II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
159
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
reaksiya zəncirlərinin qarşısını alan maddələrinin mövcudluğunu bildirir. Elmi dəlillər təklif edir ki, antioksidantlar,
xərçəng, kardiovaskulyar, neyrodegenerativ Altshaymer xəstəliklər kimi xroniki xəstəliklərə tutulma, allergik reaksiyaların
baş vermə riskini azaldır. Təbii halda mövcud olan antioksidantların əsas mənbəyi bütün taxıl bitkiləri, meyvələr və
tərəvəzlərdir. Antioksidantın əsas xarakteristikası onun sərbəst radikalları söndürmə qabiliyyətidir. Sərbəst radikalların
miqdarının həddən artıq olması düzgün olmayan qidalanma, pis ekoloji şərait, stresslər, siqaret çəkmək və s. nəticəsində baş
verir.
Qida məhsullarının tərkibində antioksidantların aktivliyini müəyyən edib müqayisə etmək üçün müxtəlif tədqiqat
üsulları istifadə olunmuşdur: EPR, xemilüminessensiya metodları, inqibitorların köməyi ilə və s. Bu işdə şirin biyan
bitkisinin kökünün, yarpaqlarının, meyvəsinin (Glycyrrhiza glabra), boymadərən bitkisinin (Achillea millefolium),
dəvətikanı bitkisinin çiçəklərinin (Alhagi pseudalhagi) ekstraktında antioksidant aktivliyi müəyyən olunmuşdur.
Müasir təbabətdə şirinbiyan ekstraktlarından ədviyyat kimi və öskürək, soyuqdəymə əleyhinə vasitə kimi istifadə
olunur. Bitkinin tərkibindəki natural polifenol izoflavon glabridin və hispa glabridin A və B çox yaxşı antioksidant
xüsusiyyətinə malikdir. İzoflavonlar metabolik və antikonserogen xüsusiyyətə malik olub, ürək-damar sisteminə və dəriyə
yaxşı təsir edir.
Boymadərən bitkisi tibb sahəsində qanaxmanın qarşısının alınmasında, mədə-bağırsaq xəstəliklərinin, iltihab
proseslərinin, hemoroid, dispepsiya, dismenoreya, qastrit və qızdırma əleyhinə geniş istifadə olunur. Bakteriosid xassəyə
malikdir. Bitkinin tərkibindəki fenollu birləşmələr güclü antioksidant kimi çıxış edir.
Təbabətdə dəvətikanından soyuqdəymələrdə hərarətisalıcı, mədə və on iki barmaq bağırsaq xorasında yarasağaldıcı,
babasil xəstəliyində iltihabı aradan qaldırmaq, qanı kəsmək və sidikqovucu vasitə kimi işlədilir. Bitki ekstraktının
tərkibindəki flavanoid birləşmələri antioksidant kimi fəaliyyət göstərməni təmin edir.
Adları çəkilən bitkilərin antioksidant aktivliyini müəyyən etmək üçün sərbəst radikalların spektrofotometriya üsulundan
istifadə olunmuşdur. Bu üsul, antioksidant nümunəsi (AH) ilə metanolda həll olunmuş stabil sərbəst radikal nümunəsi olan
reaksiyasına əsaslanır. Reaksiyanın sxemi:
DPPH*+AH → DPPH-H +A*
Reaksiyaya isə 517 nm-də optiki sıxlığın dəyişməsində spektrofotometriya metodu vasitəsi ilə nəzarət olunur. DPPH
(stabil radikal) metodundan əldə olunan nəticələri aydınlaşdırmaq üçün “səmərəli konsentrasiya” və ya İC
50
qiymətindən
istifadə olunur.
Tədqiq olunan substratın antioksidant qabiliyyəti standart antioksidant Troloksla müqayisə olunur. Tədqiqat
nəticəsində müəyyən olundu ki, troloks İC
50
qiymətini 0,006μM qatılığında göstərmişdir.
Tədqiq olunan bitki ekstraktlarının troloksa nisbətən effektivlik ardıcıllığı belə təsvir olunur: dəvətikanı bitkisi→
şirinbiyan bitkisinin kökü → şirinbiyan bitkisinin meyvəsi → boymadərən bitkisi→ şirinbiyan bitkisinin yarpaqları.
Antioksidant aktivliyinin tədqiqinin nəticəsində aydın oldu ki, şirinbiyan bitkisinin kökünün, yarpaqlarının,
meyvəsinin (Glycyrrhiza glabra), boymadərən bitkisinin (Achillea millefolium), dəvətikanı bitkisinin çiçəklərinin (Alhagi
pseudalhagi) ekstraktları sərbəst radikalları söndürmə effektinə malikdir və bunların arasında dəvətikanı, şirinbiyan
bitkisinin kök və meyvəsinin ekstraktı antioksidant kimi ən güclü aktivlik göstərdi.
γ-ŞÜALANMANIN SİNİR TOXUMASINDA YARATDIĞI FƏSADLARIN
KORREKSİYASINDA ZƏFƏRAN EKSTRAKTININ ROLU
Sevinc MƏMMƏDOVA
AMEA, Fiziologiya İnstitutu
ecolog84@rambler.ru
Müasir dövrümüzdə ətraf mühitdə ilbəil artan radiasiya şüalanması mənbələrinin canlı orqanizmlər üçün real təhlükə
yaratdığını nəzərə alsaq, bu sahədə aparılan tədqiqatların böyük aktuallıq kəsb etdiyini görmək çətin deyil. İonlaşdırıcı
şüalanma nəticəsində oksidant-antioksidant sistemində yaranan disbalans canlı orqanizm hüceyrələrinin normal
fəaliyyətinin pozulmasına və immunitetin zəifləməsinə səbəb olur, hansı ki, bu da öz növbəsində xroniki xəstəliklərin
inkişafına təkan verir. Antioksidant (AO) maddələrin oksidləşdirici stresi ləngitmək, yaxud da qarşısını almaqla
oksidləşdirici zədələnmələrin nəticəsi olaraq meydana çıxan əksər xəstəliklərin profilaktika və müalicəsində əvəzsiz rolu
danılmazdır. Orqanizmin lazımi AO-larla təmin olunmasında qida məhsullarının və qida əlavələrinin əhəmiyyəti çox
böyükdür. Bir neçə minilliklər boyu ədviyyat kimi istifadə olunan zəfəranın (Crocus sativus L.) xalq təbabətində geniş
istifadəsi öskürək əleyhinə, yaddaş gücləndirici, antiişemik, antidepressant, antivirus, antioksidant və s. kimi əhəmiyyətli
farmakoloji təsirlərə malik olmasından irəli gəlir. Aparılan müasir tədqiqatlar nəticəsində zəfəranın bir sıra bioloji aktiv
maddələrin bitki kompleksi olduğu sübuta yetirilmişdir. Zəfəran dərman bitkisi kimi soyuqdəymə, astma, göz və ürək-
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
160
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
damar xəstəliklərinin müalicəsində istifadə olunmuşdur. Bütün bu müalicəvi xüsusiyyətlərin əsasında zəfəranın dişicik
ağızcıqlarının kimyəvi tərkibinin zənginliyi durur. Belə ki, tədqiqatlar bu tərkibə karbohidratlar, minerallar, vitaminlər,
karotin, flavonoidlər, amin turşular və zülallar kimi bioloji aktiv komponentlərin daxil olduğunu göstərmişdir. Bütün bunları
nəzərə alaraq tədqiqat obyekti kimi seçdiyimiz zəfəranın ionlaşdırıcı şüaların AO sistemdə yaratdığı fəsadlara təbii AO kimi
təsirini tədqiq etmişik.
Tədqiqatlar 180±20 q çəkidə olan 30 fərd ağ laborator siçovullar üzərində, onların 3 qrupa bölünməsi ilə aparılmışdır: I
qrup – kontrol; II qrup – γ-şüalanma; III qrup – zəfəran ekstraktı + γ-şüalanma. γ-şüalanmanın ümumi dozası 4 Qr-dir.
Heyvanlara şüalanmadan əvvəl 21 gün müddətində per os yolu ilə 120 mq/kq dozada zəfəran ekstraktı verilib. Göstəricilər
şüalanmadan 1 saat, 3 və 6 gün sonra təyin edilmişdir. LPO məhsullarının (hidroperoksid - HP, malondialdehidi - MDA)
miqdarı Asakava T. və Matsuşita S. (Asakawa T. and Matsushita S., 1980) metodu ilə müəyyən olunmuşdur.
Tədqiqatlardan alınan nəticələr göstərir ki, γ-şüalanmanın 4 qr dozasında heyvanlara təsir etdikdə LPO məhsullarının
qatılığı beyin strukturlarının hamısında kəskin artır. Uzunsov beyində şüalanmadan 1 saat sonra kontrol göstəricilərlə
müqayisədə artım HP-də 21%, MDA-da isə 28,6% təşkil edir. Artım tendensiyası 3-cü günə qədər davam edir. Belə ki, bu
artım kontrol qrup heyvanlara nisbətən HP-də 26%, MDA-da isə 34% olur. Bunu orqanizmin endogen AO ehtiyatının
yenidən formalaşması üçün sintez prosesinin tam bərpa olunmamağı və plazmatik membranların struktur-funksional
pozğunluqları ilə izah etmək olar. 6-cı gündə isə LPO məhsullarının intensivləşməsi dayanır və 3-cü gün üçün əldə olunmuş
göstəriciyə nisbətən azalır. HP və MDA qatılığının bu şəkildə dəyişməsi tendensiyası təcrübələrin aparıldığı digər
strukturlarda da (beyincik, görmə və sensomotor qabığı) öz əksini tapmışdır.
Zəfəran ekstraktının 21 gün müddətində per os üsulu ilə heyvanlara verilməsindən sonra şüalanmanın elə ilk saatında
LPO məhsullarının səviyyəsi müəyyən qədər aşağı düşür: şüalanmadan sonra uzunsov beyində HP–2,54±0,12 nis.vah.,
MDA–2,25±0,07 nmol/mq
zülal
olduğu halda, zəfəran almış heyvanlarda bu göstəricilər uyğun olaraq 2,20±0,11 nis.vah. və
2,05±0,06 nmol/mq
zülal
təşkil edir. 3-cü gündə bu azalma təqribən HP-də 9%, MDA-da isə 10% olur. 6-cı gündə isə
dəyişilmə demək olar ki, baş vermir. Belə ki, HP–2,25±0,08 nis.vah., MDA–2,00±0,08 nmol/mq
zülal
təşkil etmişdir.
Göstəricilərin bu şəkildə dəyişməsi zəfəran ekstraktının uzun müddətli stabil AO xüsusiyyətindən xəbər verir. Analoji
vəziyyət həm görmə, həm də sensomotor qabığında müşahidə edilir.
NEW INSIGHTS INTO THE INHIBITION OF beta-GLUCURONIDASE
Shukufa JABBAROVA, Romy MASSFELLER, Khayala MAMMADOVA
Baku State University, Medical University
xayale81@yahoo.com, jabbarova.shukufa@mail.ru
β-Glucuronidase (β-D-glucuronide glucuronosohydrolase, (EC 3.2.1.31), belongs to the family of enzymes catalyzing
the hydrolyses of glycosaminoglycans. The enzyme occurs in animal cells and their body fluids as well as in bacterial
cells.Inhibition of β-glucuronidase has attracted considerable attention due to a number of diseases and disorders
associated with its elevated activity. Consequences of elevated levels of β–glucuronidase are numerous and have been
observed at urinary diseases, epilepsy, and rheumatoid arthritis, in some hepatic diseases, AIDS, and different neoplastic
conditions. Additionally, inhibition of symbiotic bacterial (E.coli) β-glucuronidase may alleviate cancer drug toxicity in
colon cancer therapy since the bacterial glucuronidase in the gut is responsible for the side effects of commonly used colon
cancer chemotherapeutics. Therefore, it is believed that the development of specific human and / or bacterial β –
glucuronidase inhibitors is of great importance for pharmacology. Obviously, the identification of new inhibitors of β-
glucuronidase and in silico design of new potent inhibitors need more insights for the mechanisms of β-glucuronidase
inhibition.
In this work 58 individual compounds, acylhydrazide Schiff bases (class I, 12 compounds), unsymmetrically
disubstituted ureas (class II, 10 compounds), aromatic sulfonyl hydrazides (class III, 28 compounds), and aromatic sulfones
(8 compounds) have been synthesized and screened for β-glucuronidase in vitro inhibition. 31 out of 58 compounds of I-III
showed inhibitory effect with IC
50
values in the range 2.3 - 155.8 μM. No effective inhibitors were found among aromatic
sulfones screened.
Molecular docking studies have been performed using Autodock-Vina software. The studies reveal two principal
binding modes of the inhibitors. Binding mode 1, characteristic for most inhibitors, occurs within the enzyme substrate
pocket and involves interactions with the enzyme amino acid residues Glu413, Glu504 and Tyr472. Dissimilarly, binding of
N-(3-chlorophenyl)-N’-(8-quinolinyl) urea (inhibitor II-4) occurs in the area adjacent, but beyond the canonical active
center of β-glucuronidase (binding mode 2). Binding mode 2 involves interactions with the residues His162, Val446,
Met447, Ser557 and other different from the residues forming the substrate binding pocket.Unusual binding of compound
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
161
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
II-4 is relevant to β-glucuronidase active center structure and therefore should be considered in future enzyme targeted
structure-based drug design.
To assess structure – activity relationships a ligand based pharmacophore model of the identified inhibitors have been
elaborated. Pharmacophore groups of most effective inhibitors were pairwise aligned using PharmaGist web server tool.
Although classified formally as different chemical classes the inhibitors are o the similar chemical scaffold : two
aromatic/hydrophobic centers linked by two other centers providing hydrogen bond donor and hydrogen bond acceptor.
Thus, a four-point pharmacophore model of β-glucuronidase inhibitors is presented to aid future in silico investigations. The
binding modes of compounds I-3, II-4, and III-24 are relevant to β-glucuronidase active center structure and therefore
should be considered in the enzyme targeted structure-based drug design. The study presents several new potent E. coli β-
glucuronidase inhibitors having significant interest in pharmacology, provides new insights into β-glucuronidase active site
and enhance the dataset for its future in silico investigations.
GƏMİRİCİLƏRDƏ BAĞIRSAQ KOKSİDİLƏRİNİN (APICOMPLEXA,COCCIDIA) MÜASİR
MOLEKULYAR METODLAR VASİTƏSİ İLƏ TƏDQİQ EDİLMƏSİNİN ÜSTÜNLÜKLƏRİ
HAQQINDA
Türkan QURBANOVA
AMEA, Zoologiya İnsitutu
turkan.qurbanova@gmail.com
Apicomplexa tipinin ən geniş yayılan qruplarından biri Eimeriida dəstəsidir. Bu dəstəyə aid olan birhüceyrəli
ibtidailərin əksəriyyəti bağırsaq parazitləridir. Eimeriida dəstəsinin 12 fəsiləsi vardır ki, onların içərisindən Eimeriidae
fəsiləsi cinslərinin sayının çoxluğuna görə üstünlük təşkil edir. Eimeriidae fəsiləsinə aid olan koksidilərin ayrı-ayrı cinsləri
bir-birindən oosistaların quruluşuna, sporosista və sporozoitlərinin sayına görə fərqlənirlər. Belə ki, bu fəsilənin daha geniş
yayılmış cinslərindən Caryospora cinsinə aid olan oosistaların daxilində 1 sporosista, Cyclospora və Dorisa cinsinə aid olan
oosistaların daxilində 2 sporosista, Eimeria cinsinə aid olan oosistaların daxilində 4 sporosista, Octosporella və Gousseffia
cinsinə aid olan oosistaların daxilində 8 sporosista olur.
Eimeriida dəstəsinin digər daha geniş yayılmış fəsilələrindən biri də Cryptosporidiidae fəsiləsidir. Bu fəsilə bir cins-
Cryptosporidium cinsi ilə təmsil olunur. Bu cinsə daxil olan növlərin oosistalarında sporosista yoxdur, 4 sporozoit sərbəst
şəkildə yerləşir.İqtisadi ədəbiyyatda insan kapitalına fərqli təriflər verilmişdir. Bu təriflər ümumiləşdiriləcək olursa, insan
kapitalı istehsal prossesində yer alan əmək amilinin sahib olduğu və digər istehsal amillərindən daha səmərəli istifadə
edilməsinə gətirib çıxaran bilik, bacarıq, təcrübə, peşəkarlıq, sağlamlıq səviyyəsinə bağlı olaraq yaratdığı əlavə dəyər olaraq
ifadə edilə bilər.
Eimeriida dəstəsinə daxil olan cinslərdən Eimeria və Cryptosporidium cinsinə aid olan koksidilər heyvanlarda ciddi
fəsadlarla nəticələnən xəstəliklərə səbəb olduğundan onlar daha geniş şəkildə öyrənilmişdir. Xüsusən Cryptosporidium
cinsindən olan parazitlər zoonoz təbiətə malik olduğundan, yəni insan və heyvanlar üçün ümumi parazitlər olduğundan
onların hərtərəfli öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Son dövrlərə qədər bu koksidilərin tədqiq edilməsi zamanı
oosistaların mikroskopiya metodu vasitəsi ilə əldə edilmiş morfoloji göstəriciləri əsas götürülürdü. Lakin bağırsaq
koksidilərinin, xüsusən vəhşi heyvanların, bizim tədqiqatlarımız zamanı isə gəmiricilərin koksidilərinin ancaq mikroskopiya
metodundan istifadə etməklə öyrənilməsi bir sıra çətinliklərə gətirib çıxarır. Belə ki, eyni sahibin fekal nümunəsində aşkar
edilmiş oosistaların morfoloji quruluşu və ölçüləri onların xaric olunma vaxtından, patent dövrün başlanğıcı və ya sonundan
asılı olaraq kəskin şəkildə fərqlənə bilər. O cümlədən, bir sıra tədqiqatçılar tərəfindən gəmiricilər dəstəsinin bir neçə növü
üzərində bir sahibə xas olan eymeriya növlərinin digər sahibi yoluxdurmasını sübut edən çarpaz yoluxdurma təcrübələri
aparılması tərəddüdlərin yaranmasına səbəb olur. Bağırsaq koksidilərindən İsospora cinsinə daxil olan parazitlərin təyin
edilməsində də aydın olmayan məqamlar vardır. Belə ki, gəmiricilərin fekal nümunələrində aşkar olunan izosporid struktura
malik oosistların, çox vaxt, onların orqanizminə quşlardan tranzit yolla keçdiyi qeyd edilir. Gəmiricilərin və o cümlədən
digər heyvanların koksidilərinin təyini zamanı yaranan bütün bu qaranlıq məqamları həll etmək üçün hal-hazırda müasir
molekulyar metodlardan geniş şəkildə istifadə edilir. Bu metodlardan DNT amplifikasiyası, PZR, DNT sekvinasiyası daha
çox yayılmışdır. DNT amplifikasiyası - dezoksiribonuklein turşusunun (DNT) hər hansı bir geninin kopyalarının
orqanizmdən kənarda dəfələrlə artırılmasıdır. Polimeraz zəncir reaksiyası (PZR) — molekulyar biologiyanın eksperimental
metodu olub, bioloji materialda DNT-nin müəyyən fraqmentlərinin kiçik konsentrasiyalarının dəfələrlə artırılması üsuludur.
Metod DNT-nin müəyyən region və ya regionlarının orqanizmdən kənarda (in vitro) DNT polimeraz fermenti vasitəsilə
müəyyən nahiyəni seçərək süni şəraitdə təkrar təkrar kopyalanması prinsipinə əsaslanır. Bu zaman yalnız verilmiş şərtlərə
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
162
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
müvafiq olan və tədqiq olunan nümunədə mövcud olan regionların kopyalanması baş verir. PZR metodu tədqiq olunan
nümunədə hər hansı bir xəstəliyin törədicilərinin və ya hər hansı bir parazitin DNT-sindən bir neçə molekul olsa belə
onların mövcudluğunu müəyyən etməyə imkan verir. DNT sekvinasiyası (latın dilindən sequentum — ardıcıllıq)
nukliotidlərin dəqiq ardıcıllığının müəyyən edilməsi metodudur.
Yuxarıda qeyd olunan müasir metodların tətbiqinə qədər Cryptosporidium cinsinə daxil olan və gəmiricilərdə geniş
yayılmış C. parvum növü 20-dən çox sahibdə parazitlik edən eyni növ kimi qəbul edilirdi. Lakin PZR və DNT sekvinasiyası
kimi metodların tətbiqindən sonra aydın oldu ki, bu növün ən azı iki genotipi vardır. Onlardan biri yalnız insan və bəzi
primatlar üçün xarakterik olan genotip I və ya C.hominis, digəri isə iri buynuzlu mal-qara və insan üçün xarakterik olan
genotip II və ya “öküz genotipi”dir.
Spesifik praymerlərdən istifadə etməklə nukliar 18S rDNA (*1500 bp), plastid ORF 470 (*700 bp) və mitoxondrial I (COI;
*400 bp) genlərini PZR vasitəsi ilə amplifikasiyası metodu ilə Eimeria cinsinə aid olan koksidilərin təsnifatda yerini
dəqiqliklə müəyyən etmək mümkündür. Tədqiqatlarımız zamanı gəmiricilər dəstəsinə daxil olan Kiçik Asiya dağ
ərəbdovşanının (Allactaga williamsi), boz siçovulların (Rattus norvegicus), ev siçanlarının (Mus musculus) və
qırmızıquyruq qum siçanlarının (Meriones libycus), o cümlədən Bakı heyvanat parkında saxlanılan gəmiricilərin
mikroskopiya metodundan istifadə etməklə bağırsaq koksidiləri ilə yoluxması tədqiq edilmişdir. Tədqiqat işi nəticəsində
gəmiricilərdə parazitlik edən Eimeria, Cryptosporidium və İsospora cinslərinə daxil olan koksidilərin morfolometrik
göstəricilərinə əsasən onların növ mənsubiyyəti təyin edilmiş və əldə olunmuş nəticələr hal-hazırda molekulyar metodlardan
istifadə etməklə təsdiq edilmə mərhələsindədir.
КИНЕТИЧЕСКИЕ ПАРАМЕТРЫНЕКОТОРЫХ НОВЫХ ИНГИБИТОРОВ
КСАНТИНОКСИДАЗЫ
Анар ГОДЖАЕВ
Бакинский Государственный Университет
anar.biochemistry@gmail.com
Ксантиноксидаза (КО,К 1.1.3.22) молибденсодержащий флавопротеид, участвующий в гидроксилировании
ксантина в мочевую кислоту, который происходит на молибденптериновом центре. При этом на
флавинадениндинуклеотид кофакторе образуются активные формы кислорода, которые приводят к
окислительному стрессу, способствующему развитию патологических заболеваний. Данный фермент имеет очень
важное клиническое значение. Ингибиторы КО, например, аллопуринол, фебуксостат, фитиевая кислота и др.,
используются при лечении гиперурикемии, подагры, образование почечных камней и других заболеваний для
предотвращения накопления мочевой кислоты в мягких тканях и суставах. Помимо этого ингибиторы КО широко
используются при лечении и других нарушений, таких как, ишемии сердца, синдрома лизиса опухоли, инсульте,
хронической сердечной недостаточности. Однако, эти препараты, в частности аллопуринол проявляет много
побочных эффектов, например, головокружение, желудочно-кишечный дистресс, диарея, аллергия, покраснение
кожи и др. Поэтому на сегодняшний день поиск новых эффективных ингибиторов КО без побочных воздействий,
которые могли бы служить прототипом для разработки новых лекарственных препаратов для лечения заболеваний,
связанных с гиперактивностью КО, является очень актуальной проблемой[5]
.
В литературе имеются сведения относительно производных хроманов, выделенных из лекарственных растений,
которые проявляют ингибиторные свойства в отношении КО. Нгуен и сотрудники установили, что 5,7-дигидрокси-
2-(3,4-дигидрокси-фенил)-хроман-4-он (ериодиктиол) ингибирует ферментативную активность КО со значением
КИ
50
43.8 мкМ[4]. В другой работе показано, что 5,7-дигидрокси-2-(3-гидрокси-4-метилфенил)-хроман-4-он
(гесперетин) и 3,5,7-тригидрокси-2-(3,4-дигидроксифенил)-хроман-4-он (тахифолин) подавляют образование
мочевой кислоты со значением КИ
50
0.27 и более 100 мкМ, соответственно[3]. Согласно работам Дью и
сотрудников, 5,7-дигидрокси-2-(4-гидроксифенил)-хроман-4-он (нарингинин) является также ингибитором КО, и
для понижения скорости ферментативной реакции в два раза необходимо приблизительно 77.4 мкМ этого
соединения.[2]
Мы уже сообщали об ингибиторной активности 12 синтетически полученных бромпроизводных хромана. Было
установлено, что 5-бром-2-(2-этил-6-метил-3,4-дипропилфенил)-6, 7, 8-триметилхроман-4-он, 5-бром-2-(2,4-диэтил-
6-метил-3-пропилфенил)-6, 7, 8-триметилхроман-4-он, 5-бром-2-(2, 4-диэтил-3-пропилфенил)-6, 7, 8-
триметилхроман-4-он и 6-бром-2-(3, 4, 5-триметилфенил)-хроман-4-он сильно подавляют каталитическую
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
163
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
активность КО. Сообщалось, что значения КИ
50
для этих этих соединений равнялся 15, 11, 47 и 23 мкМ,
соответственно.[1]
Определение типа ингибирования очень важно для определения механизма ингибирования и место связывания
ингибитора с ферментом. Для определения механизма ингибирования нами были определены кинетические
параметры ингибиторов, такие как, Vmax, Vmax кажущееся, Km, Km кажущееся, Ki и Vmax/Km (наклон). Расчет
величин максимальной скорости реакции (Vmax) и константы Михаэлиса (Km) графическим методом Лайнуивера -
Берка и Эди-Хофсти. Кривая Эди-Хофсти дает более точные значения Vmax и Km, так как в этом случае
полученные точки не оказываются сконцентрированными в одном месте. Значение Ki (константа ингибирования)
определяли по методу Диксона, в котором по оси абсцисс размещали значение концентраций ингибитора, а по оси
ординат обратное значение начальных скоростей. Точка пересечения кривых с осью абсцисс соответствовала Ki.
Установлено, что все исследованные бромпроизводные хромана подавляли активность КО по типу
неконкурентного ингибирования, то есть они связывались как с фермент-субстратным комплексом, так и со
свободным ферментом. Это подтверждают полученные кинетические параметры исследованных ингибиторов. Для
данных ингибиторов были рассчитаны константы ингибирования, которые ранялись 13.27, 15.01, 45.5, 22.75 мкМ,
соответственно.
Dostları ilə paylaş: |