsində yaranmışdır.  

Somatik frazeoloji birləşmələrin tərkibində komponentlər müxtəlif mənada işlənə bilər. Məsələn, başağrısı vermək 

birləşməsində “başağrısı sözü əzab-əziyyət, zülm” mənasında işlənir. Deməli, somatik frazeoloji birləşmə başağrısı sözünün 

əsl mənasından uzaqlaşaraq məcazlaşmışdır.  

Somatik frazeoloji birləşmələrin komponentlərinin leksik cəhətdən dəyişməsi hallarına  da  rast  gəlinir. Məsələn,  əl-

ayağı soyumaq, əl atmaq, əl açmaq, əldən salmaq. Komponent dəyişikliyi somatik frazeoloji birləşmələrin tərkibinə  və 

formasına görədə ola bilər: ağzını əymək (büzmək), ayağı daşa dəymək (büdrəmək), üz-gözünü turşutmaq (əymək) və.s. 

Somatik frazeologizmlər iki və daha çox sözün birləşməsindən  əmələ  gələn hər hansı birləşmə yox, mənaca bütöv, 

sabit leksik tərkibli və sintaktik quruluşlu ifadələrdir: gözə  gəlmək, ağız açmaq, ayaqda yatmaq, baş girləmək, gözdən 

çıxarmaq, ağızdan qaçırmaq və.s. Birləşmənin sabitliyi və ya onları təşkil edən sözlərin bir məfhum ifadə etməsi sözlərin 

leksik mənalarından, onların məcazlaşma və obrazlılıq dərəcəsindən asılıdır. Birləşən sözlər öz müstəqilliyini,  əşyaya 

aidliyini itirərək tam məcazlaşma yolu ilə cümlə daxilində bir üzv kimi çıxış edən somatik ifadələr  əmələ  gətirir. Onları 

yaradan sözlərin hər biri ayrılıqda məna strukturuna malikdir. Məna bütövlüyü, funksionallıq, leksik və sintaktik sabitlik 

somatik frazeologizmlər üçün əsas şərtdir. Struktur sabitlik somatik frazeologizmlərin tərkibcə dəyişməməsi ilə bağlıdır.  

Somatik frazeologizmlərin məna strukturu üçün onların tərkib hissələrinin ayrı-ayrılıqda mənaları yox, bütövlükdə 

mənası əsas şərtlərdən biridir. Ümumiyyətlə, somatik frazeologizmləri şərtləndirən əsas əlamətlər aşağıdakılardır: 

1. bütövlükdə bir məna ifadə edir, 

2. tərəfləri məcazi mənada işlənir, 

3. dildə hazır şəkildə mövcuddur, 

4. milli səciyyəlidir,  

5. obrazlı, emosional və ifadəlidir. 

Azərbaycan dilində somatik frazeologizmlər çox geniş  işlənmə dairəsinə malikdir. Bütün dillərdə olduğu kimi, 

Azərbyacan dilində də somatik frazeoloji sistem zəruri ehtiyac nəticəsində formalaşmışdır. Somatik frazeoloji birləşmələrin 

zənginləşməsi prosesi həmişə davam edir. 


Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin